Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2588/2020 02.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-2588/2020 xx xxxx 2020-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X2 və X3 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)2965/2019 saylı qətnaməsindən iddiaçı ASC “Xalq” Bankı və Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.H.Həsənov, iş № 2(033)-8/2019) iddiaçı ASC ”Xalq” Bankının Cavabdeh qarşı idd iası qismən təmin edilərək cavabdehdən xx xxxxxx 2010-cu il tarixli kredit müqaviləsinə əsasən xx xxxx 2019-cu il tarixə olan 135.222 manat məbləğində əsas kredit borcunun, 50070,08 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcun, xx xxxx 2019-cu il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 faiz dərəcəsi ilə hesablanmış 19.283,6 manat məbləğində penyanın, cəmi 204.575,68 manat məbləğində kredit borcunun, dövlət rüsumuna görə 30 manat alınaraq banka verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov, M.A.Əsədli və A.A.Mahmudov) cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək Zaqatala Rayon Məhkəməsinin x x xxxxxx 2019cu il tarixli qətnaməsi qismən-Cavabdeh xx xxxxxx 2010-cu il tarixli kredit müqaviləsinə əsasən xx xxxx 2019-cu il tarixə olan 135.222 manat əsas kredit borcunun və cəmi 204.575,68 manat kredit borcunun alınaraq ASC-yə ödənilməsi hissəsində ləğv edilmiş, əsas borcun, kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcun, vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış cərimə faizlərinin, əldən çıxmış faydanın, tələblərin faktiki təmin edilməsi tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərin, cərimə faizlərinin və çəkilmiş xərclərin ödənilməsi tələbinə dair iddiasının xx xxxx 2019-cu il tarixə olan 135.222 manat əsas kredit borcuna aid hissədə rədd edilməsi, cəmi borcun məbləğinin 69.353,68 manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissəd ə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: xx xxxxxx 2010-cu il tarixdə bankla Cavabdeh arasında kredit xətti müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən (xx xxxxxx 2010-cu il tarixli əlavə saziş nəzərə alınmaqla) 18 ay müddətinə illik istifadə dərəcəsi 20 faiz olmaqla 240.000 manat məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi X1 məxsus Qax rayonunun Qaşqaçay kəndində yerləşən 1 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Müqavilə öhdəlikləri lazımınca icra olunmadığından bank məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə borclu Cavabdeh kredit borcuna görə cəmi 353.587,72 manat tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi qət e dilmişdir. Qətnamənin icrası ilə əlaqədar ipoteka predmeti olan torpaq sahəsi hərraca çıxarılmış və son nəticədə banka satılmışdır. 2017-ci ilin aprel ayında bank yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx xxxx 2017-ci il tarixə bank qarşısında 135.222 manat məbləğində əsas borcunun yaranması, xx xxxxxx 2011-ci il tarixədək əsas borc məbləğinə illik 20 faiz hesablanmaqla ödənilməmiş 50.070,08 manat məbləğində adi faizlər üzrə borcun yaranmasını, xx xxxx 2017-ci il tarixədək əsas borc məbləğinə illik 15 faiz olmaqla 148.777,11 manat məbləğində peniyanın hesablanması, xx xxxxxx 2011-ci il tarixdən xx xxxx 2017-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 20 faiz dərəcəsi ilə hesablanmış 198.369,96 manat məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 527.969,32 manat məbləğində pul vəsaitinin xx xxxx 2017-ci tarixdən başlayaraq iddia tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20 faiz dərəcəsi ilə hesablanmış faizlər formasında əldən çıxmış faydanın əvəzi və illik 15 faiz dərəcəsi ilə hesablanmış penyanın Cavabdeh bankın xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətlərinin dəlilləri: Bank kasasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda Cavabdeh kasasiya şikayəti verərək işə maddi və prosessual hü quq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili, həmçinin cavabdehin vəkili verdikləri kasasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayətləri təmin olunmalı, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Müəyyən olunduğu kimi bankla Cavabdeh arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli kredit xətti müqaviləsi çərçivəsində bank tərəfindən Cavabdeh 240.000 manat məbləğində kredit verilmiş, sonuncu kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra edə bilmədiyi üçün Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh əsas kredit borcuna görə 176.660 manat, faiz borcuna görə 166.927,72 manat, cəriməyə görə 10.000 manat, cəmi 353.587,72 manat tutulmuş və tutma ipoteka predmeti olan 65.000 manat məbləğində qiymətləndirilmiş torpaq sahəsinə yönəldilmişdir. Həmin qətnamənin icrası ilə əlaqədar ipoteka predmeti olan torpaq sahəsi 41.438 manata banka verilmişdir. Göstərilən qətnamə ilə cavabdehdə n əsas borca görə 176.660 manat tutulmasına baxmayaraq, bank cavabdehdən 2017-ci ildə əsas borca görə cavabdehdən 135.222 manat tələb etmiş və eyni zamanda həmin borc məbləğinə faizlər hesablanmışdır. Beləliklə, bank tərəfindən əsas kredit borcu barədə iki dəfə tələb irəli sürülmüşdür. Apelyasiya instansiyası məhkəməsi əsas kredit borcuna (135.222 manat) aid hissədə iddianı əsassız sayaraq rədd etmiş, cəmi borcun məbləğini isə 69.353,68 manat məbləğində müəyyən etmişdir. Kollegiya hesab edir ki, 135.222 manat borcunun tələb olunmasına dair tələbin qanunsuz olması barədə apelyasiya instansiyası məhkəməsi faktiki olaraq düzgün nəticəyə gəlsə də, belə vəziyyətdə həmin hissədə iş üzrə icraata xitam verilməsi imkanı müzakirə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə gör ə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Əsas kredit borcunun tutulması ilə əlaqədar Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi olduğu üçün, belə vəziyyətdə MPM-nin yuxarıda göstərilən normasının tələbinə müvafiq olaraq həmin hissədə iş üzrə icraata xitam verilməklə mübahisə həll oluna bilərdi. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən borcun məbləği 69.353,68 manat müəyyən olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi bu barədə olan nəticəsini iş materiallarına və sübutlara istinad etməklə əsaslandırmadığından kollegiyanın həmin nəticəsi də əsaslı sayıla bilməz. İşdən görünür ki, birinci instansiya məhkəməsi əsas kredit borcundan (135.222) əlavə Cavabdeh adi faizlərə görə 50.070,08 manat, kreditin ödənilməsinin gecikdirilməsinə görə 19.283,6 manat tutmuşdur. Apelyasiya instansiyası məhkəməsi qətnaməni həmin hissədə dəyişdirilmədən saxlayarkən nəticəsini əsaslandırmamış, qətnamənin həmin hissədə qanuniliyinə qiymət verməmişdir. Vaxtı keçmiş borca illik 15 faiz dərəcəsinin hansı norma əsasında tətbiq olunması məhkəmə tərəfindən əsaslandırılmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qə rarına görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4№-li qərarının 1-ci bəndinə görə məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası tə min olunmalıdır. Həmin qərarın 2.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığından ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayətləri təmin edilsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2588/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2588/2020
02.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver