Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2565/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 noyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 oktyabr 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli, 2(004)-182/2018 saylı qətnaməsi ilə (sədrlik edən hakim T.Xəlilova) iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı K B ASC-nin xeyrinə 20 dekabr 2013-cü il tarixli, 13377nYSM/13 №li kredit müqaviləsi üzrə 18 may 2017-ci il tarixə ödənilməmiş 845,23 ABŞ dolları borcu Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) 3,40 manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən, məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova, 2(103)-11491/2018 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli, 2(004)182/2018 saylı qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilərək, Cavabde h İddiaçı KB ASC-nin xeyrinə 4744,63 (dörd min yeddi yüz qırx dörd dollar, 63 sent) ABŞ dolları əsas borc, 346,66 (üç yüz qırx altı dollar, 66 sent) ABŞ dolları faiz borcu, 0,52 (52 sent) ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 5091,11 (beş min doxsan bir dollar, 11 sent) ABŞ dolları, alınacaq gündə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla manatla tutulması, Cavabdeh İddiaçı KB ASC-nin xeyrinə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun 19 (on doqquz) manatı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 14 (on dörd) manatı tutulması, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manatın 144 (yüz qırx dörd) manatı Cavabdeh, 1 (bir) manatı İddiaçı KB ASC-dən alınıb, Az.MEM, VÖEN **********, A Z34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməsi qət edilmişdir. İşin halları İddiaçı KB ASC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borcludan kreditorun xeyrinə 4744,53 ABŞ dolları əsas borcun, 349,96 ABŞ dolları faiz borcunun, 0,52 ABŞ dolları cərimə borcunun, cəmi 5092,11 ABŞ dolları borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli, 2(004)-3619/2017 saylı məhkəmə əmri ilə kreditor İddiaçı KB ASC-nin ərizəsi təmin edilməklə, borcu Cavabdeh kreditorun xeyrinə 4744,63 ABŞ dolları əsas borcun, 349,96 ABŞ dolları fa iz borcunun, 0,52 ABŞ dolları cərimə borcunun, cəmi 5092,11 ABŞ dolları borcun və 20 manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir. Məhkəmənin 06 aprel 2017-ci il tarixli qərardadı ilə borclu Cavabdeh etirazı təmin edilməklə, məhkəmə əmri ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdi r. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instans iyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı KB ASC ilə Cavabdeh arasında bağlanılmış 20 dekabr 2013-cü il tarixli, 13377nkYSM/13 №li kredit və bank hesabı müqaviləsinə əsasən bank borcalana 48 ay müddətinə, illik 27% dərəcəsi ilə 7000 ABŞ dolları məbləğind ə kredit verilmişdir. İddiaçı KB ASC tərəfindən Cavabdeh ünvanlandırılmış 25 yanvar 2017-ci il tarixli bildirişə əsasən cavabdeh iddiaçı qarşısında olan borcu barədə xəbərdar olunmuşdur. İddiaçı KB ASC tərəfindən təqdim edilmiş 16 fevral 2017-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 13377nkYSM/13 №li kredit müqaviləsi üzrə 4744,83 ABŞ dolları əsas borc, 349,96 ABŞ dolları faiz borcu, 0,52 ABŞ dolları cərimə borcu, cəmi 5092,11 ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 02.07.2018-ci il tarixli 13861 saylı ekspert rəyinə əsasən, Cavabdeh İddiaçı KB ASC-yə 20 dekabr 2013-cü il tarixli, 13377nkYSM/13 №li kredit və bank hesabı müqaviləsinə əsasən 16.02.2017-yə 4744,63 ABŞ dolları əsas, 346,96 ABŞ dolları faiz, 16.05.2017-ci il tarixə 4744,63 ABŞ dolları əsas, 667,36 ABŞ dolları faiz borcu vardır. Müqavilənin 3.1-ci bəndi nəzərə alınmaqla 16.02.2017-ci il tarixə 845,23 ABŞ dolları əsas, 0,0 ABŞ dolları faiz borcu, 845,23 ABŞ dolları əsas, 0,0 ABŞ dolları faiz borcu təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gec ikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir, cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1 -ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ekspert rəyini tədqiq edərək, 20 dekabr 2013-cü il tarixli, 13377nkYSM/13 №li kredit və bank hesabı müqaviləsinə əsasən 16.05.2017-ci il tarixə olan borcu 845,23 ABŞ dolları məbləğində borcun cavabdehdən tutulması hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsinin müddəti 2017-ci ilin dekabr ayında bitmişdir. Birinci instansiya məhkəməsi məhkəmə-mühasibatlıq ekspertizası təyin edərkən ekspert qarşısında borclunun kredit müqaviləsi üzrə 16.02.2017-ci il tarixə faiz və cərimə borucnun nə qədər təşkil etməsi və 16.05.2017-ci il tarixə əsas, f aiz və cərimə borcunun nə qədər təşkil etməsi olmuşdur. Ekspert isə məhkəmə tərəfindən qoyulmuş suallardan kənara çıxaraq, müqavilənin 3.1ci bəndini düzgün təfsir etməmiş, fərqli rəy vermişdir. Kollegiya qeyd etmişdir ki, 20.12.2013-cü il tarixli 13377nkYSM/13 saylı kredit müqaviləsinin 3.1-ci bəndində faizin başqa formada hesablanmasından söhbət getmir. Həmin bənddə də faizin 1.1-ci bəndin faiz şərtləri çərçivəsində faiz hesablanması nəzərdə tutulur. Bundan əlavə müqaviləyə 1 saylı əlavə də, faizin hesablanması qaydası göstərilmiş, cavabdeh tərəfindən həmin əlavə imzalanmaqla, razılaşdırılmışdır. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə, iddia tələbini qismən təmin etməklə, Cavabdeh İddiaçı KB ASC-nin xeyrinə 4744,63 (dörd min yeddi yüz qırx dörd dollar, 63 sent) ABŞ dolları əsas borc, 346,66 (üç yüz qırx altı dollar, 66 sent) ABŞ dolları faiz borcu, 0,52 (52 sent) ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 5091,11 (beş min doxsan bir dollar, 11 sent) ABŞ dolları, alınacaq gündə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla manatla tutulması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4 16, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 14 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2565/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2565/2019
23.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver