Məhkəmə qərarları › İş №2(102)-2587/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2587/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2587/2021 18.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı QSC Cavabdeh: Cavabdeh1 Cavabdeh: Cavabdeh2 İddia tələbi: “kredit müqaviləsi üzrə borcun tutulması” Açar sözlər: kredit borcu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 sentyabr 2020-ci il tarixli, 2(103)-6738/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 18 may 2021-ci il tarixdə Ali Məhkə mənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan: -İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 16.08.2010-cu il tarixli kredit xətti müqaviləsi üzrə kredit razılaşmasına əsasən bank borcalana 120 ay müddətinə 150.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Həmin müqaviləyə əsasən kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında göstərilmiş və onun ayrılmaz hissəsi olan ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. -16.08.2010-cu il tarixli, 004R********** saylı kredit razılaşmasından görünür ki, iddiaçı cavabdehə 18 ay müddətinə aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 5.000 ma nat məbləğində kredit vermişdir. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən, borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. -16.09.2015-cu il tarixli, 004R********** saylı kredit razılaşmasından görünür ki, iddiaçı cavabdehə 18 ay müddətinə aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 5.000 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi ta rixdən onun tam qaytarılmasınadək hesablanır. Kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən, borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. -03.02.2017-ci il tarixli, 004R**********S saylı sazişə əsasən, kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmiş, bank ilə kredit alan arasında 16 avqust 2010-cu il tarixli 04L000003010 saylı kredit xətti müqaviləsi üzrə 16 sentyabr 2015-ci il tarixdə bağlanmış 004R********** kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 03 fevral 2017-ci il tarixli ödəniş planına uyğun olaraq 28 sentyabr 2017-ci il tarixədək banka ödəməlidir. -30.08.2017-ci il tarixli, 004R**********SA saylı sazişə əsasən, kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmiş, bank ilə kredit alan arasında 16 avqust 2010-cu il tarixli 04L000003010 saylı kredit xətti müqaviləsi üzrə 16 sentyabr 2015-ci il tarixdə bağlanmış 004R********** kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 30 avqust 2017-ci il tarixli ödəniş planına uyğun olaraq 24 iyul 2018- ci il tarixədək banka ödəməlidir. -16.09.2015-ci il tarixli 004R********** saylı kredit razılaşması əsasında iddiaçı cavabdehə 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5.000 (beş min) manat məbləğində kredit vermişdir. -30.08.2017-ci il tarixli, 004R*** *******SB saylı sazişə əsasən, kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmiş, bank ilə kredit alan arasında 16 avqust 2010-cu il tarixli 04L000003010 saylı kredit xətti müqaviləsi üzrə 16 sentyabr 2015-ci il tarixdə bağlanmış 004R********** kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 30 avqust 2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. -09.01.2020-ci il tarixli, 0173 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 16.09.2015-ci il tarixli, 004R********** saylı kredit razılaşması üzrə İddiaçı QSC-yə 24.07.2018-ci il tarixə 1.421,11 manat məbləğində əsas kredit borcu, 219,41 manat məbləğində faiz borcu və 376,71 manat məbləğində cərimə borcu, ümumilikdə 2017,23 ma nat məbləğində borcu vardır. -09.01.2020-ci il tarixli, 0174 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 16.09.2015-ci il tarixli, 004R********** saylı kredit razılaşması üzrə İddiaçı QSC-yə 24.07.2018-ci il tarixə 1.958,69 ABŞ dolları məbləğində əsas kredit borcu, 946,2 ABŞ dolları məbləğində faiz borcu və 519,2 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 3.424,09 ABŞ dolları məbləğində borcu vardır. -16.08.2010-cu il tarixli, ******60 saylı zaminlik müqaviləsindən görünür ki, Nəsirov X1 Nazim Aydın oğlunun 16.08.2010-cu il tarixli kredit xətti müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan 16.09.2015-ci il tarixli 004R********** və 004R********** saylı kredit razılaşmaları üzrə İddiaçı QSC qarşısında üzərinə götürdüyü öhdəliklərinin icrasının təminatı üçün İddiaçı Q SC ilə müqavilə bağlamış və bank qarşısında zamin durmuşdur. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əbdülqasim oğlundan müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 004R********** saylı kredit razılaşması üzrə 1421,11 manat məbləğində kredit borcu, 666,48 manat məbləğində faiz borcu və 210,44 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2.298 manat 03 qəpik məbləğində borcun, 004R********** saylı kredit razılaşması üzrə 1958,69 ABŞ dolları məbləğində kredit borcu, 402,12 ABŞ dolları məbləğində faiz borcu və 290,04 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 2.650 ABŞ dolları 85 sent məbləğində borcun və məhkəmədə iddia qa ldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-725/2020 saylı, 22 yanvar 2020ci il tarixli qətnaməsi ilə (hakim A.Z.Rzayev) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə 004R********** saylı kredit sazişi üzrə 1421,11 manat məbləğində kredit borcu, 219,41 manat məbləğində faiz borcu və 21 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1661,52 manat pulun tutulması, Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə 004R********** saylı kredit razılaşması üzrə 1958,69 ABŞ dolları məbləğində kredit borcu, 402,12 ABŞ dolları məbləğində faiz borcu və 29 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 2389.81 ABŞ dolları məbləğində (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın ın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) pulun tutulması və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən İddiaçı QSC apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 sentyabr 2020-ci il tarixli, 2(103)-6738/2020 saylı qətnaməsi ilə (hakimlər – F.F.Babayev (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-725/2020 saylı, 22 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 004R******* *** saylı kredit sazişi üzrə 1421,11 manat məbləğində kredit borcu, 219,41 manat məbləğində faiz borcu və 21 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1.661 (min altı yüz altmış bir) manat 52 (əlli iki) qəpik məbləğində pulun tutulması, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 004R********** saylı kredit razılaşması üzrə 1.958,69 ABŞ dolları məbləğində kredit borcu, 402,12 ABŞ dolları məbləğində faiz borcu və 29 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 2.389 (iki min üç yüz səksən doqquz) ABŞ dolları 81 (səksən bir) ABŞ senti məbləğində (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) pulun tutulması qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tər əflərin iştirakı və izahatları Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin faiz borcu hissəsində ləğv olunmasına və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası məhkəməsi əsas borca görə faizlər hesablanarkən qanunvericiliyin tələblərini pozmuş, ekspertiza təyin etməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, işdə iştirak edən şəxslər hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. -386.1-ci maddəsinə görə ö hdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -500.1-ci maddəsinin tələblərinə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. -472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəs ində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməs i müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müə yyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə Mülki Məcəllənin 477.0.1-ci maddəsini tətbiq etməklə səhvə yol vermiş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanu nunun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair” 11 oktyabr 2019-cu il tarixli qərardadını nəzərə almamışdır. İş materiallarına əlavə edilən kredit müqavilələrindən göründüyü kimi iddiaçı bankla cavabdehlər arasında hüquq münasibətləri 31.05.2018-ci il tarixindən əvvəl yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında kredit xətti müqaviləsi və həmin kredit xətti müqavilə üzrə bağl anmış kredit razılaşmaları müvafiq olaraq 16.08.2010-cu il və 16.09.2015-ci il tarixlərində imzalanmışdır. Digər cavabdeh, yəni Cavabdeh2 Əbdülqasim oğlu ilə iddiaçı arasında zaminlik müqaviləsi 2010-cu ildə bağlanmışdır.Bununla yanaşı, istinad olunan müqavilələr üzrə iddiaçı iddia tələbi ilə 09.10.2019-cu il tarixində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, hazırkı iş Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olmamış, həmçinin iddiaçı ilə cavabdeh arasında münasibətlər Plenumun müvafiq Qərarların qüvvəyə minməsindən əvvəl yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbləri zamin qismində Cavabdeh2 münasibətdə də təmin edilməlidir. İşin hallarından görünür ki, kredit borclularının kredit müqavilələri üzrə müvafiq olaraq 1421,11 manat və 1958,68 ABŞ dolları olduğu müəyyənləşdirilən əsas borclarına münasibətdə iddiaçı bank müvafiq olaraq 210,44 manat və 290,04 ABŞ dolları cərimə hesablayıb tələb etmişdir və apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə həmin məbləğlərin əsas borclara mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Kassasiya kollegiyası kassatorun apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspertizanın təyin edilməməsi dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İş materiallarından göründüyü kimi ekspertizanın təyin edilməsinə zərurət olmamışdır. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən əsas borca görə faizlər hesablanarkən qanunvericiliyin tələblərinin nəzərə alınmadığını, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh faiz borcunun düzgün hesablanmamasına dair birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında mübahisələndirməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamal ı,apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 sentyabr 2020-ci il tarixli, 2(103)-6738/2020 saylı qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar