Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2572/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1, iddiaçı tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı2 (hüquq varisi X2) cavabdehlər Cavabdeh1, Cavabdeh2,X, X və X nun müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edildikləri iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh2 və vəkili X oğlunun, Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24.12.2020-ci il tarixli, Xnömrəli qərardadınd an Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisə alqı-satqı müqaviləsinin qismən ləğv edilməsi, kompensasiya məbləğinin müəyyən edilməsi və tutulması tələbləri ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı1, iddiaçı tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı2 hüquq varisi X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə, cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Bakı şəhəri 19 saylı Notariat Kontoruna qarşı Xn Məhkəməsində iddia qaldıraraq, X ilə Cavabdeh2 arasında X ünvanında yerləşən evə dair payın satılması barədə X saylı, 17.03.2016-cı il tarixli alqı-satqı müqaviləsi və Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti ilə Cavabdeh1 arasında X ünvanında yerləşən evə dair payın satılması barədə X saylı, 17.03.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən fərdi yasayış evinə görə 339.446 manat kompensasiya məbləği paylara uyğun olaraq İddiaçı2 üçün X manat, İddiaçı1 üçün 12 X manat, Cavabdeh1 üçün X manat, Cavabdeh2 Misanov oğlu üçün X manat müəyyən edilməsi, cavabdehlər Cavabdeh2 Misanov oğlundan artıq əldə etdiyi 134.414 manat, Cavabdeh1 artıq əldə etdiyi 48.808 manat tutularaq İddiaçı1 107.790 manat və İddiaçı2 isə 75.432 manat odənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbinin həcmi dəyişdirilmişdir).
3. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin (hakim A.Məmmədov) X saylı, 13 fevral 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 42640 manat və Cavabdeh2 128240 manat olmaqla, cəmi 170.880 manat məbləğində pulun tutularaq iddiaçılar İddiaçı1 xeyrinə 104.670 manat, İddiaçı2 xeyrinə isə 66.210 manat məbləğində pulun ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
4. Cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişlər.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər V.Baxışova (sədrlik edən və məruzəçi), V.Həsənov və N.Cəfərov) 18.10.2018-ci il tarixli, X nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri qismən təmin edilmiş,X 13 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilərək, cavabdehlər Cavabdeh1 32943,7 manat və Cavabdeh2 118547,7 manat olmaqla, cəmi 151492 manat məbləğində pulun tutularaq İddiaçı1 92331 manat və İddiaçı2 vərəsəsi X1 59161 manat pulun ödənilməsi qət edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
6. Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti vermişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər V.İbayev (sədrlik edən və məruzəçi), A.Kalbalıyev və Ə.Əliyev) X nömrəli iş üzrə 05 aprel 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. ç) Apellyasiya instansiyası məhk əməsindəki ikinci icraat
8. Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-V.Baxışova (sədrlik edən və məruzəçi), E.Nağıyeva və H.Həmidov) 24.05.2019-cu il tarixli, X nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.10.2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
10. Cavabdeh1 həmin qərardaddan kassasiya şikayəti vermişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər A.İsgəndərov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və İ.Dəmirov) X nömrəli iş üzrə 27 avqust 2019-cu il tarixli qərarı il ə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
12. Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti və onun verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası edilməsi barədə ərizə ilə müraciət etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-V.Baxışova (sədrlik edən və məruzəçi), R.Qurbanov və C.Yusifov) 28.10.2020-ci il tarixli, X nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə Ca vabdeh2 verdiyi ərizə təmin edilməmişdir. Bununla belə, kassasiya şikayətinin qaytarılması ilə bağlı məsələ qərardadın nəticə hissəsində əks olunmamışdır.
14. Qeyd edilən qərardaddan Cavabdeh2 kassasiya şikayəti vermişdir (Bakı Apellyasiya Məhkəməsinə 04.12.2020-ci ildə daxil olmuşdur).
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-V.Baxışova (sədrlik edən və məruzəçi), R.Qurbanov və C.Yusifov) 24.12.2020-ci il tarixli, X nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 oktyabr 2020-ci il tarixli qərardadından Cavabdeh2 verdiyi kassasiya şikayəti geri qaytarılmışdır.
16. Qərardad MPM-nin 402-ci və 408.1.3-cü maddələrinə istinad edilərək belə əsaslandırılmışdır ki, buraxılmış prosessual müddətin bərpası barədə ərizələr üzrə qəbul edilən qərardadlardan kassasi ya şikayəti verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan əlavə, kassasiya şikayətinə qoşmada qeyd edilsə də, şikayətə vəkil X orderi əlavə edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh2 həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə düzgün nəticəyə gəlməmiş, özü prosessual tələbləri gözləməmişdir. Həmin qərarla əsassız olaraq cavabdeh kimi Cavabdeh2 kassasiya şikayəti geri qaytarılmış, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin prosessual normaları düzgün tətbiq olunmamışdır. Adı çəkilən yuxarı instansiya məhkəməsinin qərardadlarında Cavabdeh2 kassasiya ş ikayətini yenidən verilə biləcəyi, yenidən baxıla biləcəyi qeyd olunmuşdur. Bununla bağlı hətta məhkəmə özü öz qərardadında şikayətin kassasiya qaydasında mübahisələndirilməyən iddiadan verildiyi üçün şikayət üzrə kassasiya icraatının istisna edildiyi qeyd olunmuşdur. Halbuki, bundan əvvəlki qəbul etdiyi qərardadda qeyd olunan məsələlərə münasibət bildirməmiş, Ali məhkəmə və Konstitusiya Məhkəməsinin göstərişlərini nəzərə almamışdır. Bununla da Cavabdeh2 ədalətli məhkəmə araşdırılması hüququm pozulmuşdur. Mülki işdən də göründüyü kimi Sovetski ərazisində Cavabdeh2 qeydiyyatda olduğu yaşayış sahəsi 2016-cı ildə sökülmüşdür. Bununla əlaqədar iş apellyasiya instansiya məhkəməsində olarkən o, məhkəməyə yeni ünvanı barədə məlumat vermişdir. Məhkəməyə təqdim etdiyi apellyasiya şikayətində qeydiy yata alındığı yeni ünvanı - ünvan 3dir. Hətta apellyasiya instansiyası məhkəməsində təyin olunmuş iclasla bağlı Cavabdeh2 Bakı şəhəri, X ünvanına məhkəmə tərəfindən bildiriş göndərilmişdir. Cavabdeh2 apellyasiya instansiya məhkəməsinə yeni ünvanı barədə apellyasiya şikayətində göstərilməklə) məlumat verdiyi halda məhkəmə qərardaddan da göründüyü kimi qətnaməni onun yeni ünvanına göndərməmişdir. Məhkəməyə Cavabdeh2 sonuncu yaşayış ünvanı olduğu halda, məhkəmə qətnaməsini nümayəndə və vəkilə təqdim etməsi anlaşılan deyil. Onun nümayəndəsinin, vəkilin olması məhkəmə tərəfindən qətnamənin onun özümə təqdim edilməsini istisna etməməlidir. Həm də, nəzərə alınmalıdır ki, vəkil, tərəfindən qətnamənin müvəkkilinə təqdim edib-etməyəcəyinə də təminat verilmir. Hər bir instansiya məhkəməsində vəkill ə ayrıca müqavilə bağlanıldığı üçün Vəkil ilə Cavabdeh2 kassasiya instansiya məhkəməsi üçün hüquqi yardıma dair yeni müqaviləsi olmalı idi. Yəni vəkilin adına təkcə etibarnamənin verilməsi onun bir sonrakı instansiya üçün hərəkətlərdə tərəfi təmsil etmək üçün kifayət deyil. Hər halda qətnamədən kassasiya şikayəti verilib-verilməyəcəyinə də vəkil təkbaşına qərar verə bilməz. Cavabdeh2 bəyan edir ki, vəkil (nümayəndə) Vəkil tərəfindən ona apellyasiya instansiya məhkəməsinin qətnaməsi təqdim edilməmiş, ümumiyyətlə apellyasiya məhkəməsinin sonuncu iclasından sonra əlaqələri olmamışdır. Hətta Cavabdeh2 ona verdiyi etibarnaməni notarial qaydada xitam etdirmişdir. Məhkəmə qətnaməsinin Cavabdeh2 nümayəndə (vəkilə) təqdim edilməsi əsas gətirilməklə müddətin ötürülməsi səbəbini irəli sürməklə iş üzr ə tərəf olaraq kassasiya şikayəti vermək hüququ pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
21. Cavabdeh1 məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.
22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştira kı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə
402. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.
24. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
25. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, Cavabdeh2 kassasiya şikayətinin geri qaytarılması prosessual hüquq normalarına uyğun olmamışdır.
28. Belə ki, şikayətin qaytarılması prosessual müddətin bərpasının həlinə d air qərardaddan kassasiya şikayəti verilməsinin qanunvericilikdə nəzərdə tutulmaması ilə əsaslandırılsa da, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Cavabdeh2 müddətin bərpasına dair ərizəsinin təmin olunmadığı 28.10.2020-ci il tarixli qərardadında həmin ərizənin əlavə edildiyi kassasiya şikayətinin qaytarılması ilə bağlı məsələ qərardadın nəticə hissəsində əks olunmamışdır (§ 13).
29. Halbiki, prosessual müddətin bərpasına dair ərizənin rədd edilməsi ilə bağlı olsa belə, kassasiya şikayətinin geri qaytarılmasından kassasiya şikayəti vermək hüququ qanunda nəzərdə tutulmuşdur. Belə olan halda, Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinə 04.12.2020-ci ildə daxil olmuş kassasiya şikayətinin geri qaytarılması Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə uyğun olmamışdır (§ 23).
30. Koll egiya, apellyasiya məhkəməsinin şikayətə vəkilin orderinin əlavə edilməməsinə dair mövqeyini də əsaslı saymır. Ona görə ki, şikayəti imzalayan vəkil X4 Məhkəmənin Mülki Kollegiyası üçün tərtib edilmiş ******* nömrəli orderi mülki işin 2-ci cildinin 167-ci səhifəsində mövcud olmuş və bu barədə kassasiya şikayətində ayrıca qeyd aparılmışdır.
31. Qeyd olunanları nəzərə alaraq Kollegiya bu qənaətə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Cavabdeh2 kassasiya şikayətinin geri qaytarılması haqqında 24.12.2020-ci il tarixli qərardadı ləğv edilməli, həmin şikayətə Ali Məhkəmənin Mülki Kollegiyasında baxılması məqsədilə müvafiq qeydiyyatın aparılması təmin olunmalıdır.
32. Göstərilənlərə əsasən və MPM-in 417-419 və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara ald ı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24.12.2020-ci il tarixli, X nömrəli qərardadı ləğv edilsin və Cavabdeh2 kassasiya şikayətinə Ali Məhkəmənin Mülki Kollegiyasında baxılması məqsədilə müvafiq qeydiyyatın aparılması təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.