Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2571/2021 27.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Məmmədova Günay Hüseyn qızına və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2571/21 (Açar sözlər: pul tələbinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli, 2(103)7257/2020 saylı qətnaməsindən Cavabdeh1 kasasiya şikayəti üzrə işə 27 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məh kəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, cavabdehlərdən 38.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib və tələbini belə əsaslandırıb ki, biznes fəaliyyəti ilə məşğul olmaq üçün 2018-ci ilin sentyabr ayından 04 yanvar 2019-cu il tarixədək hissə-hissə olmaqla Cavabdeh1 22.000 manat pul verib. Bundan əlavə 30 yanvar 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən Cavabdeh1 yenidən 16.000 manat pul verib. Cavabdeh1 22.000 manat pulu 44 ay müddətinə, 16.000 manat pulu isə 30 yanvar 2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürüb. Sonuncu borcu verəndən iki gün sonra ona məlum olub ki, Cavabdeh1 və Cavabdeh2 çoxsaylı in sanları aldadaraq onların külli miqdarda pulunu mənimsəyib. Ona görə də borcu vaxtından əvvəl onlardan tələb edir, lakin onlar borcu qaytarmaqdan boyun qaçırırlar. Cavabdeh1 isə məhkəmədə İddiaçı qarşı qarşılıqlı iddia verərək, aralarında bağlanmış 30 yanvar 2019-cu il tarixli kredit müqavilənin və 30 yanvar 2019-cu il tarixli ərizənin (əqdin) etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib və tələbini belə əsaslandırıb ki, İddiaçı ilə aralarında olan borc münasibətləri təxminən iki il əvvəl yaranıb. Aralarında 38.000 manat pulun verilməsi ilə bağlı heç bir borc münasibəti olmayıb. İki il müddətində Cavabdeh2 İddiaçı hissə-hissə cəmi 6.350 manat faizə pul alaraq ona verib. Həmin 6.350 manat borca görə İddiaçı 14.000 manat faiz ödəyib. Lakin, İddiaçı 14.000 manatla kifay ətlənməyib və həmin pulu faizə hesablayıb və əsas borcu ödəməyi ondan tələb edib. Daha sonra Cavabdeh2 borcun əvəzinə İddiaçıva 2 dəst qızıl zinət əşyaları (2.800 manat dəyərində 24 qramlıq brilyant qarnitur, 1.200 manat dəyərində 9 qramlıq sırğa və üzük komplekti), 1 ədəd “İphone” markalı mobil telefon, 1 ədəd “LG” markalı mobil telefon, 280 manat dəyərində məişət əşyaları (soba, qab-qaşıq) verib. Hazırda onun İddiaçıva heç bir borcu yoxdur. İddia ərizəsinə əlavə olunan 22.000 manat pulun verilməsi barədə 30 yanvar 2019-cu il tarixli ərizə onun tərəfindən deyil, Ziya adlı şəxs tərəfindən yazılıb. Həmin ərizə və müqaviləyə hədə-qorxu təsiri altında imza edib. Həmin ərizənin heç bir hüquqi əhəmiyyəti yoxdur. Belə ki, mülki qanunvericiliyə görə 3.000 manatdan çox borc məbləği üçün yazılı şək ildə müqavilə bağlanmalıdır. Digər tərəfdən, iddia ərizəsinə əlavə olunmuş 30 yanvar 2019-cu il tarixli müqavilə və 30 yanvar 2019-cu il tarixli qəbzdən görünür ki, 22.000 manat borcun 44 ay, 16.000 manat borcun isə 3 il müddətində qaytarılması nəzərdə tutulub. Lakin İddiaçı müqavilənin müddətini gözləmədən borcu ondan vaxtından əvvəl geri tələb etməklə qanunvericiliyin tələblərini pozub və borcun dərhal qaytarılmasına əsas olmuş halları sübut edə bilməyib. Bu səbəbdən də həmin müqavilə və ərizə etibarsız hesab edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim S.İ.Ədilova) ilk iddia qismən təmin, qarşılıqlı iddia rədd edilərək, Cavabdeh1 22.350 manat pulun tutulub İddiaçı verilməsi və qalan hissədə ilk iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, İddiaçı 30 yanvar 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən Cavabdeh1 16.000 manat borc pul verib və sonuncu həmin pulu 30 yanvar 2022-ci il tarixədək qaytarmağı öz öhdəsinə götürüb. Tərəflər kreditin faizsiz verilməsini şərtləndiriblər. İddiaçı müqavilədə göstərilən pulu Cavabdeh1 verməklə üzərinə düşən öhdəliyini icra etsə də, sonuncu müqavilədə göstərilən pulu İddiaçı qaytarmamaqla müqavilənin və mülki qanunvericiliyin tələblərini pozub. Lakin, Cavabdeh2 kredit müqaviləsi ilə hər hansı səbəbli əlaqədə olması mülki iş materialları ilə təsdiq olunmur. Bundan başqa, İddiaçı 30 yanvar 2019-cu i l tarixli ərizəyə istinad edib Cavabdeh1 əlavə olaraq 22.000 manat pul verdiyini iddia etsə də, sonuncu ondan yalnız 6.350 manat pul aldığını etiraf edir. Ərizədəki imza Cavabdeh1 tərəfindən icra olunsa da, ərizənin mətni sonuncu tərəfindən yazılmayıb. Odur ki, ilk iddia 22.000 manat pulun tutulması hissəsində qismən əsaslıdır və Cavabdeh1 6.350 manat pul tutulub İddiaçı verilməlidir. Qarşılıqlı iddia isə rədd edilməlidir, çünki kredit müqaviləsi və yazılı ərizə Cavabdeh1 özü tərəfindən imzalanıb və həmin müqavilələrin Mülki Məcəllədə müəyənləşdirilmiş şərtləri pozmaqla bağlanması təsdiq olunmur. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 339.1-339.6cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apelyasiya şikayə ti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin olunmayan hissəsində ləğv edilib, ilk iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh1 isə apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın rədd, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov sədrlik edən, məruzəçi, A.Q.Hüseynov və A.N.İmanov) Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli qətnaməsi qismən- ilk iddianın Cavabd eh1 tutulması qət edilmiş 22.350 manat pulun 6.350 manatına aid hissədə və qarşılıqlı iddianın təmin edilməmiş “30 yanvar 2019-cu il tarixli ərizənin etibarsız hesab edilməsinə aid hissədə ləğv edilib, həmin hissələrdə yeni qətnamə çıxarılmaqla, ilk iddia 22.000 manat pulun tutulmasına aid hissədə rədd edilib, qarşılıqlı iddia isə 30 yanvar 2019-cu il tarixli ərizənin (əqdin) etibarsız hesab edilməsi hissəsində təmin edilərək, Cavabdeh1 tərəfindən imzalanmış 30 yanvar 2019-cu il tarixli ərizənin (əqdin) etibarsız hesab edilməsi, qalan hissələrdə, yəni Cavabdeh1 16.000 manat pulun tutulub İddiaçı verilməsi, qarşılıqlı iddianın 30 yanvar 2019-cu il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsinin təmin edilməməsi hissələrində dəyişdirilmədən, İddiaçı apelyasiya şikayətinin isə təmin edilmədən saxlanılması qət edilib. Cavabdeh1 kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən- ilk iddianın təmin olunan, qarşılıqlı iddianın təmin olunmayan hissələrində ləğv edilib, ilk iddianın rədd, qarşılıqlı iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş edib. İddiaçı isə kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən- ilk iddianın rədd olunun, qarşılıqlı iddianın təmin olunan hissələrində ləğv edilib, ilk iddianın tam təmin, qarşılıqlı iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 iyul 2020-ci il tarixli qərarı ilə (hakimlər Ə.Ə.Əliyev sədrlik edən, məruzəçi, M.T.Əhmədova və İ.K.Xəlilov) İddiaçı kasasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 dekabr 2019-cu il tarixli qətnaməsi ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunan hissələrində ləğv edilib, mülki iş həmin hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılıb, qalan hissələrdə qətnamə dəyişdirilmədən, Cavabdeh1 kasasiya şikayəti isə təmin edilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli sədrlik edən, məruzəçi, A.Ə.İsgəndərov və E.C.Kazımov) İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 sentyabr 2019-c u il tarixli qətnaməsi qismən, yəni “Cavabdeh1 22.350 manat pulun tutulub İddiaçı verilməsi” hissəsində ləğv edilib, Cavabdeh1 38.000 manat pulun tutulub İddiaçı verilməsi və qalan yoxlanılan hissədə qətnamənin dəyişdirilmədən, Cavabdeh1 apelyasiya şikayətinin isə təmin edilmədən saxlanılması qət edilb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Cavabdeh1 tərəfindən imzalanmış 30 yanvar 2019-cu il tarixli ərizə (əqd) onun İddiaçı 22.000 manat pulu həmin tarixdə borc almasını təsdiq etməsə də, onun tərəfindən borcun etirafı kimi qiymətləndirilə bilər. Cavabdeh1 həmin ərizəni hədə-qorxu təsiri altında yazdığını bildirsə də, bu barədə işdə heç bir yazılı sübut növü yoxdur. Cavabdeh1 qarşılıqlı iddiasında İddiaçı Cavabdeh2 vasitəsilə 6.350 manat pul almasını, həmi n pula görə ona 14.000 manat faiz ödəməsini bildirsə də, məhkəmə araşdırması zamanı bu hallar öz təsdiqini tapmamışdır. Əksinə, İddiaçı 22.000 manat pulu Cavabdeh1 borc verməsini sonuncu tərəfindən imzalanmış 30 yanvar 2019-cu il tarixli ərizəni məhkəməyə təqdim etməklə öz üzərinə düşən sübut etmə vəzifəsini icra edib. Belə olan halda Cavabdeh1 həmin halı təkzib edən sübutu məhkəməyə təqdim etmək vəzifəsi daşıyır. Bundan əlavə, Cavabdeh1 İddiaçı aldığı pulu qismən etiraf edərək, ondan 2017-ci ildə cəmi 6.350 manat pul aldığını bildirsə də, bu halı təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də Cavabdeh1 38.000 manat pul tutulub İddiaçı verilməli və ilk iddia Cavabdeh2 aid hissədə sübut olunmadığı üçün rədd olunmalıdır. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 739.1, 743-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın 22.000 manat pul tələbinin təmin edilməsi hissəsində rədd edilib, qarşılıqlı iddianın 30 yanvar 2019-cu il tarixli ərizənin (əqdin) etibarsız hesab edilməsi hissəsində təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı, Cavabdeh1, vəkili Vəkil və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya mü əyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdi kdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan büt ün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materialları nda olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh1 kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə işin müəyyən edilmiş halları və işə əlavə edilmiş sübutlar əsasında düzgün nəticəyə gəlsə də, ilk iddia ərizəsi üzrə təmin olunmalı borcun məbləğinə aid hissədə səhvə yol verib. Belə ki, apelyasiya instansiyası məhkəməsi, hazırki apelyasiya baxışının predmeti ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın Cavabdeh1 16.000 manat pulun tutulub İddiaçı verilməsi, qarşılıqlı iddianın 30 yanvar 2019-cu il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsinin təmin edilməməsi hissəsində, həmçinin məhkəmə xərclərinə aid hissədə qanuni qüvvəyə minmişdir. Hazırda apelyasiya baxışının predmetini ilk iddianın 22.000 manat pulun Cavabdeh2 və Cavabdeh1 alınıb İddiaçı verilməsi, habelə qarşılıqlı iddianın 30 yanvar 2019-cu il tarixli ərizənin (əqdin) etibarsız hesab edilməsi barədə hissələrinin yoxlanılması təşkil edir. Daha sonra, apelyasiya instansiyası məhkəməsi işdə iştirak edən şəxslərin izahatlarını dinləy ib, mülki iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, İddiaçı apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni ilk iddianın təmin olunmayan hissəsində qismən ləğv edilməli, həmin hissədə ilk iddia qismən təmin edilməli, qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən, Cavabdeh1 apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarında olan Cavabdeh1 tərəfindən sadə yazılı formada verilmiş 30 yanvar 2019-cu il tarixli ərizədən görünür ki, o, İddiaçı 22.000 manat borc pul aldığını, aldığı borcu 44 ay müddətində qaytaracağını öhdəsinə götürüb. Həmin ərizəni Cavabdeh1 başqa şahid qismində Cavabdeh2 da imzalayıb. Apelyasiya instansiyası məhkəməsi, hazırki işlə bağlı ka sasiya instansiyası məhkəməsinin bundan əvvəlki 28 iyul 2020-ci il tarixli qərarında şərh olunan məcburi göstərişləri araşdıraraq müəyyən etmişdir ki, İddiaçı 22000 manat pulu borc verməsi ilə bağlı Cavabdeh1 tərəfindən imzalanmış 30 yanvar 2019-cu il tarixli ərizəni (əqdi) məhkəməyə təqdim etməklə öz üzərinə düşən sübut etmə vəzifəsini icra edib, lakin Cavabdeh1 həmin sübutu təkzib edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etmədiyi halda birinci instansiya məhkəməsi bu hala düzgün hüquqi qiymət verməyib. Bundan əlavə, apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı 22.000 manat pulu 2018-ci ilin sentyabr ayından 2019-cu ilin yanvar ayınadək olan müddətdə verdiyini bildirdiyi halda, Cavabdeh1 6.350 manat pulu 2017-ci ildə aldığını, İddiaçı göstərdiyi dövrdə ondan hər hansı məbləğdə borc almadığını göstərib. Apelyasiya instansiyası məhkəməsi Cavabdeh1 apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh1 tərəfindən imzalanmış 30 yanvar 2019-cu il tarixli ərizə (əqd) onun İddiaçı 22.000 manat pulu bilavasitə həmin tarixdə borc almasını təsdiq etməsə də, onun tərəfindən borcun etirafı kimi qiymətləndirilə bilər. Cavabdeh1 qarşılıqlı iddia ərizəsində, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətində sözügedən ərizənin (əqdi) hədə-qorxu təsiri altında yazıldığını bildirsə də, İddiaçı tərəfindən hədə-qorxu altında ərizə (əqd) yazmağa məcbur edilməsi barədə ötən müddət ərzində hüquq mühafizə orqanlarına müraciət etməyib, yalnız İddiaçı tərəfindən pul tələbinə dair ilk iddia qaldırıldıqdan sonra 25 aprel 2019-cu i l tarixdə həmin ərizənin (əqdin) etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Dahı sonra, Cavabdeh1 qarşılıqlı iddia ərizəsində, apelyasiya şikayətində İddiaçı Cavabdeh2 vasitəsilə cəmi 6.350 manat borc pul aldığını və həmin pula görə İddiaçı 14.000 manat faiz ödəməsini bildirsə də, tələb və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Əksinə, İddiaçı ilk iddia tələbləri mübahisələndirilən hissədə, yəni 22.000 manat borc tələbinə aid hissədə işə əlavə edilmiş yazılı sübutlarla, o cümlədən 30 yanvar 2019-cu il tarixli ərizə (əqdlə) ilə tam təsdiq olunur və iş də, həmin ərizənin (əqdin) etibarsızlığını özündə ehtiva edən heç bir yazılı sübut yoxdur. Apelyasiya instansiyası məhkəməsi İddiaçı apelyasiya şikayətinin dəlillərini qismən əsaslı sayıb, yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib düzgün olaraq qeyd etmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qayt arılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Mülki Məcəllənin 337.1-ci maddəsində göstərilir ki, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Müqavilənin etibarsızlığı dedikdə- onun qanunun tələblərinə uyğun olmadan tərtib edilməsi və bağlanması başa düşülür və yalnız bu halda müqavilə müəyyən hüquqi nəticə doğurmaya bilər. Nəzərə alınmalıdır ki, müqavilədə tərəflərin hərəkətləri müəyyən hüquqi nəticənin əldə olunmasına yönəlir və müqavilənin etibarlılığı üçün: müqavilənin subyektiv tərkibinin qanunilyi; müqavilənin məzmununun qanunilyi; müqavilə üzrə tərəflərin iradə və iradə ifadəsinin uyğunluğu; həmçinin müqavilənin formasının qanuniliyi şərtlərinin olması zəruridir. Müqavilənin subyektiv tərkibinin qanunilyi- müqavilənin hüquq və fəaliyyət qabiliyyətinə malik olan şəxslər tərəfindən bağlanmasını nəzərdə tutur. Müqavilənin məzmunu dedikdə- müqavilədə əksini tapan şərtlərin məcmusu başa düşülür. Bu şərtlər qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməlidir. Hər bir halda müqavilədə iradə və iradə ifadəsinin vahidliyi, yəni üst-üstə düşməsi olduqca əhəmiyyətlidir. Çünki iradə və iradə ifadəsinin vahidliyi olmadığı halda, müqavilə mübahisə ediləndirsə məhkəmə qərarı əsasında, yox əgər əhəmiyyətsizdirsə, o zaman belə qərar olmadan da etibarsız sayıla bilər. İradə ifadəsinin olmaması isə o, zaman baş verir ki, birincisi, ortada iradə ifadəsi olur, lakin onu formalaşdıran dax ili iradə olmur (məsələn: hədə-qorxu, zorakılıq, öz hərəkətlərinin mənasını başa düşməyən və onlara rəhbərlik edə bilməyən şəxslərin bağladığı əqd); ikincisi, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirir, lakin bu ifadə əsl istəyin formalaşmasına mane olan faktorların təsiri altında baş verir (məsələn: aldatma, şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan sui-istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd); üçüncüsü, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirmir (məsələn: bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi, Mülki Məcəllənin 339.1, 339.3, 339.4-cü maddələri). Apelyasiya instansiyası məhkəməsi mübahisələndir ilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb qeyd etmişdir ki, Cavabdeh1 İddiaçı 22.000 manat borc pul almasına dair 30 yanvar 2019-cu il tarixli ərizəni (əqdi) təkzib edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə, Cavabdeh1 Pərvanə Hüseynovdan aldığı pulu qismən etiraf edərək, ondan 2017-ci ildə cəmi 6.350 manat pul aldığını bildirsə də, bu halı da təsdiq edə biləcək hər hansı bir sübut növünü məhkəməyə təqdim edə bilməyib. Əksinə, mülki iş materialları ilə sübut olunur ki, tərəflər arasında 2017-ci ildə ümumiyyətlə borc hüquqi münasibətləri yaranmayıb. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi, mübahisəni mahiyyəti üzrə düzgün həll etsə də, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etsə də, ilk iddianın mübahisələndirilən hissəsi üzrə Cavabdeh1 İddiaçı xeyrinə tutulmalı olan borcun məbləğində səhvə yol verib. Belə ki, hazırki apelyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız ilk iddianın 22.000 manat pulun Cavabdeh2 və Cavabdeh1 tutulub İddiaçı verilməsi, habelə qarşılıqlı iddianın 30 yanvar 2019-cu il tarixli ərizənin (əqdin) etibarsız hesab edilməsi barədə hissələrinin yoxlanılması təşkil etdiyi halda, apelyasiya instansiyası məhkəməsi sonda X1 Hüseynovanın xeyrinə 22.000 manat deyil, 38.000 manat pul tutub. Halbuki, qətnamənin ilk iddianın 16.000 manat borc pul tələbinə aid hissəsi qanuni qüvvədə olub və həmin hissə hazırki apelyasiya baxışının predmeti olmayıb. Azərbaycan Respublikası MPM-nin 417.1.2-ci maddəsind ə göstərilir ki, kasasiya instansiyası məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Ona görə də kasasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh1 kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinə qismən- Cavabdeh1 38.000 manat pulun tutulub İddiaçı verilməsi hissəsinə dəyişiklik edilməli, həmin məbləğ 22.000 manat müəyyən edilməli, qalan mübahisələndirilən hissədə qətnamə Cavabdeh1 kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Ape llyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli, 2(103)-7257/2020 saylı qətnaməsinə qismən- Cavabdeh1 38.000 manat pulun tutulub İddiaçı verilməsi hissəsinə dəyişiklik edilsin, həmin məbləğ 22.000 manat müəyyən edilsin, qalan mübahisələndirilən hissədə qətnamə Cavabdeh1 kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2571/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2571/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver