Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2579/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: özbaşına zəbt etdiyi gediş-gəliş yolunun açılması və gediş-gəliş yolunun üzərində tikdiyi özbaşına tikililərin öz vəsaiti hesabına sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, iddiaçı X3 Cavabdeh qarşı Ağsu rayon Dilman Bələdiyyəsinə maraqlı şəxs kimi cəlb olunmaqla) “özbaşına zəbt etdiyi gediş-gəliş yolunun açılması və gediş-gəliş yolunun üzərində tikdiyi özbaşına tikililərin öz vəsaiti hesabı na sökülməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-13/2021 nömrəli 9 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Ağsu rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli, 16 saylı qərarı ilə iddiaçı X5 və 2 nəfər ailə üzvünün mülkiyyətinə Ağsu rayonu Hacman kəndində 0,15 ha həyətyanı torpaq sahəsi verilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” 30 mart 2004cü il tarixli JN – 105F KOD 40911048 saylı şhadətnaməyə əsasən iddiaçının torpaq üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Həmin torpaq sahəsində iddiaçıya məxsus, ümumi sahəsi 89,2 kv metr olan yaşayış evi vardır.
2. Ağsu rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli 16 saylı qərarı ilə cavabdehin mərhum anası X1 mülkiyyətinə 0,16 ha torpaq sahəsi verilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” 30 mart 2004-cü il tarixli JN – 104F KOD 40911048 saylı şhadətnaməyə əsasən Firəngiz Əliyevanın torpaq üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Həmin torpaq sahəsində Firəngiz Əliyevaya məxsus, ümumi sahəsi 78,9 kv metr olan yaşayış evi olmuş, 17 yanvar 2007-ci ildə Firəngiz Əliyeva öləndən sonra toraq sahəsi və yaşayış evi cavabdeh X2 mülkiyyətinə keçmiş və 23 iyul 2018-ci ildə, **********68-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İş üzrə qəbul edilmiş məh kəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Elim Fərzəliyev cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək zəbt etdiyi gediş-gəliş yolunun açılması və gediş-gəliş yolunun üzərində tikdiyi özbaşına tikililərin öz vəsaiti hesabına sökülüb çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Ağsu rayonun Hacman kəndində yerləşən həyətyanı torpaq sahəsi və sovet hökuməti dövründə onun daimi istifadəsinə verilmiş, həmin torpaq sahəsində özünə fərdi yaşayış evi tikdirmişdir. Evi kəndarası yolun kənarında yerləşir, kəndin meşə tərəfə sonuncu evdir. Onunla qonşuluqda isə həmin kənd sakini Cavabdeh məxsus həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi yerləşir. Əvvəllər qonşusu ilə birlikdə evlərinin yaxınlığından keçən piyada və nəqliyyat vasitələrinin gedişgəlişi üçün nəzərdə tutulmuş 8 metr enində kənd arası yoldan istifadə etmiş, lakin 2015-ci ildən başlayaraq qonşu Cavabdeh həmin yolu zəbt etməyə və orada müxtəlif tikililər, quruluq, tayalıq və sair tikililəri inşa etməyə başlamışdır. Hazırda yol cəmi 2,5 metr enliyində qalmışdır, həmin yoldan avtomaşının hərəkəti mümkün deyildir. Yolun qonşu tərəfindən zəbt olunması barədə bələdiyyə sədrinə də müraciət etsə də, müsbət nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
5. Ağsu rayon məhkəməsinin 2(016)-173/2019 nömrəli iş üzrə 11 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.İsmayılov) iddia ərizəsi rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qənaətinə görə Ağsu rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci i l tarixli, 16 saylı qərarı ilə idiiaçı Elim Fərzəliyevin və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,15 ha həyətyanı torpaq sahəsinin və yolun Cavabdeh tərəfindən tutulması müəyyən olunmamış, Cavabdeh inşa etdirdiyi fərdi yaşayış evinin və tikililərin onun mülkiyyətində olan torpaq sahəsində olması müəyyən edilmişdir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29cu, Mülki Məcəllənin 152.1-ci və Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayətində iddia ərizəsində göstərilə n hallar təkrar şərh edilməklə göstərilmişdir ki, işə baxılmasında və sübutların tədqiq olunmasında iddiaçının iştirakı təmin olunmamış, bələdiyyənin cavabdehi müdafiə etməsini və cavabdehin hərəkətlərinin qanuni olmasını təsdiq edən əsassız sübutlar təqdim etməsini məhkəmə nəzərə almamış, ilkin arxiv sənədlərində yolun eninin 7-8 metr müəyyən edilməsini diqqətdən qaçırmışdır.
10. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 08 avqust 2019-cu il tarixli qərardadı ilə məhkəmə tiinti-texniki ekspertizası təyin olunmuş, Məhkəmə Ekspertiza Mərkəzinin 01 oktyabr 2021-ci il tarixli 10/4352 nömrəli rəyi Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş rəyinə əsasən verilmişdir. Həmin rəyə görə mütəxəssislərə təqdim edilmiş sənədlərdə iddiaçı X3 iddia ərizəsi təqdim edilmədiyindən mübahisəli yolun hansı istiqamətdə nəzərdə tutulmasını müəyyən etmək mümkün olmamışdır. İddiaçı X4 fərdi yaşayış evinə naturada yol mövcud olduğu müəyyən edilmiş və tərtib edilmiş sxemdə göstərilmişdir. Mütəxəssis rəyinə əsasən, elektron məlumat bazasında mövcud olan xəritə (DWG) materiallarında tədqiq olunan yolun eni 6,0 metr qeyd edilmişdir. Hazırda naturada həmin yolun eni 4 - 6 metr təşkil edir. Mübahisəli yol Cavabdeh tərəfindən istifadə edilmir, lakin yolun zəbt edilib-edilməməsinin müəyyən olunması tikinti ekspertinin səlahiyyətlərinə aid deyildir.
11. Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(107)-13/2021 nömrəli iş üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, biri nci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya məhkəməsi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və hesab etmişdir ki, iddiaçı tərəf yolun cavabdeh tərəfindən tutulduğunu bildirsə də, bu halı təsdiq edəcək dair hər hansı bir sübut təqdim etməmişdir. İş üzrə təyin edilmiş ekspertiza rəyindən də görünür ki, cavabdeh tərəfindən yolun tutulması müəyyən edilmir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti Azərbaycan Respub likası Mülki Məcəllənin 170.1, 170.2, 560.1, 560.2, MPM-nin 77.1, 87.1, 87.2 və 97.1-ci maddələrinə istinad edilərək onunla əsaslandırılmışdır ki, məhkəmə təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verməmiş, təhqiqat obyektinin hansı yol olduğunu müəyyən etmədən əsassız olaraq cavabdehin yolu tutmadığı qənaətinə gəlmiş, qətnamə özü-özlüyündə ziddiyyətli olmuşdur. Sənədlərə görə yolun eninin 6 metr nəzərdə tutulduğu, amma faktiki yolun eninin 4-6 metr olduğu göstərilən ekspert rəyinə də məhkəmə düzgün qiymət verməmişdir. Təkrar eksperiza keçirilməsi barədə yazılı vəsatətini məhkəmə heç bir əsas göstərmədən vəsatəti təmin etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
17. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə təl əb edə bilər.
18. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
19. Maddə 18, 1-ci hiss. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir.
20. Maddə 20, 2-ci hissə. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altın dakı torpaq sahələri;
21. Maddə 20.
1. Yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunma masına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
28. Qanunun tələbinə görə, kassasiya instansiya sı məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edi r ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
31. Tərəflər arasında yaranmış mübahisə yaşayış məntəqələrinin torpaqlarına aid kəndarası yolun açılması ilə əlaqədardır.
32. İddiaçı tələb edir ki, özünə və qonşusu Cavabdeh məxsus yaşayış evlərinin yaxınlığından keçən piyada və nəqliyyat vasitələrinin gediş-gəlişi üçün nəzərdə tutulmuş 8(səkkiz) metr enində yol və onun evi ilə Cavabdeh evi arasında boş sahə və gediş-gəliş yolu açılsın, həmin sahələrdə özbaşına inşa edilmiş tikililər sökülsün.
33. İşə baxan aşağı instansiya məhkəmələri ekspert və mütəxəssis rəylərinə əsasən hesab etmişdir ki, Ağsu rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli, 16 saylı qərarı ilə iddiaçı Elim Fərzəliyevin və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,15 ha həyətyanı torpaq sahəsinin və yolun Cavabdeh tərəfindən tutulması müəyyən olunmamış, Cavabdeh inşa etdirdiyi fərdi yaşayış evi və digər tikililər onun mülkiyyətində olan torpaq sahəsində yerləşir.
34. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, aşağı instansiya məhkəmələri sübutlara obyektiv, hərtərəfli və tam baxmamışdır.
35. İşdən görünür ki, həm ididaçı, həm də cavabdeh tərəfin adına torpaq sahəsinə dair tərtib edilmiş texniki sənədlərdə onların mülkiyyətində olan sahədən başqa, əlavə torpaq sahələrinin zəbt olunması göstərilmişdir.
36. Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən verilmiş 19 aprel 2021-ci il tarixli rəyə əsasən tərtib edilmiş məhkə mə tikinti-texniki ekspertizasının 01 oktyabr 2021-ci il tarixli rəyinə görə mübahisəli ərazidə eni 6 metr olan yol nəzərdə tutulmuşdr, hazırda həmin yolun eni 4-6 metrdir, iddiaçı Emin Fərzəliyevin yaşayış evinə naturada yol mövcuddur. Lakin iddia ərizəsi təqdim olunmadığına görə iddiaçı tərəfindən yolun hansı istiqamətdə nəzərdə tutulmasını müəyyən etmək mümkün olmamışdır.
37. Görundüyü kimi rəy ziddiyyətli və natamamdır, tədqiqat obyekti, yəni iddiaçının hansı yolun açılmasını tələb etməsi, həmin yerdə yolun mövcud olub-olmaması müəyyən edilmədən rəy verilmişdir. Belə olan halda həmin rəyin verilməsi üçün aparılmış tədqiqatın hazırkı mübahisənin həlli üçün əhəmiyyət kəsb etməsi kifayət qədər şübhəlidir.
38. İddiaç vəsatət verərək göstərilən halları apellyasiya instansiyası məhkəməsinin nəzərinə çatdırmaqla təkrar ekspertiza təyin olunmasını xahiş etsə də, məhkəmə “iş üzrə ekspertiza rəyinin” oduğunu əsas gətirərək vəsatəti təmin etməmişdir.
39. İşdən daha sonra görünür ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilən zaman cavabdeh kimi göstərilən X2 mülkiyyətində nə torpaq sahəsi, nə də yaşayış evi olmamışdır. Ağsu rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli 16 saylı qərarı ilə cavabdeh kimi göstərilən Cavabdeh mərhum anası X1 mülkiyyətinə 0,16 ha torpaq sahəsini Mirağa Musyev miras əmlak kimi qəbul etmiş, sonra isə həmin torpaq sahəsini və adına olan yaşayış evini oğlu xxx 14 avqust 2018-ci il tarixdə bağışlamış, Daşınmaz Əmlakın dövlət reyestrindən 04 aprel 209-cu il tarixdə verilmiş çıxarışa görə həmin əmlaklar xxxx adına dövlət qeydiyyatına alınmışdır. İddia tələbi rədd olunduğundan qəbul edilmiş qətnamə mənafeynə toxunmasa da məhkəmələr onu cavabbeh tərəfdən üçüncü şəxs kimi cəlb etməməklə səhvə yol vermiş, sübutlara tam və hərtərəfli baxılması barədə qanunvericiliyin tələblərini pozmuşdur.
40. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsa nları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli və eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Həmin normaya görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1 və 417.1.3-cü maddələrinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
42. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-13/2021 nömrəli mülki iş üzrə 9 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülk i iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə gödərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.