Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2575/2021 31.05.2021 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2575/2021 (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi, məhkəmə iclasının barədə məlumat verilməməsi) Bakı şəhəri, 31 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Cavabdeh1 oğlu və vəkili xxx iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobilin qaytarılması, maddi-mənəvi zərərin ödənilməsi” tələ binə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-831/2020 nömrəli, 10 fevral 2020-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh1 kassasiya şikayətinə 31 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı Xətai Rayon Məhkəməsində iddia qaldıraraq Cavabdeh2 Məmməd oğlundan “VAZ2106” markalı, mühərrik nömrəsi 7765179, BAN nömrəsi XTK**********6267, buraxılış ili 2004-cü il, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınıb ona qaytarılması və bunun nəticəsində digər Cavabdeh1 tərəfindən vurulmuş maddi ziyana görə 3.000 manat və mənəvi zərərə görə 5.000 manat pulun, həmçinin cavabdehlərdən ödənilmiş dövlət rüsumunun əvəzi qismin də 30 manat pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı mülkiyyətində olan «VAZ 2106» markalı ** FV *** dövlət qeydiyyat nişanlı avtomobili 3000 manata satmaq qərarına gəlmiş və qohumu Fuaddan bu məsələdə ona köməklik göstərməsini xahiş etmişdir. Bir müddətdən sonra Fuad iddiaçıya bildirmişdir ki, yaxından tanıdığı şəxs avtomobili almaq istəyir, lakin 3000 manat pulu hissə-hissə 3 ay müddətinə verəcəkdir.
3. İddiaçı avtomobili almaq istəyən şəxslə, yəni Cavabdeh1 ilə görüşmüşdür, onlar həmin şərtlər əsasında razılğa gəlmişlər və 13.06.2016-cı il tarixdə 2 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat kontorunda iddiaçı Cavabdeh1 baş etibarnamə vermişdir.
4. Bundan 1 ay sonra iddiaçı cavabdehlə telefon əlaqəsi sax lamışdır. Cavabdeh1 müəyyən çətinliklərinin olduğunu, lakin bir neçə günə pulu verəcəyini bildirmişdir. Beləliklə bir neçə gün deyil, 3 ay vaxt keçmiş lakin cavabdeh pulu verməmişdir.
5. Cavabdehlə 3 ay müddətinə hər ay 1000 manat ödəmək şərti ilə razılığa gəlsələr də cavabdeh bu müddətdən 2 (iki) ay, yəni ümumilikdə 5 (beş) ay keçsə də pulu ödəməmişdir.
6. Cavabdeh1 bu hərəkətindən sonra iddiaçı 2 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat kontoruna müraciət edərək 13.06.2016-cı il tarixdə verdiyi 7E-24727 reystr nömrəsi ilə təsdiq olunmuş baş etibarnaməni ləğv etdirmişdir. Daha sonra iddiaçıya məlum olmuşdur ki, Cavabdeh1 ona məxsus avtomobilə dair 11.09.2016-cı il tarixdə Cavabdeh2 adlı şəxsə baş etibarnamə vermişdir.
7. Hazırda avtomobil Cavabdeh2 istifadəsindədir və bu məsələ ilə ba ğlı Cavabdeh2la da əlaqə saxlayaraq, pulunu və ya avtomobilini geri qaytarmasını bildirmişdir.
8. Cavadeh Cavabdeh2 həmin avtomobili Cavabdeh1 aldığını və buna görə də avtomobili qaytarmayacağını bildirmişdir.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 152.1, 153.1, 157.2, 162, 164.2, 1096.1, 1096.2 və 1097.1-ci maddəsinə istinad etmişdir.
10. Cavabdeh2 iddiaya etiraz olaraq göstərib ki, avtomobili Rail Usubov adlı şəxsdən 2750 manata alıb. Savadsız olduğu üçün alqı-satqı müqaviləsi bağlamayıb, avtomobili etibarnamə ilə götürüb.
11. Xətai Rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli 2(011)-1343/2017 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, mühərrik nömrəsi 7765179, BAN nömrəsi XTK**********6267, buraxılış ili 2004-cü il olan “VAZ 2106” markalı, **-FV-*** d övlət qeydiyyat nişanlı avtomobilin və dövlət rüsumu üçün ödənilmiş 30 manatın Cavabdeh2 alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Fuad Məmmədov)
12. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, iddiaçı mübahisəli avtomobolin mülkiyyətçisidir. Həmin avtomobilə dair ilkin olaraq Cavabdeh1 etibarnamə vermiş, daha sonra isə həmin etibarnaməni ləğv etmişdir. Hazırda iddiaçı avtomobilin qaytarılmasını tələb etsə də, Cavabdeh2 avtomobili qaytarmaqdan imtina edir.
13. Birinci instansiya məhkəməsi mübahisəli avtomobilin Cavabdeh2 məxsus olmasını təsdiq etmək üçün onun istinad etdiyi etibarnaməni avtomobilin sonuncuya məxsus olmasını təsdiq edən sübut növü kimi qiymətləndirməmişdir.
14. Birinci instansiya məhkəməsi hesab etmişdir k i, mübahisəli avtomobilin iddiaçıya qaytarılmalı hissəsində təmin edilməli, lakin mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar məhkəməyə sübut təqdim etmədiyindən 3000 manat maddi və 5000 manat mənəvi ziyan hissəsində iddia təmin edilməməlidir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 21, 23, 157.2 və 152.8-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh2 apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətinin dəlilləri: - cavabdeh vicdanlı alıcıdır; - Cavabdeh2 digər Cavabdeh1 tanımır; - bundan əlavə, Beyləqan rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli qətnaməsi ilə həmin avtomobilə dair X6 ilə bağlanmış 30 mart 2017-ci il tarixli alqı-satqı müqaviləsi və sonuncu ilə Cavabdeh2 arasında bağlanmış 21 iyun 2018-ci il tarixli alqısatqı müqaviləsi etibarsız hesab edilib. X1 alınıb İddiaçı verilməsi qət edilib. Hazırki qətanamə ilə də avtomobil ikinci dəfə İddiaçı verilməlidir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-831/2020 nömrəli, 10 fevral 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh1 3000 manatın tutularaq, İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakimlər Etibar Nəbiyev (sədrlik edən və məruzəçi), Raqib Qurbanov, Aida Hüseyn)
19. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı mübahisəli avtomob ilin mülkiyyətçisidir. Həmin avtomobilə dair ilkin olaraq Cavabdeh1 etibarnamə vermiş, daha sonra isə həmin etibarnaməni ləğv etmişdir. Hazırda avtomobilin qaytarılmasını tələb edir.
20. Apellyasiya instansiyası Azərbaycan Respublikası DİN BDYPİ-yə mübahisəli avtomobilin hazırki hüquqi vəziyyəti ilə bağlı arayışına əsasən müəyyən edib ki, «VAZ 2106» markalı ** FV *** dövlət qeydiyyat nişanlı avtomobil 30.03.2017-ci il tarixli şəhadətnaməyə əsasən X4 mülkiyyətində olmuş, H.Ə.Rüstəmov isə həmin avtomobili 21.06.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmışdır. Hazırda həmin avtomobil Cavabdeh2 mülkiyyətindədir.
21. Apellyasiya instansiyası hesab edib ki, mübahisəli avtomobil Cavabdeh2 mülkiyyətində olduğundan və o, vicdanlı əldə edən hesab edilməli olduğundan, avtomobili n Cavabdeh2 alınaraq iddiaçıya verilməsi barədə iddia tələbi təmin edilə bilməz.
22. Apellyasiya instansiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlib ki, avtomobilin dəyəri olaraq 3000 manat pul vəsaitinin Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi hissəsində iddia ərizəsi əsaslı olduğundan, həmin hissədə iddia təmin edilməlidir.
23. Apellyasiya instansiyası mövqeyini belə əsaslandırıb ki, İddiaçı özünün mülkiyyətində olmuş «VAZ 2106» markalı ** FV *** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə verməklə, 3000 manat qiymətində Cavabdeh1 satmış, sonuncu avtomobili qəbul edib, etibarnamədən istifadə edərək başqa şəxsə satmış, lakin razılaşmanı pozaraq avtomobilin dəyəri olaraq 3000 manat pulu İddiaçı verməmişdir.
24. Apellyasiya instansiyası Mülki Məcəllənin 182.1, 442 və 600.4-cü madd ələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh Cavabdeh1 (vəkil Əliyev Fuad Vilayət oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir.
26. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, apellyaisya baxışında cavabdehin iştirakı təmin edilməyib. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və vəkili Əliyev Fuad Vilayət oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.
28. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iş üzrə iddiaçı və digər Cavabd eh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Pr osessual Məcəllə Maddə
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Mad də 134.1.4. Məhkəmə işdə iştirak edən şəxslərə məhkəmə bildirişini rəsmi qaydada verməlidir. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hall arına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməmə lidir
30. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
32. Belə ki, tərəflərin məhkəmədə iştirakının təmin edilməsi qaydasını müəyyən edən mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərinə baxmayaraq, iş materallarından görünür ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Cavabdeh1 ünvanlanan məhkəmə bildirişləri olsa da, həmin bildirişin göndərlməsi və cababdehə çatdırlması barədə hər hansı sübut yoxdur. SMS bildirişlərin isə ümumiyyətlə R.Qədrova göndərilməsi işdən görünmür. bildirişlərnin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmiş, işə onun iştirakı olmadan baxılmışdır.
33. Nəticədə işə Cavabdeh1 iştirakı olmadan baxılmış, çəkişmə prinsipi pozulmuş, Cavabdeh1 mənafeyinə toxunan qətnamə qəbul edilməmişdir.
34. Həmçinin apellyasiya məhkəməsi iddiaçı tərəfindən iddianın rədd edilən hissəsindən apellyasiya şikayəti verilməməsinə baxmayaraq, birinci instansiya məhkəməsini qətnaməsini həmin hissədə yoxlamaqla apellyasiya şikayətinin həddindən kənara çıxmışdır. Çünki yalnız iddianın təmin edilən hissəsindən (avtomobilin Cavabdeh2 alınıb iddiaçıya verilməsi hissəsi) Cavabdeh2 apellyasiya şikayəti verdiyi üçün apellyasiya məhkəməsinin səlahiyyəti də yalnız həmin şikayətin araşdırılması ilə məhdudlaşmışdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsi də tələb edir ki, apellya siya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Məhkəmə kollegiyası bunu prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirir və belə nəticəyə gəlir ki, qeyd edilən pozuntularla qəbul edilmiş qətnamə qanuni və əsaslı sayıla bilməz.
36. Məhkəmə kollegiyası şərh olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsas ı kimi şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin iştirakını təmin etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-831/2020 nömrəli, 10 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.