Məhkəmə qərarları › İş №2(102)-2587/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2587/2020

02.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2587/2020 02.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-2587/2020 xx xxxx 2020-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X1 və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)3293/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə (hakim F.M.Əfəndiyev, iş № 2(046)-1577/2015) İddiaçı Cavabdeh qarşı 3000 ABŞ dolları məbləğində pul tələbinə dair iddia sı rədd edilmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.A.Mahmudov, Ə.T.Məcidov və M.A.Əsədli) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 2015-ci ilin iyul ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2005-ci il tarixdə Cavabdeh 3000 ABŞ dolları məbləğində borc verməsini və sonuncunun həmin borcu xx xxx 2005-ci il tarixə kimi qaytarmaq barədə ona notariat qaydasında təsdiq edilmiş iltizam verməsini, lakin cavabdehin ondan aldığı borcu indiyə kimi qaytarmamasını əsas göstərməklə Cavabdeh onun xeyrinə 3000 ABŞ dollarının tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayəti verərək borcun tutulması tələbi ilə məhkəməyə cavabdehin həm həbsdə, həm də Rusiya Federasiyasında olması və borcu qaytaracağını vəd etməsi ilə əlaqədar vaxtında müraciət etməməsini, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş mat eriallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, tərəflər arasında borc müqaviləsi bağlanmış və Cavabdeh xx xxx 2005-ci il tarixə kimi borcu qaytaracağı barədə notariatda təsdiq olunmuş iltizam vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlar ını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Müəyyən olunduğu kimi cavabdeh tərəfindən borc müqaviləsində müəyyən olunmuş borcun qaytarılma müddəti 2005-ci ilin may ayının 30-da başa çatmış, iddiaçı isə borcun qaytarılması tələbi ilə məhkəməyə xx xxxx 2015-ci il tarixdə, təxminən 10 il 2 ay müddət keçdikdən sonra müraciət etmişdir. İddia etdiyi hüquqlarının pozulması İddiaçı xx xxx 2005-ci il tarixdə məlum olduğundan və onun məhkəmədə iddia qaldırmaq hüququ həmin vaxtdan yarandığından, apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2 və 373-cü maddələrində müəyyən olunmuş üç illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Mülki Məc əllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin 26-cı səhifəsində olan Cavabdeh məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, o, iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Göstərilən vəziyyətdə iddianın təmin edilməsi üçün qanuni əsaslar olmadığından, kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən, kasasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu ma ddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar