Məhkəmə qərarları › İş №2(102)-2573/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2573/2021

31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2573/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər XXX qızına və Cavabdeh2 qarşı “borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: borc tələbi, ipoteka predmetinin ilkin satış qiyməti, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2020-ci il tarixli, 2(103)1875/2020 n ömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 22 oktyabr 2015-ci il tarixli Kredit müqaviləsi ilə İddiaçı X1 16100 manat məbləğində pul borc vermiş, borc alan krediti 22 oktyabr 2017-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin təminatı olaraq 22 oktyabr 2015-ci il tarixdə bağlanmış və notariat qaydada təsdiq edilmiş ipoteka müqaviləsi ilə Cavabdeh2 ünvan 1ində mülkiyyətində olan 0,015 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığın a əsasən, 120000 manat məbləğində müəyyən edilmişdir. “xxxx” MMC tərəfindən qiymətləndirmə hesabatlarına əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1i ünvanında 0.015 ha ehtiyat fondu torpaqlarında yerləşən ümumi sahəsi 145 kv.m olan fərdi yaşayış evinin bazar qiyməti 125000 manat, likvid qiyməti isə 115000 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər XXX qızına və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh XXX qızından 22 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 15100 manat məbləğində əsas borcun, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 3220 manat məbləğində pulun, 31 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 32 manat məbləğin də dövlət rüsumunun, vəkilə hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 400 manat məbləğində pulun, mənəvi ziyanın əvəzi olaraq 10000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh2 məxsus ipoteka predmeti olan ünvan 1i ünvanında 0,015 ha ehtiyat fondu torpaqlarında yerləşən ümumi sahəsi 145 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaitinin iddiaçıya ödənilməsi, satışdan əldə edilmiş pul vəsaiti əsas borcun və faizlərin ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdeh XXX qızından tutularaq iddiaçıya ödənilməsi, həmin fərdi yaşayış evinə tutma yönəldilib satıldıqdan sonra 1 ay ərzində həmin evdə yaşayan şəxslərin evdən çıxarılması və evdən istifadə hüquqlarına xitam verilməsi barəd ə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh XXX qızı 22 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinin şərtlərinə əməl etməmiş, əsas borcu vaxtında ödəməmiş, həmin borcdan cəmi 1000 manat məbləğində pulu 23 may 2019-cu il tarixdə ödəmişdir. İddiaçı tərəfindən dəfələrlə cavabdehdən borcun ödənilməsi tələb edilmişdir. Lakin, cavabdeh müxtəlif bəhanələrlə öhdəliyin icrasından yayınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli, 2(008)5305/2019 nömrəli qətnaməsi ilə (hakim S.Ş.Talıbov) iddia qismən təmin olunaraq, cavabdeh XXX qızından 22 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 15100 manat əsas, 1321,25 manat öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış zərər, 31 manat ödənilmiş dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 32 manat məbləğində pul və vəkilə hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 400 manat olmaqla, cəmi 16884,25 manatın İddiaçı xeyrinə tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan 1i ünvanında 0,015 ha ehtiyat fondu torpaqlarında yerləşən ümumi sahəsi 145 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin 120000 manat müəyyən edilməklə hərracda satılması, satışdan əldə olunan vəsait hesabına Cavabdeh1 İddiaçı olan borcunun ödənilməsi, iddia tələblərinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən müqavilə şərtləri lazımınca icra edilməmiş və nəticədə həmin müqavilənin vaxtında və lazımınca icra edilməməsinə görə məsuliyyəti yaranmışdır. Məhkəm ə həmçinin hesab etmişdir ki, cavabdehdən qaytarılmamış 15100 manat məbləğində pulun müqavilədə göstərilən öhdəliyin icrası müddəti bitdikdən sonra məhkəməyə müraciət etdiyi müddətədək gecikdirilmiş 21 ay üçün illik beş faiz hesablanmaqla cəmi 1321,25 manat məbləğində dəymiş zərərin əvəzi tutularaq, iddiaçıya ödənilməlidir. Daha sonra məhkəmə tələbin ipoteka predmetinə yönəldilməsini və ipoteka predmetinin hərracdan ilkin satış qiymətinin ipoteka müqaviləsinə uyğun müəyyən edilməsini əsaslı hesab etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5305/2019 saylı 23 sentyabr 2019-cu il tarixli qətnaməsinin əsas borc və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilm əsi və həmin hissələrlə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2020-ci il tarixli, 2(103)-1875/2020 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Qurbanovanın sədrliyi və məruzəsi ilə, hakimlər C.A.Yusifovdan və V.Ə.Baxışovdan ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli, 2(008)-5305/2019 nömrəli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayəti nin dəlilləri Cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2020-ci il tarixli, 2(103)-1875/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması üçün “xxxx” MMC-nin təqdim etdiyi hesabata istinad etmişdir. Lakin apellyasiya məhkəməsi cavabdehin təqdim etdiyi başqa hesabata əhəmiyyət verməmişdir. Həmçinin məhkəmələr cavabdehin müqavilə üzrə i ddiaçıya hissəhissə 7200 manat pul ödəməsini, eyni zamanda kredit müqaviləsində öhdəliyin gecikdirilməsi ilə bağlı faiz tutulması nəzərdə tutulmadığını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı XXX kassasiya şikayətinə yazılı etiraz verərək, şikayətin dəlillərinin əsassız olmasını göstərmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinə etiraz edərək təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər və ya vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə r iayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbləri qismən təmin olunsa da, iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. Apellyasiya şikayətini cavabdeh vermiş və apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil etmişdir. Hazırki kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraci ət edə bilərlər. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş fa iz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən (mübahisələndirilən hüquq münasibətləri yarandığı dövrdə, yəni 31 may 2016-cı il tarixədək qüvvədə olan redaksiyada) borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi ü sulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahi sə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını 04020məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən e dilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, cavabdeh kredit müqaviləsi üzrə iddiaçının bildirdiyindən daha artıq məbləğdə pul ödədiyini göstərsə də, bununla bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr düzgün olaraq Mülki Məcəllənin 447.5-ci maddəsini tətbiq edərək, müqavilənin müddəti bitdiyi tarixdən sonrakı dövr üçün illik 5% hesablanmaqla cavabdehdən iddiaçının xeyrinə pul tutmuşdur. Belə ki, həm in tələb müqavilədən deyil, pul öhdəliyinin gecikdirildiyi üçün qanundan irəli gəlir. Nəhayət məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən əsaslı olaraq həmin məhkəmə tərəfindən alınmış “xxxx” MMC-nin qiymətləndirmə hesabatını mötəbər sübut qismində qəbul etmişdir. Belə ki, həmin hesabatda daşınmaz əmlakın müəyyən olunmuş ilkin satış qiyməti tərəflərin ipoteka müqaviləsində razılaşdırdıqları qiymətə uyğun olmuşdur. Cavabdehin isə apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi və hazırki kassasiya şikayətində istinad etdiyi “xxxx” MMC-nin hesabatı əsaslandırılmadığı üçün apellyasiya məhkəməsi onu mötəbər sübut qismində qəbul etməməklə prosessual qanunvericiliyinin tələblərini pozmamışdır. Göstərilənl ərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri sübutların qiymətləndirilməsi ilə bağlıdır. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 o ktyabr 2020-ci il tarixli, 2(103)-1875/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar