Məhkəmə qərarları › İş №2(102)-2586/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2586/2020

23.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2586/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-2853/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) xx.xx.2018-ci il tarixli 2(046)-965/2018 nömrəli məhkəmə əmri ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabde h4 kreditor BOKT “xxxx” MMC-nin xeyrinə 7500.99 ABŞ dolları əsas borc, 2912.79 ABŞ dolları faiz borcu, 562.57 ABŞ dolları əldən çıxmış fayda məbləği olmaqla, cəmi 10976.35 ABŞ dolları məbləğində kredit borcunun Azərbaycan manatı məzənnəsi ilə və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 40 qəpik xidmət haqqının tutulması əmr edilmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) xx.xx.2018-ci il tarixli 2(046)-965/2018 nömrəli qərardadı ilə Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(046)-965/2018 nömrəli məhkəmə əmrinin ləğv edilməsi, mülki işə iddia icraatında baxılması qərara alınmışdır. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) xx.xx.2019-cu il tarixli 2(046)-127/2019 qətnaməsi ilə iddiaçı BOKT “xxxx” MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh 4 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 6682.17 ABŞ dolları əsas və 2024.70 ABŞ dolları faiz borcu olmaqla, cəmi 8706.87 ABŞ dolları kredit borcunun ödəniş gününə Azərbaycan manatı ilə məzənnəsinin, 20 manat məbləğində dövlət rüsumunun və 0.40 manat xidmət haqqının alınaraq BOKT “xxxx” MMC-nin hesabına keçirilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Hüseynov, A.Mahmudov, V.Məlikov) xx.xx.2019-cu il tarixli 2(107)-2853/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(046)-127/2019 nömrəli qətnaməsinin Cavabdeh1 münasibətdə dəy işdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh1 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. İşin halları: Kreditor BOKT “xxxx” MMC borclular Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması üçün məhkəmə əmrinin verilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 7500.99 ABŞ dolları əsas borc, 2912.79 ABŞ dolları faiz borcu, 562.57 ABŞ dolları əldən çıxmış fayda məbləği olmaqla, cəmi 10976.35 ABŞ dolları məbləğində kredit borcunun, ödənilmiş 20.40 manat dövlət rüsumunun müştərək qaydada alınaraq BOKT “xxxx” MMC-yə verilməsi barədə məhkəmə əmri çıxarılmasını xanı xahiş et mişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili Şərifov Samir Cuma oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, işə baxan apelyasiya kollegiyası etiraz və mülahizələrə münasibətdə, dəbbə pulunun saxlanılmasında, eləcə də problemli kredit borcunun Azərbaycan Respublikası Prezidentinin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında xx.xx.2019-cu il tarixli Fərmanın əhatəsinə düşməmə səbəblərinə dair heç bir hüquqi qiymət tanımamışdır. Beləliklə, apelyasiya məhkəməsi formal olaraq qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-2853/2019 saylı qətnaməsinin ləğv edilməsi və mülki işin baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh1, vəkili Şərifov Samir Cuma oğlu, iddiaçı BOKT “xxxx” MMC-nin səlahiyyətli nümayəndəsi, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, apelyasiya şikayəti əsaslandırılmamış, iddiaçı tərəfindən nə qədər əsas və nə qədər faiz borcunun artıq hesablanmasını təsdiq edəcək hər hansı sübut növü təqdim edilməmiş, apelyasiya şikayəti ancaq formal mülahizələrdən ibarət olmuşdur. Kasasiya kollegiyası apelyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, kasasiya yoxlaması zamanı müəyyən edilir ki, Cavabdeh1 birinci instansiya məhkəməsində əs as və faiz borcunu qismən etiraf etmiş, maddi imkanı olmadığı üçün borcunu ödəyə bilmədiyini qeyd etmişdir. Buradan da görünür hal odur ki, kasasiya şikayəti formal tərtib edilməklə, apelyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı əsaslandırıla bilməmişdir. Kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, p ulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1 -ci maddəsinə görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üctin məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, əgər bu məcəllədə və Zaminlik müqaviləsində za minin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)2853 /2019 nömrəli qətnaməsi Cavabdeh1 kasasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar