Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2575/2024 24.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2575/2024 (Açar sözlər: kredit borcunun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi, əhəmiyyətsiz əqdlər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-583/2024 nömrəli, 08 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 24 sentyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, İPK 01 saylı kredit müqaviləsinə əsasən, İddiaçı1 ASC tərəfindən Cavabdeh1 12 ay müddətinə illik 14 faiz ödəmək şərtilə 600.000 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Kredi t müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 7 saylı evin 2 saylı ümumi sahəsi 40,7 kv.m olan 1 otaqlı mənzili və Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 7 saylı evin 2 saylı ümumi sahəsi 67,5 kv.m. olan 2 otaqlı mənzili ipoteka müqaviləsinə əsasən İddiaçı1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra iddiaçı və ya Bank) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdehlər və ya ad, soyadı) qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə 600.000 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə 49.467 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 40.416 ABŞ dolları faiz borcu olmaqla, cəmi 689.883 ABŞ dolları borcun, iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat, bildirişin qeydiyyatı üçün dövlət rüsumu, bank xərci və xidmət haqqı olaraq ödənilmiş 62 manat məbləğində vəsaitin tutulması, tutmanın cavabdehlə bağlanmış ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 7 saylı evin 2 saylı ümumi sahəsi 40,7 kv.m. olan 1 otaqlı mənzilə və Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 7 saylı evin 2 saylı ümumi sahəsi 67,5 kv.m olan 2 otaqlı mənzilə yönəldilməsi, ilkin satış qiymətlərinin müəyyən edilmə si, həmin əmlakların açıq hərracda satılması, satışlarından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, mənzillərin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, borcalan Cavabdeh1 qrafikə əsasən krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq yaranmış kredit öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir.
5. Birinci instansiya məhkəməsində Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, İPK 01 nömrəli kredit müqaviləsi əh əmiyyətsiz olduğundan etibarsız olmuş və bu səbəbdən də cavabdeh üçün hər hansı öhdəlik yarada bilməzdi.
6. Füzuli Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(064)75/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Yaşar Həşimov), iddiaçı LPO İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə məhkum olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin 1(103)59/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, X10 xx.xx.1992-ci il tarixdən xx.xx.2016-cı il tarixədək İddiaçı 1 ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə, yuxarıda qeyd olunan normativ sənədlərin tələblərini yerinə yetirməyərək öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, Azərbaycan Respublikası X15 heyətinin banklarda məcmu kapitalının minimum miqdarının 50.000.000 manat müəyyən edilməsi haqqında 25 iyul 2012-ci il tarixli qərarında nəzərdə tutulmuş şərtləri pozmaqla, bankın lisenziyasının ləğv olunmasının qarşısını almaq və bununla da bankın fəaliyyətini davam etdirməsi ilə əlaqədar nizamnamə kapitalının artırılması üçün tələt olunan vəsaitin, bankın səhmdarlarının adından formal olaraq kassaya mədaxil olunmasına, həmin vəsaitin bankın Azə rbaycan Respublikası Mərkəzi Bankında olan müxbir hesabına köçürülməsinə və Milli Depozit Mərkəzində təsdiq olunmasına nail olmaq və qeyd edilən pul vəsaitinin mövcudluğunu təsdiq etmək üçün, X15 heyətinin sədri tərəfindən 18 noyabr 2008-ci il tarixli 34 saylı protokolla təsdiq edilmiş “Banklarda Kreditlərin verilməsi Qaydaları”na zidd olaraq, yəni kreditin məqsədini, ödənişlərin mənbəyini, borcalanla və onun sifariş etdiyi kreditlə bağlı riskin səviyyəsini, kreditin, habelə onun müqabilində təklif edilən təminatın bazar və iqtisadi dəyişikliklərə qarşı həssaslığım, kreditləri üzrə rəalryyət sahəsində borcalamn təcrübə və biliklərini, borcalana kredit ilk dəfə verildikdə bank borcalanın nüfuzunu və ödəniş qabiliyyətini nəzərə almayaraq, faktiki mövcud olmayan maliyyə vəsaitləri üzrə yaxın münasibətləri olduğu ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilmiş formal, heç bir fəaliyyəti olmayan özəl müəssisələrin adlarına, o cümlədən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 21 noyabr 2014-cü il tarixli kredit müqaviləsi ilə 21 noyabr 2017-ci il tarixədək illik 6 faiz ödəmək şərtilə 3.500.000 manat, “Günel-R” firmasının direktoru X1 21 yanvar 2016-cı il tarixli kredit müqaviləsi ilə 21 yanvar 2018-ci il tarixədək illik 6 faiz ödəmək şərtilə 1.000.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 1.602.800 manat, “Bəyaz” firmasının direktoru X3 21 yanvar 2016-cı il tarixli kredit müqaviləsi ilə 21 yanvar 2018-ci il tarixədək illik 6 faiz ödəmək şərtilə 1.000.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 1.602.800 manat, eyni zamanda yaxın münasibətlərindən istifadə edərək hüquqi ş əxsin adına rəsmiləşdirməklə, yəni “RR-Aqro»” MMC-nin direktoru X6 21 noyabr 2014-cü il tarixli kredit müqaviləsi ilə 16 noyabr 2015-ci il tarixədək illik 5,5 faiz olmaqla 3.000.000 manat kreditin ayrılmasını təmin edib, həmin vəsaitin 1.500.000 manat hissəsini borc olaraq alıb onun 1.362.750 manatını 25 noyabr 2014-cü il tarixdə özünə məxsus AZ80ATRA 410100 480000 00000005 saylı cari, 26 noyabr 2014-cü il tarixdə isə həmin hesabdan ******************** saylı subordinasiya depcziti hesabına köçürüb, həmin vəsaiti Nizamnamə kapitalının formalaşmasına yönəltməklə, sonradan sonuncu tərəfindən borc vəsaitinin geri qaytarılması tələb olunduqda, həmin tələb olunen vəsaiti ayrı-ayrı hüquqi və fiziki şəxslərin, o cümlədən "xxxx" MTK-nın sədri X7 adına 25 noyabr 2015-ci il tarixli 1.000.000 ABŞ dol ları məbləğində olan kredit xətti müqaviləsi ilə 12 ay müddətinə illik 18 faiz ödəmək şərtilə 255.000 ABC dolları, həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 267.979,50 manat, Cavabdeh1 (hazırkı iş üzrə cavabdeh) adına 21 iyul 2015-ci il tarixli kredit müqaviləsi ilə 12 ay müddətinə illik 14 faiz ödəmək şərtilə 600.000 ABŞ dolları, həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 629.940 manat və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktoru X8 adına 08 oktyabr 2015-ci il tarixli 500.000 ABŞ dolları məbləğində olan kredit xətti müqaviləsi ilə 12 ay müddətinə illik 18 faiz ödəmək şərtilə 396.436 ABŞ dolları, həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 415.464,92 manat, ümumilikdə isə 8.018.984,12 manat olmaqla, qanunsuz kreditlərin rəsmiləşdirilməsi ilə Mərkəzi Bankın tələb etdiyi formal məcmu nizamnamə ka pitalına malik olması görüntüsü yaradıb, bununla da bankın fəaliyyətinin qanunsuz davam etdirilməsinə nail olaraq, faktiki olaraq bankın məcmu kapitalı və likvid ehtiyatları müəyyən edilmiş səviyyədə olmadığından, gələcəkdə müştəriləri qarşısında öhdəliklərini icra etmə imkanları aradan qaldırılmaqla, yekun olaraq bankın ləğvi ilə nəticələnən qeyd olunan hərəkətləri ilə, Ləğvetmədə olan İddiaçı1 ASC-nin hüqı qlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin bank sisteminin dayanlıqlığının və maliyyə sabitliyinin daha da gücləndirilməsi sahəsində qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.
8. Həmin qanuni qüvvəyə minmiş hökmdə göstərilən "xxxx" MTK-nın direktoru X7 ifadəsi ilə müəyyən olunur ki, "xxxx" Məh dud Məsuliyyətli Cəmiyyətinin direktoru Əkbər Məmmədov 2015-ci ildə ondan sədri olduğu MTK-nın adına kreditin sənədləşdirilməsini xahiş etmişdir. O, da Əkbərlə dost olduğundan ona etiraz etməyərək, razılaşmışdır. O, İddiaçı1 ASC-nin Sumqayıt filialına getmiş, orada təqdim edilmiş müəyyən sənədlərə imza etmişdir. Adına həmin Açıq Səhmdar Cəmiyyətində hesab açılmış, 25 noyabr 2015-ci il tarixdə 1.000.000 ABŞ dolları məbləğində kredit xətti müqaviləsi bağlanılmışdır. İlkin olaraq Əkbərin deməsinə əsasən filialdan təxminən 24.750 ABŞ dolları çıxararaq Əkbərə vermişdir. Bundan sonra kredit xətti olduğundan müəyyən vaxtlarda Əkbərin deməsinə əsasən hissə-hissə pul çıxararaq Əkbərə verirmiş, ümumilikdə İddiaçı1 ASC-də adına olan 1.000.000 ABŞ dolları dəyərində olan kredit xəttindən 255.000 ABŞ do lları məbləğində pulu çıxarıb Əkbərə vermişdir. Sonradan 2016-cı ilin əvvəllərində Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti dayandırıldığından heç bir məbləğ pul çıxara bilməmişlər. 1.000.000 ABŞ dolları məbləğində olan kredit xəttindən cəmi 255.000 ABŞ dolları pul çıxarılmışdır. Həmin kredit üzrə də Əkbər tərəfindən faizlər ödənilmişdir. Həmin kredit üzrə girov qoyulmamışdır. Belə ki, Əkbərlə Elmixan arasında olan razılıq əsasında həmin kredit üzrə təminat onun "xxxx" MTK-nın adından vermiş olduğu 23 noyabr 2015-ci il tarixli məktub olmuşdur. Həmin məktub sənədləşmənin aparılmasında vacib olduğundan yazılmışdır ki, məktubda da kredit pulunun qaytarılması kimi binada olan mənzillərin satışından əldə edilmiş gəlirlər olduğu qeyd olunmuşdur. Həmin məktubu yazmağını ona Əkbər demişdir, o, da yazı b vermişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq isə göstərmişdir ki, həmin kredit müqaviləsinə imza etməyini ondan Əkbər xahiş etmiş, 255.000 ABŞ dolları da çıxarılaraq tərəfindən Əkbərə verilmişdir. Elmixan Nəbiyevi şəxsən tanımır, krediti də Əkbər müəllimə görə götürmüşdür. İddiaçı1 ASC-nin 23 noyabr 2015-ci il tarixli məktub təqdim olunmuşdur. Həmin sənədlərdə olan imzalar ona məxsusdur, möhürü də o vurmuşdur.
9. Qeyd olunan hökmdən müəyyən edilmişdir ki, şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o, 2014-cü ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətini genişləndirmək üçün banklardan kredit götürmək qərarına gəlmişdir, bununla əlaqədar əvvəlcədən tanışlıq münasibəti olan İddiaçı1 ASC-nin idarə heyətinin sədri Elmixan Nəbiyevin yanına gəlmişdir. "xxxx" M əhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətini genişləndirmək üçün 3.000.000 manat kredit götürmək istədiyini, girov kimi isə X2 əmlakını qoyacağını demişdir. Elmixan etiraz etməmişdir. Həmin vaxt "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, Lökbatan yolu 22A ünvanında yerləşən əmlakı bank tərəfindən təxminən 4.000.000 manat dəyərində qiymətləndirilmiş, ona kreditin verilməsinin mümkün olduğunu demişlər. 21 noyabr 2014cu ilə tarixdə "xxxx" MMC-nin adına İddiaçı1 ASC-dən 3.000.000 manat ayrılmış və həmin tarixdə də kredit müqaviləsi imzalanmışdır. O, 3.000.000 manatın 1.500.000 manatını götürmüş, yarısınıda saxlamışlar bankda, hissə hissə xərcləyəcəyinə görə öz aralarında razılaşmışlar. Sonra ona lazım olanda Elmixan müəllim demişdir ki, “kredit başqa b aşqa adamların adınadır, verə bilmərik.” O, da iki nəfər iş adamı, bir nəfər fiziki şəxslə məsləhətləşmiş və onların adına 600.000 birinə (yəni hazırkı iş üzrə Cavabdeh1), 396.000 bir şəxsə, 255.000 də birinin adına ayrı-ayrı vaxtlarda götürmüşlər. Qalan hissəni də hissəhissə ödəyəcəkmişlər.
10. Bununla yanaşı, həmin hökmdən o da müəyyən edilmişdir ki, şahid qismində dindirilmiş (hazırkı iş üzrə cavabdeh) Cavabdeh1 ifadəsində göstərmişdir ki, "xxxx" MMCnin direktoru Əkbər Məmmədov onun dostudur. 2015-ci ildə Əkbər ondan onun adına kredit rəsmiləşdirilməsini xahiş etmişdir. O, da münasibətləri olduğundan ona etiraz etməmişdir. 21 iyul 2015-ci il tarixdə Əkbərlə birlikdə İddiaçı1 ASC-nin Baş ofisinə getmiş, orada ona təqdim edilən müəyyən kredit sənədlərinə imza etmiş və kredit müqaviləsində 600.000 ABŞ dolları kreditin ayrıldığını görmüşdür. Bundan sonra o, bankın kassasından 600.000 ABŞ dollarını iki dəfəyə götürərək Əkbərin göstərişi əsasında bankın daxilində manat ekvalentinə çevirməklə Əkbərə vermişdir. Bundan başqa, proseslərdən xəbəri olmayıb, faiz ödənişlərini Əkbərin özü etmişdir. Xəzinədən o, pulu iki dəfəyə götürüb Əkbərə vermişdir. Maraqlananda Əkbər ona demişdir ki, hissə-hissə ödəyir. O, Elmixan Nəbiyevi şəxsən tanımamış, münasibəti də olmamışdır, o, krediti Əkbərə görə götürmüş, Əkbər girova ehtiyac olmadığını bildirmişdir. Faiz ödənişlərini Əkbərin özü etmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, istinad olunan artıq qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmiş hallar iş üzrə preyudisial əhəmiyyət daşıymışdır. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı 12 mart 2018-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı1 ASC "xxxx" MMC ilə 21 noyabr 2014-cü il tarixli kredit müqaviləsi bağlamaqla, 3.000.000 manat kreditin ayrılmasını təmin etmiş, bu vəsaitin yarı hissəsini borc olaraq alıb kredit götürənə verməyərək, İddiaçı1 ASC-də saxlamışdır. Sonradan "xxxx" MMC tərəfindən borc vəsaitinin geri qaytarılması tələb olunduqda, o, həmin pulu ayrı-ayrı hüquqi və fiziki şəxslərin, o cümlədən "xxxx" MTK-nın, fiziki şəxs Cavabdeh1 adına formal qanunsuz kreditlər rəsmiləşdirməklə qaytarmağa çalışmışdır. Kreditlər real olaraq müştərilərin özlərinə, o cümlədən "xxxx" MTK-ya, Cavabdeh1 deyil, "xxxx" MMC-dən a lınmış borc pulun qaytarılması üçün verilmiş, lakin "xxxx" MTK-nın adına formal olaraq kredit müqaviləsi kimi rəsmiləşdirildiyindən, "xxxx" MTK-nın sədri Faiq Bədəlov barəsində cinayət təqibinin başlanması rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi göstərilənlərə əsaslanaraq qeyd etmişdir ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə pulun çıxarılması faktı öz-özlüyündə borcun etiraf edilməsi kimi qiymətləndirilə bilməz. Belə nəticə üçün iki tərəf arasında bağlanan kredit müqaviləsinin doğruluğuna, uydurma əqd olub-olmamasına, bank təcrübəsində böyük məbləğdə verilən kreditə görə kredit müqaviləsinin real təminat olmadan bağlanması faktına və digər sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sü butlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. Göründüyü kimi, Cavabdeh1la bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi real müqavilə olmamış, Elimxan Nəbiyevin təklifi ilə "xxxx" MMC-nin direktoru Ə.Məmmədovun 2014-cü il tarixli kredit müqaviləsi əsasında kredit məbləğinin bankda saxlanılan hissəsinin qaytarılması məqsədi ilə bağlanmışdır.
13. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli İPK 01 nömrəli kredit müqaviləsi əhəmiyyətsiz əqd olduğundan, iddiaçının həmin əqd üzrə öhdəliklərdən irəli gələn mövcud iddia tələbi əsassız olmuşdur.
14. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi etibarsız olduğundan onun təminatı kimi bağlanmış həmin tarixli ipoteka müqaviləsi də etibarsızdır və tərəflər üçün, o cümlədən Cavabdeh1 üçün heç bir öhdəlik yaratmamışdır.
15. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 294.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340.1, 340.2, 385.1, 442, 739-cu maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1 və 48.1.2-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4, 107 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
16. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərə k, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.
18. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(106)-583/2024 nömrəli, 08 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Samir Mayılov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin q ətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 1 artıq qanuni qüvvəyə minmiş (103)-59/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli hökmü ilə müəyyən edilmiş hallar iş üzrə preyudisial əhəmiyyət daşıyır. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı 12 mart 2018-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı1 ASC "xxxx" MMC ilə 21 noyabr 2014-cü il tarixli kredit müqaviləsi bağlamaqla, 3.000.000 manat kreditin ayrılmasını təmin etmiş, bu vəsaitin yarı hissəsini borc olaraq alıb kredit götürənə verməyərək, İddiaçı1 ASC-də saxlamışdır. Sonradan "xxxx" MMC tərəfindən borc vəsaitinin geri qaytarılması tələb olunduqda, o, həmin pulu ayrı-ayrı hüquqi və fiziki şəxslərin, o cümlədən "xxxx" MTK-nın, fiziki şəxs Cavabdeh1 adına formal qanunsuz kreditlər rəsmiləşdirməklə qaytarmağa çalışmışdır. Kreditlər real olaraq müştərilərin özlərinə, o cümlədən "xxxx" MTK-ya, Cavabdeh1 deyil, "xxxx" MMC-dən alınmış borc pulun qaytarılması üçün verilmiş, lakin "xxxx" MTKnın adına formal olaraq kredit müqaviləsi kimi rəsmiləşdirildiyindən, "xxxx" MTK-nın sədri Faiq Bədəlov barəsində cinayət təqibinin başlanması rədd edilmişdir.
20. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Polad-2008" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 fevral 2020-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyinə əsaslanaraq qeyd etmişdir ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə pulun çıxarılması faktı öz-özlüyündə borcun etiraf edilməsi kimi qiymətləndirilə bilməz. Belə nəticə üçün iki tərəf arasında bağlanan kredit müqaviləsinin doğruluğuna, uydurma əqd olub-olmamasına, bank təcrübəsində böyük məbləğdə verilən kreditə görə kredit müqaviləsinin real təminat olmada n bağlanması faktına və digər sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. Göründüyü kimi, Cavabdeh1la bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi real müqavilə olmamış, Elimxan Nəbiyevin təklifi ilə "xxxx" MMC-nin direktoru Əkbər Məmmədovun 2014-cü il tarixli kredit müqaviləsi əsasında kredit məbləğinin bankda saxlanılan hissəsinin qaytarılması məqsədi ilə bağlanmışdır. Məhkəmə onu da qeyd edir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudl uğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarı). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Belə əqd bağlandığı andan etibarsızdır.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2015ci il tarixli İPK 01 saylı kredit müqaviləsi əhəmiyyətsiz əqd olduğundan, iddiaçının həmin əqd üzrə öhdəliklərdən irəli gələn mövcud iddia tələbi əsassızdır. Həmçinin məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi etibarsız olduğundan onun təminatı kimi bağlanmış həmin tarixli ipoteka müqaviləsi də etibarsızdır və tərəfər üçün, o cümlədən Cavabdeh1 üçün heç bir öhdəlik yaratmır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası rədd edilməlidir” qənaətini qanuni və əsaslı hesab etmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 269.7, 295, 317.1, 319.1, 319.6, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340.1, 340.2, 385.1, 386.1, 425.1, 445.2.1, 445. 1, 739-cu maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.4, 33, 34.1.1, 36.1, 39.3, 39.3.3, 59.3.1, 59.3.2, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1 və 48.1.2-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli qərarlarına, MPM-in 14.2, 77.1, 82.4, 88, 107, 119.1, 217.4 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
23. Qətnamədən iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası mə hkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və əlavə olaraq göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən borcun tutulması barədə iddianı rədd edərkən birinci instansiya məhkəməsi tərəfindən iddiaçının hüquqlarının pozulmasını nəzərə almamışdır. Cavabdeh borcun olmasını təkzib edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi işin qeyd edilən hallarına düzgün hüquqi qiymət verməmiş və birinci instansiya məhkəməsi tərəfindən yol verilən pozuntuları təkrarlamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
25. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etib arsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
26. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
27. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
28. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
29. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri ə qd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
30. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
31. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
32. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya xud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
33. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlum atlar sübutlar hesab olunur.
36. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
37. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan n ə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiy ası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kas sasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
49. Kassasiya şikayətinə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına və sübutlara düzgün hüquqi qiymət verilmədiyi, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu barədə dəlilləri əsassızdır.
50. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
51. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Ko nstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlillər i əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
52. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 53. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
55. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-583/2024 nömrəli, 08 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.