Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2576/2021 20.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İbrahimov Ziya Zülqədər oğlunun cavabdehlər “xxxx” MTK-ya və Pənahov Ələsgər Əlipənah oğluna və həmçinin iddiaçı Pənahov Ələsgər Əlipənah oğlunun cavabdeh “xxxx” MTK-ya qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı İbrahimov Ziya Zülqədər oğlunun, vəkili Şəfiyeva Gülsabah Nəsib qızının, cavabdeh Pənahov Ələsgər Əlipənah oğlunun, vək ili Məmmədov Tahir Əli oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2881/2020 nömrəli iş üzrə 28 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh Pənahov Ələsgər Əlipənah oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İcraçı “xxxx” MTK-nın sədri Qasımov İlham Səfəralı oğlu ilə payçı İbrahimov Ziya Zülqədər oğlu arasında bağlanmış 08.02.2011-ci il tarixli müqavilənin surətindən görünür ki, müqavilənin əsas predmeti Bakı şəhəri, Nobel prospekti 189 a ünvanında yerləşən 16 mərtəbəli bir bloklu yaşayış evinin 1-ci blok 8-ci mərtəbə ümumi sahəsi 141.2 kv.m olan 3 otaqlı 48 saylı mənzildən ibarətdir. Mənzilin dəyəri 42360 manat təşkil edir və yeni payçı İbrahimov Ziya Zülqədər oğlu tərəfindən əvvəlki payçı Səfərov Elşad Aydın oğluna ödənilir. 08.02.2011-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Nobel prospekti 189 a ünvanında yerləşən yaşayış binası “xxxx” MTK-ya məxsusdur. Bu binanın 1-ci blok 8-ci mərtəbə ümumi sahəsi 141.2 kv.m olan 3 otaqlı 48 saylı mənzili İbrahimov Ziya Zülqədər oğluna məxsusdur. Onun MTK-ya borcu yoxdur. İcraçı “xxxx” MTK-nın sədri İbrahimov Sahib Hüseyn oğlu ilə payçı Pənahov Ələsgər Əlipənah oğlu arasında bağlanmış 05.09.2008-ci il tarixli müqavilənin surətindən görünür ki, müqavilənin əsas predmeti Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən 16 mərtəbəli bir bloklu yaşayış evinin 1-ci blok 8-ci mərtəbə ümumi sahəsi 141.5 kv.m olan 3 otaqlı 38 saylı mənzildən ibarətdir. Mənzilin dəyəri 66505 manat təşkil edir və bütün məbləğ ilkin pay kimi ödənilir. 19.06.2008-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Nobel prospekti 189 a ünvanında yerləşən yaşayış binası “xxxx” MTK-ya məxsusdur. Bu binanın 1-ci blok 8-ci mərtəbə ümumi sahəsi 141.5 kv.m olan 3 otaqlı 38 saylı mənzilin dəyəri payçı Pənahov Ələsgər Əlipənah oğlu tərəfindən tam ödənilmişdir. Onun MTK-ya borcu yoxdur. 05.09.2008-ci il tarixli kassa mıədaxil orderinin qəbzinin surətindən görünür ki, ev almaq üçün Pənahov Ələsgər Əlipənah oğlu tərəfindən ödənilmiş 66505 manat MTK-nın kassasına mədaxil edilmişdir. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azkommunlayihə” KLİ-nin direktoru Sahib Qarayev tərəf ındən verilmiş 27.03.2018-ci il tarixli rəyin surətindən görünür ki, Bakı şəhəri Xətai rayon icra şöbəsinin müraciət əsasında “xxxx” MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış binasının 1-ci blok 8-ci və 13-cü mərtəbəsi elə həmin mərtəbələr olduğu, 8-ci mərtəbədə və 13-cü mərtəbədə ümumi sahəsi 141,5 m2 olan mənzillərin liftdən çıxan zaman sol tərəfdən 4-6 oxları ilə F-D/E(D) oxlarının kəsişməsində yerləşdiyi, 8-ci mərtəbədə ümumi sahəsi 141,5 m2 olan 3 otaqlı 1 mənzilin olduğu, binada sahəsi 141,5 m2 olan 15 mənzilin olduğu müəyyən edilmişdir Bakı şəhəri Xətai rayon icra və probasiya şöbəsinin icra məmuru Vəliyev Aydın Rasim oğlu tərəfindən tərtib olunmuş 19.07.2018-ci il tarixli aktın məzmunundan görünür ki,Bakı şəhəri Xətai ray on Məhkəməsinin 29.07.2016-cı il tarixli, 2(011)-6501/2016 saylı icra sənədi icra olunaraq Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisis tərəfindən verilmiş 27.03.2018-ci il tarixli rəyə əsasən “xxxx” MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində, sahəsi 141,5 kv.metr olan 3 otaqlı, 38 saylı və 1-ci blok, 13-cü mərtəbəsində, sahəsi 141,5 kv.metr olan 3 otaqlı, 78 saylı mənzillər Pənahov Ələsgər Əlipənah oğluna təhvil verilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 08.02.2016-cı il tarixli “Rəhbər (qanuni təmsilçi) barədə” arayışın surətindən görünür ki, "xxxx" MənzilTikinti Kooperativi (VÖEN **********) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövləl qeydiyyatına alınarkən üzvlərin 26.02.2005-ci il tarixli ümumi yığıncağının qərarına əsasən Süleymanlı Elçin Hətəm oğlu sədr (qanuni təmsilçi) təyin edilmişdir. Daha sonra Kooperativ üzvlərinin 05.10.2007-ci il tarixli qərarına əsasən sədr (qanuni təmsilçi) İbrahimov Sahib Hüseyn oğlu, 30.11.2008-ci il tarixli qərarına əsasən Kooperativirı sədri (qanuni təmsilçisi) Qasımov llham Səfəralı oğlu, üzvlərin 15.11.2012-ci il tarixli qərarına əsasən isə Kooperativin sədri (qanuni təmsilçisi) İbrahimov Sahib Hüseyn oğlu təyin edilmişdir. Məhkəmənin 25.10.2018-ci il tarixli qərardadı ilə “xxxx-MTK” MTK-mn Bakı şəhəri Nobel prospekti 189a ü nvanda inşa etdiyi 16 mərtəbəli 1 bloklu yaşayış binasında 08.02.2011-ci il tarixli müqavilə ilə İbrahimov Ziya Zülqədər oğluna satılmış 1-ci blok 8-ci mərtəbə ümumi sahəsi 141.2 kv.m olan 48 nömrəli 3 otaqlı mənzilin mövcud olmasının, həmin mənzilin, Pənahov Ələskər Əlipənah oğlu ilə “xxxx-MTK” MTK arasında bağlanmış 05.09.2008-ci il tarixli müqavilədə göstərilən Bakı şəhəri, Nobel prospekti, 189a ünvanda yerləşən 16 srtəbəli, bir bloklu yaşayış evinin 1 blok, 8-ci mərtəbə, ümumi sahəsi 141.5 kv.m olan 38 nömrəli 3 otaqlı mənzillə eyni mənzillər olub-olmamasının müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29.07.2019- cu il tarixli, 6826 saylı ekspert rəyinə əsasən Bakı şəhəri Nobel prospekti 189a ünvanda “xxxx” MTK-nın inşa etdiyi yaşayış binasının eskiz layihəsinə əsasən, həmin binanın 8-ci mərtəbəsində 3 ədəd 3 otaqlı mənzil mövcud olması müəyyən edilmişdir. Lakin 08.02.2011-ci il tarixli müqavilə ilə İbrahimov Ziya Zülqədər oğluna satilmış 16 mərtəbəli 1 bloklu yaşayış evinin 8-ci mərtəbəsində eskiz layihə və faktiki vəziyyət üzrə ümumi sahəsi 141.2 kv.m olan mənzil olmadığına görə, Z.lbrahimova satılmış sahəsi 141.2 kv.m olan mənzilin “xxxx” MTK-nın Bakı şəhəri Nobel prospekti 189a ünvanda inşa etdiyi yaşayış binasının 8-ci mərtəbəsində yerləşməsini müəyyən etmək mümkün olmamışdır. İbrahimov Ziya Zülqədər oğlu ilə “xxxx” MTK arasında bağlanmış 08.02.2011-ci il tarixli müqavilədə göstərilən Bakı şəhəri, Nobel prospekti, 189a ünvanda yeriəşən 16 mərtə bəli, bir bloklu yaşayış evinin 8-ci mərtəbə, ümumi sahəsi 141.2 kv.m olan 48 nömrəli 3 otaqlı mənzilin sahəsinə uyğun sahə və mənzillərin sıralanma cədvəli olmadığını nəzərə alaraq ona satılmış mənzil ilə Pənahov Ələskər Əlipənah oğlu ilə “xxxx” MTK arasında bağlanmış 05.09.2008-ci il tarixli müqavilədə göstərilən Bakı şəhəri, Nobel prospekti, 189a ünvanda yerləşən 16 mərtəbəli, yaşayış evinin 1 biok, 8-ci mərtəbəsində yerləşən mənzilin eyni mənzil olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Nərimanov Rayon İcra şöbəsinin icra məmurları Zamiq Kazımov və Nüsrət Cahangirov tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 05.03.2013-cü il tarixli, 2(011)-737/2013 saylı icra sənədinin icrası ilə bağlı tərtib olunmuş 03.04.2015-ci il tarixli akta əlavə olunmuş, Bakı şəhəri Nobel prospekti 189a ünvanda inşa etdiyi yaşayış binasında mənzil almış payçıların siyahısından müəyyən olunur ki, həmin binanın 1-ci blok 8-ci mərtəbə ümumi sahəsi 141.2 kv.m olan 3 otaqlı 48 saylı mənzili payçı İbrahimov Ziya Zülqədər oğlu tərəfindən, 38 saylı mənzili Axundov Tahir Təmraz oğlu tərəfindən, 78 saylı mənzili isə Babayev Fazil Nəcəf oğlu tərəfindən əldə edilmişdir. Həmin siyahıda payçı kimi Pənahov Ələskər Əlipənah oğlunun adının olması müəyyən edilməmişdir Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05.03.2013-cü il tarixli 2(011)- 737/2013 saylı qətnaməsi ilə iddiaçı Qasımov İlham Səfəralı oğlunun cavabdehlər Rəsulova Saqibə Bayram qızı, İbrahimov Sahib Hüseyn oğlu, Süleymanlı Elçin Hətəm oğlu, Rəsulova Mehriban Əliəşrəf qızı və üçüncü şəxs Bakı şəhəri, Vergilər Departamenti Kommersiya hüquqi Şə xslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı “xxxx” MTK-nın təsisçilərin ümumi yığıncağının protokolunun və həmin protokolla əlaqədar qəbul edilmiş qərarların, qanuni təmsilçi barədə edilmiş dəyişikliyin, qanuni təmsilçilik hüququnun bərpa edilməsi, müqavilələrin və digər sənədlərin etibarsız hesab edilməsi, cavabdehlər barəsində xüsusi qərardad çıxarılmaqla prokurorluğa məlumat verilməsi barədə” ilk iddia ərizəsi rədd, İbrahimov Sahib Hüseyn oğlunun Qasımov İlham Səfəralı oğluna qarşı “kooperativə məxsus əvvəlki möhürün məhv edilməsi, ilkin qeydiyyat şəhadətnaməsinin, mühasibat uçot sənədlərinin, satılmış yaşayış və qeyri-yaşayış sahələrinin qeydiyyat uçot kitablarının, çoxmənzilli yaşayış binasının tikintisi üçün verilmiş inşaat pasportunun, təsdiq edilmiş layihə smeta sənədlərinin, maliy yə təsərrüfat fəaliyyətinə aid bütün sənədlərin alınıb təhvil verilməsi barədə” qarşılıqlı iddia ərisəinin qismən təmin edilərək, İ.S.Qasımovdan “xxxx” MTK-nın ilkin qeydiyyat şəhadətnaməsinin, kooperativin fəaliyyəti ilə bağlı mühasibat uçot sənədlərinin, satılmış yaşayış və qeyri-yaşayış sahələrinin qeydiyyat uçoy kitablarının, kooperativ tərəfindən ünvan ünvanda inaş edilən çoxmənzilli yaşayış binasının tikintisi üçün müvafiq dövlət orqanları tərəfindən verilmiş inşaat pasportunun, təsdiq edilmiş layihə smeta sənədlərinin, maliyyə təsərrüfat fəaliyyətinə aid digər sənədlərin və möhürün aınıb S.H.İbrahimova təhvil verilməsi, qalan hissədə qarşılıqlı iddia ərisəsinin rədd edilməsi qət edilmişdir. Həmin qətnaməsinin icrası məqsədilə Nərimanov rayon İcra Şöbəsi tərəfindən 03.04.2005-ci il t arixli akt tərtib edilmiş və Bakı şəhəri Nobel prospekti 189a ünvanda “xxxx” MTK-nın inşa etdiyi yaşayış binasına dair bütün sənədlər, müqavilələr və maliyyə arayışları, o cümlədən satılmış mənzillərin, qeyri-yaşayış sahələrinin və qarajların müqavilələri Sahib İbrahimova təhvil verilmişdir. Bu akta əlavə edilmiş sənədlər siyahısında Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən 16 mərtəbəli bir bloklu yaşayış evindəki satılmış mənzillər göstərilmiş və həmin siyahıda hazırki iş üzrə mübahisələndirilən Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən 16 mərtəbəli bir bloklu yaşayış evinin 1-ci blok 8-ci mərtəbə ümumi sahəsi 141.2 kv.m olan 48 nömrəli 3 otaqlı mənzilin sahibi və mülkiyyətçisi kimi İbrahimov Ziya Zülfüqar oğlu göstərilmişdir Həmin siyahıda “xxxx” MTK-dan mənzil alm ış vətəndaşların siyahısında Pənahov Ələsgər Əlipənah oğlunun adı göstərilməmişdir və “xxxx” MTK-nın Bakı şəhəri, Nobel prospekti 189a ünvanda inşa etdiyi binada Pənahov Ələsgər Əlipənah oğluna məxsus heç bir yaşayış sahəsi (mənzil) yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı İbrahimov Ziya Zülqədər oğlu cavabdeh “xxxx” MTK-ya qarşı “mənzilin təhvil verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən 16 mərtəbəli bir bloklu yaşayış evinin 1-ci blok 8-ci mərtəbə ümumi sahəsi 141.2 kv.m olan 48 nömrəli 3 otaqlı mənzilin cavabdeh tərəfindən ona təhvil verilməsi, həmin mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması, mənzildən istifadə və mənzilin təmir etməsinə maneə çilik törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İbrahimov Ziya Zülqədər oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” MTK ilə aralarında imzalanmış 08.02.2011-ci il tarixli, 21 saylı müqavilənin 1.1-ci bəndinə əsasən, müqavilənin əsas predmeti Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən 16 mərtəbəli bir bloklu yaşayış evinin 1-ci blok 8-ci mərtəbə ümumi sahəsi 141.2 kv.m olan 3 otaqlı 48 saylı mənzildən ibarətdir. Mənzilin dəyəri 42360 manat təşkil edir. Maliyyə arayışında qeyd olunur ki, o, mənzilin dəyərini tam ödəmişdir. Həmin müqavilənin qanunvericilikiə nəzərdə tutulmuş qaydada bağlanmasına və mənzilin dəyərinin ödənilməsinə, MTK tərəfindən həmin mənzilin ona məxsus olmasının göst ərilməsinə baxmayaraq, mənzil ona təhvil verilməmiş, təhvil verilməsinə cavabdeh tərəfındən maneələr törədilir və mülkiyyət hüquqları kobud şəkildə pozulur. Həmin mənzilin dəyərini ödəyərək mülkiyyət hüququ əldə etmişdir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edərək mənzilin təhvil verilməsini xahiş etmiş, lakin cavabdeh mənzili onatəhvil verməmişdir. Mənzilin qapısını dəyişib yeni qapı qoysa da, mənzili təmir etməyə “xxxx” MTK-nın sədri S.İbrahimov maneəçilik törədir. Daha sonra iddiaçı İbrahimov Ziya Zülqədər oğlu İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək göstərmişdir ki, məhkəmə prosesləri gedişində və məhkəmə tərəfındə yerində baxış keçirilərkən müəyyən olunmuşdur ki, “xxxx” MTK tərəfindən ona satılan mənzil, yəni Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189a ü nvanında inşa edilən 1 bloklu yaşayış binasının 1- ci blok 8-ci mərtəbəsində ümumi sahəsi 141.2 kv.m olan 48 nömrəlili mənzil 8-ci mərtəbədə liftdən çıxarkən sol tərəfdə yerləşən mənzildir. Həmin mənzilin iddiaçıya, digər mənzilin, yəni 38 saylı mənzilin isə Axundov Tahirə satılması müəyyən edilmişdir. Pənahov Ələskər Əlipənah oğluna satılan mənzilin isə bir mərtəbə aşağıda, yəni 7-ci mərtəbədə yerləşməsi müəyyən edilmişdir. Bu halı yerində baxış zamanı binanın sakinləri, mənzilin mülkiyyətçiləri və MTK-nın nümayəndəsi də təsdiq etmişdir. Lakin Pənahov Ələskər Əlipənah oğlu hələ də mənzilin ona təhvil verilməsinə maneəçilik törədir. Bundan əlavə, iddiaçı Pənahov Ələsgər Əlipənah oğlu cavabdeh “xxxx” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfındən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa edilən 1 bloklu yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 96,5 kv.m olan 2 otaqlı, 8 saylı mənzilə sərbəst giriş-çıxışının təmin edilməsi və ona öz mülkiyyətində olan mənzildə təmir işləri aparılmasına icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çxarılmasını xahiş etmişdir. Sonradan iddia tələbini dəqiqləşdirərək, “xxxx” MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189 A ünvanında inşa edilmiş 1 bloklu yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 141,5 kv.metr olan 3 otaqlı, yerləşmə sxemində göstərilmiş 38 saylı mənzilə və həmin binanın 13-cü mərtəbəsində ümumi sahəsi 14,5 kv.m olan 3 otaqlı, hazırki iş materiallarına əlavə edilmiş yerləşmə sxemində göstərilmiş 78 saylı mənzilə sahiblik, istifadə hüququnun tanınması, mənzillərə və binaya daxil olmasına yaradılan maneələrin aradan qaldırılması öhdəliyinin “xxxx” MTK-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 29.07.2016-cı il tarixli, 2(011)-6501/2016 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Pənahov Ələsgər Əlipənah oğlunun Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, sahəsi 141,5 kv.metr olan 3 otaqlı, 38 saylı və 1-ci blok, 13-cü mərtəbəsində, sahəsi 141,5 kv.metr olan 3 otaqlı, 78 saylı mənzillərə sahiblik və istifadə hüququnun tanınması, həmin mənzillərə və binaya daxil olmasına yaradılan maneələrin aradan qaldırılması öhdəliyinin “xxxx” MTK-nın üzərinə qoyulması qət edilmişdir. Qət namənin icrası zamanı “xxxx” MTK tərəfindən İcra şöbəsinə mənzilin mülkiyyətçilərinin siyahıları təqdim olunmuşdur. Həmin siyahıda ümumiyyətlə Pənahov Ələsgərin adı olmamış, mübahisəli mənzilin mülkiyyətçisinin isə İbrahimov Ziya olduğu qeyd olunmuşdur. Qeyd olunanların nəzərə alınaraq“xxxx” MTK aralarında imzalanmış 08.02.2011-ci il tarixli müqavilə və 08.02.2011-ci il tarixli maliyyə arayışı əsasında ona satılmış Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən 16 mərtəbəli bir bloklu yaşayış evinin 1-ci blok 8-ci mərtəbəsində liftdən solda yerləşən ümumi sahəsi 141.2 kv.m olan 3 otaqlı 48 nömrəli mənzilin cavabdeh “xxxx” MTK tərəfindən ona təhvil verilməsi, həmin mənzil üzərində onun sahiblik və istifadə hüququnun tanınması, həmin mənzildən istifadəsinə və mənzili təmir etməsinə man eəçilik törədilməsinin “xxxx” MTKya və Pənahov Ələskər Əlipənah oğluna qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 18 noyabr 2019-ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev, iş № 2(011)-307/2019) iddia təmin edilmiş, iddiaçı İbrahimov Ziya Zülqədər oğlu ilə cavabdeh “xxxx” MTK arasında imzalanmış 08.02.2011-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən 16 mərtəbəli bir bloklu yaşayış evinin 1-ci blok 8-ci mərtəbəsində liftdən solda yerləşən ümumi sahəsi 141.2 kv.m olan 3 otaqlı 48 nömrəli mənzili cavabdeh “xxxx” MTK tərəfindən iddiaçı İbrahimov Ziya Zülqədər oğluna təhvil verilsin, həmin mənzil üzərində iddiaçının sahiblik və istifadə hüququnun tanınması və həmin mənzildən istifadəyə və mən zili təmir etməsinə maneəçilik törədilməsi cavabdehlər “xxxx” MTK-ya və Pənahov Ələskər Əlipənah oğluna qadağan edilməsi qət edilmişdir. Həmin mülki iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh “xxxx” MTK-nın Bakı şəhəri Nobel prospekti 189a ünvanında inşa etdiyi 16 mərtəbəli 1 bloklu yaşayış binasının 1-ci blok, 8ci mərtəbə ümumi sahəsi 141.2 kv.m olan 3 otaqlı 48 saylı mənzilinin 08.02.2011-ci il tarixli müqavilə əsasında iddiaçı İbrahimov Ziya Zülqədər oğluna satılmasını, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 29.07.2016-cı il tarixli, 2(011)6501/2016 saylı icra sənədi icrası mərhələsində həmin mənzilin yanlışlıqla 38 saylı mənzilin əvəzinə hazırki iş üzrə cavabdeh Pənahov Ələskər Əlipənah oğluna təhvil verilməsini, bununla da, iddiaçının mülkiyyətin toxunulmazlığı b arədə konstitusion hüququnun pozulması nəticəsinə gəlmişdir. İddiaçı Pənahov Ələsgər Əlipənah oğlu cavabdeh “xxxx-MTK” Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa edilən 1 bloklu yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 96,5 kv.metr olan 2 otaqlı, 8 saylı mənzilə Pənahov Ələsgər Əlipənah oğlunun sərbəst giriş-çıxışının təmin edilməsinin və Pənahov Ələsgər Əlipənah oğluna öz mülkiyyətində olan mənzildə təmir işləri aparılmasına icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MTK ilə Pənahov Ələsgər Əlipənah oğlu arasında imzalanmış müqaviləyə əsasən Ələsgər Pənaho v cavabdeh “xxxx” MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa etdiyi 1 bloklu yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 96,5 kv.metr olan 2 otaqlı, 8 saylı mənzili almışdır. Mənzilin dəyəri Ələsgər Pənahov tərəfindən tam ödənilmişdir. Bu barədə “xxxx” MTK tərəfindən maliyyə arayışı da verilmişdir. Lakin Ələsgər Pənahovun öz öhdəliklərini lazımınca yerinə yetirərək aldığı mənzilin dəyərini tam ödəməsinə baxmayaraq, cavabdeh “xxxx” MTK hər dəfə müxtəlif bəhanələr gətirərək, mənzili ona təhvil verməkdən imtina edir, onun öz mənzilini təmir edərək köçüb həmin mənzildə yaşamasına imkan vermir. Ələsgər Pənahov dəfələrlə cavabdeh “xxxx” MTK-ya müraciət edərək, onun öz mənzilinə köçərək yaşamasına yaradılan maneələrin aradan qaldırılmasını və mənzilinin ona təhvil verilməsini tələb etsə də, bunun heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də məcburiyyət qarşısında qalaraq, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 3.2-ci bəndinə əsasən cavabdeh tikinti-quraşdırma işlərini 24 ay ərzində başa çatdıraraq, mənzili alıcıya təhvil vermək öhdəliyini üzərinə götürmüşdür. Lakin mənzilin dəyərinin ödənilməsindən artıq 4 il 8 ay, cavabdehin üzərinə götürdüyü müddətdən isə, 2 il 8 ay keçməsinə baxmayaraq, mənzil hələ də Ələsgər Pənahova təhvil verilməmişdir. İddiaçı sonradan iddia tələbini dəqiqləşdirərək, “xxxx” MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A, ünvanında inşa edilmiş, 1 bloklu yaşayış binasının 8ci mərtəbəsində ümumi sahəsi 141,5 kv. metr olan 3 otaqlı, yerləşmə sxemində göstərilmiş 38 saylı mənzilə və həmin binanın 13-cü mərtəbəsində ümumi sahəsi 141,5 kv.metr olan 3 otaqlı, hazırki iş materiallarına əlavə edilmiş yerləşmə sxemində göstərilmiş 78 saylı mənzilə Pənəhov Ələsgər Əlipənah oğlunun sahiblik, istifadə hüququnun tanınması, mənzillərə və binaya daxil olmasına yaradılan maneələrin aradan qaldırılması öhdəliyinin “xxxx” MTK-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Dəqiqləşmiş iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddia ərizəsi məhkəməyə verilərkən, texniki səhvə yol verilmiş və səhvən 8 saylı mənzilin Ələsgər Pənahova məxsus olması bildirilmişdir. 19.06.2008-ci il tarixli müqavilə əsasında Ələsgər Pənahova 1-ci blok 13-cü mərtəbədə 141.5 kv.metr sahəsi olan 78 saylı mənzil, 05.09.2008-ci il tarixli müqavilə əsasında isə, 1-ci blok 8-ci mərtəbədə 141.5 kv.metr sahəsi olan 38 saylı mənzil satılmışdır. Bundan əlavə, məhkəmə ilə birlikdə keçirilmiş yerli baxış zamanı binaya daxil olarkən də binaya baxan nəzarətçilər tərəfindən maneələr yaradıldığı, həmçinin mənzillərin nömrələnməsində yanlışlıqların olduğu məlum olmuşdur. Mənzil alınarkən ona müqavilə və maliyyə arayışı ilə birlikdə mənzilin yerləşmə sxemi də verilmişdir. Həmin yerləşmə sxemində ona satılan 78 saylı və 38 saylı mənzillərin yerləşdiyi sahə, otaqlarının sayı və ölçüləri dəqiqliklə öz əksini tapmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6501/2016 saylı, 29 iyul 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Pənahov Ələsgər Əlipənah oğlunun Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa edilmiş 1 blok lu yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, sahəsi 141,5 kv.metr olan 3 otaqlı, 38 saylı mənzilinə sahiblik və istifadə hüququnun tanınması, Pənahov Ələsgər Əlipənah oğlunun Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin, 1-ci blok, 13-cü mərtəbəsində, sahəsi 141,5 kv.metr olan 3 otaqlı, 78 saylı mənzilinə sahiblik və istifadə hüququnun tanınması, Pənahov Ələsgər Əlipənah oğlunun Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin 1-ci blok, 8ci mərtəbəsində, sahəsi 141,5 kv.metr olan 3 otaqlı, 38 saylı mənzilinə və Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin, 1-ci blok, 13-cü mərtəbəsində, sahəsi 141,5 kv.metr olan 3 otaqlı, 78 saylı mənzilinə v ə binaya daxil olmasına yaradılan maneələrin aradan qaldırılması öhdəliyinin “xxxx” MTK-nın üzərinə qoyulması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı İbrahimov Ziya Zülqədər oğlu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)6501/2016 saylı, 29 iyul 2016-cı il tarixli qətnaməsindən və cavabdeh Pənahov Ələsgər Əlipənah oğlu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-307/2019 saylı, 18 noyabr 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayətləri verilmiş və həmin apelyasiya şikayətlərinə əsasən mülki işlər bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Məhərrəmova sədrliyi və məruzəsi ilə, hakimlər M.Məmmədov və R.Həsənovdan ibarət tərkibdə, iş №2(103)-2881/2020) Pənahov Ələs gər Pənah oğlunun apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)307/2019 saylı, 18 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəmənin 29.07.2016-cı il tarixli qətnaməsindən İbrahimov Ziya Zülqədər oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6501/2016 saylı, 29 iyul 2016-cı il tarixli qətnaməsi hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılan hissədə, yəni “Pənahov Ələsgər Əlipənah oğlunun Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, sahəsi 141,5 kv.metr olan 3 otaqlı, 38 saylı mənzilinə sahiblik və istifadə hüququnun tanınması, Pənahov Ələsgər Əlipənah oğlunun Bakı şəhəri, Xətai rayonu, Nobe l prospekti 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin 1-ci blok, 8ci mərtəbəsində, sahəsi 141,5 kv.metr olan 3 otaqlı, 38 saylı mənzilinə daxil olmasına yaradılan maneələrin aradan qaldırılması öhdəliyinin “xxxx” MTK-nın üzərinə qoyulması” hissəsində ləğv edilərək, həmin hissədə Pənahov Ələsgər Əlipənah oğlunun iddia tələbi təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsi hər iki apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, “müqavilədə Pənahov Ələsgər Pənah oğluna məxsus 48 saylı mənzilin texniki səhv olaraq 38 saylı mənzil kimi qeyd edilməsi” barədə “xxxx” MTK tərəfindən verilmiş 28.02.2020-ci il tarixli arayış mübahisəli mənzilin Pənahov Ələsgər Pənah oğluna məxsus olmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin arayışda q eyd olunanlar digər iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarında olan Nərimanov Rayon İcra şöbəsinin icra məmurları Zamiq Kazımov və Nüsrət Cahangirov tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 05.03.2013-cü il tarixli, 2(011)-737/2013 saylı icra sənədinin icrası ilə bağlı tərtib olunmuş 03.04.2015-ci il tarixli akta əlavə olunmuş, Bakı şəhəri Nobel prospekti 189a ünvanda inşa etdiyi yaşayış binasında mənzil almış payçıların siyahısından müəyyən olunur ki, həmin binanın 1-ci blok 8-ci mərtəbə ümumi sahəsi 141.2 kv.m olan 3 otaqlı 48 saylı mənzili payçı İbrahimov Ziya Zülqədər oğlu tərəfindən, 38 saylı mənzili Axundov Tahir Təmraz oğlu tərəfindən, 78 saylı mənzili isə Babayev Fazil Nəcəf oğlu tərəfindən əldə edilmişdir. Həmin siyahıda payçı kimi Pənahov Ələskər Əlip ənah oğlunun adının olması müəyyən edilməmişdir. Həmçinin apellyasiya kollegiyası onu da qeyd etmişdir ki, 05.09.2008-ci il tarixli müqavilənin predmeti Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən 16 mərtəbəli bir bloklu yaşayış evinin 1-ci blok 8-ci mərtəbə ümumi sahəsi 141.5 kv.m olan 3 otaqlı 38 saylı mənzildən ibarətdir. Mənzilin dəyəri 66505 manat təşkil edir və bütün məbləğ ilkin pay kimi ödənilir. İş materiallarında olan 19.06.2008-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən yaşayış binası “xxxx” MTK-ya məxsusdur. Bu binanın 1-ci blok 8-ci mərtəbə ümumi sahəsi 141.5 kv.m olan 3 otaqlı 38 saylı mənzilin dəyəri payçı Pənahov Ələsgər Əlipənah oğlu tərəfindən tam ödənilmişdir. Onun MTK-ya borcu yoxdur. İş material larında olan 05.09.2008-ci il tarixli kassa mıədaxil orderinin qəbzinin surətindən görünür ki, ev almaq üçün Pənahov Ələsgər Əlipənah oğlu tərəfindən ödənilmiş 66505 manat MTK-nın kassasına mədaxil edilmişdir. Göründüyü kimi, MTK ilə Ələsgər Pənahovun arasında müqavilə 05.09.2008-ci il tarixdə bağlanmış, mənzilin dəyəri həmin tarixdə tam ödənilmiş və bu barədə kassa mədaxil orderi verilmiş, bununla belə göstərilən tarixdən daha əvvəl 19.06.2008-ci il tarixdə Ələsgər Pənahovun mənzili tam ödəməsi barədə kassa məxaric orderi tərtib edilmiş.dir. Kollegiya nəzərə alaraq kassa məxaric orderinin alqı-satqı müqaviləsinin bağlanmasından təxminən 3 ay əvvəl verilməsini və bununlada Ələsgər Pənahovun həqiqətən sözü gedən mənzili almasını inandırıcı hesab etmir. Bu isə ona dəlalət edir ki, Bakı şəhər i, Nobel prospekti 189a ünvanında yerləşən 16 mərtəbəli bir bloklu yaşayış evinin 1-ci blok 8-ci mərtəbə ümumi sahəsi 141.2 kv.m olan 48 nömrəli 3 otaqlı mənzil Ziya İbrahimova satılmış və o mübahisəli mənzilin payçısıdır. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerli baxışda Bakı şəhəri Nobel prospekti 189a ünvanda “xxxx” MTK-nın inşa etdiyi yaşayış binasının 16 mərtəbəli olması, 1-ci mərtəbənin qeyri-yaşayış sahələri üçün nəzərdə tutulduğu, yaşayış sahələrinin 2-ci mərtəbədən başlanması, hər mərtəbədə müqavilələr üzrə sahələri 95,6 kv.metr, 96,5 kv.metr, 102 kv.metr, 134,5 kv.metr, 141,2 kv.metr, 141,5 kv.metr və 168,5 kv.metrdən ibarət olan 7 mənzil olmaqla, binada cəmi 105 mənzilin olması, 1-7 saylı mənzillərin 2-ci mərtəbədə, 8-14 saylı mənzillərin 3-cü mərtəbə də, 15-21 saylı mənzillərin 4-cü mərtəbədə, 22-28 saylı mənzillərin 5-ci mərtəbədə, 29-35 saylı mənzillərin 6-cı mərtəbədə, 36-42 saylı mənzillərin 7-ci mərtəbədə, 43-49 saylı mənzillərin 8-ci mərtəbədə, 50-56 saylı mənzillərin 9-cu mərtəbədə, 57-63 saylı mənzillərin 10-cu mərtəbədə, 64-70 saylı mənzillərin 11-ci mərtəbədə, 71-77 saylı mənzillərin 12-ci mərtəbədə, 78-84 saylı mənzillərin 13-cü mərtəbədə, 85-91 saylı mənzillərin 14-cü mərtəbədə, 92-98 saylı mənzillərin 15-ci mərtəbədə və 99-105 saylı mənzillərin isə 16-cı mərtəbədə yerləşmələri müəyyən edilmişdir. Baxış keçirilmiş sənədlər və dindirilmiş şahid ifadələri ilə müəyyən edilmişdir ki, mənzillərin sıralanması hər bir mərtəbədə yerləşən mənzillərin müqavilələr üzrə ən kiçik sahəsi olanından başlayaraq sahələrin artmasına uyğun ola raq həmin mərtəbəyə aid olan sira saylarının mütənasib artması ilə təyin edilməsi müəyyən olunmuşdur. Binanın hər bir mərtəbəsində yerləşən mənzillərin müqavilələrdə göstərilən sahələri və sıra sayları üzrə aparılmış hesablamalarla 08.02.2011-ci il tarixli müqavilə ilə İbrahimov Ziya Zülqədər oğluna satılmış 48 saylı mənzilin binanın 8-ci mərtəbəsində liftdən çıxışda solda yerləşməsi, 05.09.2008-ci il tarixli müqavilə ilə Pənahov Ələskər Əlipənah oğluna satilmış 38 saylı mənzilin isə binanın 7-ci mərtəbəsində yerləşdiyi müəyyən olunmuşdur. Belə olan halda isə kollegiya mənzillərin nömrələrinin səhv salınmasını inandırıcı hesab etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Bakı şəhəri, Xətai rayonu Nobel prospekti 189A ünvanında yerləşən 1 bloklu binanın hər mərtəbəsində sahəsi 141,5 kv.metr olan 1 mənzil vardır. Bu hal isə mənzilin nömrəsinin səhv salınmasını mümkünsüz edir. Kollegiya həmçinin onu da qeyd etmişdir ki, iş materiallarında olan binanın eskiz layihəsindən və “xxxx” MTK-nın 18.11.2019- cu il tarixli arayışından görünür ki, MTK-nın Baki şəhər İcra Hakimiyyəti tərəfindən 17.01.2016-cı ildə təsdiq edilmiş eskiz layihəsinə əsasən binanın 8-cı mərtəbəsində liftdən çıxanda solda yerləşən 3 otaqlı mənzilin layihəyə görə faktiki sahəsi 137.6 kv.metr, həmin mərtəbədəki digər 3 otaqlı mənzilin faktiki ölçüsü 137.4 kv.metr göstərilmişdir. Bunula belə tərəflərlə müqavilələr bağlanarkən mənzillərin sahəsi daha çox göstərilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh Pənahov Ələsgər Əl ipənah oğlu (vəkil Məmmədov Tahir Əli oğlu) kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli 2(103)-2881/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən maddi hüquq normaları pozulmuş, ona görə ki, məhkəmə işdə olan sübutları düzgün qiymətləndirməyib. Belə ki, Ələsgər Pənahov məhkəmə baxışı zamanı bildirmişdir ki, 2006-cı ildə, yəni Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən 16 mərtəbəli binanın hələ bünövrəsi qoyulmamışdan əvvəl MTK-nın əvvəlki sahibi ilə tikiləcək binadan iki ədəd mənzil almaq barədə razılığa gəliblər və Ələsgər Pənahov iki ədəd mənzilin pulun u həmin vaxt MTK-nın rəhbərinə ödəyib. Lakin bina hazır olmadığını əsas gətirərək pulun verilməsi ilə bağlı 2006-cı ildə hər hansı sənədləşmə aparmayıb. Məhkəmənin diqqətinə çatdırırıq ki, 19.06.2008-ci il tarixdə Ələsgər Pənahovun mənzilin dəyərinin tam ödənilməsi barədə tərtib edilmiş kassa məxaric orderi Bakı şəhəri. Nobel prospekti 189 a ünvanında yerləşən 16 mərtəbəli bir bloklu yaşayış binasının 1-ci blok 13-cü mərtəbədə yerləşən 78 saylı mənzilin ödənilməsini özündə əks etdirir. Yəni 2006-cı ildə Ələsgər Pənahovun ödəmiş olduğu pulun 70 750 (yetmiş min yeddi yüz əlli) manatı 19.06.2008-ci il tarixdə kassaya mədaxil edilmişdir. 05.09.2020-ci il tarixində tərtib edilmiş mədaxil orderi isə Ələsgər Pənahovun 2- ci mənzilinin, yəni kassasiya şikayətinin predmetini təşkil edən Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən 16 mərtəbəli bir bloklu yaşayış binasının 1-ci blok 8- ci mərtəbə ümumi sahəsi 141.5 kv.m olan 3 otaqlı 38 nömrəli mənzili almasını sübut edir. Belə ki, Ələsgər Pənahovun 2006-cı ildə MTK-ya ödəmiş olduğu pulun qalan hissəsi ilə yəni 66 505 (altmış altı min beş yüz beş) manatı MTK büdcəsinə daxil edilərək qəbz verilib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdi. İddiaçı və vəkili kassasiya ş ikayətinin dəlillərinə etiraz edərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə difər cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tər əfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız Pənahov Ələsgər Əlipənah oğlu kassasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Re spublikasının Mülki Məcəlləsi 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pulödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə görə əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir Azərbaycan Respublikası Mənzil Məcəlləsi 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan b aşqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə ə sasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq ü çün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya insansiya məhkəməsi Ə.Pənahovun iddiasının qismən rədd edilməsi ilə bağlı nəticəyə gələrkən qeyd etmişdir ki, “müqavilədə Pənahov Ələsgər Pənah oğluna məxsus 48 saylı mənzilin texniki səhv olaraq 38 saylı mənzil kimi qeyd edilməsi” barədə “xxxx” MTK tərəfindən verilmiş 28.02.2020-ci il tarixli arayış mübahisəli mənzilin Pənahov Ələsgər Pənah oğluna məxsus olmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin arayışda qeyd olunanlar digər iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarında olan Nərimanov Rayon İcra şöbəsinin icra məmurları Zamiq Kazımov və Nüsrət Cahangirov tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 05.03.2013-cü il tarixli, 2(011)-737 /2013 saylı icra sənədinin icrası ilə bağlı tərtib olunmuş 03.04.2015-ci il tarixli akta əlavə olunmuş, Bakı şəhəri Nobel prospekti 189a ünvanda inşa etdiyi yaşayış binasında mənzil almış payçıların siyahısından müəyyən olunur ki, həmin binanın 1-ci blok 8-ci mərtəbə ümumi sahəsi 141.2 kv.m olan 3 otaqlı 48 saylı mənzili payçı İbrahimov Ziya Zülqədər oğlu tərəfindən, 38 saylı mənzili Axundov Tahir Təmraz oğlu tərəfindən, 78 saylı mənzili isə Babayev Fazil Nəcəf oğlu tərəfindən əldə edilmişdir. Həmin siyahıda payçı kimi Pənahov Ələskər Əlipənah oğlunun adının olması müəyyən edilməmişdir. Bu halda məhkəmə Bakı şəhəri Nobel prospekti 189a ünvanda inşa edilən binanın 1ci blok 8-ci mərtəbə ümumi sahəsi 141.2 kv.m olan 3 otaqlı 48 saylı mənzilin Z.İbrahimova məxsus olmasını müəyyən etmiş və MT K tərəfindən verilmiş həmin binada olan 38 saylı mənzillə 48 saylı mənzillərin eyni mənzillər olmasını təsdiq edən arayış isə möhtəbər sübut olaraq qəbul etməmişdir. Belə olan halda məhkəmənin gəldiyi nəticədən aşkar olaraq müəyyən olunmuş olur ki, Z.İbrahimova məxsus olan mənzillə Ə.Pənahova aid olan mənzil üst-üstə düşməməklə fərqli mənzillərdir. Məhz Z.İbrahimovun şikayəti əsasında Ə.Pənahovun iddiasının rədd olunması nəticəsinə gələrkən məhkəmə Z.İbrahimovun belə mübahisəldirməyə hüququnun olub- olmamasını yoxlamalı olduğu halda belə araşdırmanın aparılmasını təmin etməmişdir. Nəzərə alınmalı olan məqamlardan bir isə ondan ibarətdir ki, apellyasiya instansiya məhkəməsinin araşdırmış olduğu sübutlardan aydın olur ki, Bakı şəhəri Nobel prospekti 189a ünvanda yerləşən binanın 1-ci blok 8- ci mərtəbə ümumi sahəsi 141.2 kv.m olan 3 otaqlı 38 saylı mənzili Axundov Tahir Təmraz oğlu tərəfindən əldə edilmişdir. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi «Pənahov Ələsgər Əlipənah oğlunun Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, sahəsi 141,5 kv.metr olan 3 otaqlı, 38 saylı mənzilinə sahiblik və istifadə hüququnun tanınması, Pənahov Ələsgər Əlipənah oğlunun Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, sahəsi 141,5 kv.metr olan 3 otaqlı, 38 saylı mənzilinə daxil olmasına yaradılan maneələrin aradan qaldırılması öhdəliyinin “xxxx” MTK-nın üzərinə qoyulması” hissəsi ndə ləğv edilərək, həmin hissədə Pənahov Ələsgər Əlipənah oğlunun iddia tələbinin təmin edilməməsi» hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanmalıdır. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Pənahov Ələsgər Əlipənah oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2881/2020 nömrəli iş üzrə 28 oktyabr 2020-ci il tarixli qətnaməsi “Pənahov Ələsgər Əlipənah oğl unun Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, sahəsi 141,5 kv.metr olan 3 otaqlı, 38 saylı mənzilinə sahiblik və istifadə hüququnun tanınması, Pənahov Ələsgər Əlipənah oğlunun Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189A ünvanında inşa edilmiş 1 bloklu yaşayış evinin 1-ci blok, 8ci mərtəbəsində, sahəsi 141,5 kv.metr olan 3 otaqlı, 38 saylı mənzilinə daxil olmasına yaradılan maneələrin aradan qaldırılması öhdəliyinin “xxxx” MTK-nın üzərinə qoyulması” hissəsində ləğv edilərək, həmin hissədə Pənahov Ələsgər Əlipənah oğlunun iddia tələbinin təmin edilməməsi» hissəində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün yeni apellyasiya baxışına qaytarılsın. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişd irilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2576/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2576/2021
20.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver