Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2570/2025 13.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məlumatların mərkəzi kredit reyestrindən silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlundan və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə və LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fonduna qarşı “məlumatların mərkəzi kredit r eyestrindən silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 aprel 2025-ci il tarixli 2(103)-2372/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-7431/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi ilə LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası rədd edilmişdir. 2. "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixli Çıxarışdakı “Borcalanın aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı LPO Cavabdeh1 ASC-yə xx.xx.2013-cü il tarixli kredi t müqaviləsi üzrə borcu mövcuddur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-yə və LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 080-K saylı kredit müqaviləsi üzrə borc məlumatlarının mərkəzi kredit reyestrindən silinməsi və həmin öhdəliyin cavabdeh Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-7411/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin ona qarşı kredit öhdəliyi üzrə qalan 16.846 ABŞ dolları əsas borc, 9.846 ABŞ dolları faiz borcu, hesablanan 5.375 ABŞ dolları faiz borcu olmaqla, cəmi 32.067 ABŞ dolları məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, ipoteka qoyulmuş cavabdehə məxsus mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı 62 saylı mənzilə tutmanın yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə iddiası rədd edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Belə ki, qətnamədən apellyasiya şikayəti verilmiş, lakin prosessual müddətin ötməsi əsası ilə şikayət geri qaytarılmış, qərardaddan apellyasiya və kassasiya şikayəti verilməsinə baxmayaraq son olaraq Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(102)-323/2020 saylı qərarı ilə müddət bərpa edilməyərək kassas iya şikayəti təmin edilməmiş və Xətai Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır. Bank qarşısında mövcud olmuş öhdəliyə dövlətin adından çıxarılan və qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən xitam verilmişdir. Lakin buna baxmayaraq hazırda o, gecikməsi olan problemli kreditorlar siyahısındadır. Hazırda adının kreditor reyestrində olması onun mülkiyyət hüquqlarını pozur. Mülkiyyət hüququ toxunulmazdır və qanunla qorunur. Məhkəmə qərarı ilə mövcud olmuş öhdəliklə bağlı bankın heç bir tələb etmə hüququnun olmamasına baxmayaraq hazırda adının hələ də problemli kreditorlar siyahısında olması ucbatından o, hər hansı yeni kredit götürə bilmir, hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmir, ona münasibətdə mülki dövriyyənin sabitliyi pozulmuş olur.
5. Cavabdeh LPO Cavabd eh1 ASC iddia ərizəsinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının istinad etdiyi qətnamələr üzrə onların borcunun olmaması müəyyən olunmamışdır, sadəcə cavabdehin ərizəsi əsasında iddia müddəti tətbiq olunaraq iddia rədd olunmuşdur. Bu səbəbdən müddətin keçməsi öhdəliyin xitamına səbəb olmur. Belə ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Hazırkı kredit müqaviləsindən irəli gələn tələb hüququna dair 3 illik iddia müddəti keçmiş olsa belə, bu, kreditorun tələb hüququnu, borclunun isə öhdəliyini aradan qaldırmır. İddia müddətinin keçməsi yalnız kreditorun tələb hüququnun məhkəmə qərarı ilə məcburi icrasının mümkünsüz edir. Azərbaycan Respublikası Kons titusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında da qeyd edilmişdir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6064/2024 nömrəli 26 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (X5)
7. Məhkəmə qeyd etmişdir ki, iddia müddəti tətbiq edilərək, iddia rədd olunduqda borclunun kreditora qarşı öhdəliyə xitam verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Belə ki, öhdəliyə xitam verilməsi əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsi ilə nəzərdə tutulmuşdur. Həmin maddədə isə iddia müddətinin keçməsi və ya qeyd olunan əsasla iddianın rədd edilməsi öhdəl iyə xitam verilməsi üçün əsas kimi müəyyən olunmamışdır.
8. Məhkəmə gəldiyi nəticəni, Mülki Məcəllənin 269.1, 270.1, 294.1.1, 385.1 və 527.1ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6064/2024 nömrəli, 26 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, adının kredit reyestrində olması şəxsin təkcə əşya, mülkiyyət hüququnu deyil, fərdi olaraq mülki hüquq fəaliyyət qabiliyyətini məhdudlaşdırmışdır. Yəni əmlakının məhdud əşya hüququ olaraq girovda qalması bir kənara, bir fiziki şəxs olaraq o öz adından hərəkət edərək hər hansı hüquqlar əldə edə bilmir. Belə ki, hər hansı bank və ya kredit təşkilatı ona kredit vermir, pul götürüb hər hansı fəaliyyətlə məşğul ola bilmir. Nəticə etibarı ilə adının kredit reyestrində qalması onun əmlak hüququnu deyil, fərd olaraq şəxsə məxsus olan mülki hüquq fəaliyyət qabiliyyətini məhdudlaşdırmışdır. Məhkəmənin istinad etdiyi Konstitusiya Məhkəməsinin qərarı isə məhz əşya hüquqları ilə bağlıdır ki, müddətin keçməsi əsası əşya hüquqlarının xitamına səbəb olmur. Lakin hazırkı iddia üzrə söhbət şəxsin qeyri-əmlak hüquqlarının məhdudlaşdırılmasından gedir. Cavabdehlər tərəfindən heç bir tələb etmə hüququnun olmamasına baxmayaraq hazırda adının hələ də problemli kreditorlar siyahısında olması ucbatından o, hər hansı yeni kredit götürə bilmir, hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmir, ona m ünasibətdə mülki dövriyyənin sabitliyi pozulmuş olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 mart 2018-ci il tarixli qərarı və Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 2 fevral tarixli Qərarındakı hüquqi mövqeyə görə borc məlumatlarının reyestrdə qalması halı mahiyyət etibarı ilə əşya hüquqlarının, o cümlədən öhdəliyin xitamı demək deyildir və bu kredit müqaviləsi üzrə borcu tam ödəmədiyi barədə kredit reyestrində olan məlumatlar, şəxsin maliyyə xidmətlərinə çıxışını məhdudlaşdırır.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2372/2025 nömrəli 29 aprel 2025-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)6064/2024 nömrəli, 26 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmdən saxlanılmış, apelly asiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilmişdir. (X4 Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər X2 və X1 ibarət tərkibdə)
12. Birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşan apelyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının istinad etdiyi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7431/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onun bank qarşısında öhdəliyinin olmaması əsası ilə deyil, bank tərəfindən iddia müddəti ötürülməklə iddia verilməsi əsası ilə rədd olunmuşdur. Mülki Məcəllənin müvafiq normalarının məzmunundan da göründüyü kimi, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi də öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldır mır. Öhdəliklərə tamamilə və ya qismən xitam verilməsinin bir sıra əsasları Mülki Məcəllənin 527-ci maddəsində müəyyən edilmişdir. Həmin maddədə isə iddia müddətinin keçməsi və bu institutun məhkəmə tərəfindən tətbiq edilməsi nəticəsində iddianın rədd olunması borclunun kreditora qarşı öhdəliyə xitam verilməsi kimi əsas nəzərdə tutulmamışdır.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 372, 385, 425, 527, 551-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli qərarına, “Azərbaycan Respublikası M ülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli qərarına, “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydalarının 6.1-6.4-cü bəndlərinə, Azərbaycan kredit bürosu”na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
14. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2372/2025 nömrəli 29 aprel 2025-ci il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edi lməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır, əlavə olaraq qeyd edilmişdir ki, cavabdehlər tərəfindən heç bir tələb etmə hüququnun olmamasına baxmayaraq hazırda adının hələdə problemli kreditorlar siyahısında olması ucbatından o, hər hansı yeni kredit götürə bilmir, hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmir, ona münasibətdə mülki dövriyyənin sabitliyi pozulmuş olur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
16. Cavabdeh LPO Cavabdeh1 ASC-yə və LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fondu (vəkil X3) kassasiya şikayətinə qarşı etiraz göndərərək kassasiya şikayətinin təmin olunmaması, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 aprel 202 5-ci il tarixli, 2(103)- 2372/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi iş üzrə araşdırma apararkən təqdim edilmiş bütün sübutları təhlil edərək, mübahisə barədə obyektiv dəyərləndirmə apararaq doğru nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. İddiaçı tərəfindən verilən kassasiya şikayətindən açıq aydın görünür ki, yazılmış kassasiya şikayəti yalnız iddiaçının formal mülahizələrinə əsaslanır. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul olunmuş qətnamədə hər hansı bir hüquq normasının pozulmasını əsaslandıra biləcək heç bir dəlil qeyd edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 5.3. Öhdəliyə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
19. Maddə
372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
20. Maddə
385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, ö hdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
21. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
22. Maddə
527. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərd ə tutulan hallarda yol verilir.
23. Maddə 551.1. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli qərarında iddia müddəti və kəsici müddət arasındakı əsas fərqləri izah edərkən qeyd etmişdir ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. 25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır.... İddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Azərbaycan Respubl ikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Madd ə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlid ir.
32. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiy a məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
35. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərilən hüquqi məsələlərə mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
36. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
37. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 aprel 2025-ci il tarixli 2(103)2372/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın.