Məhkəmə qərarları › İş №2(102)-2564/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2564/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2564/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının N nömrəli iş üzrə XXX-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 aprel 2021ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qər arı qəbul etdi. İşin halları İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 26.11.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik istifadə dərəcəsi 15 faiz olmaqla 47.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq həmin tarixli ipoteka və zaminlik müqavilələrinə əsasən Cavabdeh4 qızına məxsus N saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmiş, Cavabdeh3 və Cavabdeh2 isə zaminlər olaraq borcalanın bank qarşısında öhdəliklərini tam yerinə yetirənədək onunla birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2018-ci ilin sentyabr ayında İddiaçı ASC Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 qızına, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 26.11.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cəmi 32.487,20 ABŞ dolları borcun, iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun və bildirişin qeydə alınması ilə bağlı ödənilmiş 40 manat pulun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilərək həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi və s. dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-642/2019 saylı, 16 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim: S.B.Mehrəliyev) iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh1 qızından, Cavabdeh3 və Cavabdeh2 26.11.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 25.168,81 ABŞ dolları əsas, 942,72 ABŞ dolları faiz borcu, icrası gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə əsas borc məbləğinə hesablanmış 850,29 ABŞ dolları olmaqla, cəmi 26.961,82 ABŞ dolları borc (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və 58,10 manat məhkəmə xərcləri tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə tutma ipoteka predmeti olan, Cavabdeh4 Mədət qızına məxsus Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsində yerləşən 7 saylı evin 37 saylı mənzilinə yönəldilmiş, mənzilin ilkin satış qiyməti 110.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaitinin borcun ödənilməsinə yönəldilməsi, mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində tərk etmədikləri halda cavabdehlər Cavabdeh4 Mədət qızı, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və digər şəxslərin həmin mənzildən məcburi qaydada çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10189/2019 saylı, 09 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – M.A.Məmmədov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.Y.Şamayev) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinə görə Cavabdeh2 qətnaməni yalnız ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirmiş və qeyd olunan nəticəyə gələrkən ipoteka predmetinin ilkin satış qiymətinin “xxxx” MMC tərəfindən verilmiş 19.04.2019-cu il tarixli rəylə müəyyən olunmasını və s. əsas göstərmiş və maddi hüquq norması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1 və 319.6-cı maddələrinə, “İpoteka haqqında” Qanunun 33, 34, 36 və 39-cu maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh2 kassasiya şikayəti verərək ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən olunmamasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. Cavabdeh2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüquq u vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 317.1 Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilə r. Maddə 319.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə yönəldiyindən kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən olunmaması iddia olunsa da, iş materiallarından görünür ki, ipoteka predmetinin ilkin satış qiyməti “xxxx” MMC-nin 19.04.2019-cu il tarixli rəyi ilə müəyyən edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Belə olduqda ipoteka predmetinin dəyərinin aşağı müəyyən olunmasına dair şikayətin dəlili əsaslı sayıla bilməz. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara və qanunun tələblərinə düzgün qiymət verilməklə çıxarılmış, maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmuş, qətnamənin ləğv edilməsi üçün əsas verən qanun pozuntusuna yol verilməmişdir. Şərh olunanlara əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10189/2019 nömrəli iş üzrə 09 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar