Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-259/2020 13.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Vəkil oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 10 oktyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor "İddiaçı" ASC borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilmə si" barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, borcalan Cavabdeh1 ilə arasında 26 yanvar 2015-ci il tarixdə bağlanmış 15035-/163269 saylı kredit müqaviləsi üzrə yaranmış 12415.07 ABŞ dolları əsas borc, 1447.72 ABŞ dolları faiz borcu, 1241.51 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 15104.30 ABŞ dolları məbləğində borcun borclulardan tutularaq xeyrinə ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizə üzrə Rayon Məhkəməsi tərəfindən 13 avqust 2015-ci il tarixdə 2(036)3257/2015 saylı məhkəmə əmri verilmişdir. Əmrdən borclu Cavabdeh2 etiraz vermiş və Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilərək, işin baxılması iddia icraatına keçirilmişdir. Rayon Məhkəməsinin 2(036)-102/2019 saylı 16 yanvar 20 19-cu il tarixli qətnaməsi ilə iddiaçı "İddiaçı"ASC-nin iddiası təmin olunaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 12415.07 ABŞ dolları əsas borc, 1447.72 ABŞ dolları faiz borcu, 1241.51 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 15104.30 ABŞ dolları məbləğində borcun tutularaq "İddiaçı"ASC-nə ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2019-cu il tarixli 2(106)-2253/2019 saylı qətnaməsi (sədrlik edən və məruzəçi T.Kərimov, hakimlər T.Heydərov və F.Abbasov) ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilərək Rayon Məhkəməsinin 2(036)-102/2019 saylı 16 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair iddiasının rədd edilməsi qət edi lmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı ASC və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, Şirvan Apellyasiya Məhkəməsinin işə baxmış mülki kollegiyası iş üzrə düzgün araşdırma aparmadığından və qeyri-obyektiv nəticəyə gəldiyindən, maddi hüquq normaları səhv tətbiq və təfsir olunduğundan və tətbiq olunmalı norma tətbiq olunmadığından qətnamə ləğv olunmalıdır. Ona görə də Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2019-cu il tarixli 2(106)-2253/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili X7 Apellyasiya Məhkəməsinin MK-nın 10 oktyabr 2019-cu il tarixli qətnaməsindən verdiklə ri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 10 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı ma ddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdı rılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının MPM-nin 82.4-cü maddəsinə istinadən iş materialları üzrə gəldiyi nəticədən görünür ki, hazırki mübahisə üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)171/2019 saylı 24 iyul 2019-cu il tarixli qərarı preyudisial xarakter daşıdığından, həmin qərarla Cavabdeh1 adına 26 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 12700 ABŞ dollarının kredit kimi götürüldüyü rəsmiləşdirməklə "İddiaçı"ASC-nin filialının müdiri və digər şəxslər tərəfindən mənim sənildiyi sübuta yetirildiyindən, həmin kredit üzrə bankın mülki iddiası təmin olunaraq zərər kimi məhkum edilmiş şəxslərdən tutulması hökm edildiyindən iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin tam araşdırılmış həqiqi hallarına, eləcə də mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmamaqla, həmçinin tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, iddiaçı "İddiaçı"ASC-nin filialı ilə müdir X3 şəxsində və borc alan Cavabdeh1 arasında 26 yanvar 2015-ci il tarixdə bağlanmış 15035-/163269 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borc alana 24 ay müddətinə, illik 24% olmaqla 12700 ABŞ dolları məbləğində kredit verilməsi, borc alan tərəfindən isə kreditin müqavilədə nəzərdə tutulan qaydada qaytarılması müqavilənin predmetini təşkil etmişdir. Həmçinin işin materiallarından görünür ki, "İddiaçı"ASC-nin filialının direktoru vəzifəsində işləmiş X3 və digərlərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirləndirilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)-231/2018 saylı 15 noyabr 2018-ci il tarixli hökmü ilə sonuncu həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək tanışı X14 ilə əlbir olub cinayət əlaqəsinə girərək, "İddiaçı"ASC-nin ona etibar olunmuş külli miqdarda əmlakını vahid qəsdlə mənimsəmə və israf etmə yolu ilə tala ma məqsədilə, aralarında olan cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq ayrılacaq kreditlərin Xla şəxsi məqsədləri üçün, yəni sonuncu ilə mobil telefonların alqı-satqısını həyata keçirərək gəliri aralarında bölüşdürəcəklərinə dair razılaşmaqla, Xun köməkliyi ilə, yəni onun banka gətirdiyi ayrı-ayrı şəxslərin, o cümlədən hazırki iş üzrə Cavabdeh1 adına 26 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 12700 ABŞ dollarının kredit kimi götürüldüyünü rəsmiləşdirməklə, müvafiq kredit və girov müqavilələri, xəzinə məxaric orderləri, ərizələr, kredit sifarişləri, ödəniş cədvəlləri və digər sənədləri hazırlayaraq, ümumilikdə 53 nəfər fiziki şəxsin adına olan 56 ədəd kredit qovluğu üzrə filialın xəzinəsindən məxaric edilmiş cəmi 454365.85 manat pul vəsaitini adlarına kredit rəsmiləşdirilmiş şəxslərdən alıb Xla aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə "İddiaçı"ASC-nin ona etibar olunmuş xeyli və külli miqdarda əmlakını mənimsəmə və israf etmə yolu ilə talamışlar. Hökmlə təqsirləndirilən şəxslər cinayət əməllərinin törədilməsində təqsirli bilinərək müxtəlif cəzalara məhkum edilmişlər, həmçinin "İddiaçı"ASC-nin mülki iddiası təmin olunaraq təqsirləndirilən şəxslər X2 165268 manat, X4 99824.3 manat, X5 13410 manat və X8 29434 manat alınaraq mülki iddiaçı "İddiaçı"ASC-nə ödənilməsi hökm edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)171/2019 saylı 24 iyul 2019-cu il tarixli qərarından çıxarışdan görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı X tərəfindən apelyasiya protesti, zərərçəkmi ş hüquqi şəxs "İddiaçı"ASC-nin İdarə heyətinin sədri S, məhkum edilmiş şəxslər X2 və X tərəfindən ayrı-ayrılıqda veriliş apelıyasiya şikayətinə baxılmış, məhkum edilmiş şəxs X2 və X tərəfindən verimiş apelyasiya şikayəti təmin edilməmiş, hökm apelyasiya protesti və zərərçəkmiş şəxsin apelyasiya şikayətinə əsasən məhkum olunmuş şəxslər X14 və X10 münasibətdə dəyişdirilərək X6 CM-nin 62-ci maddəsi tətbiq edilməklə CM-nin 179.3.2-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, X10 CM-nin 308.1-ci maddəsi ilə qazancından 15% dövlət nəfinə tutulmaqla 01 il islah işləri cəzası təyin olunmuş, X15 təyin olunmuş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)-231/2018 №-li, 15 noyabr 2018-ci il hökmü apelyasiya protesti və apelyasiya şikayətlərinə əsasən qalan hissədə və məhk um olunmuş şəxslər X11, X16, X17, X18, X12 və X13 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin materiallarından görünür ki, iddiaçının tələbinə əsasən 26 yanvar 2015-ci il tarixdə bağlanmış 15035-/163269 saylı kredit müqaviləsinə əsasən bankın filialı tərəfindən borc alan Cavabdeh1 24 ay müddətinə, illik 24% olmaqla 12700 ABŞ dolları məbləğində kredit verilmiş, həmin müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə bankla Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. Borc alan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri dəfələrlə etmiş olduqları xəbərdarlıqlara baxmayaraq, yerinə yetirməmişdir. Buna görə də iddiaçı borcalan Cavabdeh1 ilə arasında 26 yanvar 2015-ci il tarixdə bağlanmış 15035-/163269 saylı kredit müqaviləsi üzrə yaranmış 1241 5.07 ABŞ dolları əsas borc, 1447.72 ABŞ dolları faiz borcu, 1241.51 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 15104.30 ABŞ dolları məbləğində borcun borclulardan tutularaq xeyrinə ödənilməsini mübahisələndirmişdir. Cavabdeh isə iddiaya etirazın əsası kimi bankın məsul işçilərinin kredit müqaviləsini onun adına rəsmiləşdirərək, pulu mənimsəmələrinə, həmin puldan xəbəri olmamasına, ona pul verilməməsinə, bankın rəhbər işçilərinin Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli hökmü ilə cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilmələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən hazırki mübahisə üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasın ın 1(106)171/2019 saylı 24 iyul 2019-cu il tarixli qərarının preyudisial xarakter daşımasına istinad edərkən "İddiaçı"ASC-nin filialının direktoru vəzifəsində işləmiş X3 və digərlərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirləndirilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)-231/2018 saylı 15 noyabr 2018-ci il tarixli hökmünün və Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)171/2019 saylı 24 iyul 2019-cu il tarixli qərarının tam məzmunlu surətlərini əldə etməyərək onların məzmunu ilə tam tanış olmadan apellyasiya instansiyası məhkəməsinin qərarı ilə Cavabdeh1 adına 26 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 12700 ABŞ dollarının kredit kimi götürüldüyü rəs miləşdirməklə "İddiaçı"ASC-nin filialının müdiri və digər şəxslər tərəfindən mənimsənildiyi sübuta yetirilməsinə istinad etmişdir. Halbuki, qeyd edilən qərarlardan göründüyü kimi, təqsirləndirilən şəxs "İddiaçı"ASC-nin filialının direktoru vəzifəsində işləmiş X1 oğlunun adına 26 yanvar 2015ci il tarixli kredit müqaviləsi üzrə 12700 ABŞ dollarının kredit kimi götürüldüyünü rəsmiləşdirməklə müvafiq kredit və giorov müqavilələri, xəzinə məxaric orderləri, ərizələr, kredit sifarişləri, ödəniş cədvəlləri və digər sənədləri hazırlayaraq, ümumilikdə 53 nəfər fiziki şəxsin adına olan 56 ədəd kredit qovluğu üzrə filialın xəzinəsindən məxaric edilmiş cəmi 454365.85 manat pul vəsaitini adlarına kredit rəsmiləşdirilmiş şəxslərdən alıb Xla aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə "İddiaçı"ASC -nin ona etibar olunmuş xeyli və külli miqdarda əmlakını mənimsəmə və israf etmə yolu ilə talamışlar. Yəni, məzmundan görünür ki, X1 oğlunun adına 26 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 12700 ABŞ dollarının kredit kimi götürdükdən sonra həmin məbləğ ondan alınaraq Xla aralarında bölünmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin iş üzrə yalnız Cavabdeh1 zərərçəkmiş şəxs kimi tanınmasına, digər cavabdehlərin isə belə statusa malik olmamasına, eləcə də, sonuncuların ümumiyyətlə apellyasiya şikayəti ilə müraciət etməməsinə, qeyd edilən məhkəmə qərarlarında Cavabdeh1 24 ay müddətinə, illik 24% olmaqla 12700 ABŞ dolları məbləğində kredit verilməsinə dair müqaviləyə, həmin müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə bankl a Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış zaminlik müqavilələrinin qanuniliyinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1 və 390.5-cı maddələrinin tələbləri baxımından, eləcə də, Cavabdeh1 12700 ABŞ dolları məbləğində kredit məbləğinin onun tərəfindən kassa məxsaric orderinə imza etməklə alınıb-alınmamasına hüquqi qiymət verilməmişdir. Kassasiya şikayətinin əsas dəlillərindən görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)-231/2018 saylı 15 noyabr 2018-ci il tarixli hökmü və Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)171/2019 saylı 24 iyul 2019-cu il tarixli qərarı ilə İddiaçı ASC-dən 12700 ABŞ dolları məbləğində kreditin Cavabdeh1 tərəfindən götürülməsi nəinki təkzib edilmiş, əksinə olaraq bu faktlar həmin hökmlə öz təsdiqini tapmış, lakin Cavabdeh1 gö stərilən məbləğdə krediti bankın müvafiq filialından şəxsən götürdükdən sonra başqa şəxslərə verməsi və həmin şəxslərin qeyd olunan pulların mənimsəmələri təsdiq edilərək onların bu əməllərinə hüquqi qiymət verilmişdir. Onun zərərçəkmiş statusunda olması isə ona dəymiş mənəvi, fiziki və ya maddi ziyanı zərərvuran şəxslərdən həm həmin cinayət işi üzrə, həm də adi mülki qaydada tələb etmək hüquqlarının olmasına dəlalət edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilləri ilə də razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının kredit və zaminlik müqavilələri ilə bağlı irəli sürdüyü dəlil və arqumentlərinə, özünü aldadılaraq adına kredit yazılan məbləği mənimsənilmiş şəxs kimi qiymətləndirən Cavabdeh1 qeyd edilən cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınması na və məhkəmənin hökmü ilə həmin pulun təqsirləndirilən şəxslərdən alınaraq ona verilməli olmasına dair apellyasiya şikayətinin dəlillərinə hüquqi nöqteyi-nəzərdən müfəssəl hüquqi qiymət verməmiş, bu dəlillərin əsaslı olmasını ümumi sözlərlə və MPM-nin 82.4-cü maddəsinə istinad etməklə ifadə etsə də, nəticəsini, yəni, iddia tələblərinin əsassız olmasını məhz maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamışdır. Kollegiya daha sonra qeyd edir ki, hazırki mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlərin kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış etmələri və müvafiq olaraq da götürdükləri öhdəlikləri də birgə öhdəliklər kimi qiymətləndirilməli olmasına, bu mənada, iddiaçının cavabdehlərin hər üçünə qarşı eyni zamanda hazı rki iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun, faizlərin müştərək qaydada tutulmasını tələb etmək hüququnun həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlib-gəlməməsinə də hüquqi qiymət verməmişdir. Qeyd edilən normaya görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabde hlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranması və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməli olmasına apellyasiya instansiyası məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası MM-in 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bi lərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbi t edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normalarının tələblərinə uyğun cavabdehlərin hərəkətlərinin öhdəliklərin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli olub-olmaması baxımından apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan bütün hallar aydınlaşdırılmadan gəldiyi nəticələri qanuni və əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsi pi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddənin məzmununa görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllin ə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə obyektiv nəticəyə gəlmək üçün prosessual qanunun göstərilən tələblərinə əməl olunmamışdır. Kollegiya hesab edir ki, hazırki iş üzrə qəbul edilmiş qətnamə qeyd edilən tələblərə cavab verməməklə yanaşı, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmişdir. Göstərilənlərə əsasən bu nəticələr maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüqu q normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindən qəbul etdiyi qətnaməsi qanuni, əsaslı sayıla bilmədiyi üçün ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğu üçün ləğv edilməli olsa da, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını t amamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kollegiyanın qənaətinə görə apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırki iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi və eləcə də, araşdı rılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 10 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-259/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-259/2020
13.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver