Məhkəmə qərarları › İş №2(102)-2562/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2562/2022

13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2562/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı (Bərdə rayon “ASAN Xidmət” mərkəzinin notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla) və iddiaçı iddiaçı 2 oğlunun cavabdehlər Cavabdeh və İddiaçı qarşı bir icraatda birləşdirilmiş iş üzrə QƏRARİ iş № 2(102)-2562/22 (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tə rkibdə, İddiaçı Cavabdeh qarşı (Bərdə rayon “ASAN Xidmət” mərkəzinin notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla) “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası və iddiaçı xxxx cavabdehlər Cavabdeh və İddiaçı qarşı “pul” tələbinə dair iddiası ilə bağlı bir icraatda birləşdirilmiş iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(104)-2753/2021 nömrəli, 22 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 15 sentyabr 2017-ci il tarix li, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,047 ha olan torpaq sahəsini alıcı Cavabdeh 10000 manata satmışdır.

2. Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-1116 /2018 nömrəli qətnaməsi ilə ilkin iddia təmin edilərək, cavabdeh iddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən və 0,047 ha torpaq sahəsindən çıxarılması qət olunmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestri xidmətinin 7 saylı ərazi idarəsi tərəfindən Cavabdeh adına xx.xx.2017-ci il tarixdə verilmiş, ******* nömrə ilə qeydiyyata alınmış çıxarışın və **********21-10301 nömrə ilə qeydə alınmış Texniki pasportun ləğv edi lməsinə dair qarşılıqlı iddia ərizəsi əsassız olduğundan təmin edilməmiş, həmin iş üzrə verilmiş apellyasiya və kassasiya şikayətləri yuxarı instansiya məhkəmələri tərəfindən təmin edilməmişdir.

3. Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-3568/2021 nömrəli qətnaməsi ilə iddiaçı iddiaçı 2 oğlunun cavabdehlər İddiaçı və Cavabdeh qarşı cavabdehlər arasında xx.xx.2017-ci il tarixdə bağlanmaqla AN-İ № ******* nömrəsi ilə qeydiyyata alınmış daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin ləğv edilməsi barədə tələbi əsassız olduğundan təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyası xx.xx.2019-cu il tarixli, 2(104)-1077/2019 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilərək, iddia rədd edilmişdir.

4. Bərdə Rayon Mə hkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-2691/2019 nömrəli qətnaməsi ilə iddiaçı iddiaçı 2 oğlu cavabdehlər İddiaçı, Cavabdeh, maraqlı şəxslər X14 və X11 qarşı cavabdehlər arasında bvğlanmaqla 15 sentyabr 2017-ci il tarixdə AN-İ № ******* nömrəsi ilə qeydiyyata alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilmiş, həmin iş üzrə verilmiş apellyasiya və kassasiya şikayətləri yuxarı instansiya məhkəmələri tərəfindən təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər Azərbaycan Respublikasının Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə və Bərdə rayon” ASAN xidmət Mərkəzində notariat kontoru olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin və həmin müqavilənin hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən 0,047 ha torpaq sahəsi 04 mart 1989-cu il tarixli təhkim aktı əsasında ona verilmişdir. Həmin torpaq sahəsini xx.xx.2002-ci ildə 800 ABŞ dollarına X1. Onda olan məlumata görə həmin torpaq sahəsi sonradan digər şəxslərə satılmışdır. Təxminən 2017-ci ilin yay aylarında hazırki iş üzrə Cavabdeh onunla görüşərək demişdir ki, onun mülkiyyətində qalmış torpaq sahəsini sonuncu dəfə o satın almışdır. Lakin torpaq sahəsi onun adına o lduğuna görə torpaq sahəsini və üzərində tikdiyi evi öz adına rəsmiləşdirə bilmir. Cavabdeh xahiş etmişdir ki, Asan Xidmət Mərkəzinə gedib sənədləşmə işlərini rəsmiləşdirilməsinə kömək etsin. Ona bildirmişdir ki, sözügedən torpaq sahəsini mərhum bacısı Gültəkin Şirinova almış və sonradan 2017-ci ildə vəfat etmişdir. Bacısı Gültəkinin ondan başqa kimsəsi yoxdur. Bu səbəbdən evi rəsmiləşdirə bilmir. Həmin torpaq sahəsi və üzərində tikilmiş evin kommunal xərc qəbzlərini ona göstərmiş və həmin ödəniş qəbzlərinin Gültəkin Şirinovanın adından ödənildiyini gördükdən sonra Cavabdeh inanmışdır. Həmin torpağı onsuz da uzun illər əvvəl satdığından və həmyerli olduqlarından ona etibar etmişdir. Cavabdeh ASAN Xidmət Mərkəzində növbəti dəfə əziyyət çəkməməsi üçün Amil adlı şəxsə etibarnamə verməyini x ahiş etmiş və o, X2 torpaq sahəsinə dair sərəncam verməsi barədə etibarnamə vermişdir. Bu barədə həyat yoldaşı da notarial razılıq ərizəsi yazmışdır. Bundan sonra, sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində rəsmiləşdirilmiş və onun adına ******* nömrəli “Çıxarış” verilmişdir. Qeyd edir ki, etibarnaməni verdikdən sonra onun qalan işlərdən xəbəri olmamışdır. Yəni, nə çıxarışı almış, nə alqı-satqı müqaviləsi bağlanan zaman orada iştirak etmiş, nə də pul almışdır. Alqı-satqı müqaviləsinin şərtlərinə görə guya Cavabdeh həmin torpağın ondan alınmasına görə ona 10000 manat vermişdir. Halbuki yuxarıda qeyd etdiyi kimi torpağı 18 il bundan əvvəl satmışdır. Özü alqı-satqı müqaviləsinin bağlanmasında iştirak etməmişdir və ona hər-hansı məbləğdə pul vəsaiti verilməmişdir. Yalnız bu günlərdə ona məlum olmuşdur ki, torpağın və üzərində tikilmiş evin sahibi Gültəkin Şirinovanın həyat yoldaşı Səməd Həsənov adlı şəxs Bərdə rayon Polis Şöbəsinə şikayət etmiş və həmin iş üzrə araşdırma zamanı sözügedən torpaq sahəsinin onun adından Cavabdeh satılması aşkar edilmişdir. Bundan sonra, ona məlum olmuşdur ki, mərhum Gültəkin Şirinovanın həyat yoldaşı və bir qızı da var imiş. Cavabdeh ona olan inamından suiistifadə edərək, onu aldatmış və əslində Gültəkin Şirinovaya məxsus olan evi özününküləşdirmişdir. Belə olan halda, özünü digər bir şəxsə qarşı etdiyi haqsızlığın səbəbkarı hesab edir və insafsızlığın, vicdansızlığın onun əli ilə edilməsinə göz yuma bil mir. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı iddiaçı 2 oğlunun cavabdehlər Cavabdeh və İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və İddiaçı tikdirdiyi evə görə onun xeyrinə 28000 manat çəkdiyi xərcin və 30 manat dövlət rüsumunun müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, təhkim aktına aldanaraq İddiaçı aid 0,05 ha torpaq sahəsini bacısı X7 800 ABŞ dollarına almış, 2006-cı ildən orada 2 otaq, 1 mətbəxdən ibarət ev tikdirərək normal təmir etdirmişdir. xx.xx.2017-ci ildə Cavabdeh torpağın ilkin sahibini taparaq onunla torpağı ələ keçirmək üçün içərisində onun evi olmasına baxmayaraq alqı-satqı müqaviləsi ilə torpağı almışdır. Ona görə də, hesab edir ki, evin inşasına və təmirinə sərf etdiyi 28000 manat pul cavabdehlərdən müştərək qaydada alınıb ona verilməlidir. 9. iddiaçı 2 oğlunun iddia ərizəsinə əlavə etdiyi Bərdə şəhər X25 tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən, İddiaçı iddia ərizəsində göstərdiyi daşınmaz əmlak olan 2 otaq 1 mətbəxdən ibarət orta təmirli, 5 sot torpaq sahəsində yerləşən evin dəyəri 28000 manat kimi qiymətləndirilmişdir.

10. Bərdə Rayon Məhkəməsinin 2(021)-1681/2020 nömrəli, 26 oktyabr 2020-ci il tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir.

11. Bərdə Rayon Məhkəməsinin 2(021)-1681/2020 nömrəli, 26 oktyabr 2020-ci il tarixli qərardadı ilə qiymətləndirmə ekspertizası təyin edilmişdir. 12. "xxxx" MMC-nin ƏQ-131/2020 nömrəli, 23 noyabr 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, ünvan 3 ünvanında yerləşən, 0,047 ha torpaq sahəsinin üzərində inşa edilmiş, ümumi sahəsi 58,6 kv metrdən ibarət, bir mərtəbəli fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixə olan bazar dəyəri 30000 (otuz min) manat təşkil edir.

13. Bərdə Rayon Məhkəməsinin 2(021)-117/2021 nömrəli, 18 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim Q.Əbilov) iddia tələbləri rədd edilmiş, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı iddiaçı 2 oğluna aid edilməsi, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun İddiaçı aid edilməsi, qiymətləndirmə ilə bağlı 400 manat xərcin iddiaçı 2 oğlundan tutularaq, "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir.

14. Məhkəmə İddiaçı Cavabdeh qarşı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, hazırki işlə bağlı məhkəmə qətnamələri qəbul edilmişdir ki, h əmin qətnamələrdən iddiaçının xəbəri olmuşdur. Həmçinin, tərəflər öz iradə ifadələrini realizə edərək mövcud alqı-satqı müqaviləsi bağlamışlar. Digər tərəfdən, iddiaçı məhkəmə iclasında bildirmişdir ki, iddia tələbini irəli sürməsinin səbəbi Səməd Həsənovun şikayət ərizəsinə əsasən onun barəsində cinayət işinin başlanmasından ehtiyat etməsi olmuşdur.

15. Məhkəmə iddiaçı iddiaçı 2 oğlunun cavabdehlər Cavabdeh və İddiaçı qarşı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, məhkəmə qətnamələri ilə Cavabdeh vicdanlı alıcı olması nəzərə alındığından ona münasibətdə pul tələbi təmin oluna bilməz. Digər cavabdeh İddiaçı əməllərində mülki hüquq pozuntusunun olmaması qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsasən müəyyən edilmiş və onun əməlləri Mülki Məcəllənin müddəalarının təsiri altına düşmür.

16. Məhkəmə iddia tələblərini rədd edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 60-cı, Mülki Məcəllənin 139.1, 140, 144.1, 148.2, 149.2, 152.1, 178.1, 324.1, 324.4, 337.1, 354.1, 354.2, 389.1, 390.1 və 405.1-ci, Mülki Prosessual Məcəllənin 4, 14.2, 76.1, 77.1, 88, 217.4, 218.1 və 218.3-cü maddələrinə istinad etmişdir.

17. Qətnamədən iddiaçı iddiaçı 2 oğlu apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinə görə sözügedən fərdi yaşayış evinin tikildiyi torpaq sahəsi İddiaçı Bərdə rayon XDS İcraiyyə Komitəsinin 27 fevral 1989-cu il tarixli 4 nömrəli qərarı ilə ayrılmış, həm də 500 kv metr, yəni 0,050 ha ölçüsündə olmuşdur. Bu torpaq sahəsi Bərdə rayon XDS İcraiyyə Komitəsinin Komissiya sədrindən və komissiyanın 12 üzvündən ibarət olan tam səlahiyyətli komissiyası tərəfind ən 04 mart 1989-cu il tarixdə yaşayış evi tikdirməsi üçün yerində İddiaçı təhkim olunmuşdur. Bu haqda komissiya sədri, komissiyanın 12 üzvü və İddiaçı tərəfindən imzalanılmaqla 04 mart 1989-cu il tarixli Təhkim aktı tərtib edilmiş və həmin Aktın original (əsil) nüsxəsi İddiaçı verilmişdir. Qeyd etdiyi Təhkim aktı o dövr üçün və sonrakı illərdə torpaqdan istifadə və ona dair sərəncam verməyə (satma,bağışlama və s.) yeganə hüquqi sənəd olmuşdur. İddiaçı 2002-ci ildə bu torpağı qohumu olan X12 800 ABŞ dollarına satmış, bu zaman həmin torpağın ona məxsusluğunu (mülkiyyəti olmasını) təsdiq edən yeganə hüquqi sənəd olan Təhkim aktını da ona vermişdir. Kamil Nəbiyev isə həmin torpağı 2003-cü ildə 800 ABŞ dollarına onun bacısı X16ma satmış (üzərində heç bir tikili və hasar olmamış vəziyyətdə), bu zaman Təhkim aktını da ona təhvil vermişdir. X18 isə həmin torpağı 2005-ci ildə onun həyat yoldaşı, cavabdehlərdən biri olan Cavabdeh bacısı X5 və ona satmış (üzərində heç bir tikili və hasar olmamış vəziyyətdə), bu zaman Təhkim Aktını da onlara vermişdir. Hər iki halda torpağın alqı-satqısı heç bir sənədlə rəsmiləşdirilməmişdir. Həmin 0,050 ha torpaq sahəsini X18dan aldıqdan sonra, 2005-ci ilin sonlarından həmin torpaq sahəsi üzərində ev tikməyə başlamış, 2006-cı ildə onun tikintisini başa çatdıraraq, elə həmin il həyat yoldaşı və qızı ilə birlikdə köçüb bu evdə 15 sentyabr 2020-ci il tarixədək yaşamışlar. Odur ki, evin işıq sayğacının quraşdırılması, işıq pulu ödənişi və digər kommunal xərclərin ödənişi sənədlərinin abonent kimi həyat yoldaşı X4 adına olmaqla onlar tərəfindən ödənilmişdi r. Bu faktı təsdiq edən çoxsaylı sübutlarırəsmi sənədləri məhkəməyə təqdim etmişdir. Lakin, məhkəmə bu sənədləri ondan alıb yalnız mülki işə əlavə etməklə kifayətlənmişdir. Ona görə də, Bərdə Rayon Məhkəməsinin 2(021)-1 17/2021 saylı mülki iş üzrə 18 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-2753/2021 nömrəli, 22 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- Ə.Məmmədov (sədrlik edən və məruzəçi), R.Muradov və R.Mamedov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 2(021)-117/2021 saylı mülki iş üzrə 18 mart 2021-ci il tarixli qətnaməsinin iddiaçı iddiaçı 2 oğlunun Cavabdeh qarşı irəli sürdüyü 28000 manat məbləğində pul tələbinə dair iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamənin çıxarılması, iddianın təmin olunması, Cavabdeh 28000 (iyirmi səkkiz min) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pulun alınıb, iddiaçı iddiaçı 2 oğluna verilməsi qət edilmişdir.

19. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən X17 göstərmişdir ki, o, torpağı 2002-ci ildə İddiaçı 800 ABŞ dollarına almışdır. 2003-cü ildə həmin torpağı iddiaçı 2 oğlunun X18ya elə həmin qiymətə satmışdır. Qeyd edilən pulu ona Südabə vermişdir. Sonra Südabə torpağı Səmədə satmış və orada evi Səməd tikmişdir. Cavabdeh isə ümumiyətlə tanımır.

20. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifa də verən X15 göstərmişdir ki, torpağı 2003-cü ildə Kamil Nəbiyevdən almış və 2005-ci ildə qardaşı Cavabdeh 800 ABŞ dollarına satmışdır. Bundan sonra, Səməd həmin torpaq sahəsi üzərində ev tikmişdir.

21. X3 göstərmişdir ki, iddiaçı 2 oğlu ilə qonşuluqda yaşayır. Təxminən 2005-ci ildən iddiaçı 2 oğlu onun qonşuluğunda torpaq almış və ev tikməyə başlamış, özü də bilavasitə fəhlə kimi işləmişdir. Evin tikintisində o da qonşu kimi iştirak etmişdir. Dülgər işlərini bacardığından evin millərini döşəyib, çardağını və döşəməsini vurmuşdur. Cavabdeh həmin tikinti işlərində hər hansı bir formada iştirak etməsini görməmişdir. Cavabdeh həmin tikinti işləri ilə bağlı kiməsə pul verməsindən məlumatı yoxdur.

22. Məhkəmə kollegiyası aparılmış araşdırmaların nəticəsi kimi belə qənaətə gəlmişdir ki, iddiaçı 2 oğlunun Cavabdeh qarşı irəli sürdüyü pul tələbini təmin etməməkdə məhkəmə iş üzrə düzgün nəticəyə gəlməmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edib izahat verərkən Cavabdeh apellyasiya şikayətinə etirazını bildirərək izahatında göstərmişdir ki, mübahisəli torpaq sahəsinə görə o heç kəsə pul verməmişdir. Həmin torpaq sahəsinin alqı-satqısı üçün 2003-cü ildə pulu onun anası vermişdir.

24. Mülki işin materiallarında olan Bərdə rayon Polis Şöbəsinin “Cinayət işinin başlanmasının rədd olunması barədə” 14 may 2020-ci il tarixli qərarına əsasən, iddiaçı 2 oğlu 04 mart 2020-ci il tarixdə Bərdə rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək, xx.xx.2017-ci il tarixdə mərhum arvadı X4 xərçəng xəstəliyindən dünyasını dəyişdikdən sonra arvadının qardaşı Cavabdeh 31 avqust 2017-ci il tari xdə dələduzluq edərək saxta sənəd düzəltdirib hazırda yaşadığı ünvan 4 ünvanında olan mənzilini bugünə kimi əlindən almaq istədiyini göstərmişdir. Həmin məlumat üzrə aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh əməllərində CM-in 178-ci maddəsi ilə nəzərdə tutulan dələduzluq cinayət əməlinin tərkib əlamətləri yoxdur. Belə ki, material üzrə iddiaçı 2 oğlu hazırda mülk mübahisəsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinə, İddiaçı isə AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə bağlı Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan başqa, Cavabdeh İddiaçı aldadaraq iddiaçı 2 oğlunun yaşadığı torpaq sahəsini ələ keçirməsi faktını sübuta yetirmək mümkün olmamışdır. Belə olan halda isə, Səməd Həsənovun tələbini n mülki xarakterli olmasını nəzərə alaraq toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Səməd Həsənova mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin qərarda Cavabdeh doğma qardaşı olan X8 izahatı əks olunmuşdur. İzahatda qeyd edilir ki, (iş materialları 192-ci vərəqə) ünvan 5 ünvanında yerləşən torpaq sahəsini iddiaçı 2 oğlu satın almış, orada iddiaçı 2 oğlu 2006-cı ildə ev tikdirmiş və həmin vaxtdan ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Qardaşı Cavabdeh dələduzluq edərək saxta sənədlərlə həmin evi öz adına sənədləşdirmişdir.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanuni qüvvədə olan əvvəlki məhkəmə qətnamələri ilə İddiaçı və Cavabdeh arasında mübahisəli evin yerləşdiyi torpaq sahəsi barəsində bağlanmış alqı-sat qı müqaviləsi etibarlı müqavilə kimi qiymətləndirilmişdir.

26. Məhkəmə kollegiyası işin təkzibolunmaz halı kimi müəyyən etmişdir ki, İddiaçı və Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsi mübahisəli evin yerləşdiyi torpaq sahəsi barəsində olmaqla, evin alqı-satqısı barəsində heç bir qeyd yoxdur.

27. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, həm iddia ərizəsində, həm də məhkəmədə izahat verərkən iddiaçı Səməd Həsənov göstərmişdir ki, dəyərini tələb etdiyi ev onun tərəfindən 2006-ci ildə onun öz vəsaiti hesabına tikilərək başa gətirilmişdir. Məhkəmədə ifadə vermiş şahidlər də iddiaçı 2 oğlunun izahatında göstərdiyi bu xüsusatları təsdiq edən ifadələr vermişlər. Məhkəmədə izahat verərkən Cavabdeh izahatında qeyd etmişdir ki, özü başqa yerdə yaşadığından bilavasitə tikinti işlərinin apar ılmasında iştirak etməsə də, evin tikilməsinin xərclərini çəkmişdir. İş materiallarında Cavabdeh izahatında qeyd etdiyi bu xüsusatı təsdiq edə bilən heç bir sübut yoxdur. Əksinə, mülki işin materiallarında onun həmin evi qanunsuz yollarla ələ keçirməsi barədə İddiaçı iddia ərizəsi və onun doğma qardaşının dəlilləri vardır.

28. Beləliklə, işin araşdırılması zamanı məhkəmənin müəyyən etdiyi faktiki hallar ondan ibarət olmuşdur ki, iddiaçı Səməd Həsənov 2005-ci ildən başlamaqla, ünvan 1 ünvanında yerləşən 0,047 ha torpaq sahəsini qanunun tələb etdiyi formada əqd bağlamamaqla əldə etmiş, həmin torpaq sahəsini öz mülkiyyəti hesab edərək, həmin torpaq sahəsi üzərində öz vəsaiti hesabına fərdi yaşayış evi inşa etdirmiş, həmin vaxtdan mərhum həyat yoldaşı və qızı ilə birlikdə orabu evdə yaşamışdır. Sonradan, 2017-ci ildə həmin torpaq sahəsi barəsində hazırki mülki işdə cavabdehlər olan torpağın mülkiyyətçisi İddiaçı ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, bu zaman həmin torpaq sahəsi üzərində Səməd Həsənov tərəfindən 2005-2006-cı illərdə inşa edilmiş fərdi yaşayış evi mövcud olmuş, lakin bu barədə müqavilədə heç nə göstərilməmiş və bu müqavilədən sonra həmin ev də mülk kimi Cavabdeh adına DƏDRX-də qeydə alınmışdır. Nəticə etibarı ilə iddiaçı Səməd Həsənovun öz vəsaiti hesabına inşa edilmiş evin yerləşdiyi torpaq sahəsi və həmin ev barəsində Cavabdeh mülkiyyət hüquqları əldə etmişdir. Torpaq sahəsi barəsində əqdin bağlandığı 2017-ci ildə Cavabdeh həmin torpaq sahəsi üzərində fərdi yaşayış evinin mövcud olduğunu bilmiş və həmin müqaviləni bağlamışdır. İddiaçı hazırki i ddianı qaldırarkən Cavabdeh onu aldatdığını, barəsində alqı-satqı əqdi bağlanmış torpaq sahəsinə görə Cavabdeh ona heç bir məbləğdə pul vermədiyini göstərmişdir.

29. Nəticə etibarı ilə işin faktiki halı kimi müəyyən edilmişdir ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini vicdanlı alıcı kimi, yəni, həmin evin dəyərini ödəməklə alqı-satqı əqdi əsasında əldə etməmişdir.

30. Apellyasiya instansiya məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 21.2, 157.5, 157.6, 157.8, 567, 572.1, 646.1, 646.2, 648.2, 1091.1 və 1091.2, Mülki Prosessual Məcəllənin 217, 384.0.2 və 385.1.1-ci maddələrinə istinad etmişdir.

31. Qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. Cavabde h kassasiya şikayəti verərək qətnamənin ləğv olunaraq, iddiaçı iddiaçı 2 oğlunun iddiasının rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

33. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbi və həmin tələbi təmin edən apellyasiya məhkəməsinin qətnaməsi əsassızdır. Məhkəmə şahid ifadələrini mötəbər sübut kimi qiymətləndirməsi düzgün olmamışdır. Çünki, şahidlər ona qarşı qərəzli olmuş, obyektiv ifadələr verməmşidir. Məhkəmə nəzərə almamışdır ki, təhqiqta orqanının “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında onnu əməllərində cinayət tərkibin əlamətlərinin olmadığını müəyyən edilmişdir.

34. Kassasiya şikayətində Mülki Məcəllənin 389.1, 646.1, 646.2, 567 və 572.1-ci, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 76.1, 76.2, 76.3, 77.1, 80, 81, 82.1, 82.3, 82.4, 88, 106.1, 217.1, 217.2, 217.3 və 386-cı maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. İddiaçı iddiaçı 2 oğlu kassasiya şikayəti yazılı etiraz təqdim edərək şikayətin əsassız olduğunu, ona görə də təmin edilməməli olduğunu göstərmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

36. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın

37. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

38. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başq a vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir

39. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.

40. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bi lər.

41. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

42. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiy ası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edil ərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı iddianın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

55. Apellyasiya məhkəməsi tərəfindən aparılmış araşdırmalarla işin faktiki halı kimi müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçı 2 oğlu tərəfindən tikilmiş, Cavabdeh isə həmin evi vicdanlı alıcı kimi, yəni, dəyərini ödəməklə alqısatqı müqavilə si əsasında deyil, əvəzsiz əldə etmişdir.

56. Qeyd olunanları nəzərə alan apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, fərdi yaşayış evinin tikintisi üçün iddiaçı 2 oğlunun xərclədiyi vəsait Cavabdeh tutulmalıdır.

57. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri sübutların apellyasiya instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməməsi ilə bağlı olsa da, həmin dəlillər öz təsdiqini tapmamışdır. Əksinə, kassator öz etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

58. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Belə olan halda, kassasiya şikayətinin dəlilləri formal olmaqla, apellyasiya instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz. 60. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun

61. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. Göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara ald ı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(104)-2753/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar