Məhkəmə qərarları › İş №2(102)-2582/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2582/2023

20.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2582/2023 20.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs Maraqlı şəxs) iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən və torpaq sahəsindən istifadə hüququnun verilməsi, əsl olmayan cavabdehə qarşı iddia) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimləri Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs Maraqlı şəxs) “yaşayış sahəsindən istifadə hüququnun verilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-384/2023 nömrəli, 02 m art 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 20 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh ilə 1997-ci ildə nikaha daxil olmuş, həmin nikahdan iki uşaqları doğulmuşdur. Saatlı Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(055)-241/2022 saylı qətnaməsi ilə onların arasında 04 mart 1997-ci il tarixdə bağlanmış nikah qeydi pozulmuşdur.

2. Mübahisə predmeti olan 0,31 hektar həyətyanı torpaq sahəsi Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 08 saylı qərarı ilə X2 və Maraqlı şəxs mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ “Torpağın mülkiyyətə verilməsinə dair” JN 021A KOD 90803038 saylı şəhadət namə ilə rəsmiləşdirilmişdir.

3. X6 xx.xx.2005-ci ildə vəfat etmişdir.

4. Hazırda mübahisəli 0,31 hektar torpaq sahəsi və üzərində yerləşən 146 kv.m sahəsi olan yaşayış evi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə paylı olmaqla xüsusi mülkiyyət hüququ əsasında Maraqlı şəxs və X3 adlarına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə Saatlı rayonu Əhmədbəyli kəndində tikdikləri və qeydiyyatda olduğu fərdi yaşayış evindən və həyətyanı təsərrüfat tikililərindən, həmçinin həyətyanı sahədən ona istifadə hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmi şdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 1995-ci ildə el adəti ilə evlənib ailə həyatı qurmuş, nikahlarını 1997-ci ildə rəsmiləşdirmişlər. 1995-ci ildə ailə həyatı qurduqdan sonra onlar cavabdehin ata-anasından qalan, Saatlı rayonu Əhmədbəyli kəndində yerləşən fərdi yaşayış evində yaşamışlar. Təxminən dörd il əvvəl onlar yaşadıqları evi sökmüş, həmin evin yerləşdiyi həyətyanı sahədə yeni fərdi yaşayış evi hazırda yaşayış hüququ tələb etdiyi fərdi yaşayış evini tikdirmiş və uşaqları ilə birlikdə həmin evdə yaşamışlar. Bir neçə il sonra cavabdehlə aralarında olan münasibət kəskinləşdiyi üçün ayrılmışlar və cavabdeh onu birgə yaşadıqları evdən qovmuşdur. Daha sonra, məhkəmə qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuşdur. Hesab edir ki, cavabdehlə yaşadıqları fər di yaşayış evini birgə təsərrüfat dövründə əldə etdikləri üçün onun da həmin evə yaşayış hüququ vardır.

7. Məhkəmə icraatı zamanı mübahisəli torpaq sahəsinin və yaşayış evinin mülkiyyətçisinin Maraqlı şəxs olduğu müəyyən edildiyinə görə iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz olunması təklif edilmiş, lakin iddiaçı cavabdehin əvəz edilməsinə razı olmadığına görə, Maraqlı şəxs üçüncü şəxs qismində işə cəlb edilmişdir.

8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh onun qardaşıdır. İddiaçı ilə cavabdeh evlənib ailə həyatı quraraq cavabdehin ata-anasından qalan və Saatlı rayonu Əhmədbəyli kəndində yerləşən fərdi yaşayış evinə köçərək orada yaşamışlar. Bundan təxminən dörd il əvvəl həmin ev sökülmüş və evin yerləşdiyi həyətyan ı sahədə hazırda iddiaçının yaşayış hüququ tələb etdiyi fərdi yaşayış evi tikilmişdir. Lakin həmin evi iddiaçı deyil, o, özü tikmişdir. Qardaşı fiziki və əqli cəhətdən xəstə olduğu üçün ona həmişə köməklik göstərmişdir. Bacısı Maraqlı şəxs razılığı ilə evdə qardaşı Cavabdeh, onun arvadı İddiaçı və onların uşaqları yaşamışlar. Həmin yaşayış evi cavabdehin anası mərhum X6 və Maraqlı şəxs mülkiyyətində olan həyətyanı torpaq sahəsində yerləşir. X1 vəfat etmişdir. İddiaçı ilə cavabdehin yaşadığı fərdi yaşayış evi isə cavabdehin bacısı Maraqlı şəxs mülkiyyətindədir. Hazırki iddia tələbi Cavabdeh qarşı deyil, əsl cavabdeh olan Maraqlı şəxs qarşı qaldırılmalı idi. Belə ki, iddiaçı ilə cavabdehin yaşadığı fərdi yaşayış evinə və həmçinin həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinə Cavabdeh mül kiyyət hüququ yoxdur. Ona görə də iddiaçının Cavabdeh qarşı qaldırdığı iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında üçüncü şəxs Maraqlı şəxs da cavabdehin nümayəndəsinin izahatına uyğun izahat verərək iddianın rədd olunması xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, özü hazırda mülkiyyətində olan fərdi yaşayış evində yaşamır, lakin iddiaçının həmin evə köçməyinə razı deyil.

10. Saatlı Rayon Məhkəməsinin 2(055)-912/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim İ.Abuşov) iddia tələbi təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh birgə nikah dövründə yaşadıqları fərdi yaşayış evi Cavabdeh deyil, Maraqlı şəxs mülkiyyətindədir. Həmin fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpa q sahəsi isə əvvəllər Maraqlı şəxs və mərhum X2 mülkiyyətinə verilmişdir, hazırda isə Maraqlı şəxs mülkiyyətindədir.

12. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının yaşayış hüququ tələb etdiyi fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi Maraqlı şəxs mülkiyyətində olduğundan 31 oktyabr 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəmə tərəfindən iddiaçıya hazırkı cavabdehin əsl cavabdeh olan fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin mülkiyyətçisi Maraqlı şəxs ilə əvəz etməyi və həmin şəxsin əsl cavabdeh qismində işə cəlb edilməsi təklif edilsə də, iddiaçı buna razı olmamış, iddiasının Cavabdeh qarşı baxılmasını məhkəmədən tələb etmişdir.

13. İddiaçı Cavabdeh keçmiş arvadı olmaqla onun keçmiş ailə üzvü olmuşdur və Cavabdeh qarşı yaşayış sahəsindən is tifadə hüququnun verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə iclasında tədqiq olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN 021A KOD 90803038 saylı şəhadətnamə ilə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla iddiaçının tələb irəli sürdüyü fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinin hazırda Cavabdeh deyil, Maraqlı şəxs mülkiyyətində olması təsdiq olunmuşdur və iddiaçı Qəmbərova X4 Dürdanə Əli qızının ailə üzvü deyildir. Buradan da görünür ki, iddiaçının Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun verilməsi tələbinə dair iddiası əsaslı hesab edilə bilməz.

14. Hazırkı iddia bu iddiaya cavab verməli olmayan şəxsə qarşı verildiyinə və həmin şəxsə münasibətdə əsassız olduğuna görə təmin edilə bilməz.

15. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14, 77, 54 və 217-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti ol an bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.

18. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-384/2023 nömrəli, 2 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər T.X.Heydərov (sədrlik edən və məruzəçi), İ.Q.Əsədov və S.İ.Mayılovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hü quqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152, 157-ci maddələrinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 27 iyul 2001-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu X. Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarına, Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlillər i a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, mülki işə təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilməmiş, hüquqlarının məhkəmə tərəfindən birtərəfli qaydada pozulmasına məhkəmə kollegiyasında hüquqi qiymət verilməmişdir. Cavabdeh X10 ona verilmiş hüquqlardan sui-istifadə etmişdir. Belə ki, cavabdeh birgə nikah dövründə tikilmiş evi məhkəmə mübahisəsi gedən dövrdə saxta yolla bacısı Maraqlı şəxs adına rəsmiləşdirmişdir. Halbuki, Maraqlı şəxs 12 ildir ki, evdən köçüb və hazırda İmişli rayonunda yaşayır. Məhkəmə tərəfindən bu hala münasibət bildirilmə mişdir. Cavabdeh hüquqdan sui-istifadə etməklə iddiaçıya ziyan vurmaq məqsədi güdür. Mübahisəli ev iddiaçının və ailə üzvlərinin ümumi birgə mülkiyyəti sayılır. Məhkəmə bu hala da hüquqi qiymət verməmişdir.

23. Kassasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Mülki Məcəllənin 16, 152, 157, 228-ci maddələrinə, Ailə Məcəlləsinin 32 və 36-cı maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 və 8-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstutusiyası

25. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

26. Maddə 29, İİİ və İV hissələr. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Maddə 228.1. Yaşayış binasının tərki b hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

29. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

30. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsin dən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001 -ci il tarixli qərarı 31. 01 sentyabr 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş)

32. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarə dar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

33. Maddə

123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikidirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri say ılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırki kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq mü nasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Belə ki, məhkəmə kollegiyası cavabdehin iddia tələbinə cavab verməli şəxs olmaması əsası ilə iddianın rədd edilməsi barədə məhkəmələrin gəldiyi nəticə ilə razılaşır.

44. Çünki MPM-nin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

45. Mülki dövriyyə iştirakçılarının subyektiv hüquq və vəzifələri qarşılıqlı münasibətlər əsasında yaranır. Bu münasibətlər müqaviləyə, qanunla müəyyən olunan əsaslara, ailə üzvü olaraq müəyyən olunan öhdəliklərə və s. əsaslanmış ola bilər. Hər bir halda iddiaçı ilə cavabdeh arasında hüquq münasibəti olmalıdır. Mülki proses iddiaçı ilə cavabdehin toqquşan hüquqlarının araşdırılması üzərində qurulur və onların qanuni hüquq və mənafelərinin təsdiq edilməsinə xidmət edir. Buna görə də məhkəmə işə baxılarkən, mühakimənin doğru istiqamətdə getməsini təmin etmək üçün, ilk növbədə iddiaçı və cavabdehin müvafiq prosessual statusda tanınması üçün zəruri şərtlərin mövcudluğunu müəyyən etməlidir. Məhz buna görə də MPM-nin 167.1.4-cü maddəsində deyilir ki, hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında birgə cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsini, habelə əsl olmayan tərəfin əvəz edilməs i məsələsini həll edir.

46. Tərəflərin əsl tərəf olması məsələsi məhkəmə tərəfindən onların arasında yaranmış mübahisənin maddi-hüquqi əsasını təşkil edən hüquq normasının təhlili əsasında həll olunur. Əgər cavabdeh qanuna əsasən irəli sürülmüş tələbə cavab verməli olan şəxs deyildirsə, məhkəmə MPM-nin 54.1-ci maddəsinə əsasən işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cavabdehi əsl cavabdeh ilə əvəz edə bilər.

47. Baxılan işdə də məhkəmə Cavabdeh iddia tələbinə cavab verməli olmayan şəxs olduğunu müəyyən etmiş və iddiaçıya onun əsl cavabdehlə əvəz olunmasını təklif etmişdir.

48. Cavabdeh olmadığı barədə məhkəmənin gəldiyi nəticə əsaslı olub. Çünki mübahisəli yaşayış evi və torpaq sahəsi Maraqlı şəxs mülkiyyətindədir və onun Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri etmək hüququ var. Bu hüquqları yalnız həmin hərəkətlərin qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmaması, yaxud hüquqdan sui-istifadə olmaması ilə hüdudlaşdırılır.

49. Lakin iddiaçı cavabdehin əvəz olunmasına razı olmamış və məhkəmə işə baxaraq iddianı rədd etmişdir.

50. Məhkəmənin gəldiyi nəticə qanunidir. Ona görə ki, MPM-nin 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələ blər üzrə baxır.

51. Cavabdehin mübahisəli evi və qurğuları keçmiş əri ilə birgə nikah müddətində inşa etmələri, ailə üzvlərinin ümumi birgə mülkiyyəti sayılması barədə dəlilləri qətnamənin ləğvinə əsas vermir. Çünki Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

52. Mübahisəli ev və torpaq sahəsi mülkiyyət hüququ üzrə üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu fakt Mülki Məcəllənin 140cı maddəsində müəyyən olunmuş hüquqi nəticəni törədir. Yəni bu qeydiyyat əsasında, mübahisəli evin üzərində üçüncü şəxsin mülkiyyət hüququnun həqiqiliyi və tamamlığı prezumpsiyası tanınır.

53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

54. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

55. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-384/2023 nömrəli, 2 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar