Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2563/2020 20.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı ASC-nin vəkili X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)15314/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Fərrux Qasımov) 2(001)-480/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh1 3,06 ABŞ dolları məbləğində faiz, 50 ABŞ dolları məbləğində cərimə borcu olmaqla ümumilikdə 53,06 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə tutularaq iddiaçıya ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, ilkin satış qiymətinin 540600 manat müəyyən olunmaqla mənzilin açıq hərracdan əldə olunan vəsait hesabına Cavabdeh1 iddiaçıya olan borcunun ödənilməsi, mənzilə tutma yönəldikdən və satıldıqdan sonra 1 ay ərzində Cavabdeh2 həmin evdən istifadə hüququna xitam verilməsi və evin boşaldılması, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 1 manat, bildirişlərin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 2 manat məb ləğində pul vəsaitinin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin 8 manat məbləğində hissəsinin Cavabdeh1, 192 manat məbləğində hissəsi iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 oktyabr2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı ASC Cavabdeh 1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və daha sonra tələbini dəqiqləşdirərək 1787,92 ABŞ dolları məbləğində faiz, 586,5 ABŞ dolları məbləğində cərimə borcu olmaqla ümumilikdə 2374,42 ABŞ dolları məbləğində borcun, dövlət rüsumunun əvəzi kimi 30 manat, ipoteka bildirişlərinin qeydə alınması üçün ödənilmiş 60 manat dövlət rüsumunun bankın xeyrinə tutulması, tutmanın Cavabdeh2 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Aşıq Ələsgər küçəsində 0,1 ha. torpaq sahəsində yerləşən 3 mərtəbəli, 7 otaqlı, 190,38 kvadrat metr yaşayış, 99,08 kvadrat metr köməkçi sahədən ibarət 22 nömrəli fərdi yaşayış evinə (bundan sonra – ipoteka predmeti) yönəldilməsi, mənzilin açıq hərracda satılması, əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, mənzil satıldıqdan sonra Cavabdeh2 və onunl a birlikdə yaşayan ailə üzvlərinin yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları və evin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 108310-1-4200 saylı “Baş kredit razılaşması” əsasında bank tərəfindən sonuncuya xx.xx.2012-ci il tarixdən 31,10.2022-ci il tarixədək ******* ABŞ dolları məbləğində kredit xətti açılmış, xx.xx.2012-ci il tarixli, 108310-1-4200/1 saylı “Kommersiya krediti müqaviləsi”nə əsasən illik 18 faizlə 36 ay müddətinə 310000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi ipoteka predmeti Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bundan sonra bankla Cavabdeh1 arasında xx xxxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə dəyişiklik və əlavələrin edilməsi barədə xx xxxxxxx 2015-ci il tarixli, 01 saylı Razılaşmaya, xx xxxxxx 2016-cı il tarixli 02 saylı Razılaşma imzalanmış, 02 saylı Razılaşmaya əsasən Cavabdeh1 banka xx xxxxxx 2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 4914 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Borcalanın Bank qarşısında öhdəliklərinin lazımınca icra edilməməsi nəticəsində tələb olunan məbləğdə borcu yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: İddiaçı ASC-nin vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cava bdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cvabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırı hissə: Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 108310-14200 saylı “Baş kredit razılaşması” əsasında bank tərəfindən sonuncuya xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ******* ABŞ dolları nəbləğində kredit xətti açılmışdır. Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 108310-1-4200/1 saylı “Kommersiya krediti müqaviləsi”nə əsasən Cavabdeh1 illik 18 faiz hesablanması şərti ilə 36 ay müddətinə 310000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, Aşıq Ələsgər küçəsində 0,1 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 7 otaqlı, 190,38 kvadrat metr yaşayış, 99,08 kvadrat metr köməkçi sahədən ibarət 22 nömrəli fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bundan sonra bankla Cavabdeh1 arasında 31 oktyabr 2Q12-Cİ il tarixli kredit müqaviləsinə dəyişiklik və əlavələrin edilməsi barədə xx xxxxxxx 2015-ci il tarixli, 01 saylı Razılaşmaya əsasən, Cavabdeh1 banka xx xxxxxxx 2015-ci il tarixə mövcud borcu 16349,6 ABŞ dolları müəyyən edilmişdir. Razılaşmanın imzalandığı tarixdən Cavabdeh1 kredit məbləğini müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada 36 ay müddəti ərzində istifadə etməyi və xx.xx.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Daha sonra bankla Cavabdeh1 arasında kredit müqaviləsinə və 01 saylı razılaşmaya dəyişiklik və əlavələrin edilməsi barədə xx xxxxxx 2016-cı il tarixli 02 saylı Razılaşmaya əsasən Cavabdeh1 banka xx xxxxxx 2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 4914 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Kredit müqaviləsinin, eləcə də razılaşmaların şərtlərinə əsasən, Cavabdeh1 bankdan götürdüyü pulu ödəniş qrafiki ü zrə faizləri ilə birlikdə vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliklərinin lazımınca icra edilməməsi nəticəsində bank tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən xx xxxxxx 2018-ci il tarixə 1787,92 ABŞ dolları məbləğində faiz, 586,5 ABŞ dolları məbləğində cərimə borcu olmaqla ümumilikdə 2374,42 ABŞ dolları məbləğində borcu yaranmışdır. Həmçinin iş üzrə təyin edilmiş ekspertizaya dair xx.xx.2019-cu il tarixli 29371 nömrəli ekspert rəyi ilə Cavabdeh1 xx xxxxxx 2017-ci il tarixə banka 422,59 ABŞ dolları məbləğində əsas, 3,06 ABŞ dolları məbləğində faiz, 586,5 ABŞ dolları məbləğində cərimə borcunun olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 442.1, 467 və 739-cu maddələrini tətbiq etməklə be lə nəticəyə gəlmişdir ki, ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə faiz və azaldılmış cərimə borcu cavabdehdən Bankın xeyrinə tutulmalıdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi kredit borcunun tutulması hissəsində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlillərinə qiymət verən apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, şikayət iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. İddiaçı ekspert rəyinin mötəbərliyini şübhə altına alan hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazla rının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (maddə 39.3.3). İşdən göründüyü kimi birinci instansiya məhkəməsi ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə xx xxx 2019-cu il tarixdə ekspertiza təyin etmiş, ekspertizanın ap arılması “xxxxxxxxxxx” MMC-yə həvalə edilmiş, lakin cavabdehlərə ipoteka predmetinə baxış keçirilməsi haqqında bildiriş almaqlarınabaxmayaraq əmlakın qiymətləndirilməsinə zəruri şərait yaratmamışlar. Ona görə də əmlakın ilkin satış qiymətini müəyyən etmək mümkün olmamışdır. MPM-ə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər (maddə 106.2). Buna görə də apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini ipoteka müqaviləsində göstərilən qiymətə əsasən müəyyən etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçı apelyasiya şikayətində həmin məbləğlə razı olmadığını bildirsə də, əmlakın dəyəri ilə bağlı hər hansı sübu t təqdim etməmiş və iddiaçının tələbinin ödənilməsi üçün əmlakın dəyəri kifayətdir. Ona görə də apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, qətnamə ipoteka predmetinə tutma yönəldilməsi hissəsində də əsaslıdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçı bankın apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şika yətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilmədən, Bakı Apell yasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-15314/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-2563/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2563/2020
20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver