Məhkəmə qərarları › İş №2(102)-257/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-257/2025

11.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-257/2025 11.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: əsassız varlanma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1857/2024 nömrəli, 3 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Gəncə şəh ərindəki “1500 ailəlik Yeni qəsəbə”dəki bina 21-də yerləşən 46 nömrəli mənzil Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin balansındadır və sözügedən mənzilə dair Mənzil İstismar Departamenti ilə X2 arasında xx.xx.2017-ci il tarixli 21/46 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən sözügedən mənzil Sənubər Məmmədovaya kirayə verilmişdir. Cavabdeh faktiki olaraq həmin mənzildə yaşamışdır;

3. İddiaçı ilə Cavabdeh arasında sözügedən mənzilin alqı-satqısına dair şifahi razılığa gəlmişlər ki, Cavabdeh həmin mənzili İddiaçı satır, sonuncu isə bunun müqabilində Cavabdeh mənzilin dəyərini ödəyir. Tərəflərin razılaşması ilə mənzilin satış dəyəri 18.500 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən Cav abdeh mənzilin alqı-satqısına görə ilk dəfə 12.000 manat, daha sonra isə müxtəlif vaxtlarda 3.000 manat və 2.500 manat, ümumilikdə 17.500 manat pul verilmişdir. Mənzilin İddiaçı adına rəsmiləşdirilməsi mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən vurulmuş maddi ziyanın əvəzi olaraq 17.500 manat və hüquqi yardım üçün ödənilmiş 400 manat məbləğində pulun əvəzinin, cəmi 17.900 manat məbləğində pul vəsaitinin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ev almaq məqsədi ilə cavabdeh ilə 2023cü ilin aprel-may ayında danışmış və ünvan 1 ünvanında olan mən zilin ona 18.500 manata satılmasına dair razılaşmışlar. İddiaçı cavabdehin bank kartına əvvəlcə 2023-cü ilin aprel ayında 500 manat ödəniş etmiş, bundan sonra, cavabdeh evi boşaltmış və evdə bəzi əşyalar qaldığından onun da pulunu cavabdehə ödəmiş, 10 may 2023-cü il tarixində 6000 dollar (həmin dövr üçün 10200 manat mövcud məzənnə ilə) məbləğində pulu Gəncə şəhərindəki Yeni qəsəbədə yerləşən 12 saylı çoxmənzilli binanın qarşısında cavabdehə vermiş, 12 may 2023-cü il tarixində isə həmin mənzilə köçüb orada ailə üzvləri ilə birlikdə yaşamağa başlamışdır. Təxminən 2023-cü ilin iyun ayında 4500 manat pulu, 2023-cü ilin iyul ayında isə 2300 manat pulu həmin ərazidə cavabdehə vermişdir. Ümumilikdə cavabdehə 17500 manat pul vermişdir. Lakin pulu verib qurtardıqdan sonra dəfələrlə cavabdehə bildir sə də, cavabdeh iddiaçıya həmin mənzili sənədləşdirə bilməyəcəyini və aldığı pulu qaytarmayacağını bildirmişdir. Əvvəlcədən belə razılaşmışlar ki, pulu verəndən sonra mənzil onun adına rəsmiləşəcəkdir, lakin cavabdeh pulu aldıqdan sonra həm sənədləşmədən, həm də pulu qaytarmaqdan imtina etmiş və bu günədək cavabdeh ona heç bir məbləğdə pul qaytarmamışdır. Bundan başqa, ona sonradan məlum olan mənzil sahibi X2 və Sənubərin qızları dəfələrlə həmin mənzilə gələrək sərt şəkildə onun mənzildən çıxmasını tələb etmiş, hal-hazırda da bu hallar davam edir. Eyni zamanda, iddiaçı yuxarıda qeyd edilən hallarla bağlı Kəlbəcər Rayon Polis Şöbəsinə də müraciət etmiş, orada araşdırma aparılmış və məsələ mülki xarakterli olduğundan məhkəməyə müraciət etməli olduğu bildirilmişdir.

6. Kəlbəcər Rayon Məhkəməs inin 13 iyun 2024-cü il tarixli 2(040)-335/2024 nömrəli qətnaməsi ilə (hakim Həsən Qəniyev) iddia təmin edilmişdir.

7. Məhkəmə mövqeyinə dair qeyd etmişdir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iddia tələbi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır.

8. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096.1 və 1096.2-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya mə hkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İddiаçı özü də еtirаf еdir ki, оnunlа аrаlarındа şifаhi əqd əsаsındа müqаvilə bаğlаnmış və həmin pul dа şifаhi müqаvilə əsаsındа ona ödənilmişdir. Həmçinin həmin еvdə onun 12000 mаnаt dəyərində əşyаlаrının оnа təhvil vеrilməsi də оnu göstərir ki, iddiаçı ilə аrаlarındа qаrşılıqlı rаzılаşmа оlmuş, lаkin iddiаçının digər аrqumеnti kimi еvin оnun аdınа rəsmiləşdirəcəyinə dаir məhkəməyə hər hаnsı bir sübut təqdim еtməmişdir. Qеyd оlunаn 17500 mаnаt məbləğində pul ona vеrilərkən həmin pulun 12000 mаnаtı еvdə qаlаn əşyаlаrа münаsibətdə hеsаblаnаrаq iddiаçıyа еv sаtılmışdır. Еvə dаir digər hər hаnsı şəхsin еvə gələrək оnа еvdən çıхmаsını tələb еtməsi аrqumеnti də tаm оlаrаq əsаssızdır. Məhkəmənin öz qətnаməsi ndə sаdəcə оlаrаq mаddi hüquq nоrmаlаrını sаdаlаmаqlа hеç bir əsаslаndırmа аpаrmаmаqlа qətnаmə çıхаrmаsı pozuntudur. Həmin pulun 12000 mаnаt məbləğində hissəsi еvdə оlаn əşyаlаra münаsibətdə hеsаblаnmış, qаlаn məbləğ isə еvin Qаçqınkоmun bаlаnsındа оlmаqlа rаzılıq əsаsındа məcburi köçkünə vеrilməsi kimi dəyərləndirilərək 5500 mаnаt məbləğində hissə də еvin dəyəri kimi ödənilmişdir. Bu hаllаrın hаmısı iddiаçı ilə rаzılаşdırılаrаq qаrşılıqlı öhdəlik kimi hər bir tərəfə münаsibətdə qəbul еdilmişdir. Həmçinin məhkəmə qətnаməsində аidiyyət qаydаlаrı üzrə MPM-in 44-cü mаddəsinə əsаslаnsа dа, düzgün nəticəyə gəlməmişdir. Bеlə ki, onun pаspоrt qеydiyyаt uzun müddətdir ki, Gəncə şəhəri, Оğuz küçəsi еv 18 nömrəli ünvаnındadır.

11. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1857/2024 nömrəli 3 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İslam Həsənov - sədrlik edən və məruzəçi, Loğman Süleymanov və Şamil Rzaquliyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməklə iddia təmin edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin həllinə tətbiq edilməli olan maddi hüquq normasının seçimi zamanı səhvə yol verərək tərəflər arasında yaranmış münasibətləri yanlış olaraq maddi ziyan (delikt) vurulması kimi qiymətləndirmişdir. Mülki qanunvericiliyin deliktlə bağlı müddəalarına görə mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud ol ması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Lakin hazırkı işin faktiki halları deliktlə bağlı hüquq normalarının ünsürləri əlaqəli deyildir. İşin faktiki halları Mülki Məcəllənin əsassız varlanmadan bəhs edən 1091.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəlir. Ona görə işə həmin hüquq normaları tətbiq edilməlidir.

13. İşin müəyyən olunmuş və faktiki hallarından göründüyü kimi, Gəncə şəhərindəki “1500 ailəlik Yeni qəsəbə”dəki bina 21-də yerləşən 46 nömrəli mənzil Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin balansında olduğu halda, cavabdeh hər hansı qanuni əsas olmadan həmin mənzil i faktiki olaraq İddiaçı satmış və bu məqsədlə də sonuncudan 17.500 manat vəsait almışdır. Qeyd olunan hallar Kəlbəcər Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli 6(040)1/2024 saylı qərarı ilə öz təsdiqini tapır. Halbuki cavabdehin sözügedən mənzilə dair hüquqları dövlət qeydiyyatına alınmadığından, o, həmin əmlaka dair sərəncam hüququna malik olmamışdır. Bu səbəbdən də cavabdehin sözügedən mənzili faktiki olaraq iddiaçıya satması və bu məqsədlə sonuncudan 17500 manat vəsait əldə etməsi hər hansı qanuni əsasa söykənməmişdir. Belə olan halda, həmin vəsait cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır.

14. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi “17500 mаnаt məbləğində pul ona vеrilərkən həmin pulun 12000 mаnаtı еvdə qаlаn əşyаlаrа münаsibətdə hеsаblаnаrаq idd iаçıyа еv sаtılmışdır, еvin Qаçqınkоmun bаlаnsındа оlmаqlа rаzılıq əsаsındа məcburi köçkünə vеrilməsi kimi dəyərləndirilərək 5500 mаnаt məbləğində hissə еvin dəyəri kimi ödənilmişdir” barədə dəlilinə də hüquqi qiymət verərək qeyd etmişdir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır. Çünki cavabdeh dəlilini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, iş materiallarına əlavə edilmiş Kəlbəcər Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli 6(040)1/2024 saylı qərarından müəyyən olunur ki, həmin işə məhkəmə nəzarəti qaydasında baxılarkən Cavabdeh verdiyi izahatında ünvan 2 ünvanını 2017-ci ilin avqust ayında Sənubər Məmmədova adlı qadından 21.000 manata aldığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin 21000 manata aldığı mənzili sonradan 5500 mana ta satması da öz-özlüyündə inandırıcı və ağlabatan deyildir.

15. Ərazi aidiyyət qaydalarının pozulmuş olması barədə apellyasiya şikayətinin dəlili də kollegiya tərəfindən əsassız sayılmışdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş cavabdehin fərdi məlumatları ilə müəyyən olunmuşdur ki, o, 23 fevral 2024-cü il tarixində Gəncə şəhəri, Oğuz küçəsində yerləşən 18 nömrəli evdə pasport qeydiyyatına alınmışdır. Hazırkı iddia ərizəsi isə 6 fevral 2024-cü il tarixdə “Elektron məhkəmə” İnformasiya sistemi vasitəsilə Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Yəni iddiaçı 6 fevral 2024-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman cavabdehin yaşayış yeri Kəlbəcər rayonu olmuşdur ki, bu halda iddiaçı düzgün olaraq MPM-in 35.1-ci maddəsi əsasında iddia ərizəsi ni Kəlbəcər Rayon Məhkəməsinə vermişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra cavabdeh yaşayış yerini dəyişdirdiyindən, işin məhkəmə ərazi aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi yolverilməzdir. Çünki MPM-in 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.

16. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 1091.1, 1092.1, 1091.2-ci, Mülki Prosessual Məcəllənin 14.1, 44.1, 77.1, 88, 121.1, 217.3, 386-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh kassasiya şikayəti verərək (vəkil Nümayəndə2 ) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Mülki Prоsеssuаl Məcəllənin 9-cu mаddəsinin tələblərinin pоzulmаsı ilə çıхаrıldığındаn qаnunа müvаfiq hеsаb еdilə bilməz. Məhkəmə tərəfindən cavabdehin iştirаkı təmin еdilməmiş və məhkəmə tаm və оbyеktiv аrаşdırmа аpаrmаyаrаq qərəzli qətnаmə çıхаrmışdır.

19. Məhkəmə aidiyyət qаydаlаrı üzrə MPM-in 44-cü mаddəsinə əsаslаnsа dа düzgün nəticəyə gəlməmişdir. Bеlə ki, cavabdehin pаspоrt qеydiyyаtı uzun müddətdir ki, Gəncə şəhəri, Оğuz küçəsi, еv 18 ünvаnındadır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Ka ssasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

22. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

23. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan i stifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxla nılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdehin iddiaçıdan əldə etdiyi pul vəsaitinin keçərli hüquqi əsası olmamışdır. Belə olan halda həmin pul vəsaitinin cavabdehdə qalması iddiaçının hesabına cavabdehin əsassız varlanmasına dəlalət edir. 3

3. Qanuna əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (§ 21-23).

34. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəti cə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

35. Məhkəmə tərkibi cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi barədə dəlilini də əsaslı saymır, ona görə ki, qətnamənin çıxarıldığı tarxiə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə həm elektron qaydada, həm də poçt xəbərnaməsi ilə məlumat verilmişdir. Apellyasiya kollegiyası xx.xx.2024-cü il tarixli iclasına gəlməyən cavabdehin iştirakı olmadan işə baxılmasını MPM-in 376.2-ci maddəsinə əsasən mümkün hesab etmişdir.

36. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən h alların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

38. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə koll egiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1857/2024 nömrəli, 3 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar