Məhkəmə qərarları › İş №2(102)-2578/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2578/2021

14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2578/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: “xxxx” ASC Cavabdeh: Cavabdeh İddia tələbi: kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Açar sözlər: kredit müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun vəkili və nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə 14 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 15 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya 36 ay müddətinə, illik 26% olmaqla, 15000 manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh mülkiyyətində olanXXX yerləşən, 3/491 saylı sahədə olan 0.075 ha torpaq sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Birinci instansiya məhkəməsində icraat 27 sentyabr 2016-cı il tarixdə “xxxx” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15.09.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, 14435 manat əsas,15242 manat faiz borcu, 18448 manat dəbbə pulu, cəmi 48125 manat məbləğində pulun tutulması, ipoteka predmetinin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/491 saylı sahədə yerləşən Cavabdeh mülkiyyətində olan 0,075 ha torpaq sahəsinə yönəldilməsi və torpaq sahəsinin ilkin satış qiymətinin 20000 manat müəyyən edilməklə açıq hərracdan satılaraq tələb edilən borcun ödənilməsi və ipoteka predmetinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə ipoteka predmetinin dəyərinin 20000 manat təşkil etməsi barədə qiymətləndiricinin rəyi əlavə edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən alınmış məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, Cavabdeh 15.09.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka borcu əsas borc üzrə 13941 manat, faiz borcu üzrə 6454 manat təşkil edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-9347/2016 saylı iş üzrə 14 dekab r 2016-cı il tarixli qətnaməsi ilə (hakim Ş.Z.Abdullayev) iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 15.09.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 15.09.2016-cı il tarixə yaranmış 13941 manat əsas, 6454 manat faiz borcu və 504 manat cərimə borcu olmaqla, cəmi 20900 manat məbləğində pulun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbsində yerləşən, 3/491 saylı sahədə olan 0.075 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 20000 manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsilə satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehə qaytarılması,XXX yerləşən, 3/491 saylı sahənin açıq hərracdan sa tıldıqdan sonra bir ay ərzində boşaldılması qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə bankdan kredit məbləği almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Cavabdeh kredit vəsaitinin və kreditdən yaranan faiz borcunu ödəmək vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi əsas, faiz və dəbbə borcunun tutulması hissəsində qismən əsaslıdır. Birinci instansiya məhkəməsi əsas borc və faiz borcunun məbləğini iş üzrə alınmış ekspert rəyinə uyğun müəyyən etmişdir. Bununla bərabər, məhkəmə cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını, onun hazırda kredit müqaviləsi üzrə ödənilməmiş əsa s və faiz borcunun məbləğini, hesablanmış cərimənin götürülmüş kreditə, ödənilməmiş qalıq və faiz borcuna münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin kreditorun əmlak və digər əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, tutulacaq dəbbə pulunun 504 manat məbləğində müəyyən edilməsi onun mənafeyinə uyğundur. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri pozduğundan kreditorun həmin öhdəliyin ipoteka predmetinin satılması vasitəsilə təmin edilməsini tələb etmək hüququ yaranmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən cavabdeh 15.04.2019-cu il tarixdə apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini məhkəmə iclası barədə məlumatland ırılmadığı, məhkəmə qətnaməsindən bir ay əvvəl xəbər tutduğunu, bankla daimi əlaqə saxlamaqla borcunu hissə-hissə ödəyəcəyini, bankın borcunu ödədikdən sonra əmlakını yüklülükdən azad edəcəyini bildirdiyini, qətnamədə məhkəmə tərəfindən lazımi qaydada xəbərdar edildiyi göstərilsə də, ümumiyyətlə məhkəmə mübahisəsindən xəbəri olmadığını, bu yaxınlarda ona məxsus torpaq sahəsinin hərracdan alındığını və başqa şəxsə satıldığını bildiyini, ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilmədiyi arqumentləri ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2417/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Ə.Məhərrəmova, M.A.Məmmədov, R.M.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdi rilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, mülki qanunvericiliyin müvafiq normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək iddianı təmin etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi həmin borc məbləğlərini iş üzrə verilmiş ekspert rəyinə əsasən müəyyən etmişdir. Məhkəmə iclaslarında iştirakının təmin edilmədiyinə dair dəlilərə gəldikdə, iş materiallarından onun məhkəməyə məlum olan ünvanına məhkəmə iclası barədə bildirişin göndərildiyi, həmçinin nümayəndəsi ilə telefon vasitəsilə əlaqə saxlanaraq məhkəmə iclasının yeri və vaxtı barədə məlumat veri ldiyi müəyyən edilmişdir. Hazırki işdə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilmiş, apellyator isə əmlakın qiymətinin daha yüksək olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin e dilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəlləs inin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə məzmunca eynilik təşkil edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı A pellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar