Məhkəmə qərarları › İş №2(102)-2585/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2585/2020

23.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2585/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Həsənov Vasif Rəsul oğlunun, Cavabdeh vəkili Manafov Faiq Səmədağa oğlunun və 3-cü şəxs X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-3148/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin (hakim V.Mə likov) xx.xx.2018-ci il tarixli, 2(039)-1667/2018 nömrəli qiyabi qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğvi” tələbinə dair iddiası təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış AN №1 ******* nömrəli, xx xxxxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, dövlət rüsumu olaraq ödədiyi 30 manatın cavabdehdən tutularaq iddiaçıya qaytarılması qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim V.Məlikov) xx.xx.2018-ci il tarixli, 2(039)-1667/2018 nömrəli qərardadı ilə Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(039)-1667/2018 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi, işə mahiyyəti üzrə baxılmasının təzələnməsi qərara alınmışdır. Yevlax Rayon Məhkəməsinin (hakim T.Əliyev) xx.xx.2018-ci il tarixli, 2(039)-1667/2018 nömrəli qətn aməsi ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğvi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Məcidov, M.Əsədli, İ.Quliyev) xx.xx.2019-cu il tarixli, 2(107)-1142/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli, 2(039)-1667/2018 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış AN №1 ******* nömrəli, xx xxxxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı 60000 manat pulunu Cavabdeh, Cavabdeh isə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 189.3 kv/m olan qeyri-yaşayış sahəsini İddiaçı qaytarması, qət namənin eyni vaxtda icra edilməsi, dövlət rüsumu olaraq ödənilmiş 30 manatın Cavabdeh alınaraq İddiaçı qaytarılmasıqət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Əhmədov, A.İsgəndərov, İ.Dəmirov) xx.xx.2019-cu il tarixli, 2(102)-5729/2019 saylı qərarı ilə Cavabdeh və 3cü şəxs X4 tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-1142/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Hüseynov, M.Hüseynov, A.Mahmudov) xx.xx.2019-cu il tarixli, 2(107)-3148/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyas iya şikayəti təmin edilməyərək, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli, 2(039)-1667/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişlər. İşin halları: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AN №1 ******* nömrəli, xx xxxxxxx 2015-ci il tarixdə Cavabdeh onunla bağladığı alqı-satqı müqaviləsinin etibarsız sayılması, dövlət rüsumu olaraq ödədiyi 30 manatın cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddi açı və vəkili Həsənov Vasif Rəsul oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, iddia tələbinə düzgün hüquqi qiymət verilməsi üçün zəruri olan bütün hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv qiymətləndirilməmiş, nəticədə düzgün olmayan və hazırki mübahisəyə aidiyyəti olmayan maddi hüquq normaları mübahisəyə tətbiq edilmişdir. Həmçinin apelyasiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. İşin bütün halları ilə təsdiq olunur ki, xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi bağlanan zaman müqavilə tərəflərinin, yəni iddiaçı ilə cavabdehin həqiqi niyyətləri qeyri-yaşayış sahəsinin alqı-satqısını həyata keçirmək olmamışdır. Həmin müqavilə bağlanan vaxt tərəflərin həqiqi niyyətləri i ddiaçının cavabdehə olan pul borcunu təminatlı etmək olmuşdur. Yəni mübahisə edilən alqı-satqı müqaviləsi başqa əqdi, tərəflər arasında olan borc münasibətlərini pərdələmək məqsədi ilə bağlanmışdır. İş materiallarında olan qiymətləndirmə rəyi ilə mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin 2015-ci il üçün qiymətinin 343650 manat təşkil etməsi müəyyən edilmişdir. Alqı-satqı müqaviləsi bağlanan vaxt isə həmin qeyri-yaşayış sahəsi 60000 manat məbləğində qiymətləndirilmişdir. Göründüyü kimi, alqı-satqı müqaviləsində obyektin real qiymətindən təqribən 6 dəfə ucuz qiymətləndirilmişdir. Bu isə o qənaətə gəlməyə əsas verir ki, bu müqavilə tərəflərin öz aralarında olan borc münasibətini pərdələmək məqsədilə bağlanmışdır. İddiaçının iddia tələbini əsaslandıran hallar iş materiallarında kifayət qə dər olsa da, cavabdeh iddiaçı ilə aralarında real alqı-satqı müqaviləsinin bağlanmasını əsaslandıran sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İddia müddətinin tətbiqi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı hüquqlarının pozulduğunu bildiyi vaxtdan məhkəməyə müraciət etmişdir. Cavabdeh 2016-cı ildə obyekti satmasını iddiaçıdan gizlətmişdir. İddiaçı obyektin satılmasını bildikdən sonra cavabdehə razılaşdıqları şərtlərin yerinə yetirilməsini tələb etmiş, lakin sonuncu bütün işlərin qardaşı Vüqar Süleymanova aid olduğunu, onun bu məsələlərə aidiyyətinin olmadığını bildirmişdir. İddiaçı G.X5 əlaqə saxlayıb görüşmək istəsə də, buna nail ola bilməmiş və nəticədə aldadıldığını anlamışdır. Məhkəmə iclasında iştirak edən Vüqar Süleymanov da bütün işlərin ona aid olduğunu, qardaşı Cavabdeh sadəcə vasitəçi olduğunu təsdiqləmişdir. Belə olan halda iddia müddəti ötürülməmişdir. Beləliklə apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməyərək, iş üzrə əhəmiyyət kəsb edən halları tam, hərtərəfli və obyektiv araşdırmamış, təqdim edilmiş sübutları düzgün qiymətləndirməmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-3148/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikas ı MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Həsənov Vasif Rəsul oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Manafov Faiq Səmədağa oğlu kasasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-3148/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. 3-cü şəxs X4 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbayc an Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, alqı-satqı müqavilənin etibarsızlığı dedikdə onun qanunun tələblərinə uyğun olmadan tərtib edilməsi və bağlanması başa düşülür və yalnız bu halda alqı-satqı müqaviləsi müəyyən hüquqi nəticə doğurmaya bilər. Nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsində tərəflərin hərəkətləri müəyyən hüquqi nəticənin əldə olunmasına yönəlir. Bu baxımdan alqı-satqı müqaviləsinin etibarlılığı üçün: alqı-satqı müqaviləsinin subyekti v tərkibinin qanunilyi; alqı-satqı müqaviləsinin məzmununun qanuniliyi; alqı-satqı müqaviləsi üzrə tərəflərin iradə və iradə ifadəsinin uyğunluğu; alqı-satqı müqaviləsinin formasının qanuniliyi şərtlərinin olması zəruridir. Bundan başqa, alqı-satqı müqaviləsində iradə və iradə ifadəsinin vahidliyi, yəni üst-üstə düşməsi olduqca əhəmiyyətlidir. Çünki iradə və iradə ifadəsinin vahidliyi olmadığı halda, alqı-satqı müqaviləsi mübahisə ediləndirsə məhkəmə qərarı əsasında, yox əgər əhəmiyyətsizdirsə, o zaman belə qərar olmadan da etibarsız sayıla bilər. İradə ifadəsinin olmaması isə o, zaman baş verir ki, birincisi, ortada iradə ifadəsi olur, lakin onu formalaşdıran daxili iradə olmur (məsələn: hədə-qorxu, zorakılıq, öz hərəkətlərinin mənasını başa düşməyən və onlara rəhbərlik edə bilməyən şəxsi n bağladığı əqd); ikincisi, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirir, lakin bu ifadə əsl istəyin formalaşmasına mane olan faktorların təsiri altında baş verir (məsələn: aldatma, şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan sui-istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd); üçüncüsü, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirmir (məsələn: bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi) (Mülki Məcəllənin 339.1, 339.2, 339.3, 339.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 340.2, 404.1, 404.2-ci maddələrinin mənasına görə, alqı-satqı müqaviləsi o, vaxt etibarsız sayıla bilər ki, həmin müqavil ənin etibarlılığı şərtləri, yəni müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması mülki iş materialları ilə təsdiq edilsin və ya alqı-satqı müqaviləsi yalan əqd olmaqla başqa əqdi pərdələmək məqsədi ilə bağlanmış olsun. Yalan əqd dedikdə başqa bir əqdi pərdələmək məqsədi ilə bağlanmış əqd anlaşılır. Yalan əqd mahiyyətcə görünüş üçün bağlanır. İddiaçı iddia ərizəsində, izahatında Cavabdeh 6 faizlə 50.000 ABŞ dolları borc pul aldığını, borcun qaytarılmasının təmin edilməsi üsulu kimi mülkiyyətində olan qeyri-yaşayış sahəsini alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına keçirməklə girov qoyduğunu, hər ay 3.000 ABŞ dolları olmaqla ona 3 ay müddətində 9.000 ABŞ dolları faiz ödədiyini və sair göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün m əhkəmələrə heç bir yazılı sübut təqdim etməmişdir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İşdən görünür ki, İddiaçı mübahisəli qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmasından 2 il 6 aydan sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan bir illik kəsici müddəti ötürmüşdür. Həmin maddənin mənasına görə, həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsiretmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əq di mübahisə edə bilər. Apelyasiya kollegiyası hesab etmişdir ki, qeyd olunan maddədə nəzərdə tutulan müddət iddia müddəti deyil, əslində kəsici müddətdir. Yəni, həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Ona görə də, Mülki Məcəllənin 354.2-ci maddəsi mülki mübahisəyə tətbiq edilərkən, yalnız iki hal aydınlaşdırılmalıdır: birincisi, maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi; ikincisi, həmin gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirib. Apelyasiya kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı notarial qaydada təsdiq edilmiş xx xxxxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən öz mülkiyyətində olmuş qeyriyaşayış sahəsini 60.000 manata cavabdehə satıb və bundan sonra qeyri-yaşayış sahəsini boşaldaraq sonuncuya təhvil verib. xx xxxxx 2016-cı il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestri xidmətində mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınıb. Tərəflər qeyri-yaşayış sahəsinin 60.000 manata satılması barədə razılığa gəlmələri barədə ərizə ilə, həmçinin iddiaçının həyat yoldaşı da sözügedən qeyri-yaşayış sahəsinin satılmasına etrazı olmaması barədə ərizə ilə notariat orqanına müraciət etmişlər. Göründüyü kimi, iddiaçı alqı-satqı müqaviləsin in bağlandığı andan (xx xxxxxxx 2015-ci il) məlumatlı olmuş, lakin iddiaçı 2018-ci ilin may ayında hazırkı iddianı qaldırmışdır. İş materiallarından görünür ki, cavabdeh qeyri-yaşayış sahəsini satın aldıqdan sonar orada təmir işləri apararaq, həmin qeyri-yaşayış sahəsini xx xxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən 173.000 manata Vüsal Məmiyevə satmış və xx xxxxxx 2017-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestri xidmətində mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınmışdır. Bundan sonra Vüsal Məmiyev isə xx xxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən qeyri-yaşayış sahəsinin 27,0 kv.metr hissəsini 30.000 manata Meyxanım Məmmədsəfiyevaya satmışdır və hazırda qeyd olunan sənədlər qüvvə dədir. Hal-hazırda qeyri-yaşayış sahəsi faktiki olaraq onların sahbliyində və istifadəsindədir. Göründüyü kimi, Vüsal Məmiyev və Meyxanım Məmmədsəfiyeva vicdanlı alıcılardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsi ilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüqu qi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlıyaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin biri-birinə olan inamının azalmasına da gətirib çıxarır. Apelyasiya kollegiyası hesab etmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, cavabdeh isə həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etmişdir. Apelyasiya kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə qeyd etmişdir ki, apelyasiya qaydasında işə baxılarkən iddiaçı, məhkəmə kollegiyasına heç bir əsaslı sübut növü təqdim etməmiş və apelyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiqini tapmamışdır. Apelyasiya şikayətinin dəlil ləri ancaq mülahizələrdən ibarət olmuşdur. Ona görə də, apelyasiya kollegiyası hesab etmişdir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Kasasiya kollegiyası apelyasiya kollegiyasının hüquqi mövqeyi ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının kasasiya şikayətində göstərdiyi dəlillər iş materialları ilə öz təsdiqini tapmır. Apelyasiya kollegiyası mübahisəyə bir illik müddəti tətbiq etməklə və həmin müddətin iddiaçı tərəfindən ötürülməsinə istinad etməklə düzgün hüquqi mövqedə olmuşdur. Kasasiya şikayətinin dəlillləri üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə yoxlanılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi halı müəy yən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən isə məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikas ı MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)2585/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar