Məhkəmə qərarları › İş №2(102)-2573/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2573/2024

30.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2573/2024 30.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: podrat müqaviləsi, podratçının riski) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlundan (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi və pul tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)335/2024 nömrəli, 8 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 30 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “X9” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən İddiaçı1 məxsusdur.

2. Həmin avtomobil xx.xx.2021-ci il tarixli etibarnamə əsasında tam səlahiyyətlər verilməklə İddiaçı2 xx.xx.2022-ci il tarixədək 11 ay 4 günlüyə etibar edilmişdir.

3. Avtomobil 2021-ci ilin iyun ayının 23-də mühərriki işləmədiyi səbəbi ilə mülkiyyətçi olan İddiaçı1 təmsilçisi olaraq İddiaçı2 tərəfindən təmir üçün Mingəçevir şəhəri, Samux küçəsində yerləşən və faktiki olaraq Cavabdeh tərəfindən istifadə olunan avtomobil təmir sexinə verilmişdir. xx.xx.2021-ci il tarixdə həmin avtomobil həmin qeyri-yaşayış obyektinin (təmir sexinin) qarşısı nda “həyətyanı sahədə” naməlum səbəblərdən yanmışdır.

4. Cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərara əsasən cavabdeh iddiaçıya məxsus avtomobilin yandığını etiraf etmiş, lakin onun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi və pul tələbinə dair Mingəçevir şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh İddiaçı1 mülkiyyətində olan və İddiaçı2 istifadəsində olmuş **-BJ-*** dövlət qeydiyyat nişanlı, “X9” markalı avtomobilə yanması nəticəsində 17.920 manat dəymiş zərərin, nəğd verilmiş puldan borclu qaldığı 400 manatın, “X9” markalı avtomobil (dizel mühərrik üçün) üçün nəzərdə tutulmuş “Turbo”-nun, özü olmadığı halda 1.100 manat dəyərinin, dövlət rüsumu kimi ödənilmiş 149 manatın və sənədlərin notarial qaydada təsdiqi üçün ödənilən 9 manat pulun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, istifadəsində olan avtomobilin mühərriki işləmədiyindən 2021-ci ilin iyun ayının 23-də təmir etdirmək üçün Mingəçevir şəhəri, Samux küçəsində yerləşən Bayram adlı şəxsin avtomobil təmir sexinə gətirdi. Avtomobili təmir üçün Bayramın oğlu Hüseynə təhvil verdi. “X9” markalı avtomobilin təmiri və avtomobil üçün zəruri avadanlıqların alınması üçün Hüseynə nağd olaraq 100 manat, Hüseynə məxsus bank hesabına isə 2.100 manat pul köçürdü. Həmin vaxtdan avtomobil avtoservisin ərazisində qaldı. “X9” markalı avtomobilin mühərriki söküldü və təmir üçün zəruri olan “qalovka” hissəsini Hüseyn tapa bilmədiyi üçün Hüseynə verdiyi ümumi 2.200 manat puldan 500 manatını geri aldı və “qalovka” nı başqa yerdən alaraq Hüseynə təhvil verdi. Bu proses 2021-ci ilin avqust ayının 13-17 aralığında baş vermişdir. O, arabir sexə gedir, avtomobilin təmiri ilə maraqlanırdı. Sonuncu dəfə 2021-ci ilin sentyabr ayının əvvəllərində avtomobilin təmirinin davam etdiyinin şahidi idi. Avtomobilin “qalovka” hissəsini Hüseynə təqdim etdikdən sonra Hüseyn ona avtomobilin üç günə hazır olacağını bildirsə də, hər dəfə başqa bəhanələrlə və əsassız səbəblərdən avtomobilin təmirini gecikdirirdi. xx.xx.2021-ci il tarixə keçən gecə Bayramın sexində işləyən Hüseyn in köməkçisi ona zəng vuraraq sexin həyətində istifadəsində olan “X9” markalı avtomobilin yandığını, yanğınsöndürənlər tərəfindən söndürüldüyünü, DYM xidmətinin əməkdaşlarının hələ də orada olduğu barədə məlumat verdi. O, dərhal sexin həyətinə gəldi, həqiqətən avtomobilinin yandığını və yanğınsöndürənlər tərəfindən söndürülməsinə baxmayaraq avtomobilin yanaraq tam yararsız halda olduğunu gördü. Həmin vaxt sexin işçiləri də, orada idi. O, Hüseynin harada olduğunu soruşduqda Hüseynin Bakı şəhərinə getdiyini dedilər. O, Hüseynin atası Bayramdan hadisənin necə baş verdiyini soruşduqda ona yanğının baş verməsinin müəmmalı olduğunu bildirdi. Həmçinin Bayram ona avtomobilin akkumulyatorunun və mühərrikinin avtomobilin üstündə olmadığını bildirdi. Buna görə mühərrik və akkumulyator olmadığından qısaqapanmadan yana bilməməsi ehtimalına gələrək DİN-nin 102 xidmətinə zəng etdi, avtomobilin yandığını bildirdi. Şikayəti ilə bağlı Mingəçevir ŞPŞ-nin İB-də araşdırma aparıldı. Mingəçevir ŞPŞ-nin İB-nin müstəntiqi, polis leytenantı X4 icraatında olmuş HK-1/1969 saylı cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarda göstərilir: Aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhər sakini İddiaçı2 yazdığı ərizə ilə tanış olduğunu, İddiaçı2 da, əvvəlcədən tanıdığını və münasibətin normal olduğunu bildirmişdir. O, 2021-ci ilin iyun ayının ortaları Kənanın özünə məxsus avtomobilinin mühərriki xarab olduğu üçün atası Bayrama məxsus avtomobil təmir sexinə gətirdiyini bildirmişdir. O, hətta Kənanın avtomobili üçün lazımi detalları almaq üçün Bakı şə hərinə getdiyini də, bildirmişdir. O nəhayət lazımi detalların tapıldığını və mühərriki yığılmağa başladığını bildirmişdir. Son zəruri detal olan mühərrikin turbosu tapılmadığından mühərrikin yığılması prossesinin uzandığını qeyd etmişdir. O, xx.xx.2021-ci il tarixdə gecə saatlarinda Bakı şəhərindən Mingəçevir şəhərinə yola düşdüyünü yolda olan zaman iş yoldaşı Mirələmin ona zəng vurduğunu və sexin həyətində avtomobilin yandığını bildirmişdir. O sonradan Mirələm ilə telefon əlaqəsi saxlayan zaman Kənana məxsus “X9” markalı avtomobilin yandığını və yanğın zamanı sexin həyətindəki “Opel Corsa” markalı və “Mersedes-190” markalı avtomobillərə də, ziyanlıq dəydiyini öyrənmişdir. O, xx.xx.2021-ci il tarixdə səhər saat 9 radələrində Mingəçevir şəhərinə çatdığını və avtomobilin nə cür yandığı barə də məlumatlı olmadığını bildirmişdir. Həmçinin o, avtomobilin mühərriki üzərində olmamış və akkumulyator götürüldüyündən elektrik sisteminin işlək vəziyyətdə olmadığını bildirmişdir. İddiaçı2 xx.xx.2021-ci il tarixli müraciəti əsasında ona məxsus “X9” markalı 99-BJ126 dövlət qeydiyyat nişanlı avtomobilinin yandığını bildirmişdir. Baxış keçirilmiş avtomobil təmir sexinin qarşısıdır. Avtomobil təmir sexinin qarşısında bir neçə avtomobil vardır. Baxış zamanı həyətin mərkəzində dayanmış “X9” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil yanaraq yararsız hala düşmüş və ətrafda olan boz rəngli “Opel Corsa” markalı və qara rəngli “Mercedes 190” markalı avtomobillərə ziyan dəymişdir. Avtomobil sexinin qarşısındakı ərazidə hər hansı bir hasar yoxdur. Belə ki, açıq ərazidir. Hadisə yerinə bax ışda iştirak edən kriminalist tərəfindən heç bir əl-barmaq izi aşkar edilməmiş, eyni zamanda yanmış avtomobilin ətrafında heç bir əşya və ya predmet aşkar edilməmişdir. Eyni zamanda müraciətlə bağlı izahatı alınmış İddiaçı2 məxsus ‘"X9” markalı avtomobilin avtomobil təmir sexinin qarşısında açıq ərazidə olduğunu, ətrafda hər hansı bir hasarın olmadığını bildirmişdir. Həmçinin avtomobilin ətrafında hər hansı alışqan maddə və digər məhsullar aşkar edilməmişdir. İddiaçı2 məxsus “X9” markalı 99-BJ- 126 dövlət qeydiyyat nişanlı avtomobil, 2007-ci il buraxılışı, mühərrik, nömrəsiz, ban: KMH81W8U33492 olan avtomobil istismarda olduğu müddətdə 250.000 km yol qət etmişdir. Yanğın zamanı kənarda olan mühərrikin və akkumulyatorun birlikdə qiyməti 4.080 manat olduğunu nəzərə alaraq satış qiyməti 22.00 0 manat olduğu müəyyən edilmişdir. Qərarın nəticə hissəsində İddiaçı2 istifadəsində olmuş X9 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanması nəticəsində İddiaçı2 dəymiş zərərin məbləği 17.920 manat olması nəzərə alınması göstərilmişdir. Bundan başqa Cavabdeh İddiaçı2 tərəfindən verilmiş 2.200 manat puldan 400 manatını borclu qalmış, X9 markalı avtomobil üçün nəzərdə tutulmuş 1.100 manat dəyərində “Turbo”-nu qaytarmamışdır. Dəfələrlə Cavabdeh dəymiş ziyanın ödənilməsini xahiş etsə də müxtəlif bəhanələrlə dəymiş ziyanı ödəmək istəmir. Həmçinin o, avtomobilin mühərriki üzərində olmamış və akkumulyator götürüldüyündən elektrik sisteminin işlək vəziyyətdə olmadığını bildirmişdir.

7. Birinci instansiya məhkəməsindəki icraatda Cavabdeh nümayəndəsi və vəkili X3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında avtomobilin təmiri ilə bağlı hər hansı bir müqavilə bağlanılmamış və cavabdehin hər hansı bir öhdəliyi yaranmamışdır.

8. Mingəçevir Şəhər Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(051)-136/2023 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə–əmtəəşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır.

9. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən X9 markalı **BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin satış qiyməti 20.000 manat dəyərində müəyyən edilmişdir. 10.Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) 2 noyabr 2023-cü il tarixli, 2(051)-136/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh cəmi 19.429 (17920+400+1100+9) manat pulun alınıb iddiaçı lar İddiaçı1 və İddiaçı2 verilməsi, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 149 manat məbləğində pulun alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi qət edilmişdir

11. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya məxsus avtomobilə 19.429 (17920+400+1100+9) manat məbləğində maddi ziyan dəymişdir. İddiaçıların bu tələbləri məhkəmədə tədqiq olunmuş sübutlarla, Mingəçevir şəhər PŞ-nin İB-nin müstənqinin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı və iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə təsdiqini tapmışdır. 12.Məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri başqa şəxsə zərər vurulması ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquq və vəzifələrin müdafiəsi əsasında mülki hüquq pozuntularından (deliktlərdən) irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında həll olunmalıdır. 13.Məhkəmə bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçıya maddi zərər vurulmuşdur. Eləcə də iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. 14.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097 və 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 15.Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 16.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarda “X9” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanğın nəticəsində yanması və avtomobilin qəsdlə yandırılması öz təsdiqini tapmadığından, cinayət hadisəsi baş vermədiyindən cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarla hadisənin baş verməsində cavabdeh İsmayıl Hüseynovun təqsiri müəyyən edilməmişdir. Buna baxmayaraq məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, İsmayıl Hüseynov hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli törətmişdir. Ancaq əməlin konkret olaraq hansı hərəkətlərlə törədildiyi aydın deyildir. O, avtomobillərin mühərrik ustası olduğundan İddiaçı2 avtomobilin mühərrikini təmir etmək üçün ona müraciət etmiş, o da avtomobilin mühərrikini və akkumulyatorunu götürüb sexə aparmışdır. Avtomobilin sexin qarşısında ağaclığın altında qalmasına səbəb iddiaçının öz avtomobilini öz sahibliyində saxlamaq istəmədiyi ilə bağlı olmuşdur. Onun həmin avtomobili saxlanca qəbul etməyinə dair hər hansı sübut mövcud deyildir. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası isə nöqsan aktı olmadığından geri qaytarılsa da, sonradan elektron sistemə daxil edilməmiş qüsur aktına əsasən əldə edilmiş ekspert rəyinə əsasən ondan 17.920 manat pulun tutulması qənaətinə gəlməkdə haqlı olmamışdır. 17.Kollegiyanın 11 saylı Baş Vergilər İda rəsinə verdiyi sorğuya cavab olaraq göndərilmiş 28 mart 2024-cü il tarixli **********020700 nömrəli məktubunda göstərilmişdir ki, məlumat-uçot bazasına əsasən bildirilir ki, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən **********-27001 kodlu 24 kv.m. olan “Avtotəmir” obyekti ləğv edilmiş və Mingəçevir şəhəri, Heydər Əliyev prospektində yerləşən **********-27002 kodlu 36 kv.m. olan “Avtotex” obyekti isə aktivdir. Ödəyicinin fəaliyyət növü “4520011-Avtomobillərə Cari Xidmət” kodu ilə qeyd olunmuşdur. X1 məxsus Mingəçevir şəhəri, Samux ünvanında yerləşən **********-27001 kodlu 140 kv.m. olan “Avtotexxidmət" obyekti ləğv edilmiş və Mingəçevir şəhəri, X8 ev tikinti materialları kombinatının cənub hissəsində yerləşən **********-27002 kodlu 140 kv.m. olan “Avtotex Xidmət” obyekti ləğv edilmişdir. Ödəyicinin fəaliyyət növü ‘‘45200-Avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri” kodu ilə qeyd olunmuşdur. Bildirilir ki, məlumat-uçot bazasına əsasən “X2 Stansiyası” nın vergi ödəyicisi kimi 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olması barədə məlumat aşkar edilməmişdir. 18.Məhkəmə kollegiyasının son iclasında iddiaçılardan İddiaçı2 11 saylı Baş Vergilər İdarəsinin məktubunda göstərilənlərlə bağlı qeyd etmişdir ki, onun avtomobili təhvil verdiyi obyekt həmin məktubda göstərilmiş X1 məxsus Mingəçevir şəhəri, Samux ünvanında yerləşən **********-27001 kodlu 140 kv.m. olan “Avtotexxidmət” obyektidir. 19.Məhkəmə kollegiyasının iclaslarında həm iddiaçılar, həm də cavabdeh mübahisəli hüquq münasibətinin məhz Samux küçəsində yerləşən təmir sexi ilə əlaqəli olduğunu bild irmiş, cavabdeh də həmin ünvanda təmir sexi istifadə etdiyini etiraf etmişdir. 20.Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Elçin Mehdiyev) 2(107)-335/2024 nömrəli, 8 aprel 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilərək, Mingəçevir Şəhər Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli, 2(051)136/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, “X9” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanması nəticəsində dəymiş zərərin əvəzi olaraq 17.920 manat və məhkəmə xərcləri olaraq ödənilmiş 155 manat pulun Cavabdeh tutularaq İddiaçı1 verilməsi, avtomobilin təmiri üçün verilmiş 1.500 manat və məhkəmə xərcləri olaraq ödənilmiş 3 m anat pulun Cavabdeh tutularaq İddiaçı2 verilməsi qət edilmişdir. 21.Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddianın qanuni əsası olaraq podrat müqaviləsi çıxış edir. Hazırki iş üzrə iddiaçılardan İddiaçı2 mülkiyyətçi olan İddiaçı1 təmsilçisi olaraq cavabdehlə podrat müqaviləsi bağlamışdır. 22.Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, cavabdeh ona təmirə verilmiş maşının təhlükəsizliyi üçün ən azından adi vicdanlılıq şərtlərinə riayət etməli idi. Hazırki halda isə 2021-ci ilin iyun ayında cavabdehə təmir üçün verilmiş və mühərriki açılaraq götürülmüş avtomobil xx.xx.2021-ci il tarixədək iddiaçının avtomobil təmiri xidmətini həyata keçirdiyi qeyri-yaşayış binasının (sexin) qarşısında kənar təsirlərdən hər hansı şəkildə müdafiə olunmayan ictimai ərazidə işlək olmayan vəziyyətdə qalmışdır. Avtomobilin mühərrikini avtomobildən ayıraraq götürən cavabdeh belə bir ərazidə qeyri-işlək vəziyyətdə 3 ay müddətində qalan avtomobilə mümkün kənar təsirlər barədə ümumi fikirə sahib olmuşdur və olmalı idi. 23.Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, belə olan halda, hazırki iş üzrə cavabdehin hərəkətləri (və ya hərəkətsizliyi) əşyaların saxlanması zamanı adi olan vicdanlılığa zidd və eyni zamanda Mülki Məcəllənin 771-ci maddəsi baxımından diqqətsizlik hesab olunmalıdır. 24.Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, apellyasiya şikayətinin bu qətnamənin 12-ci bəndində göstərilən dəlilləri qismən, birinci instansiya məhkəməsinin qətnaməsinin Mülki Məcəllənin 1096-cı maddəsinə əsaslanması ilə bağlı hi ssədə əsaslı olsa da, qalan hissələrdə əsassızdır. Belə ki, cavabdeh avtomobilin onun istifadəsində olan təmir sexinin qarşısında saxlanılmasını iddiaçının maşını öz sahibliyində saxlamaq istəməməsi ilə əsaslandırsa da, kollegiya həmin dəlilləri inandırıcı və əsaslı hesab etməmişdir. Belə ki, cavabdeh özü də etiraf etmişdir ki, o, maşının mühərrikini və akkumulyatorunu maşından ayıraraq götürmüşdür. Belə olan halda qeyri-işlək vəziyyətdə olan maşının iddiaçının sahibliyində qalması real olaraq mümkün deyildi. 25.Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu qətnamənin 13-cü bəndində göstərilmiş dəlillərinə münasibətdə qeyd etmişdir ki, iş materiallarında mövcud olan Lada TSX-nin xx.xx.2021-ci il tarixli aktı məhkəmənin 24 may 2023-cü il tarixli iclasında məhkəməyə təqdim ed ilmişdir ki, həmin iclasda da cavabdeh ona məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq iştirak etməmişdir. Cavabdehin məhkəməyə ərizə təqdim etməklə həmin aktla tanış olmaq hüququ da mövcud olmuşdur. Ona görə də, apellyasiya şikayətinin həmin dəlilləri də əsassızdır. 26.Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbində “X9” markalı avtomobil (dizel mühərrik üçün) üçün nəzərdə tutulmuş “Turbo”-nun, özü olmadığı halda 1.100 manat dəyərinin cavabdehdən alınıb verilməsi tələb olunmuşdur ki, birinci instansiya məhkəməsində icraat zamanı həmin Turbonun özünün mövcud olmadığı müəyyən edilməklə dəyərinin cavabdehdən tutulması qət edilmiş və nə iddiaçı tərəf, nə də cavabdeh tərəf konkret olaraq həmin halı mübahisələndirməmişdir. Ona görə də kollegiya hesab etmişdir ki, həmin “Turbo”-nun dəyəri olan 1.100 manatın tutulması düzgün olacaqdır. 27.Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin ünvanda yerləşən təmir sexi cavabdehin atası X1 məxsus olmasına və ləğv edilmiş olmasına baxmayaraq faktiki olaraq cavabdehin mübahisəli avtomobili həmin ünvandakı təmir sexində təhvil alması və tərəflər arasında podrat münasibətlərinin yaranması mübahisəsiz olduğundan iddia həmin əsasla təmin edilməlidir. 28.Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 359.1, 362.1, 752.1, 762.1, 762.2, 769, 771, 772.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş e tmişdir.

30. Kassasiya şikayəti apellyasiya şikayətinin bir sıra dəlilləri ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi əməlində heç bir qanuna zidd hərəkət olmadığını müəyyən etsə də mülkiyyətçinin daşıdığı riski cavabdehin üzərinə qoymaqda haqlı olmamışdır. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, özünün də qeyd etdiyi kimi şifahi bağlanmış podrat müqaviləsində işin görülməsi nəzərdə tutulsa da, həmin müqavilənin nə vaxt icra olunmalı olduğuna dair razılaşma olmamışdır. İddiaçının da göstərdiyi kimi tapılmadığı üçün «qalovka» hissəsini də alıb cavabdehə özü vermiş, mühərrikinin təmir olunması üçün cavabdehə müraciət etdiyini təsdiq etmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin avtomobilin üzərindən düzəltmək üçün götürdüyü mühər rik və akkumlyatorun sexdə olması səbəbindən yanmaması ilə bağlı dəlillərinə münasibət bildirməmişdir. Halbuki, iddiaçı da 22.000 manat qiymətində olan avtomobilin məhz 4.080 manat qiymətləndirilmiş mühərrik və akkumlyatorunun qiymətini tələb olunan məbləğdən çıxmışdır. İddiaçı avtomobilin avtoservisdə saxlanıldığını göstərsə də əslində həmin yerin sexin qarşısı açıq bir yer, ağaclığın altı olmasını göstərmişdir. İddiaçı özü avtomobili açıq, hasarsız sahədə qoyduğundan əmlakın saxlanması yükü özündə olmuşdur. Nə qədər ki, həmin əmlakı açıq ərazidə qoyan iddiaçılardır və həmin ərazinin hər hansı hasarı olmadığını görürdü sifarişçinin əmlakına diqqətsizlik edilməsi kimi maddi normanın hazırki mübahisəyə tətbiq edilməsi əsassız olmuşdur. Avtomobilin hər hansı kənar müdaxilə, təsir olmadan yan ması, yanğın baş verərkən cavabdehin həmin ərazidə olmadığı, Bakı şəhərində olduğu işin mübahisəsiz halı kimi müəyyən olunduğundan, avtomobilin məhz hansı səbəbdən yanması müəyyən olunmadan onun yanması ilə cavabdehin diqqətsizliyi arasında səbəb əlaqənin qurulması da əsassızdır. Məhkəmənin istinad etdiyi yeganə hal bundan ibarətdir ki, cavabdeh avtomobilin mühərrik və akkumlyatorunu vaxtında təmir etmədiyindən, avtomobil sexin həyətində qaldığından cavabdeh məsuliyyət daşıyır. Halbuki, cavabdeh mühərrik və akkumlyatoru təmir etməyə qəbul etdiyindən, həmin əşyaların təmiri ilə bağlı aralarında hər hansı müddətlə bağlı razılaşma olmadığından, bu müddət ərzində İddiaçı2 avtomobilin açıq sahədə qalmasına etirazı olmadığından, avtomobilin açarları da daxil olmaqla özü bir başa İddiaçı2 sahibli yində olduğundan avtomobilin özünə cavabdeh tərəfindən hər hansı müdaxilə olmadığından cavabdehin hər hansı diqqətsizlik etməyi də mümkün deyildir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 31.İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə 32.Maddə 21.1.Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 33.Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə v ə ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 34.Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 35.Maddə 752.1.Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 36.Maddə 762.1.Podratçı sifarişçi üçün p odratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 37.Maddə 762.2.Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 38.Maddə 769.Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 39.Maddə 771.Podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır. 40.Maddə 772.1.Görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düş ür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur. Mülki Prosessual Məcəllə 41.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 42.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 43.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 44.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 45.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 46.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 47.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 48.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərində n və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 49.Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri 50.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsini n faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 51.Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 52.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 53.Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəl mişdir ki, cavabdeh ona təmirə verilmiş maşının təhlükəsizliyi üçün ən azından adi vicdanlılıq şərtlərinə riayət etməli idi. Hazırki halda isə 2021-ci ilin iyun ayında cavabdehə təmir üçün verilmiş və mühərriki açılaraq götürülmüş avtomobil xx.xx.2021-ci il tarixədək iddiaçının avtomobil təmiri xidmətini həyata keçirdiyi qeyriyaşayış binasının (sexin) qarşısında kənar təsirlərdən hər hansı şəkildə müdafiə olunmayan ictimai ərazidə işlək olmayan vəziyyətdə qalmışdır. Avtomobilin mühərrikini avtomobildən ayıraraq götürən cavabdeh belə bir ərazidə qeyri-işlək vəziyyətdə 3 ay müddətində qalan avtomobilə mümkün kənar təsirlər barədə ümumi fikirə sahib olmuşdur və olmalı idi. Belə olan halda, hazırki iş üzrə cavabdehin hərəkətləri (və ya hərəkətsizliyi) əşyaların saxlanması zamanı adi olan vicda nlılığa zidd və eyni zamanda Mülki Məcəllənin 771-ci maddəsi baxımından diqqətsizlik hesab olunmalıdır. 54.Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsinin mübahisə üzrə müəyyən etdiyi hallar baxımından gəldiyi nəticə yuxarıda göstərilən maddi hüquq normalarına uyğun olmuşdur. 55.Qanuna əsasən, podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır. 56.Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. 57.Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır. 58.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamə nin ləğv edilməsi üçün əsas təşkil etmir. 59.Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 60.Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-335/2024 nömrəli iş üzrə 08 aprel 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar