Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2581/2024 03.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc müqaviləsi, öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-512/23 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşi n halları
1. Abşeron rayonun 1 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş 26 oktyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə 1 iyun 2021-ci il tarixədək ödəmək şərti ilə 7500 manat məbləğində borc verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı (bundan sonra - iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra - cavabdeh) 26 oktyabr 2020-ci il tarixdə Abşeron rayonun 1 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş kredit müqaviləsi üzrə 7500 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 95 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İdd iaçı tələbini onunla əsaslandırmışdır ki, Kredit Müqaviləsinin 1-ci və 2-ci bəndlərinə görə, ”Borc verən” ”Borc alana” 7500 manat məbləğində pulu notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə borc verir. ”Borc alan” krediti 1 iyun 2021-ci il tarixinədək ”Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 3-cü bəndinə əsasən tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Həmin Müqavilənin 8-ci və 9-cu bəndlərinə görə, ”Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə kredit qaytarılmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Göründüyü kimi, cavabdeh (borc alan) krediti 1 iyun 2021- ci il tarixinədək “Borc verənə” qaytarmağı öhdəsinə götürsə də həmin öhdəliyini icra etməyərək kredit müqaviləsinin şərtlərini kobud surətdə pozmuşdur. Cavabdeh hal-hazırki günədək götürdüyü borcdan hər hansı bir məbləğdə pul ödəməmişdir. Buna görə də borcun qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. İsmayıllı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2024-cü il tarixli, e-2(037)-75/2024 nömrəli qətnaməsi ilə (hakim İ.V.Hüseynov) iddia tələbinin təmin edilməsi, Cavabdeh 7500 manat və 95 manat ödənilmiş dövlət rüsum məbləğinin – cəmi 7595 manatın alınaraq İddiaçı verilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında bağlanmış kredit (borc) müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehə 7500 manat verildiyi tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə öz təsdiqini tapmışdır.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 95 (doxsan beş) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 425.1, 448.1, 739.1, 739.2, 740.1, 740.2-ci madd ələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 78.1, 80, 81, 88, 107 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır ki, məhkəmə iclasının yeri və vaxtı barədə məlumalandırılmamışdır. Bu səbəbdən məhkəmədə iştirak edə bilməmiş və həqiqətin müəyyən edilməsi üçün iddiay qarşı etirazını bildirə bilməmişdir. Belə ki, o, həqiqətən iddiaçıdan 26 oktyabr 2020-ci il tarixdə Abşeron rayonun 1 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş kredit müqaviləsi üzrə 7500 manat pul almışdır. Lakin, aralarında bağlanmış müqavilə üzrə öhdəliyinin əsas hissəsini yerinə yetirmişdir. Yəni, 4800 manat pulu ona qaytarmışdır. Yerdə qalan 2700 manat pulu da ödəməyə hazırdır. Apellyasiya Məhkəməsində işə baxılan zaman iddiaçıya qaytardığı 4800 manatı subut edəcəkdir. Birinci instansiya məhkəməsi tərəfindən sübutların qiymətlədirilməsində prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün qiymət verilməmiş, bununla da ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmiş və nəticədə düzgün olmayan məhkəmə aktı qəbul edilmişdir. Ona qarşı iddia edilən pul məbləği ilə bağlı məhkəmə nəyə əsaslanaraq sözügedən qətnaməni qəbul etmişdir bilinmir. Halbuki o, aldığı 7500 manat puldan nağd olaraq şahidlərin yanında 4800 manat qədərində pul məbləğini iddiaçıya qaytarmışdır. Məhkəmə işin faktiki hallarını necə hansı formada araşdırdığına dair heç bir əsas göstərməmişdir. Ona qarşı qəbul edilmiş bu qətnamə tamamilə qərəzlidir, məhkəmə ona təqdim edilmiş sübutları araşdırılması üçün şahid ifadələrini dinləmədən, iddiaçı tərəfin iştirakı olmadan baxaraq qanunazidd qətnamə qəbul etmişdir. Dövlətin adından çıxarılan bu qətnamə bir vətəndaş olaraq onun da hüquqlarına zidd olmaqla qanunla qorunan h üquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Məhkəmə iş üzrə müvafiq ekspertizanın təyin olunmalı olduğu halda bunu etməmiş, öz mülahizəsi əsasında qətnaməni əsassız olaraq qəbul etmiş və onun qanunla qorunan mülkiyyət hüquqlarını pozmaqla qanun pozuntusuna yol vermişdir. Birinci instansiya məhkəməsinin icraatında olan zaman iş obyektiv tədqiq edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən sübutların qiymətlədirilməsində prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün qiymət verilməmiş, bununla da ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmiş və nəticədə düzgün olmayan məhkəmə aktı qəbul edilmişdir. İşə baxan məhkəmə prosessual hüquq normasının tələb lərini kobud surətdə pozaraq, işə onun iştirakı olmadan baxaraq, qətnamə qəbul etmişdir
10. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2107)-512/2024 nömrəli mülki iş üzrə 16 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər E.M.Mehdiyev (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və M.A.Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmaması, bu səbəbdən məhkəmədə iştirak edə bilməməsi, iddiaya qarşı etirazını bildirə bilməməsi, prosessual hüquq normasının tələblərini kobud surətdə pozaraq, işə onun iştirakı olmadan baxaraq, qətnamə qəbul etməsi, iddiaçı tərəfin iştirakı olmadan baxaraq qanunazidd qətnamə qəbul etməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan məhkəmə bildirişlərindən, onların cavabdehə çatdırılmasına dair poçt xəbərnamələrindən gör ünmüşdür ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən 27 noyabr 2023-cü il tarixdə saat 12:00-da, 18 dekabr 2023-cü il tarixdə saat 10:30-da, 15 yanvar 2023-cü il tarixdə saat 15:30-da keçiriləcək məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilmiş, hətta 12 dekabr 2023-cü il tarixdə birinci instansiya məhkəməsinə göndərdiyi teleqramında Cavabdeh məhkəməyə gələ bilmədiyi üçün məhkəmə hazırlıq iclasının onsuz keçirilməsini xahiş etmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi şikayətin qeyd edilən dəlilləri üzrə əlavə olaraq qeyd etmişdir ki, iş materialında olan iddiaçının nümayəndəsi və vəkilinin birinci instansiya məhkəməsinə elektron qaydada ünvanladığı ərizədən görünür ki, o, üzürlü səbəbdən iddiaçının və onun məhkəmə iclasında iştirak etmələrin in mümkünsüzlüyü nəzərə alınaraq, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi haqqında məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsinin və vəkilinin məhkəməyə ərizə ünvanlaması nəzərə alınaraq məhkəmənin iddiaçı tərəfin iştirakı olmadan işə baxması isə qanunvericiliyə zidd olan bir hal olmamışdır.
14. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin aralarında bağlanmış müqavilə üzrə öhdəliyinin əsas hissəsini yerinə yetirməsi, yəni, 4800 manat pulu ona qaytarması, ona qarşı iddia edilən pul məbləği ilə bağlı məhkəmənin nəyə əsaslanaraq sözügedən qətnaməni qəbul etməsinin bilinməməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd etmişdir ki, işdə olan 26 oktyabr 2020-ci il tarixli Abşeron rayonun 1 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı tərəfindən 7500 manat məbləğində pul 01 iyun 2021-ci il tarixədək qaytarılması şərti ilə Cavabdeh notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə borc verilmişdir.
15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin ona təqdim edilmiş sübutları araşdırılması üçün şahid ifadələrini dinləmədən qanunazidd qətnamə qəbul etməsinə dair dəlilinə münasibətdə qeyd etmişdir ki, iş materiallarından cavabdehin birinci instansiya məhkəməsinə hər hansı bir şəxsin şahid qismində dindirilməsi ilə bağlı hər hansı bir vəsatət verməsi halı müəyyən edilməmişdir.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə 7500 manat məbləğində pul vəsaitinin borc olaraq v erilməsi iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi 26 oktyabr 2020-ci il tarixli kredit müqaviləsi ilə təsdiq edildiyi halda, cavabdeh tərəfindən həmin borcun hər hansı bir hissəsinin qaytarılmasına dair heç bir sübut təqdim edilməmişdir.
17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 389.1, 390.1, 442, 448.1, 739.1, 740.1, 740.2-ci, MPM-in 14.2, 77.1, 88, 217.1, 217.2, 217.3, 217.4, 218.1, 372.1, 372.2, 372.6, 372.7, 384, 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qə rar çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7ci hissəsinə, Mülki Məcəllənin 198.1, 198.2, 199.1, 199.2, 425.1, 442, 443.3, 443.5, 443.6, 443.7, 739.2, 741, MPM-in 9.1, 9.2, 9.3, 14.1, 77.1, 88, 217.1, 217.2, 217.3, 217.4, 416.1, 416.2, 417.1.4, 418.2, 418.4.5, 418.3-cü maddələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarına istinad edilmiş və apellyasiya şikayəti ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz göndərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hü quq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır
22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
23. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
24. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
25. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 448.1. Əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
27. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
28. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
29. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzs iz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı i nstansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozu lması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslan dırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-512/24 nömrəli 16 aprel 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.