Məhkəmə qərarları › İş №2(102)-2587/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2587/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2587/2023 20.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-202/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə 20 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı ic raat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx xxx 1975-ci il tarixdə anadan olmaqla, Astara şəhəri, Qum küçəsi,86 nömrəli evdə yaşayır.

2. Cavabdeh1 və Cavabdeh2 Sücaət qızı tərəfindən imzalanmış yazılı qəbzə əsasən, Cavabdeh1 və Cavabdeh2 Sücaət qızı 2018-ci il tarixdə Astara şəhəri, Qum küçəsində yaşayan İddiaçı ayrı-ayrı vaxtlarda ümumilikdə 29500 manat məbləğində borc pul almışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 29500 manat verilmiş borcun və ödənilmiş 126 manat dövlət rüsumunun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılıb ki, onun cavabdehlər ilə yaxın münasibətləri olmuşdur. Onlar ayrı-ayrı vaxtlarda müxtəlif səbəblərə görə iddiaçıdan borc pul istəmişlər. Səbəb kimi isə faizə borc götürdüklərini və onu qaytarmaq istədiklərini bildirmişlər. Həm də 2018-ci ildə yeznəsi X1 həbs edildiyindən onu qurtarmaq üçün pul lazım olduğunu bildirmişlər. Cavabdehlər iddiaçının torpaqlarını satdığını və onda pul olduğunu bilirdilər. İddiaçı da etibar etdiyinə görə qaytarmaq şərtilə cavabdehlərə 29500 manat borc pul vermişdir. Hətta aralarındakı münasibətlər yaxşı olduğundan onlardan qəbz də almamışdır. Sonradan aradan müəyyən müddət keçdiyi üçün borcunun qaytarılmasını tələb etmişdir. Cavabdehlər iddiaçını şərəfi və ləyaqətini ləkələyən ifadələrlə təhqir etdikləri üçün o, “102” xidmətinə 22 aprel 2021-ci il tarixdə zəng et miş, onların hərəkətləri barədə məlumat vermişdir. Astara RPŞ-də şikayət araşdırılarkən cavabdehlər yaxınlaşaraq ondan xahiş etmişlər ki, borc pul barədə iddiaçıya qəbz verirlər və iddiaçı da şikayətini geri götürsün. İddiaçı razılaşmış, cavabdehlər də qəbz yazaraq ona vermişlər. Cavabdehlər borclarını könüllü qaytarmaq istəmədikləri üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehlərin vəkili və nümayəndəsi Vəkil1 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı cavabdehlərə qarşı məhkəmədə 2018-2019-cu il tarixlərdə iddia tələbləri qaldırmış, sonunculardan 6500 manat məbləğində və 7000 manat məbləğində pul tələb etmişdir. Hər iki tələb üzrə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmış və həmin qətnam ələr yuxarı instansiya məhkəmələrində dəyişdirilmədən saxlanılmışdır. Həmin mülki işlər yuxarı instansiya məhkəmələrində araşdırılarkən belə iddiaçı cavabdehlərdən 29500 manat məbləğində pulu tələb etməmişdir. Lakin sonradan iddiaçının cavabdehlərə şəxsi qərəzliyi yarandığından sonunculara qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və guya cavabdehlərin iddiaçıya 2018-ci il tarixdən 29500 manat məbləğində borcları olduğunu iddia etmişdir. İddia ərizəsinə əlavə edilən qeyd edilən qəbzlər cavabdehlər tərəfindən imzalanmamışdır. Həmçinin qeyd etmişdir ki, iddiaçı 2018-ci il tarixdə borc pulu cavabdehlərdən tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən iddiaçı məhkəmədə iddia qaldırılması üşün iddia müddətini ötürmüşdür. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2022-ci il tarixli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş 2(018)-271/2022 nömrəli mülki işin 6-cı və 7-ci vərəqələrində olan “Mən husejnova Nazilə Məçid qızı...” yazıları ilə başlayıb “... AZE 185309** AA ***8995” yazıları ilə qurtaran qəbzlərdəki “husejnova Nazilə Məçid q” yazıları önündəki imzalar Cavabdeh1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 2(018)-271/2022 nömrəli mülki işin 6-cı və 7-ci vərəqələrində olan “Mən husejnova Nazilə Məçid qızı...” yazıları ilə başlayıb “... AZE 185309** AA ***8995” yazıları ilə qurtaran qəbzlərdəki “husejnova Kulnur Suçaət q” yazıları önündəki imzalar Cavabdeh2 Sücaət qızı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 2(018)-271/2022 nömrəli mülki işin 6-cı və 7-ci vərəqələrində olan “Mən husejnova Nazilə Məçid qızı...” yazıları ilə başlayıb “... AZE 185309** AA ***8995” yazıları ilə qurtaran qəbzlərdəki yazılar Cavabdeh1 tərəfindən yox, Cavabdeh2 Sücaət qızı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4 avqust 2022-ci il tarixli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş mülki işin 6-7-ci vərəqlərində Cavabdeh1 və Cavabdeh2 Sücaət qızının adlarından olan borc qəbzlərində “husejnova Nazilə Məçid q.” sözlərinin qarşısındakı imzalar Cavabdeh1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 6-7-ci vərəqlərində Cavabdeh1 və Cavab deh2 Sücaət qızının adlarından olan borc qəbzlərində “husejnova Kulnur Suüaət q.” sözlərinin qarşısındakı imzalar Cavabdeh2 Sücaət qızı tərəfindən icra olunmuşdur.

8. Astara Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(018)-271/2022 nömrəli, 4 oktyabr 2022-ci il tаrixli qətnaməsi ilə (hakim Mübariz Məmmədov) iddiа təmin edilmişdir.

9. Məhkəmə toplanmış sübutlara, o cümlədən ekspert rəylərinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia əsaslıdır və təmin edilməlidir.

10. Cavabdehlərin vəkilinin iddia müddətinin ötürülməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, mülki iş üzrə iddiaçı tərəfindən imzalanmış iddia ərizəsi məhkəməyə 24 noyabr 2021-ci il tarixdə daxil olmuşdur. İddiaçı tələb etdiyi borc pulu cavabdehlərə 2018-ci il tarixdə verdiyini bildirmişdir. Göründüyü ki mi iddiaçı tərəfindən iddia qaldırılması üçün müddətin ötürülməsi halı təsdiq edilməmişdir.

11. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 442, 445.2, 739.1, 739.2, 740, 373.1, 373.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdehlər apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş ediblər.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi tamamilə əsassızdır. İddiaçı əvvəllər də dəfələrlə cavabdehlərə qarşı müxtəlif məzmunlu iddialarla məhkəməyə müraciət etmiş və demək olar ki, bütün hallarda iddiaları əsassız hesab edilərək təmin edilməmişdir. Belə ki, iddiaçı 31 yanvar 2018-ci ildə Astara Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh2 heç bir qanuni əsas olmadan əsa ssız varlanma nəticəsində 2014-2016-cı illərdə ondan aldıqları 6500 manat pul, borc aldıqları dövrdən hazırkı dövrə kimi həmin pulu özlərində saxlamaqla götürdükləri və ya götürməli olduqları gəlirlərin hesabına 3500 manat pul və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 10030 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 6 mart 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 6500 manat məbləğində borc pul və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6530 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdehlər apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin 8 avqust 2018-ci il tarixli qətnaməsi il ə apellyasiya şikayəti təmin edilmiş, Astara Rayon Məhkəməsinin sözügedən qətnaməsi ləğv edilmiş, həmin qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin 8 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən mülki işdə bütün məhkəmə instansiyalarının qəbul etdikləri aktlar 2018-ci ilə aid olsa da, həmin məhkəmə iclaslarının heç birində, o cümlədən iddiaçı tərəfindən verilmiş şikayətlərdə cavabdehlərin ondan həmin puldan əlavə olaraq 2018-ci ildə, yaxud ondan əvvəlki illərdə 29500 manat borc almaları barədə heç nə qeyd edilməmişdir. Təbii ki, əgər vermiş olsaydı, mütləq göstərərdi. Belə ki, onun hazırkı tə ləb etdiyi məbləğ o vaxt tələb etdiyi məbləğdən 4 dəfədən çox olan məbləğdir. Bundan başqa, iddiaçı Cavabdeh2 qarşı “verilmiş ərzaq məhsullarının pulunun geri qaytarılması tələbinə dair” iddia ilə 2019-cu ildə yenidən Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Astara Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Astara Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin mülki iş üzrə də hazırkı tələb olunan məbləğ barədə hər hansı bir qeyd edilməmişdir. Cavabdehlər ekspert rəyləri ilə razılaşmır və həmin rəylərin şübhəli olduğunu bildirirlər. Belə ki, ekspertlər həmin saxta qəbzlərdəki saxta imzaların cavabdehlər tərəf indən icra edildiyi barədə rəy vermişlər. Hazırda Cavabdeh2 məhkəmə iclasından sonra ona qarşı edilən haqsızlıqlarla əlaqədar intihara cəhd etməsi səbəbindən Astara Rayon Prokurorluğunda AR Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə araşdırma aparılır. Eləcə də, məhkəmə qətnaməsindən sonra digər Cavabdeh1 psixi durumu pisləşərək “psixi əlamətlərlə müşahidə olunan şizofreniyaya bənzər pozuntu” diaqnozu ilə Astara rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsində anonim müalicədədir. Cavabdeh tərəf hesab edir ki, iddiaçı ya özü tərəfindən, ya da başqa biri tərəfindən sözügedən qəbzləri yazdırmış və cavabdehlərin əvəzindən onların imzalarına uyğun imzalar çəkdirmişdir. Maraqlıdır ki, iddiaçı xəstəxanada xadimə işlədiyi halda haradan o qədər və əvvəlki iddialarda qaldırdığı məbləğləri heç bir qohu mluğu, yaxın münasibəti olmadığı halda tanımadığı şəxslərə borc olaraq vermişdir. O da maraqlıdır ki, iş materiallarının 6 və 7-ci vərəqlərində iki qəbz mövcuddur. İki eyni məzmunlu qəbzin yazılmasının hansı zərurətdən irəli gəlməsi müəyyən edilmir. Bundan başqa, həmin iki qəbzdəki cavabdehlərin adlarının qarşısındakı imzaların özü belə biri digərindən fərqlənir. Eləcə də, həmin qəbzlər əgər həqiqəti əks etdirirsə, hansı səbəbdən həmin qəbzlərdə alınan borcun, əgər alınmışsa, nə vaxt alınacağı və qaytarılacağı qeyd edilməmiş, həmçinin, qəbzdə tarix qoyulmamışdır. Bütün bunlar həmin qəbzlərin ikisinin də saxta olmasından xəbər verir. Cavabdeh tərəf özəl ekspertiza mərkəzində tədqiqat aparılması üçün vəsatət versə də, vəsatət təmin edilməmişdir. Bundan başqa, iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürülmüşdür. Məhkəmə cavabdeh tərəfin təqdim etdiyi sübutları qiymətləndirməmiş, iddiaçı tərəfin verdiyi saxta sübutları isə sübut kimi qəbul edərək sözügedən qətnaməni qəbul etmişdir. Ekspert rəyi məhkəmə üçün məcburi xarakter daşımadığı halda məhkəmə tamamilə şübhəli olmaqla həqiqəti özündə əks etdirməyən ekspert rəylərini əsas götürərək qətnamə qəbul etmişdir.

14. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(106)-202/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Samir Mayılov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Pərviz Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə kollegiyası, cavabdehlərin iddiaçıdan 2950 0 manat məbləğində borc almalarının və həmin borcu qaytarmamalarının tam təsdiq edildiyini, cavabdehlərin mövcud borcu etiraf edən qəbzləri imzaladıqlarını, iddia tələbi təmin edildiyindən məhkəmə xərclərinin cavabdehlərə aid edilməli olduğunu nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

16. Məhkəmə kollegiyası qeyd edilən hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını, eləcə də maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayaraq belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmamış, düzgün tətbiq etmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdehlər (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və yenidən araşdırılması üçün təkrar apellyasiya baxışın göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası mübahisəni hərtərəfli, tam və obyektiv tədqiq etməmiş və iş üzrə təqdim edilmiş dəlillərə heç bir qiymət verməmişdir. Belə ki, qətnamədə cavabdehlərə aid sübutlara hər hansı formada münasibət bildirilməmişdir. Məhkəmə kollegiyası s übutların araşdırılması və onlara düzgün hüquqi qiymət verilməsindən ibarət vəzifəsini lazimi qaydada icra etməmiş, bu isə qanunsuz və əsassız qətnamənin çıxarılmasına gətirib çıxarmışdır. Bu da öz növbəsində kassatorların hüquqlarının pozulmasına gətirib çıxaran qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

19. Məhkəmə kollegiyası işdə olan ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri qaydasında qiymətləndirməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Maddə 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təs diq etmək üçün verdiyi sənəddə göstərməlidir.

22. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

23. Maddə

380. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmi r. Mülki Prosessual Məcəllə

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

32. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt ə sas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

33. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalıdır.

34. İşin halları ilə müəyyən edilir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739.1-ci maddəsi təşkil edir.

35. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

36. Maddənin dispozitiv şərtlərindən göründüyü kimi bu müqavilə əsasında borcluya konkret məbləğdə pulun verilməsini sübut etmək öhdəliyini kreditor daşıyır.

37. İddiaçı cavabdehlərə 20.500 manat pulun borc verilməsini onunla əsaslandırır ki, cavabdehlər 29.500 manat pulun ondan borc almalarına dair yazılı qəbz veriblər və bu qəbz onların hər ikisi tərəfindən imzalanmışdır.

38. Məhkəmə tərəfindən keçirilmiş 16 may 2022-ci il və 23 iyun 2022-ci il tarixli ekspert rəyləri ilə iddiaçının təqdim etdiyi qəbzdəki imzaların Cavabdeh1 və Cavabdeh2 Sücaət qızı tərəfindən icra edildiyi müəyyən edilmişdir.

39. İşə baxan birinci instansiya məhkəməsi qeyd edilən ekspertiza rəylərinə istinad etməklə, bu nəticəyə gəlmi şdir ki, 20.500 manat pulun cavabdehlərə borc olaraq verilməsi sübuta yetirildiyindən və cavabdehlər həmin borcun iddiaçıya qaytarılmasını sübut edə bilmədiyindən iddia təmin edilməlidir.

40. Eyni əsasla apellyasiya instansiyası məhkəməsi cavabdehlərin verdiyi apellyasiya şikayətini təmin etməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır.

41. Mülki Prosessual Məcəllənin 103-cü maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən 29.500 manat pulun bo rc olaraq cavabdehlərə verilməsinə dair iddiaçının təqdim etdiyi qəbzə və həmin qəbzdəki imzalara münasibətdə verilmiş ekspert rəyinə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmədiyindən qəbul edilən qətnamə qanuni və əsaslı sayıla bilməz.

43. İşin halları ilə müəyyən edilir ki, iddia tələbinə qarşı etirazlarında, məhkəmə iclaslarında verdikləri izahatlarda, eyni zamanda, birinci instansiya məhkəməsinin qətnaməsindən verdikləri apellyasiya şikayətlərində cavabdehlər iddiaçıdan 2018-ci ildə 29.500 manat pul borc almadıqlarını və bunun, yəni 2018-ci ildə iddiaçıdan 29.500 manat pulun borc alınmasının işin hallarına uyğun olmadığını göstəriblər.

44. Belə ki, cavabdehlərin öz dəlilləri ilə bağlı iş materiallarına əlavə edilmiş sübutlarla təsdiq edilir ki, tər əflər arasında 2018-ci ilə qədər münaqişəli münasibət olmuşdur.

45. Hazırki iş üzrə icraatdan əvvəl, yəni 31 yanvar 2018-ci ildə iddiaçı X1 və hazırkı iş üzrə cavabdehlərə qarşı 6500 manat borc və 3500 manat əldən çıxmış fayda tələbinə dair iddia qaldırmış və qüvvədə olan Şirvan Apellyasiya Məhkəməsinin 8 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsinə dair Astara Rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın rədd edilməsi qət edilmişdir.

46. Bu icraatdan sonra 2019-cu ildə iddiaçı hazırkı iş üzrə cavabdehlərə qarşı 7000 manat pul tələbinə dair yenidən iddia qaldırıb. Bu iddia da Astara Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli qətnaməsi ilə rədd edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilm əyərək, Astara Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

47. Həmin işlərə baxılarkən iddiaçı 2018-ci ildə cavabdehlərə qarşı yenidən 29.500 manat pul verməsi və sonuncuların həmin pulu qaytarmaması barədə qeyd edilən iddia ərizələrində, o cümlədən, məhkəmə proseslərində hər hansı bir dəlil irəli sürməyib.

48. Beləliklə, iş materiallarından göründüyü kimi qəbzdə olan imzaların cavabdehlər tərəfindən icra edilməsi barədə ekspert rəyi digər sübutlarla uyğunluq təşkil etmir.

49. Belə ki, digər sübutlar nəzərə alınmadan ekspert rəyinin sübut kimi qəbul edilməsi onu ehtiva edir ki, 2018-ci ilə qədər verilmiş 6500 manat borcun tutulması barədə 31 yanvar 2018-ci ildə iddia qaldıran iddiaçı münaqişəli münasibətdə olduğu, eyni zamanda onun 6.500 manat məbləğində borcunu qaytarmaya n və qaytarmaqdan imtina edən şəxslərə 2018-ci ildə daha böyük məbləğdə borc vermişdir.

50. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, işə yeni apellyasiya baxışında baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi qəbzi, həmin qəbzə münasibətdə verilmiş ekspert rəyin Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq digər sübutlarla birlikdə qiymətləndirməklə məhkəmə aktı qəbul etməlidir.

51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan prosessual hüquq normalarının tələblərinə cavab ve rən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir.

52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-202/2023 saylı, 15 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar