Məhkəmə qərarları › İş №2(102)-2572/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2572/2020

19.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2572/2020 19.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 və İddiaçı iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-4009/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-5004/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim C.B.Məmmədov) İddiaçı Cavabdeh1 qarşı “pul tələbinə dair” iddiası təmin edilərək, cavabdehdən 21.950 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-4009/2019 saylı qətnaməsi ilə (hakimlər T.O.Quliyev sədrlik edən, məruzəçi, G.F.Tağızadə və E.G.Rəhimov) apellyasiya şikayəti təmin edilərək, iş üzrəSumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia ərizəsi rədd edilib. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən, 57-saylı evin 43-cü mənzilinin qeyri-qanuni satılmasından əldə olunan 21.950 manat pulun cavabdehdən tutulub o na ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmad ığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı vəkili Nadirşah Şirinov və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edərkən, birinci instansiya məhkəməsinin maddi, prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməsinə, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsinə, iddiaçının mənzilin keçmiş mülkiyyətçisi mərhum Əsgər Nəsibovun yeddi vərəsəsindən biri sayılmasına, sonuncudan miras qalmış əmlakı qəbul etməsinə dair məhkəməyə heç bir sübut təqdim etməməsinə, bu səbəbdən də iddiaçının hazırki iddianı qaldırmaq üçün müvafiq subye ktiv hüquqa malik olmamasına, eyni zamanda əsassız varlanma obyektini qaytarmaq hüququ iddiaçıya öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşməsinə və beləliklə də mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsas sayılmasına istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 375.2, 1095, 1133, 1145, 1159.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, işdən görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon 57 saylı evin 2 otaqlı, ümumi sahəsi 50,0 kv.metr olan 43-cü mənzili iddiaçının atası Əsgər Nəsibovun mülkiyyətində olub. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2009-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 Əsgər Nəsibova və digərlərinə qarşı “əqdin etibarlı hesab olunması, alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” barədə iddiası rədd edilib. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2010-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti təmin edilmədən, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2010-cu il tarixli qərarı ilə Cavabdeh1 kassasi ya şikayəti təmin edilərək, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2010-cu il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün qaytarılıb. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2010-cu il tarixli qətnaməsi ilə Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2009-cu il tarixli qətnaməsi qismən ləğv edilib, apelyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt şəhəri, 17-ci mikrorayon, 57 saylı evin 43 saylı mənzilinin Əsgər Nəsibov tərəfindən Cavabdeh1 satmasına dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və Cavabdeh1 həmin mənzilə mülkiyyət hüququnun tanınması, iddia tələblərinin qalan hissədə rədd edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası nın xx xxxxx 2011-ci il tarixli qərarı ilə Əsgər Nəsibovun kassasiya şikayəti təmin olunaraq Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. xx xxxxx 2011-ci ildə Əsgər Nəsibov ölüb və sözügedən qətnamənin qanuni qüvvəyə minməsindən sonra Cavabdeh1 mübahisəli mənzili notarial qaydada təsdiq edilmiş xx xxxxxx 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 21.950 manata Qumru Qəhrəmanovaya satıb və xx xxxxxx 2012-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən mənzil mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb. Bundan sonra “İddiaçı şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2012-ci il tarixli Qərarı ilə “Cavabdeh1 Əsgər Nəsibova və digərlərinə qarşı “əq din etibarlı hesab olunması, alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinə və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.3 və 418.1-ci maddələrinin tələblərinə vuyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi və işin bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prossesual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarı ilə Cavabdeh1 Əsgər Nəsibova və digərlərinə qarşı “əqdin etibarlı hesab olunması, alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” barədə id diasına dair mülki üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2011-ci il tarixli qərarı və onunla əlaqədar Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2010-cu il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün qaytarılıb. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 Əsgər Nəsibova və digərlərinə qarşı “əqdin etibarsız hesab olunması, alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” barədə Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2009-cu il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti təmin edilmədən, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Eyni zamanda Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətn aməsi ilə İddiaçı Cavabdeh1 və Qumru Qəhrəmanovaya qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” barədə iddiası rədd edilib. Sonradan həmin işə apellyasiya və kassasiya qaydasında baxılaraq qətnamə dəyişdirilmədən saxlanılıb. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilir ki, Cavabdeh1 sözügedən mənzili sonradan ləğv edilmiş məhkəmə qətnaməsinə əsasən mülkiyyətinə keçirməklə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən 21.950 manata Qumru Qəhrəmanovaya satıb. Eyni zamanda İddiaçı Qumru Qəhrəmanovaya və digərlərinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” barədə iddiası ona görə rədd edilib ki, Q umru Qəhrəmanova mənzili vicdanlı əldə edib. Bu səbəbdən də işə baxan məhkəmələr İddiaçı izah ediblər ki, mənzilin qeyri-qanuni satılmasından əldə olunan 21.950 manat pul vəsaitini ayrıca birinci instansiya məhkəməsində iddia qaldırmaqla Cavabdeh1 geri tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırki iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmaması qənaətinə gəlsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, əvvəla sözügedən mülki işlərə birinci, apellyasiya, kassasiya və konstitusiya icraatı qaydasında baxılarkən, iddiaçı bilavasitə həmin işlər üzrə tərəf olub, məhkəmə aktlarının əsaslılığı məhz onun şikayətlərinə əsasən apellyasiya, kassasiya və konstitusiya icraatı qaydasında yoxlanılıb. Digər tərəfdən, Əsgər Nəsibovun xx xxxxx 2011-ci il tarixdə ölməsi ilə ondan miras qalmış əmlaka vərəsəlik açılıb, iddiaçı, onun yeddi vərəsəsindən biridir və vərəsələr arasında hazırki iddianın predmetini təşkil edən iddia olunan pul vəsaiti ilə bağlı hər hansı mübahisə, fikir ayrılığı yoxdur. Mülki qanunverciliyə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1243.1, 1243.2, 1243.3, 1255-ci maddələri). Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmdən, iddiaçının mərhum atası Əsgər Nəsibovdan miras qalmış sözügedən mənzili və ya hər hansı əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul edib-etməməsini araşdırmadan, mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq vərəsənin mirası tamamilə qəbul etmiş saylımasını, qəbul edilmiş mirasın isə ona vərəsəliyin açıldığı gündən vərəsənin mülkiyyəti hesab edilməsini nəzərə almadan, iddiaçının hazırki iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmamasına dair işin halları barədə səhv nəticəyə gəlm işdir. Kassasiya instansiyası məhkəməsi eyni zamand apellyasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 165.2, 375.2, 1095-ci maddələrinin tələblərinə istinad edib iddiaçının iddia müddətini ötürməsi ilə bağlı gəldiyi nəticə ilə də razılaşmır. Belə ki, əvvəla Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulan müddət iddia müddəti deyil, kəsici müddətdir, bunlar isə fərqli anlayışlardır. Kəsici müddət- şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti-hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün nəzərdə tutulan müddətdir. İddia müddəti tələb hüququ üçün xarakterikdir. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir. İddia müddəti mübahisə tərəfinin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. İddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-cı maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki M əcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Nəzərə alınmalıdır ki, şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi hayata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin təfsirində səhvə yol verib, bu isə Azərbaycan Respublikası MPM-nin 386, 418.2-ci maddələrinin tələblərinə görə apellyasiya instans iyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Belə ki, işin mübahisə olunmayan hallarına görə, cavabdeh hüquq əsas olmadan həqiqətən mərhum Əsgər Nəsibovun hesabına 21.950 manat pul əldə edib. Onun hüquqi əsası olmadan varlanması halı isə sonradan aradan qalxmış əsas söykənir. Mülki qanunvericiliyə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmç inin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (Mülki Məcəllənin 1091.1, 1091.2-ci maddələri). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür (Mülki Məcəllənin 1092.1, 1095ci maddələri). Maddənin mənasına görə ən geci iki il müddətin keçməsi əsasına görə əsassız varlanma obyektini qaytarmaq hüququ o, vaxt qüvvədən düşmüş sayılır ki, məhrum olana öz hüququnun məlum olduğu vaxt müəyyən edilsin. Hazırki halda apellyasiya instansiyası məhkəməsinin işə əlavə edilmiş, məhkəmə iclasında tədqiq edilmiş sübutlar və tərəflərin qarşılıqlı münasib ətləri üzrə gəldiyi nəticə sadalanan maddələrin tələblərinə cavab vermir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsində göstərilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müyyən edilmiş faktiki hallarını nəzərə alıb, sadalanan maddi, prosessual hüquq normalarının tələblərini əsas tutub, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassa siya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilsin, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-4009/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar