Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2564/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, Cavabdeh Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 yanvar 2020-ci il tarixli 2(103)-1270/2020 nömrəli qətnaməsindən İddiaçı ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəki l tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 9.383,43 manat əsas, 3.003,17 manat faiz və 1.760,21 manat cərimə borcu olmaqla, ümumilikdə 14.146,81 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh1 03.12.2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 22,2 faizlə, 18 ay müddətinə 10.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və X2 ilə 03.12.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəl iyini icra etməkdən boyun qaçırır. 14.09.2017-ci ilədək Cavabdeh1 banka tələb olunan məbləğdə borcu vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Məhəmməd Rüstəmli) 2(001)-195/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada 9.383,43 manat əsas, 2.418,81 manat faiz, 100 manat cərimə olmaqla, cəmi 11.902,24 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun 26 manatının cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manatın 32 manatının iddiaçıdan, 168 manatın isə cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia digər hissədə təmin edilməmişdir. Ba kı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Fuad Babayev-sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) 22.01.2020-ci il tarixli 2(103)-1270/2020 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-195/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmşdır. İddiaçı ASC və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.01.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə, iş üzrə apelyasiya şikayətini qismən təmin edər kən qətnamədə qeyd etmişdir: “Birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş ekspertiza üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 07.10.2019-cu il tarixli, 26815 saylı rəyi ilə Cavabdeh1 kredit müqaviləsi müddətinə, yəni 03.06.2017-ci il tarixə olan borcu əsas məbləğ üzrə 9383,71 manat, faiz borcu üzrə 2418,81 manat müəyyən edilmişdir.” Ekspert rəyində kifayət qədər ziddiyyətli məqamlar mövcuddur. Belə ki, qeyd olunan ziddiyyətli ekspert rəyi ilə iddianı qismən təmin edərək, məhkəmə bankın mənafeyinə zərər vurmuş və borclunun məsuliyyətdən yayınmasına səbəb olmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyası iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri bar ədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İddia qismən təmin edildiyindən və iddiaçı iddianın təmin edilməmiş hissəsini mübahisələndirdiyindən, iddiaçının kassasiya şikayəti əsasında qətnamənin iddianın təmin edilməmiş hissəsinin qanuniliyi yoxlanılır. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Bank ilə Cavabdeh1 arasında bağlanmış 03 dekabr 2015-ci il tarixli, №420008939 saylı kredit müqaviləsinə əsasən bank borcalana illik 22.2 faiz hesablanmaqla 18 ay müddətinə, aylıq ödəniş 658,39 manat, sonuncu ay 658,29 manat olmaqla 10.000 manat məbləğində borc vermiş, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İlk ödəniş tarixi 04 yanvar 2016-cı il, sonuncu ödəniş tarixi 03 iyun 2017-ci il olaraq müəyyən edilmişdir. Müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 44,4 faiz pul hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Digər cavabdehlər borcalanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşlər. Bank tərəfindən təqdim edilmiş 14 sentyabr 2017-ci il tarixli maliyyə arayışına əsasən borcalanın Banka 9.383,43 manat əsas, 3.003,17 manat faiz və 1.760,21 manat cərimə olmaqla, ümumilikd ə 14.146,81 manat borcu vardır. Birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş ekspertiza üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 07 oktyabr 2019-cu il tarixli, 26815 saylı rəyi ilə Cavabdeh1 kredit müqaviləsi üzrə müqavilə müddətinə, yəni 03 iyun 2017-ci il tarixə banka olan borcu əsas məbləğ üzrə 9.383,71 manat, faiz borcu üzrə isə 2.418,81 manat müəyyən edilmişdir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi fazi məbləğinin müqavilə müddətində ekspert rəyi ilə müəyyən edilən məbləğdə tutulması, tələb edilən cərimə məbləğiin isə azaldılaraq 100 manat saxlanılması hissəsində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməl i, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İş üzrə ödənilməli olan faiz məbləği müvafiq ekspertiza keçirilməklə müəyyən edilmi şdir. Ekspert rəyində maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və kredit razılaşmasının və bu razılaşma əsasında imzalanmış əlavə sazışlərin qeyd olunan şərtləri nəzərə alınmaqla, maliyyə arayışında borc hesablanılan tarixə hesablanmış faiz borcu müəyyən edilmişdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassator kredit borcunun düzgün hesablanmaması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Həmçinin ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Dəbbə pulunun azaldılmasına gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, dəbbə pulu müəyyən edilərkən həm kreditorun əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, kassasiyada qeyd edilənlər iş materialları ilə təkzib edilir, kassator həmin dəlillərlə bağlı heç bir sübut təqdim etməmişd ir. Belə olan halda, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 yanvar 2020-ci il tarixli 2(103)-1270/2020 nömrəli qətna məsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2564/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2564/2020
10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver