Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2565/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Behbudov İlkin Adil oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)12834/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin (hakim R.Xəzri) xx.xx.2019-cu il tarixli, 2(003)-1065/2019 nömrə li qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 2272 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 8.80 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Məmmədov, Ş.Məhərrəmova, E.Şamayev) xx.xx.2019-cu il tarixli, 2(103)-12834/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)-1065/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının x x.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 7758.88 manat məbləğində əsas borcun, 30 manat dövlət rüsumunun, ümumilikdə isə 7788.88 manat borcun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı vəkili Behbudov İlkin Adil oğlu kasasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının nümayəndələri tərəfindən cavabdehin yaşadığı ünvana baxış keçirilərkən cavabd eh tərəfindən evin yanından keçən qaz xəttinə qanunsuz qoşulmaqla təbi qazdan qeyri-qanuni istifadə etməsi aşkarlanmış, faktla bağlı Birliyin nümayəndələrinin iştirakı ilə aktlar tərtib edilmiş, fotoşəkillər çəkilmişdir. Həmin aktlar əsasında itirilmiş təbii qazın dəyərinin bərpası üçün dəymiş ziyan hesablanmışdır. Məhkəmə Birlik tərəfindən təqdim edilmiş sübutlara qiymət verməmiş, iş üzrə sübutları araşdırmamışdır. Məhkəmə cavabdeh tərəfindən təbii qazdan sayğacdan kənar qanunsuz istifadə edilməsi faktının öz təsdqini tapmadığını əsas götürmüş, cavabdeh tərəfindən aktlar yazıldığı tarixlərdə təbii qazdan istifadəyə görə nə qədər pul ödənildiyini, ümumiyyətlə pul ödənilib-ödənilmədiyini araşdırmamış, təqdim edilmiş fotoşəkillərə münasibət bildirməmiş, qaz xəttinin üzərində qanunsuz istifad ə əlamətlərinin olub-olmaması barədə ekspertiza təyin etməmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin olunan hissəsində 2272 manat pulun hansı meyar əsasında hesablandığını əsaslandırmamış, apelyasiya instansiyası məhkəməsi isə bu halı araşdırmamışdır. Beləliklə məhkəmə işin hallarını araşdırmamış, düzgün maddi hüquq normalarını tətbiq etməmiş, nəticədə əsassız qətnamə qəbul etmişdir. Ona görə də o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)12834/2019 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Behbudov İlham Adil oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, Az ərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarına” görə, bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (“Qazın alğı-satqı müqaviləsi” əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Həmin Qaydaların 3.1.7-ci bəndinə görə, qaz paylayıcı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakç ı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Lakin iş materiallarından görünür ki, yuxarıda qeyd edilən dövr ərzində cavabdehin yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına və ya qaz xəttinə kənar müdaxilə edilməsini təsdiq edən hər hansı sübut iddiaçı Birlik tərəfindən məhkəmələrə təqdim edilməmişdir. Əksinə iddiaçı, özü də iddia ərizəsində həmin dövrə aid sənədlərin tapılmadığını qeyd etmişdir. Qeyd olunanlara əsasən apelyasiya kollegiyası hesab etmişdir ki, iddiaçı Birlik öz tələblərinin əsasını sübuta yetirə bilməmişdir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.7-ci bəndinə istinad etməklə iddiaçı tərəfindən cavabdehin təbii qaz xəttinə qanunsuz müdaxilə etməsinə dair sübut təqdim edə bilməməsini əsas götürərkən maddi və prosessual hüquq normalarının tələblərinin pozuntusuna yol verilməmişdir. Odur ki, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə lidir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-12834/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2565/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2565/2020
23.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver