Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2588/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 Əhmədovna, Cavabdeh5, Cavabdeh6, X2, Cavabdeh8 və Cavabdeh9 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-843/2023 nömrəli, 3 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icra at qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 15 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən borc alan Cavabdeh1 48 ay müddətinə, kreditdən istifadəyə görə illik 16 faiz ödənilməsi şərtilə, 70.000 ABŞ dolları kredit verilib.
3. Sözügedən kredit müqaviləsi üzrə borc alan Cavabdeh1 öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə Cavabdeh2 arasında sonuncunun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən 1 “a” binanın 4 otaqlı, ümumi sahəsi 75,15 kv.metr olan 114 saylı mənzilinin iddiaçının xeyrinə ipoteka qoyulmasına dair 15 aprel 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən ipoteka qoyan Cavabdeh2 öz mülkiyyətində olan və müqavilənin 3.1-ci bəndində göstərilən mənzili iddiaçı ilə borc alan Cavabdeh1 arasında 15 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə borc alan Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək üçün iddiaçı qarşısında ipoteka ilə yüklü edib. 4. 16 aprel 2015-ci il tarixli Çıxarışa əsasən, Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 1 “a” saylı evin 114 saylı mənzili iddiaçının xeyrinə 48 ay müddətinə ipoteka ilə yüklü edilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı ASC Cavabdeh1 və digərlərinə qarşı “kredit müqaviləsi üzrə “əsas borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilm əsi” barədə iddia ilə məhkəməyə müraciət edərək, 15 aprel 2015-ci il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən 1”a” saylı evin 4 otaqlı, ümumi sahəsi 75,15 kv.metr olan 114 saylı mənzilinə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və 15 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə borc alan Cavabdeh1 iddiaçı qarşısında 37.800 ABŞ dolları məbləğində əsas, 3.951,61 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcun və 15 aprel 2019-cu ildən 01 may 2019-cu il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanmış 84 ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın), cəmi 41.835,61 ABŞ dollarının tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti satıldıqdan sonra orada yaşayan Cavabdeh2, Orcxan Yusubov, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2, Cavabdeh9, Cavabdeh8, onların ailə üzvləri və digər şəxslərin mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********26515 №-li Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən borc alana 48 ay müddətinə, kreditdən istifadəyə görə illik 16 % ödənilməsi şərtilə, 70 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təm in etmək məqsədilə iddiaçı ASC İddiaçıı ilə Cavabdeh2 arasında sonuncunun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən 1a №-li, 9 mərtəbəli binanın 3-cü mərtəbəsində 75,15 m2 ümumi, 48,05 m2 yaşayış, 27,1 m2 yardımçı sahədən ibarət, 4 otaqlı 114 №-li mənzilinin ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli **********26515/ip №-li ipoteka müqaviləsi bağlanmışdır. Bankın yuxarıda qeyd edilən ipoteka predmetinə ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC İddiaçıına AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2015-ci il tarixli RX seriyalı ******* №-li çıxarış verilmişdir. Kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 №-li Ə lavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən Borc alan Cavabdeh1 əsas borc məbləğini kreditin verildiyi müddətin ilk 6 aylıq güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq hər ay banka qaytarmağı, kredit üzrə faktiki istifadə edilmiş məbləğə hesablanmış faizləri isə kreditin verildiyi təqvim ayından etibarən hər ay ödəməyi öhdəsinə götürsə də, bu öhdəliklərini kobud şəkildə pozmuş, bu günə qədər kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Kredit müqaviləsi üzrə borc alan Cavabdeh1 tərəfindən üzərinə götürdüyü öhdəliklər kobud şəkildə pozulduğuna görə oddiaçının öz tələblərini «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 34- cü maddəsinə əsasən i poteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq Cavabdeh2 ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında xx.xx.2017-ci il tarixli 122 №-li bildiriş verilmiş və iddiaçı qarşısında yaranmış borcun ipoteka qoyulmuş əmlak hesabına ödənilməsi üçün ipoteka predmetinin 30 gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə xx.xx.2017-ci il tarixli 126 №-li Ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət edilmiş və həmin İdarə tərəfindən Banka bildirişin qeydə alınması barədə **********74 №-li m əktubla məlumat verilmişdir. İddiaçı tərəfindən Cavabdeh2 ipoteka predmetinin satılması və iddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır. Bank kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə (iddia ərizəsinin məhkəməyə verildiyi tarixə) kimi əldən çıxmış faydanın hesablanmasında 5 faiz dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edir və müvafiq hesablanma aparıldıqdan sonra həmin dövr üçün müvafiq məbləğ 84 ABŞ dolları təşkil edir. Bundan başqa cavabdeh kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % faiz dərəcəsi ilə penya da (cəmi 34 %) ödəməlidir. Məhkəmə hazırki iş üzrə iddia tələblərinin təmin edilməsi haqqında qətnaməni qəbul etdiyi təqdirdə həmin qətnamədə Kredit müqaviləsi üzrə iddiaçının (Kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmeti olan mənzilə tutmanın yönəldilməsi ilə yanaşı, mənzilin satışından sonra həmin mənzildə yaşayan ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin 1 ay ərzində mənzildən çıxmadığı halda onların məcburi qaydada çıxarılmalı olduğunu göstərməlidir. İpoteka predmeti olan fərdi yaşayış evində cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 yaşaması faktı Sabunçu rayon İcra Hakimiyyəti Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 47 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 41 saylı arayış ilə Cavabdeh9 yaşaması faktı isə ASC ”Xalq” Bankının əməkdaşalarının keçirdiyi monitorinq ilə təsdiq olunur.
7. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X4 iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, iddia ərizəsinin tələb hissəsinin 1-ci bəndinə əsasən xx.xx.2015-ci il tarixli **********26515/ip №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən 1a №-li, 9 mərtəbəli binanın 3-cü mərtəbəsində mülkiyyətində olan 75,15 m2 ümumi, 48,05 m2 yaşayış, 27,1 m2 yardımçı sahədən ibarət, 4 otaqlı 114 №li mənzilinə tutma yönəldilsin, mənzil açıq hərracda satılması və xx.xx.2015-ci il tarixli ***** *****26515 №-li Kredit müqaviləsi üzrə Borc alan Cavabdeh1 iddiaçı ASC İddiaçıı qarşısında 37 800 (otuz yeddi min səkkiz yüz) ABŞ dolları məbləğində əsas borc, 3 951,63 (üç min doqquz yüz əlli bir ABŞ dolları 63 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin və xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 4 137 (dörd min bir yüz otuz yeddi ABŞ dolları) ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, cəmi 45 888,63 (qırx beş min səkkiz yüz səksən səkkiz ABŞ dolları 63 sent) ABŞ dolları və xx.xx.2021-ci il tarixindən başlayaraq İddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə i llik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 12 (on iki) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə Ekspertiza Mərkəzinin 24 dekabr 2019-cu il tarixli ekspert rəyinə əsasən, borclu Cavabdeh1 01 may 2019-cu il tarixə iddiaçıya əsas borcu 34.398,29 ABŞ dolları, faiz borcu 3.885,72 ABŞ dolları təşkil edir.
9. Həmçinin, Məhkəmə Ekspertiza Mərkəzinin 11 yanvar 2021-ci il tarixli ekspert rəyinə görə, borclu Cavabdeh1 15 aprel 2019-cu il tarixə iddiaçıya olan əsas borcu 37. 800 ABŞ dolları, faiz borcu 3.938,89 ABŞ dolları və 15 aprel 2019-cu ildən 01 may 2019-cu il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcu 84 ABŞ dolları təşkil edir.
10. Eyni zamanda, “X3 Mərkəzi” MMC-nin 27 may 2021-ci il tarixli rəyinə görə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 1 “a” saylı evin 114 saylı mənzilinin bazar bazar dəyəri 119.400 manat, likvid dəyəri isə 103.000 manat təşkil edir.
11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-148/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia qismən təmin edilərək, borclu Cavabdeh1la İddiaçı ASC arasında bağlanmış 15 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 ödəniş günü milli manata məzənnədə 37.800 ABŞ dolları əsas, müqavilənin bitdiyi müddətə 3.938,89 ABŞ dolları faiz borcu, 4.137 ABŞ dolları müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu olmaqla, cəmi 45.875,879 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 1 “a” saylı evin 114 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 1 “a” saylı evin 114 saylı mənzilinin ilkin satış qiymətinin 103.000 manat müəyyən edilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh2 qaytarılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 iddiaçının xeyrinə tutulması və qalan hissədə iddianın rədd olunması qət edilib.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, Cavabdeh1la iddiaçı arasında kredit müqaviləsi bağlanıb. Lakin, Cavabdeh1 sözügedən kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranıb. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi (əsas kredit borcu, faiz və cərimə borcu) icra etməlidir. Məhkəmə qeyd olunan əsas və faiz məbləğlərini müəyyən edərkən, ekspert rəyini nəzərə alıb, lakin iddia tələbinin artırılması ərizəsində göstərilmiş 23 iyun 2021-ci il tarixdən başlayaraq faiz hesablanması tələb inə qiymət verərək hesab etmişdir ki, iddia həmin hissədə əsaslı deyil. Belə ki, məhkəmə tərəfindən tutulan məbləğlər dəqiq hesablanmaqla məhkəmə qətnaməsində göstərilməlidir. Bu səbəbdən də, illik beş faiz olmaqla hesablanan faiz məbləği məhkəmə qətnaməsinin çıxarıldığı günədək müəyyən edilir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün həmin müqavilə üzrə yaranan borc məbləğinin ödənilməsi üzrə tutma bağlanmış ipoteka müqaviləsinə uyğun olaraq ipoteka predmeti olan mənzilə yönəldilməli, mənzilin satışından əldə olunacaq pul vəsaiti cavabdehin iddiaçıya olan kredit borcunun ödənilməsinə yönəldilməli, ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, cavabdeh çatışmayan məbləği ip oteka saxlayana ödəməlidir. Satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıq olarsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. İpoteka qoyulmuş mənzilin satılmaması, münasibətlərə yeni mülkiyyətçinin daxil olmaması, sabiq mülkiyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtina etməsi halının baş verməməsi, mülkiyyətçi olmayan kreditorun baş verməməsi və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından, həmin hissədə iddia təmin edilə bilməz. Bu baxımdan, ipoteka qoyan mülkiyyətçinin hüquqlarına xitam vermədən onun mənzildən çıxarılmasını tələb etməsi, Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutul muş mülkiyyət hüququnun pozuntusu kimi qəbul edilməlidir.
13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 269.1, 279, 295, 739.1, 319.1, 319.6, 439.1, 442, 445.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Cavabdeh1 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə dəyişiklik edilərək, qətnamənin faiz borcunun tutulması və ipoteka predmeti olan mənzilin likvid dəyərinin müəyyən edilməsi hissədə ləğv edilib, həmin hissədə təkrar məhkəmə-mühasibatlıq və məhkəmə-qiymətləndirici ekspertizalarının nəticələrinə uyğun yeni qətnamə qəbul edilməsini xahiş edib.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1334/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev sədrlik edən, məruzəçi, Xumar Mərdanova və Elnur Həsənov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Cavabdeh1 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4835/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Əhməd Əhmədov sədrlik edən, məruzəçi, Vüqar Həsənov və İspəndiyar Şəfiyev) kassasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
18. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini, habelə apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 15 manat cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-843/2023 saylı, 3 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov sədrlik edən, məruzəçi, İkram Şirinov və Günay Axundova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan mənzilin boşaldılması barədə tələbin rədd ed ilməsi hissəsində ləğv edilmiş, həmin tələb təmin edilmiş, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev № 1A-da yerləşən 114 №-li mənzilə tutma yönəldildikdə və o, satıldıqdan sonra Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 Əhmədovna, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 mənzili ən geci 1 ay ərzində tərk etməkləri, həmin şəxslər göstərilən müddətdə mənzildən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, onların mənzildən və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılmaları, birinci instansiya məhkəməsinin qətnaməsi müqavilə müddəti üçün 3.938,89 sent faiz borcunun tutulmasına aid hissədə dəyişdirilməsi, faiz borcu kimi 3. 938,89 (üç min doqquz yüz otuz səkkiz tam yüzdə səkdən doqquz) ABŞ dolları tutulması, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və sənədlərin notariat qaydasında təsdiqi üçün çəkilmiş xərcin əvəzinin tutulması hissəsində dəyişdirilməsi, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiqi üçün çəkilmiş xərcin əvəzi kimi 12 (on iki) manat Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə tutulması, qətnamənin qalan mübahisələndirilən hissədə dyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 15 (on beş) manat Cavabdeh1 "xxxx" ASC-n in xeyrinə tutulması qət edilmişdir.
20. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, mübahisələndirilən 1-ci hissə borcun məbləğinə aid olan hissədir. Qətnamədə müqavilə müddəti üçün faiz borcu kimi 3.938,89 sent tutulması qət edilib. Bu rəqəm iddiçının tələb etdiyi məbləğdən azdır. Belə ki, o, 3.951,63 ABŞ dolları tələb etmişdi. Ona görə də iddiaçı apellyasiya şikayətində qətnamənin həmin hissəsini mübahisələndirib, tələbin tam təmin edilməsini xahiş edib. Müəyyən olunur ki, məbləğ düzgün müəyyən edilib. Həmin məbləğ təkrar ekspertizanın rəyində müəyyən edilən məbləğdir. Lakin qətnamdə məbləğ rəqəmlər ilə qeyd edildikdən sonra “dollar” əvəzinə “sent” yazılıb. Bu yanlışlıqdır. Qətnamədəki ümumi borcun məbləği də faizin məbləğindən sonra yazılan “sent” ifadəsinin yanlış olduğun u təsdiq edir. Yanlışlığın mübahisənin mahiyyətinə aidiyyəti yoxdur. Odur ki, qətnamənin faiz borcuna aid olan hissəsi bundan əvvəl apellyasiya məhkəməsi, daha sonra kassasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılsa da həmin yanlışlıq düzəldilməlidir, yəni qətnamə “sent” ifadəsinə aid hissədə dəyişdirilərək həmin ifadə “dollar” ilə əvəz edilməlidir.
21. Mübahisələndirilən 2-ci hissə mənzilin boşaldılması barədə tələbin rədd edilməsinə aid olan hissədir. Birinci instansiya məhkəməsi bu tələbi ona görə rədd edib ki, mənzilin boşaldılması üçün əvvəlcə mənzil satılmalı, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi daxil olmalı, mənzil açıq hərracda satıldıqdan sonra 1 ay ərzində könüllü boşaldılmadığı təqdirdə yeni mülkiyyətçi mənzildən məcburi qay dada çıxarılma barədə iddia tələbi ilə məhkəməyə müraciət etməlidir. Məhkəmə hesab etmişdir ki, bu mövqe yalnışdır. Mənzildən çıxarılmanın əsası “tutmanın yönəldilməsi barədə icra sənədi” kimi göstərilmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməli və tələb təmin olunmalıdır.
22. Mübahisələndirilən 3-cü hissə ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun qaytarılmasına aid hissədir. Belə ki, iddia ərizəsində həmin rüsumun əvəzi kimi 30 manatın tutulması tələb olunub, qətnamə ilə 12 manatın tutulması qət olunub, habelə 12 rəqəmindən sonra sözlə “on” yazılıb. İddiaçı 12 manatın sənədlərin notariat qaydasında təsdiqi üçün çəkilmiş xərcin əvəzi kimi tutulmasını tələb etsə də, qətnamədə onun ipote ka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi tutulması qət edilib. İpoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alıması üçün ödənilmiş dövlət rüsumunun məbləği 30 manatdır. İddiaçı bildirişin qeydə alıması üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat tutulmasını tələb etsə də, qətnamədə bu məsələ həll edilməyib. Məhkəmə hesab etmişdir ki, qətnamə həmin hissədə dəyişdirilməli, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, sənədlərin notariat qaydasında təsdiqi üçün çəkilmiş xərcin əvəzi kimi 12 manat Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır.
23. Məhkəmə mövqeyini Mülki Məcəllənin 425, 427, 439, 739, “İpoteka haqqında” Qanunun 59.3, 59.4, Mülki Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh (vəkil Cavabdeh1) kassasiya şikayəti verərək cavabdehlərin ipotekaya qoyulmuş mənzildən çıxarılmaları hissədə ləğv edilməsini, "xxxx" ASC-nin xeyrinə cavabdehin tərəfindən 17 noyabr 2022-ci il tarixdə 23.000 ABŞ dolları, 29 noyabr 2022-ci il tarixdə 10.000 ABŞ dolları və 30 dekabr 2022-ci il tarixdə 9.546 ABŞ dolları, cəmi isə 42.546 (qırx iki min beş yüz qırx altı) ABŞ dolları məbləğində ödənilmiş pul vəsaitinin nəzərə alınmaqla qalıq əsas və faiz borcun məbləğini əks etdirən qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düz gün nəticəyə gələrək qeyd etmişdir ki, Cavabdeh2 məxsus ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən 114 saylı mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş veribverməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından həmin hissədə iddia təmin edilə bilməz. Lakin apellyasiya kollegiyası qeyd olunan bu qanun normasını düzgün tətbiq etməmiş və yanlış nəticəyə gəlmişdir. Halbuki, ipoteka qoyan mülkiyyətçinin hüquqlarına xitam verilmədən onun mənzildən çıxarılması Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnun pozuntusu kimi qəbul edilməlidir.
26. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılandan sonra iddiaçı banka 42.546 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsinə baxmayaraq, Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qətnaməsinin əsas və faiz borcun tutulması hissədə dəyişdirmədən saxlamış, bununla da cavabdehdən gələcəkdə 42.546 ABŞ dolları məbləğində pul vəsaitinin iki dəfə alınmasına faktiki olaraq şərait yaratmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
28. Maddə
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu dig ər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
29. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunu:
30. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
31. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ip oteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə MPM-nin 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində göstərilən dəlillər və şikayətin həddi ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzi mləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Məhkəmə tərkibi qeyd edir ki, mənzilin boşaldılması barədə tələbin həllinə aid hissədə apellyasiya məhkəməsinin qənaəti maddi və prosessual hüquq normalarına uyğun olmuşdur. Belə ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və Cavabdeh1 qeyd olunan dəlilinə qanunvericiliyə uyğun qaydada hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandır ılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
41. Kassatorun “birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılandan sonra iddiaçı banka 42.546 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsi” barədə dəlili ilə bağlı qeyd edilməlidir ki, məhkəmə aktı çıxarıldıqdan sonra borcun ödənmiş hissəsinin icra icraatında nəzərə alınması istisna olunmur.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
43. Ona görə də kassasiya şi kayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-843/2023 nömrəli iş üzrə 3 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.