Məhkəmə qərarları › İş №2(102)-258/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-258/2020

13.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-258/2020 13.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili X2 və Cavabdeh1 vəkili Vəkil oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 avqust 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İmişli rayon məhkəməsinin 27 may 2016-cı il tarixli 2(036)-2271/2016 saylı qətnaməsi ilə (sədrlik edən Q.Hacı yev) iddia qismən təmin edilərək Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 9997,03 ABŞ dolları əsas kredit borcu, 1560,52 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 1500 ABŞ dolları cərimə, cəmi 13057,55 (on üç min əlli yeddi dollar, əlli beş sent) ABŞ dolları borc (ödəniş günü Azərbaycan manatına məzənnəsi ilə), 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 21 (iyirmi bir) manat xidmət haqqı tutularaq «xxxx» QSC-nin xeyrinə verilməsi, göstərilən məbləğ ipotekaya qoyulmuş Ünvan küçəsində Cavabdeh1 xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 101,0 kv.m ümumi, 11,6 kv.m yardımçı, 89,4 kv.m yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan əmlakların açıq hərracda satılması, hərrac satışından əldə olunan vəsait hesabına 13057,55 (on üç min əlli yeddi dollar, əlli beş sent) ABŞ dolları borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 21 (iyirmi bir) manat xidmət haqqı «xxxx» QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə tələb qalan hissədə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ümumi qaydada tutulması, Ünvan küçəsində Cavabdeh1 xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 101,0 kv.m ümumi, 1 1,6 kv.m yardımçı, 89,4 kv.m yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh6 həmin fərdi yaşayış evindən çıxarılmaları, fərdi yaşayış evinin boşaldılması və «xxxx» QSC-yə təhvil verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 avqust 2019-cu il tarixli, 2(106)-1324/2019 saylı qətnaməsi ilə (hakimlər Z.A.Zeynalov sədrlik edən və məruzəçi İ.Q.Əsədov və M.K.Həsənov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək İmişli rayon məhkəməsinin 27 may 2016-cı il tarixli 2(036)-2271/2016 saylı qətnaməsi Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddia tələbində cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cava bdeh2, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada 28R000006760 saylı kredit razılaşması üzrə 9997,03 ABŞ dolları əsas kredit borcunun, 1560,52 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcunun, 10044,91 ABŞ dolları cərimə, cəmi 21602,46 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının alınıb «xxxx» QSC-yə ödənilməsi, tələbin Ünvan 28 ünvanında mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracda satılması və cəmi 21602,46 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin ipoteka predmetlərinin hərracdan satışından əldə olunan vəsait hesabına «xxxx» QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə tələbin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 ümumi qaydada tutulması, Ünvan 28 ünvanında mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh6 həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və «xxxx» QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏL İLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, Şirvan Apellyasiya Məhkəməsi tam və hərtərəfli araşdırmanın aparılmasını təmin etməmiş, faktiki hallara düzgün qiymət verməmiş və yalnız iddiaçının formal mülahizələrinə əsaslanaraq qərar çıxartmışdır. Məhkəmə manatın devalvasiyasiyasının və bu prosesin cavabdehin ödəniş qabiliyyətinə mənfi təsirini, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsinin bağlanmasından sonra şəraitin dəyişməsini və real iqtisadi vəziyyəti nəzərə almamışdır. Ona görə də kassasiya şikayətinin təmin olunaraq Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 avqust 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilərək işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili X5 Apellyasiya Məhkəməsinin 27 avqust 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini, iddiaçının vəkili X1 Apellyasiya Məhkəməsinin 27 avqust 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digə r tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçı «xxxx» QSC ilə Cavabdeh1 arasında bağlanmış 21 iyun 2013-cü il tarixli 28L000002126 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmış, bu müqaviləyə əsasən borcluya veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuş, iddiaçı «xxxx» QSC ilə Cavabdeh1 arasında bağlanmış 21 iyun 2013-cü il tarixli 28R000006760 saylı kredit razılaşması əsasında Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13000 ABŞ dolları məbləğində kredit verilmiş, həmin kredit müqaviləsinə uyğun olaraq yaranmış öhdəliyin icrasının təminatı kimi iddiaçı ilə cavabdeh arasında İpoteka müqaviləsi bağlanmış, göstərilən müqaviləyə əsasən Cavabdeh1 məxsus Ünvan küçəsi fərdi yaşayış evi, 0,03 ha torpaq sahəsi ilə birlikdə öhdəliyin icrasının təminatı kimi banka girov qoymuşdur. Apellyasiya instansiyası məhkəməsi apely asiya şikayətinin dəlillərini iş materialları üzrə araşdırıb birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi üçün qanuni əsaslar müəyyən etməmişdir. Apellyasiya instansiyası məhkəməsi işin tədqiq edilən hallarına, tətbiq olunan maddi və prosessual hüquq normalarına əsasən belə nəticəyə gəlmişdir ki, İmişli rayon məhkəməsinin 27 may 2016-cı il tarixli 2(036)-2271/2016 saylı qətnaməsi Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respulikası Mülki Məcəlləsinin 14.2.1, 385.1, 389.1, 399.1, 442, 448.1, 741, 467, 472.1, 472.2, 472.3-cü maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 41.1, 39.3.3, 59.3-cü maddələrinin tələblə ri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsi tam və hərtərəfli araşdırmanın aparılmasını təmin etməmiş, faktiki hallara düzgün qiymət verməmiş və yalnız iddiaçının formal mülahizələrinə əsaslanaraq qərar çıxartmışdır. Məhkəmə manatın devalvasiyasiyasının və bu prosesin cavabdehin ödəniş qabiliyyətinə mənfi təsirini, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsinin bağlanmasından sonra şəraitin dəyişməsini və real iqtisadi vəziyyəti nəzərə almamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tam və hərtərəfli araşdırmanın aparılmasını təmin etmiş, işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir. Məhkəmə kоllеgiyаsı hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olmaqla həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilmədiyi üçün kassasiya şikayəti təmin edilməməli, mahiyyəti üzrə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellya siya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar