Məhkəmə qərarları › İş №2(102)-2578/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2578/2020

10.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2578/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, İddiaçı xxx oğlunun Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.12.2019-cu il tarixli 2(105)4145/2019 nömrəli qətnaməsindən iddiaçı xxx oğlu və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xxx oğlu Cavabdeh qarşı iddi a ərizəsi ilə müraciət edərək, məhkəmə müayinəsi və tədqiqatı nəticəsində müəyyən edilmiş, cavabdehin günahı səbəbindən əmlakından məhrum olunmağı və əmlakının zədələnməsi nəticəsində ona dəymiş zərərin əvəzinin pul şəklində cavabdehdən alınaraq ona verilməsi, cavabdehin küçəyə yığdığı zədələnməyən əmlaklarının müəyyən edilərək evin padvalına yığılması vəzifəsinin sonuncunun üzərinə qoyulması; 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xxx oğlu Azərbaycan Respublikası MM-nin 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsi barədə ərizəsi ilə müraciət edərək Cavabdeh 3000 manat dəyərində 1 ədəd 2 tonluq telferin və ya onun dəyərində 3000 manat pulun, “MAZ” markalı yük avtomobilinin 150 manat dəyərində 1 ədəd su radiatorunun və ya onun dəyərində 150 manat pulun, “QAZ 66” markalı yük avtomobilinin 120 manat dəyərində 1 ədəd su radiatorunun və ya onun dəyərində 120 manat pulun, “ZİL” markalı yük avtomobilinin 120 manat dəyərində 1 ədəd su radiatorunun və ya onun dəyərində 120 manat pulun, “QAZ 53” markalı yük avtomobilinin cəmi 200 manat dəyərində 2 ədəd 41 dişli körpüsünün və ya onun dəyərində 200 manat pulun, “ZİL” markalı yük avtomobilinin 80 manat dəyərində dişli çapları ilə birgə 1 ədəd sürətlər qutusunun və ya onun dəyərində 80 manat pulun, “ZİL” markalı yük avtomobilinin cəmi 40 manat dəyərində dişli çarxsız 2 ədəd sürətlər qutusunun və ya onun dəyərində 40 manat pulun, “ZİL” markalı yük avtomobilinin cəmi 320 manat dəyərində 4 ədəd arxa resolların və ya onun dəyərində 320 manat pulun, “ZİL” markalı yük avtomobilinin cəmi dəyəri 280 manat dəyərində 4 ədəd qabaq resolların və ya onun dəyərində 280 manat pulun, traktor yedəyinin cəmi 200 manat dəyərində 2 ədəd resorların və ya onun dəyərində 200 manat pulun, “QAZ 53” markalı yük avtomobilinin cəmi qiyməti 100 manat 2 ədəd kardanlı valın və ya onun dəyərində 100 manat pulun, “KAMAZ” markalı avtomobilin cəmi qiyməti 96 manat olan 8 ədəd mühərrik porşenlərinin və ya onun dəyərində 96 manat pulun, “MAZ” markalı yük avtomobilin cəmi qiyməti 72 manat olan 6 ədəd mühərrik porşenlərinin və ya onun dəyərində 72 manat pulun, “QAZ 53” markalı yük avtomobilinin 18 manat dəyərində 1 ədəd səsboğucu qazanının və ya onun dəyərində 18 manat pulun, “ZİL” markalı yük avtomobilinin cəmi qiyməti 60 manat olan 2 ədəd ön alın şüşəsinin (ön “parpres”) və ya onun dəyərində 60 manat pulun, “QAZ 53” markalı yük avtomobilinin 30 manat dəyərində 1 ədəd ön şüşəsinin (ön “parpres”) və ya onun dəyərində 30 manat pulun,” QAZ 24” markalı minik avtomobilinin 30 manat dəyərində 1 ədəd ön şüşəsinin (ön “parpres”) və ya onun dəyərində 30 manat pulun, “QAZ 24” markalı minik avtomobilinin cəmi qiyməti 3 manat 2 ədəd peç radiatorunun və ya onun dəyərində 30 manat pulun, “ZİL” markalı yük avtomobilinin 25 manat dəyərində 1 ədəd sükan ötürücü qutusunun və ya onu dəyərində 25 manat pulun, “ZİL” markalı yük avtomobilinin mühərrikinin 250 mane dəyərində 1 ədəd dirsəkli valının və ya onun dəyərində 250 manat pulun, “QAZ 53” markalı yük avtomobilinin cəmi qiyməti,140 manat 2 ədəd “fasonnu çaşka”-sının v ya onun dəyərində 140 manat pulun, “QAZ 53” markalı y ük avtomobilinin cəmi qiymət 120 manat 2 ədəd arxa resorlarının və ya onun dəyərində 120 manat pulun, “ZİL” markalı yük avtomobilinin cəmi qiymət* 45 manat olan 3 ədəd qabaq “stupsiyya: barabanlarının və ya onların dəyərində 45 manat pulun, traktor yedəyinin 90 manat qiymətində 1 ədəd qaldırıcı sisteminin və ya onun dəyərində 90 manat pulun, “Zİİ” markalı yük avtomobilinin cəmi qiyməti 300 manat 20 ədəd sürətlər qutusunun sinxranizatorlarının və ya onların dəyərində 300 manat pulun, qiyməti 60 manat 1 ədəd tənzimləyici elektrik transformatorunun və ya onun dəyərində 60 manat pulun, ümumi qiyməti 245 manat olan 7 ədəd paltar yuyan maşın qazanın və ya onların dəyərində 245 manat pulun, qiyməti 500 manat olan 1 ədəd kondisionerin və ya onun dəyərində 500 manat pulun, qiyməti 600 manat olan 1 ədəd soyuducu aparatın və ya onun dəyərində 600 manat pulun, ümumi qiyməti 385 manat olan, sahəsi 1 kv.m olan 55 ədəd şüşə listlərin və ya onların dəyərində 385 manat pulun, ümumi qiyməti 420 manat olan sahəsi 1 kv.m-dən çox olan 60 ədəd şüşə listlərin və ya onların dəyərində 420 manat pulun, ümumi qiyməti 375 manat olan 5 ədəd alüminium pəncərələrin və ya onların dəyərində 375 manat pulun, ümumi qiyməti 120 manat olan diametri 50 mm, uzunluğu 5 metr olan 4 ədəd polad borular və ya onların dəyərində 120 manat pulun, qiyməti 50 manat olan mağaza üçün 1 ədəd şüşə vitrinin və ya onun dəyərində 50 manat pulun, ümumi qiyməti 70 manat olan 2 ədəd ticarət çətirinin, və ya onların dəyərində 70 manat pulun, qiyməti 40 manati 1 ədəd propan qaz balonunun və ya onun dəyərində 40 manat pulun, ümumi qiy məti 240 manat olan 2 ədəd paslanmayan poladdan olan hamam kalonkasının və ya onların dəyərində 240 manat pulun, qiyməti 60 manat çuqun metaldan ibarət 1 ədəd hamam vannasının və ya onun dəyərində 60 manat pulun, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 22.07.2018-ci i| tarixli-1 1338 saylı aktına görə ödənilmiş 50 manat rüsumun və 30 manat məbləğində dövləti rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 21 avqust 2019-cu il tarixli, 2(027)-172/2019 saylı qətnaməsi ilə (hakim İ.Məmmədov) iddia qismən təmin edilmiş, Cavabdeh 970 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manatın alınaraq xxx oğluna verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Rəhimov - sədrlik edən və məruzəçi, G.Tağızadə və T. Quliyev) 25.12.2019-cu il tarixli 2(105)-4145/2019 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Quba Rayon Məhkəməsinin 21 avqust 2019-cu il tarixli, 2(027)-172/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı xxx oğlu və vəkili Vəkil iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.12.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsi nə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsini Azərbaycan Respublikası MPM-nin 365-ci maddəsinin tələblərinə əməl etməmişdir. Quba rayon Məhkəməsinin qətnaməsi maddi hüquq normalarının və prosessual hüquq normalarının tələb lərinə zidd olduğuna baxmayaraq apelyasiya Məhkəməsi Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin tələblərini pozmuş Quba rayon məhkəməsinin qanuna zidd qətnaməsini dəyişdirilmədən saxlamışdır. Apelyasiya məhkəməsi işi Azərbaycan Respublikası MPM-nin 372.1 və 372.7-ci maddələrində göstərildiyi kimi tam hüquqlu məhkəmə kimi işə, işdə olan sübutlara mahiyyəti üzrə baxsaydı şikayətin dəlillərindən asılı olmayaraq müəyyən edərdi ki, Quba rayon Məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Apelyasiya instansiya məhkəməsi mülki iş üzrə Quba rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən verilmiş apelyasiya şikayətini obyektiv araşdırmamış və birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməni dəyişdirilmədən saxlamaqla Azərbaycan Respublik ası MPM-nin 385.1.1 və 385.1.2-ci maddələrinin tələblərini pozmuşdur. Prosessual məsələlər: İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İddiaçının kassasiya şikayətinə əsasən qətnamə iddianın təmin edilməmiş hissəsində yoxlanılır. Quba rayon İcra və Pro basiya şöbəsinin əməkdaşlarının və hal şahidlərinin iştirakı ilə tərtib edilmiş 08.08.2018-ci il tarixli aktın surətindən müəyyən edilmişdir ki, Quba Rayon Məhkəməsinin 24.04.2018-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı Quba şəhəri, Sabir küçəsi, 5 saylı evə gəlib Cavabdehı dəvət etmişlər və bildirmişdir ki, Rza Ərdəbilli tərəfindən onun evinə yığılmış əşyaları öz həyətindən çıxartmışdır. İcra yerində topa yığılmış şəklində müxtəlif dəmir avadanlıqlarının yararsız vəziyyətdə olduğu aşkar edilmiş və onlarda- kondisioner bir ədəd, “Zil” markalı yük avtomobilinin arxa ressorları dörd ədəd, paltaryuyan maşının qazanları yeddi ədəd, yük avtomobilinə məxsus təkər dörd ədəd və “Qaz 24” markalı avtomaşının bir ədəd ön şüşəsi əşyaların üzərinə həbs qoyularaq, saxlanması üçün Cavabdeh təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07.05.2019-cu il tarixli rəyindən müəyyən edilmişdir ki, ekspertiza təyini barədə qərarda göstərilən əşyalarkondisioner Bakı istehsalı bir ədəd 200 manat, “Zil” markalı yük avtomobilinin arxa ressorları dörd ədəd, bir ədədi 50 manat, cəmi 200 manat, paltaryuyan maşının qazanları yeddi ədəd, bir ədədi 20 manat, cəmi 140 manat, yük avtomobilinə məxsus təkər dörd ədəd, bir ədədi 100 manat, cəmi 400 manat və “Qaz 24” markalı avtomaşının bir ədəd ön şüşəsi 30 manat, 2018-ci ilin avqust ayına orta bazar qiyməti cəmi -970 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, yalnız 970 manat dəyərində əmlakların mövcudluğu sübut olunduğundan iddianı qismən təmin edilməsi barədə birinci instansi ya məhkəməsi qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Belə ki, kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşdırır. (Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2004-cü il tarixli qərarı) Mülki Məcəllənin 21, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və y a ehtiyyatsızlığı nəticəsində yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi pr insipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X2 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir.... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır Hazırki iş üzrə iddiaçı idd iada sadaladığı əmlakların tam siyahıda və məbləğdə mövcud olduğu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, əmlakların üzərinə həbs qoyulması barədə məhkəmə qərardadının icrası zamanı icra məmuru tərəfindən aşkar edilərək, siyahıya alınmış əmlakların mövcud olduğu sübut olunduğundan həmin əmlaklar ekspert tərəfindən qiymətləndiirlməklə, iddia məhz həmin hissədə təmin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Göstərilənlərə əsasən kassasiya kollegiyası qeyd edir ki, kass asiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı xxx oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.12.2019-cu il tarixli 2(105) -4145/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar