Məhkəmə qərarları › İş №2(102)-258/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-258/2025

26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-258/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: borcun qaytarılması 26.02.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas qızı (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-138/2024 nömrəli, 9 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 21 oktyabr 2015-ci il tar ixli kredit müqaviləsi ilə İddiaçı Cavabdeh 150.000 manat məbləğində pulu borc vermiş, sonuncu isə borc məbləğini 21 oktyabr 2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 21 oktyabr 2015- ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 98.500 manat borcun, əsas borca Azərbaycan Respublikası Mərkəzi Bankının həmin günə müəyyənləşdirdiyi bank uçot dərəcəsinə əsasən müəyyən edilmiş cərimənin və 386 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılmış müqavilə üzrə borc öhdəliyi cavabdeh tərəfindən 2016-cı ilin oktyabr ayının 21-dək icra ediləcəyi müqavilədə qeyd edilmiş, lakin borc öhdəliyinin bir hissəsi icra edilsə də, digər hissəsinin ödənilməsindən 2023-cü fevral ayından birmənalı şəkildə imtina edilmişdir. Cavabdeh tərəfindən 2016-cı ilin oktyabr ayının 9-da 13600 manat, 2016-cı ilin dekabr ayının 12-də 2500 manat, 2017-ci ilin yanvar ayının 14-də 2500 manat, 2017-ci ilin may ayının 15-də 1500 manat, 2017-cı ilin oktyabr ayının 8-də 3000 manat, 2018-cı ilin yanvar ayının 13-də 6000 manat, 2018-cı ilin fevral ayının 24-də 3000 manat, 2018-cı ilin aprel ayının 10-da 2200 manat, 2018-cı ilin aprel ayının 25-də 1200 manat, 2018-cı ilin may ayının 03-də 600 manat, 2018-cı ilin iyun ayının 8-də 400 manat, 2018-cı ilin oktyabr ayının 11-də 3000 manat, 2019-cu ilin yanvar ayının 4-də 1000 manat, 2019-cı ilin fevral ayının 17-də 1000 manat, 2022-cı ilin aprel ayının 6-da 3000 manat, 2022-cı ilin may ayının 19-da 1000 manat, 2022-cı ilin iyun ayının 15-də 2000 manat, 2022-ci ilin oktyabr ayının 8-də 2000 manat, 2023-cü ilin yanvar ayının 18-də 2000 manat iddiaçıya qaytarılmışdır. 21 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 150000 manat borc məbləğindən cavabdeh tərəfindən nağd və köçürmə qaydasında 51500 manat pul vəsaiti qaytarılmış, cavabdehin 98500 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh 2023-cü ilin yanvar ayında etmiş olduğu sonuncu ödənişdən sonra bir daha ödəniş etməyəcəyini və onu bir daha bu məsələdən ötrü rahatsız etməməsi barədə xəbərdar etmişdir.

4. Cavabdeh iddiaya etiraz verərək göstərmişdir ki, o, borc müqavilə si üzrə öhdəliyini müqavilədə göstərilən müddətdə tam olaraq yerinə yetirmiş, borcu ödəmişdir. Müqavilə üzrə iddiaçıya borcu yoxdur. Borcu olsa idi, keçən səkkiz il ərzində, iddiaçı tərəfindən mübahisələndirilərdi. Borc müqavilədə göstərilən müddət ərzində ödənilmişdir. Səkkiz ildən sonra iddia tələbi ilə məhkəməyə müraciət etməsi absurddur.

5. Həmçinin cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəyə iddia müddətini tətbiq edilməklə, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Culfa Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, e-2(089)-185/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 97.800 manat borc pulun alınıb iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş 386 manat dövlət rüsumunun 383,26 manat h issəsinin cavabdehdən tutulub iddiaçıya verilməsi, 2,74 manat hissəsinin özünə aid edilməsi qət edilmişdir (hakim M.F.Məmmədov).

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, borc məbləğini tərəflər mübahisələndirmədiyindən, borc məbləğinin qaytarılmasını sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. Məhkəmə araşdırması zamanı cavabdehin 150.000 manat borc məbləğinin 52.200 manat hissəsinin iddiaçıya qaytarılması cavabdeh tərəfindən sübut təqdim edilməsə də, iddiaçının etirafı ilə sübut olunur, 97.800 manat borc məbləğinin iddiaçıya qaytarması barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Belə ki, məhkəmə iclasında izahat vermiş cavabdehin nümayəndəsi və vəkili 97.800 manatın iddiaçıya qaytarılması barədə təqdim ediləsi sübutun olmadı ğını bildirmişdir.

8. Həmçinin, cavabdehin məhkəməyə gəlməməsi, cavabdehin nümayəndəsinin izahatında sadəcə cavabdehin ona borc məbləğini qaytarmasını deməsi, bununla bağlı məhkəməyə təqdim ediləsi hər hansı bir sübutun olmamasını bildirməsi tələb edilən borc məbləğinin cavabdeh tərəfindən iddiaçıya qaytarılmaması barədə nəticəsinə gəlməyə əsas vermişdir.

9. Məhkəmə həmçinin cavabdehin və cavabdehin nümayəndəsinin borc qaytarılmamışdırsa, iddiaçının səkkiz il ərzində məhkəməyə müraciət etməməsi barədə bildirdikləri ilə bağlı belə nəticəyə gəlmişdir ki, buna səbəb cavabdehin borc məbləğindən 19 dəfə müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə, cəmi 52.200 manatın iddiaçıya qaytarması olmuşdur ki, borc məbləğindən 52.200 manatın qaytarılmasını sadəcə iddiaçı etiraf etmişdir.

10. Məhkəmə iddiaçı nın cavabdehdən Azərbaycan Respublikası Mərkəzi Bankının qətnamənin çıxarıldığı günə müəyyənləşdirdiyi bank uçot dərəcəsinə əsasən cərimə tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehin iddiaçının borc olaraq verdiyi pul məbləğinin qaytarılmayan 97.800 manat hissəsini özündə qanunsuz olaraq saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla ondan faydalanması barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.

11. İddia müddətinin tətbiqi ilə bağlı cavabdehin ərizəsinə münasibətdə birinci instansiya məhkəməsi göstərmişdir ki, mülki iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə tələb etmə müddəti 21 oktyabr 2016-cı il tarixdə başlanmış, 21 oktyabr 2019-cu il tarixdə bitmişdir. Lakin, iddiaçının 24 may 2023-cü il tarixədək məhkəməyə müraciət etməməsinin səbəbi cavabdehin 09 oktyabr 2016-cı il tarixdən 18 yanvar 2023cü il tarixədək 19 dəfə müxtəlif məbləğlərdə iddiaçıya borc məbləğindən qaytarması, sonuncu dəfə artıq onu pul tələbi ilə bağlı narahat etməmələrini bildirməsi olmuşdur. 19 may 2022-ci il tarixdə isə cavabdehin oğlu iddiaçıya 270 nömrəli kredit müqaviləsi üzrə 1.000 ABŞ dolları məbləğində pul göndərmişdir ki, 270 nömrəsi tərəflər arasında bağlanmış kredit müqaviləsinin reyestr nömrəsidir. Həmçinin tərəflər arasında hansısa bir müqavilənin olması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, mübahisə ilə bağlı iddia müddəti tətbiq edilə və iddia rədd edilə bilməz.

12. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 152.3, 372, 373.2, 375.2, 377, 385.1, 449.1, 739.1, 739.2-ci, h abelə Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 88, 217.1, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 22 yanvar 2024cü il tarixli, 2(108)-4/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Culfa Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, e-2(089)-185/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər V.G.Kuimova sədrlik edən, məruzəçi, M.D.Allahverdiyev və V.K.Quliyev).

15. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə ra zılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, borc məbləğini tərəflər mübahisələndirməmişlər. İddiaçı iddia ərizəsində həmin borcdan 2016-cı ilin oktyabr ayından başlayaraq “nağd və köçürmə qaydasında” 51.500 manat pulun qaytarılmasını göstərmişdir. Cavabdeh iddiaçının onun tərəfindən ödənildiyi göstərilən pulların rəsmi heç nə ilə təsdiqlənmədiyini və bunun fərziyyə olduğunu göstərsə belə, bunu təkzib edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 449.1, 739.1, 739.2-ci, habelə Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 88 ci maddələri ilə əsaslandırmışdır. Kassasiya instansiya məhkəməsindəki birinci icraat

17. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki ko llegiyasının 22 yanvar 2024-cü il tarixli, 2(108)-4/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 372.1, 372.2, 375.2, 377.1, 377.2, 385.1, 739-cu, Mülki Prosessual Məcəllənin 77.1, 88, 217, 261.0.9-cu maddələrinin tələbləri pozulmuşdur. Belə ki, borc müqaviləsi bir il müddətinə bağlandığı üçün qüvvədə olmaması səbəbindən Mülki Məcəllənin 739, 385.1-ci maddələri tətbiq oluna bilməz. Müqavilənin 7-ci bəndindən görünür ki, ödəniş müddətinin keçməsi haqqında notarius vasitəsi ilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında müba hisəsiz qaydada alınır. Müqavilənin 7-ci bəndinin tələbinə əməl edilməməsi borcun vaxtında ödənildiyini təsdiq edir. Həmçinin, müqavilənin 7-ci bəndi mübahisənin məhkəmə qaydasında həllini istisna edir. 2016-ci ilin oktyabr ayından sonra borc verən borcun ödənilməməsi ilə əlaqədar hər hansı bir dövlət orqanına və borc alana xəbərdarlıq etməmişdir. Bu barədə məhkəməyə sübut təqdim olunmamışdır. Müqavilənin 7-ci maddəsindən görünür ki, iddia müddətinin sonuncu günü 21 oktyabr 2016-cı ildir. 21 oktyabr 2016-cı ildən sonra 6-7 il ərzində iddia qaldırılmaması borcun vaxtında ödənildiyini təsdiq edir. İddiaçı borcun ödənilməməsini təsdiq edən hər hansı bir sübutunun olmasını məhkəməyə təqdim etməmişdir. Məhkəmə qanunsuz olaraq sübut etmə yükünü cavabdehin üzərinə düşməsi barədə nəticəyə gəlmiş, iddiaçı istinad etdiyi halları sübut edə bilməmişdir. Şahid1 iddiaçının oğlu kimi maraqlı şəxs olmuş, ifadəsi işin hallarına uyğun olmamış, onun ifadəsi mötəbər sübut hesab edilə bilməzdi. Həmçinin 19 may 2022ci il tarixli qəbz üzrə ödəniş cavabdehin oğlu tərəfindən edilmiş, onun borcu mövcud idisə belə, bunun cavabdehin oğluna aidiyyəti olmamışdır. Digər tərəfdən ödəniş qəbzində borc müqaviləsinin nömrəsinin yazılması onu göstərir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün əvvəlcədən zəmin hazırlamışdır. İddiaçının irəli sürdüyü dəlillərdə göstərilir ki, 18 dəfə ödəniş edilmişdir. Lakin bunun hər hansı sübutu olmamışdır.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1858/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qərarı ilə iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məh kəməsi Mülki kollegiyasının 22 yanvar 2024-cü il tarixli, 2(108)-4/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır (hakimlər E.Y.Şamayev (sədrlik edən və məruzəçi), E.R.Vəliyeva və Ə.M.Xıdırov)

20. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işə baxmış apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 377.1-ci maddəsini mübahisəyə düzgün tətbiq etməmiş, iddia müddətinin axımının davam etdiyi dövrdə cavabdeh tərəfindən etirafedici hərəkətlərin edilməsinin sübutetmə yükünü tərəflərin arasında düzgün bölüşdürməyərək, yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Halbuki, ödənişlərin olunmasını və iddia müddətinin kəsilməsini iddiaçı iddia etdiyi üçün, bu halların sübutetmə vəzifəsi də onun üzərinə düşməlidi r.

21. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi yalnız şahid ifadələrinə əsasən, cavabdehin borc üzrə etirafedici hərəkətlər etməsi qənaətinə gəlməklə, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbini pozmuşdur.

22. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, iddiaçının ödəniş sübutu kimi təqdim etdiyi 19 may 2022-ci il tarixli qəbzin mötəbərliyinə və hazırki mübahisəyə aidiyyətinə hüquqi qiymət vermədən, yalnız bu sənədin mövcudluğu iddia müddətinin kəsilməsi kimi qiymətləndirilə bilməz.

23. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasınnı 60-cı maddəsinin 1-ci hissəsinə, Mülki Məcəllənin 372, 373, 375, 377, 380-cı maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 88-ci maddələrinə istinad etməklə əsa slandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

24. Cavabdeh (vəkili və nümayəndəsi Vəkil2) apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, iş üzrə Culfa Rayon məhkəməsinin e-2(089)-185/2023 nömrəli, 21 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə aralarında bağlanılmış müqavilə üzrə borc öhdəliyi cavabdeh tərəfindən 2016-cı ilin oktyabr ayının 21-dək icra ediləcəyi müqavilədə qeyd edilməsinə baxmayaraq, lakin bu günə kimi borc öhdəliyinin bir hissəsi icra edilsə də, digər hissəsinin ödənilməsindən 2023-cü ilin fevral ayından birmənalı şəkildə imtina edilməkdədir. Cavabdeh tərəfindən 21 oktyabr 2015-ci il tar ixdə kredit müqaviləsi üzrə 150000 (yüz əlli min) manat məbləğində götürmüş olduğu borc öhdəliyindən aşağıda qeyd edəcəyi aylar üzrə qeyd edilən vəsaitlər ona qaytarılmışdır. 2016-cı ilin oktyabr ayından 2023-cü ilin yanvar ayınadək qaytarılmış borc vəsaiti aylar üzrə aşağıdakı ardıcıllıqla olmuşdur: 1. 2016-cı ilin oktyabr ayının 9-da 13600 (on üç min altı yüz) manat; 2. 2016-cı ilin dekabr ayının 12-də 2500 (iki min beş yüz) manat; 3. 2017ci ilin yanvar ayının 14-də 2500 (iki min beş yüz) manat; 4. 2017-ci ilin may ayının 15-də 1500 (bir min beş yüz) manat; 5. 2017-ci ilin oktyabr ayının 8-də 3000 (üç min) manat; 6. 2018-ci ilin yanvar ayının 13-də 6000 (altı min) manat; 7. 2018-ci ilin fevral ayının 24-də 3000 (üç min) manat; 8. 2018-ci ilin aprel ayının 10-da 2200 (iki min iki yüz) man at; 9. 2018-ci ilin aprel ayının 25-də 1200 (bir min iki yüz) manat; 10. 2018-ci ilin may ayının 03də 600 (altı yüz) manat; 11. 2018-ci ilin iyun ayının 8-də 400 (dörd yüz) manat; 12. 2018-ci ilin oktyabr ayının 11-də 3000 (üç min) manat; 13. 2019-cu ilin yanvar ayının 4-də 1000 (bir min) manat; 14. 2019-cu ilin fevral ayının 17-də 1000 (bir min) manat; 15. 2022-ci ilin aprel ayının 6-da 3000 (üç min) manat; 16. 2022-ci ilin may ayının 19-da 1000 (bir min) manat; 17. 2022-ci ilin iyun ayının 15-də 2000 (iki min) manat; 18. 2022-ci ilin oktyabr ayının 8-də 2000 (iki min) manat; 19. 2023-cü ilin yanvar ayının 18-də 2000 (iki min) manat. O, iddia tələbinə dair məhkəməyə təqdim etdiyi etirazında qeyd etmişdir ki, “...İddiaçı ilə aralarında bağlanmış borc müqaviləsi üzrə öhdəliyini müqavilədə g östərilən müddətdə tam olaraq ödəmişdir. Onun həmin müqavilə üzrə iddiaçıya borcu qalmayıbdır. Əgər olsa idi, aradan keçən bu səkkiz il ərzində, iddiaçı tərəfindən mübahisələndirilərdi. Onun maddi vəziyyəti isə, heç vaxt pis olmayıb ki, iddiaçının iddiasında yazdığı kimi ona güzəşt eləsin. Onun həmin müqavilə üzrə iddiaçıya heç bir borcu qalmayıb, borc müqavilədə göstərilən müddət ərzində ödənilib və bitibdir. Səkkiz ildən sonra həmin müqavilə üzrə iddia tələbi qaldırmaq absurddur. İddiaçı ona qarşı “borc tələbinə dair” iddia ərizəsi üzrə hazırki mübahisəyə Mülki Məcəlləsinin 373-cü maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiya sına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarına əsasən, iddia müddəti tətbiq olunmalı və iddia rədd edilməlidir”. Məhkəmə isə öz qətnaməsinin 5-ci səhifəsində yazmışdır ki, “Mülki işin araşdırılan hallarından müəyyən edilmişdir ki, həqiqətən də iddiaçı kredit müqaviləsi əsasında cavabdehə 150.000 manat borc pul vermişdir. İddiaçı həmin məbləğdən 97.800 manatın cavabdeh tərəfindən ona qaytarılmadığını, cavabdeh isə 150.000 manatı iddiaçıya qaytardığını bildirir. Məhkəmə hesab edir ki, necə ki, borc məbləği olan 150.000 manat cavabdehə kredit müqaviləsi üzrə verilmiş, borc məbləğini tərəflər mübahisələndirmir, borc məbləğinin qaytarılmasını sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. Məhkəmə araşdırması zamanı cavabdeh 150.000 manat borc məbləğinin 52.200 manat hissəsinin iddiaçıya qaytarılması cavabdeh tərəfindən sübut təqdim edilməsə də, iddiaçının etirafı ilə sübut olunur, 97.800 manat borcun iddiaçıya qaytarması barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Belə ki, məhkəmə iclasında izahat vermiş cavabdehin nümayəndəsi vəkili 97.800 manatın iddiaçıya qaytarılması barədə təqdim ediləsi sübutun olmadığını bildirmişdir. Məhkəmə həmçinin cavabdehin, cavabdehin nümayəndəsinin borc qaytarılmamışdırsa iddiaçının səkkiz il ərzində məhkəməyə müraciət etməməsi barədə bildirdikləri ilə bağlı belə nəticəyə gələrkən, buna səbəb cavabdehin borc məbləğindən 19 dəfə müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə, cəmi 52.200 manatın iddiaçıya qaytarması olmuşdur ki, borc məbləğindən 52200 manatın qaytarılmasını sadəcə iddiaçı etiraf etmişdir”. İddiaçı ərizəsinin 2-ci səhifəsinin 2-ci abzasında yazır ki, “21 oktyabr 2015-ci il tarixdə kredit müqaviləsi üzrə 150000 (yüz əlli min) manat borc məbləğindən bu günə kimi cavabdeh tərəfindən nəğd və köçürmə qaydasında 51500 (əlli bir min beş yüz) manat pul vəsaiti ona qaytarılsa da, hazırda sözügedən borc üzrə cavabdehin 98500 (doxsan səkkiz min beş yüz) manat ödənilməmiş borcu mövcuddur”. Lakin, iddiaçı öz yazdığı kimi 2016-cı ilin oktyabr ayından başlayaraq (müqavilədə göstərilən müddət bitdikdən sonra) “nəğd və köçürmə qaydasında” ödənilən 51500 manat pulun ödənilməsi barədə “səmimi etiraf” dan başqa məhkəməyə heç bir sübut təqdim etməmişdir. 19 dəfə ödənilmiş pulun hansı qaydada ödənilməsi, yaxud, hansı bir yazılı sənədə istinad etməsi məlum deyil. Bundan başqa, iddiaçı məhkəməyə sübut qismində bir-bir bank qəbzi təqdim etmişdir. Həmin qəbzdə təyinat olaraq “270 nömrəli borc müqaviləsinə əsasən” sözləri yazılıb və X1 tərəfindən, İddiaçı adına 1000 ABŞ dolları, banka xidmət haqqı olaraq 30 ABŞ dollarının ödənildiyi qeyd olunubdur. Məhkəmə bununla bağlı qətnaməsinin 5-ci səhifəsində qeyd etmişdr ki, “Məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini də sübut növü kimi qəbul edir. Belə ki, Şahid1 ifadəsində atasının Ukrayna Respublikasında olduğunu, iddia ərizəsində qeyd edilən vaxtlarda pul məbləğlərini cavabdehdən götürdüyünü, 19 may 2022-ci il tarixdə cavabdehin oğlu Ziyadxan Hacıyevin cavabdehin borc məbləğindən 1000 ABŞ dollarının iddiaçıya göndərdiyini, həmin vaxt cavabdehin oğlu ilə bir yerdə olduğunu bildirmiş, ş ahidin ifadəsini təkzib edən hər hansı bir sübut və ya Ziyadxan Hacıyev və İddiaçı arasında öhdəlik münasibətlərinin olması barədə cavabdeh tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir”. Göründüyü kimi məhkəmə Ziyadxan Hacıyevlə, İddiaçı arasında borc müqaviləsi üzrə öhdəlik münasibəti olub-olmaması məsələsinə toxunsa da, bununla bağlı cavabdehdən sübut gözləmişdir. Halbuki, məhkəməyə də aydındır ki, borc müqaviləsi üzrə tərəflər məlumdur və həmin müqavilə üzrə oğlu Ziyadxan Hacıyevin heç bir öhdəliyi yoxdur və ola da bilməz. Eyni zamanda o oğlu Ziyadxana onun əvəzindən hər hansı bir müqavilə üzrə pul ödəmək kimi bir səlahiyyət, həmçinin, etibarnamə verməmişdir. Ona görə də həmin qəbzdə göstərilən hər hansı bir məbləğ ona aid olan müqavilə üzrə ödəniş məbləği sayıla bilməz. Oğlu tərəfind ən göndərilən 1000 dollara gəldikdə isə, oğlu ilə İddiaçı oğlu Pərvizin arasında dost münasibəti olmuşdur. Həmin vaxt Ukraynadakı gərgin vəziyyətlə əlaqədar Pərviz Ziyadxana deyib ki, “atasının vəziyyəti pisdir ona pul göndərməlidir. Lakin 1000 dollardan artıq göndərə bilmir və xahiş edib ki, “mənimlə banka gedək, sənin adından da 1000 dollar göndərək”. Yəni həmin 1000 dolların 30 dollar da bank xidməti ödənilməklə iddiaçıya göndərilməsi yalnız bu səbəbdən olmuşdur. Pulun göndərilməsini təsdiq edən qəbzdə “270 nömrəli borc müqaviləsinə əsasən” sözləri yazılması isə, görünür iddiaçının məkrli niyyətindən irəli gəlib və özlüyündə gələcəkdəki planını həyata keçirməsi üçün əvvəlcədən zəmin hazırlayıb.

26. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 9 sentyabr 2024cü il ta rixli, 2(108)-138/2024 nömrəli qətnaməsi ilə iş üzrə Culfa Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, e-2(089)-185/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni cavabdehdən 97.800 manat borc pulun alınıb iddiaçıya verilməsi, habelə sonuncu tərəfindən ödənilmiş 386 manat dövlət rüsumunun 383.26 manat hissəsinin cavabdehdən alınıb iddiaçıya verilməsi, 2.74 manat hissəsinin onun özünə aid edilməsi hissəsində ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddiaçının cavabdehdən 97.800 manat borcun və 383.26 manat dövlət rüsumunun alınması tələblərinə aid hissələrdə rədd edilmişdir.

27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin mübahisəsiz hallarından da göründüyü kimi, iddia müddətinin bitməsindən 2 il 6 ay 27 gün sonra iş üzrə cavabdehin oğlu Ziyadxan Hacıyev tərəfindən müb ahisəyə aidiyyatı olmayan iddiaçının adına pul vəsaitinin göndərilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli həmin bank qəbzinin mövcudluğu belə hazırki mübahisə üzrə iddia müddətinin axımının kəsilməsinə səbəb olan hal kimi qiymətləndirilə və möhtəbər sübut kimi qəbul oluna bilməz.

28. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə iddia müddəti keçdikdən 3 il 7 ay 4 gün sonra iddia qaldırmış və işə baxan birinci instansiya məhkəməsi isə maddi hüquq normasını düzgün tətbiq etməmiş, iddiaçı tərəfindən ödənişlərin olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edilmədiyi halda 19 dəfə müxtəlif vaxtlarda cavabdehin iddiaçıya borc məbləğindən qaytarmasını göstərib, o cümlədən cavabdehin oğlu Ziyadxan Dünyamalıyev tərəfindən iddiaçının adına pul vəsaitinin göndərilməsinə dair mübahisəyə aidiyyətı olmayan bank qəbzinə istinad etməklə əsassız olaraq iddia müddətinin keçməməsi nəticəsinə gəlmiş və gəldiyi nəticəni mötəbər sübutlarla istinad etməklə əsaslandıra bilməmişdir.

29. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 380, 383, 375.1, 375.2, 377.1, 377.2, 385.1, 425, 427, 739-cu, habelə Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 88, 106.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 09 sentyabr 2024-cü il tarixli, 2(108)138/2024 nömrəli qətnam əsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə işə baxarkən, işi tam və hərtərəfli araşdırmamış, mübahisə predmeti üzrə geniş araşdırma aparmadan bu məsələyə səthi yanaşmış və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması səbəbindən maddi və prossesaul pozuntuya yol verməklə ədalətsiz və qanuna uyğun olmayan qətnamə qəbul etmişdir.

32. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1, 385, 404.1, 404.2, 739-cu, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinad edilmi şdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

35. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

36. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

37. Maddə 377.2. İcra m üddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

38. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

39. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

40. Maddə

383. Borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz.

41. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkə tdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

42. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

43. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

44. Maddə 427.3. Əgər öhdəlik onun icras ı gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

45. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olm amasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktik i halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

54. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

55. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

56. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, işin mübahisəsiz hallarından göründüyü kimi, iddia müddətinin bitməsindən 2 il 6 ay 27 gün sonra iş üzrə cavabdehin oğlu Ziyadxan Hacıyev tərəfindən mübahisəyə aidiyyatı olmayan iddiaçının adına pul vəsaitinin göndərilməsi ilə əlaqədar 19 may 2022-ci il tarixli bank qəbzinin mövcudluğu hazırkı mübahisə üzrə iddia müddətinin axımının kəsilməsinə səbəb olan hal kimi qiymətləndirilə və möhtəbər sübut kimi qəbul oluna bilməz.

57. Qanuna görə, iddia m üddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər.

58. Mülki Məcəllənin 380.1-ci maddəsinin tələbi baxımından iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutulmuşdur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına borcun qismən ödənilməsi, əsas borc üzrə faizin köçürülməsi, kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi, öhdəliyin icrası üçün möhlət istənməsi və di gər mühüm hallar aid edilə bilər.

59. İddia müddətinin axımının kəsilməsi yalnız iddia müddətinin qüvvədə olduğu vaxt ərzində baş verə bilər. Əgər iddia müddəti bitirsə, bitmiş müddətin kəsilməsi halı həmin müddət bitdikdən sonra belə baş verə bilməz.

60. Həmçinin Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir.

61. Göründüyü kimi iddiaçı, müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş, bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir.

62. Nəzərə alınmalıdır ki, işə mahiyyəti üzrə baxmadan subyektiv hüququn olubolmadığı və pozulub-pozulmadığı müəyyən edilə bilməz və Mülki Məcəllədə göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddia rədd olunmalı dır. Belə ki, müqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyən olunmuş və hazırkı müqavilə üzrə iddia müddətinin axımı ötmüşdür. Bu isə onu deməyə əsas verir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman iddia müddəti ötürülmüşdür.

63. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçı, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə iddia müddəti keçdikdən 3 il 7 ay 4 gün sonra iddia qaldırmış və işə baxan birinci instansiya məhkəməsi isə maddi hüquq normasını düzgün tətbiq etməmiş, iddiaçı tərəfindən ödənişlərin olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edilmədiyi halda 19 dəfə müxtəlif vaxtlarda cavabdehin iddiaçıya borc məbləğindən qaytarmasını göstərib, o cümlədən cavabdehin oğlu Ziyadxan Dünyamalıyev tərəfindən iddiaçının adına pul vəsaitinin gön dərilməsinə dair mübahisəyə aidiyyətı olmayan bank qəbzinə istinad etməklə əsassız olaraq iddia müddətinin keçməməsi nəticəsinə gəlmiş və gəldiyi nəticəni mötəbər sübutlarla istinad etməklə əsaslandıra bilməmişdir.

64. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 9 sentyabr 2024-cü il tarixli, 2(108)-138/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar