Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-259/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6255/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 24 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC (bank) ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1513 saylı kredit müqaviləsinə əsasən, avtomobilin alınması üçün Cavabdeh2 36 ay müddətinə qaytarmaq, illik 22% ödəmək şərti ilə 16 500 ABŞ dolları kredit vermiş, eyni tarixli ipoteka müqaviləsi əsasında Cavabdeh2 mülkiyyətində olan “Toyota Prado” markalı avtomobil kredit öhdəliklərinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, əmlak tərəflərin razılığı ilə 23 500 ABŞ dolları məbləğində qiymətləndirilmişdir.
2. Cavabdeh2 mülkiyyə tində olan “Toyota Prado” minik markalı **-SC-*** qeydiyyat nişanlı avtomobilin İddiaçı ASC qarşısında ipoteka ilə yüklülüyü “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın rəsmi reyestrindən xx.xx.2014-cü il tarixli çıxarış”la qeydə alınmışdır.
3. Bankla Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış zaminlik müqaviləyə əsasən Cavabdeh3 xx.xx.2014-cü il tarixli 1513 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasına borcalanla birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüş, müqavilənin qüvvədə olma müddətinin xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin bank qarşısında qüvvədə olma müddəti ilə üstüstə düşdüyü müəyyənləşdirilmişdir.
4. Bankla Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış zaminlik müqaviləyə əsa sən Cavabdeh1 xx.xx.2014-cü il tarixli 1513 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasına borcalanla birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüş, müqavilənin qüvvədə olma müddətinin xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin bank qarşısında qüvvədə olma müddəti ilə üstüstə düşdüyü müəyyənləşdirilmişdir. 5. 18 yanvar 2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2014-cü il tarixli 1513 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə 7482,69 ABŞ dolları əsas, müqavilənin qüvvədə olduğu müddətə 6994,68 ABŞ dolları faiz, 497,62 ABŞ dolları cərimə, gecikdirilən vaxt üçün illik 5% olmaqla 1040 ABŞ dolları faiz borcu vardır.
6. Ləğv prosesində olan İddiaçı ASC Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə xx.x x.2022-ci il tarixdə ərizə ünvanlayaraq ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydə alınmasını xahiş etmiş və bildiriş qeydə alınmışdır.
7. Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh2 xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə bildirişlər ünvanlamış, kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə ipoteka predmetinə tutma yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.
8. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli 01.16-2-20225173 saylı məktubunda göstərilmişdir ki, Cavabdeh2 ilə LPO Zaminbank ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəl i Fərmanının təsiri çərçivəsinə düşmüş, həmin müqavilə üzrə Cavabdeh2 cəmi 4981,80 manat kompensasiya məbləği hesablanmış və onun sərəncamına verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Ləğv prosesindəki İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən əsas borca görə 7482,69 ABŞ dolları, faiz borcuna görə 6994,68 ABŞ dolları, cəriməyə görə 497,62 ABŞ dolları, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanan faizə görə 1040 ABŞ dolları olmaqla cəmi 16 014,99 ABŞ dolları borcun tutulması, tutmanın ipoteka predmeti olan “Toyota Prado” markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin və dövlət rüsumuna görə 172 manatın Cavabdeh2 tutulub bankın xeyrinə ödən barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh2 kredit verilərkən Cavabdeh3 və Cavabdeh1 ilə xx.xx.2016-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilələrin 3-cü bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Borcalan qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş, mübahisəni məhkəmədən kən ar qaydada həll etmək məqsədilə bank tərəfindən ona şifahi və yazılı xəbərdarlıqlar olunsa da, borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır.
11. Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı ASC ilə bağladığı 1513 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, bankdan 36 ay müddətinə qaytarmaq, illik 22% ödənilmək şərtilə 16 500 ABŞ dolları kredit almış, mülkiyyətində olan “Toyota Prado” markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka ilə yüklü etmişdir. Bir müddətdən sonra borcunu qaytara bilmədiyi üçün avtomobilə dair Cavabdeh1 etibarnamə vermiş, razılığa əsasən qalıq borcunu banka ödəməyi Cavabdeh1 öhdəsinə götürmüşdür. Cavabdeh1 uzun müddət avtomobildən istifadə etsə də, banka olan borcunu qaytarmamış, ban k məhkəməyə müraciət etdikdən sonra o, mülkiyyətində olan nəqliyyat vasitəsinə dair verdiyi etibarnamələri ləğv etdirmiş, lakin Cavabdeh1 nəqliyyat vasitəsini ona qaytarmamışdır. Fərmana əsasən ona kompensasiya ödənilmiş, lakin bank güzəştli şərtlərlə müqavilə bağlamağı təklif etməmişdir. Kredit müqaviləsinə əsasən 7482,69 ABŞ dolları əsas borcunu qəbul edir, mülkiyyətində olan “Toyota Prado” markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobili satdıqdan sonra borcunu ödəyəcəkdir. Bankın faiz və cərimə tələbini qəbul etmir.
12. Cavabdeh1 iddia ərizəsinə qarşı etiraz təqdim etmiş, etirazında iddiaya iddia müddətinin tətbiq edilməsini, kredit müqaviləsi üzrə öhdəliyin son icrası vaxtı xx.xx.2017-ci il tarixinə təsadüf etdiyindən, onun zaminliyinə xitam verildiyini bildirmişdir.
13. Cavabdeh 3 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazında göstərmişdir ki, 2014-cü ildə “Toyota Prado” markalı avtomobili almaq üçün İddiaçıdan Cavabdeh2 adına kredit götürmüş, maşının alqı-satqısı ABŞ dolları ilə aparıldığından krediti məcbur olub ABŞ dolları ilə götürmüşlər. ABŞ dollarının qiymətinin qalxması ilə əlaqədar ödənişi edə bilmədiklərindən maşını satmaq qərarına gəlmişlər. Alqı-satqı ərəfəsində o, maşını alan şəxslə birlikdə banka yaxınlaşmış, bankın nümayəndəsi olan Niyaməddin adlı şəxsə maşını satdığını bildirib qalan krediti həmin şəxsin adına keçirməyi xahiş etmişdir. Bankın nümayəndəsi isə bunun mümkün olmadığını, alqı-satqı müqaviləsi bağlandıqdan sonra qalan işləri həll edə biləcəyini bildirmişdir. Bundan sonra ona bankdan zəng edib Cavabdeh2 zamin durduğu üçün 16 900 ABŞ dolları borcunun olması bildirilmişdir. Bundan sonra o, maşını sonuncu alan şəxsə zəng edib avtomobilin həmin şəxsə məxsus olduğunu, amma krediti ödəmədiyi üçün ödənişlə əlaqədar onu narahat etdiklərini bildirmişdir. Həmin şəxs ona birlikdə banka gedəcəklərini demiş, lakin daha sonra zənglərə cavab verməmişdir. Ona görə də, hesab edir ki, banka olan borc ya Vəfalı tərəfindən, ya da maşın hərraca çıxarılıb satılaraq ödənilməlidir.
14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-2346/2022 nömrəli 21 aprel 2022-ci il tarixli qərardadı ilə məhkəmə- mühasibatlıq ekspertizası təyin edilmiş, məhkəmə ekspertiza mərkəzinin xx.xx.2022-ci il tarixli 9/322 saylı rəyinə əsasən Cavabdeh2 xx.xx.2014-cü il tarixli 1513 saylı kredit müqaviləsi üzrə xx. xx.2017-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borca görə 9940,69 ABŞ dolları, faiz borcuna görə 2475,51 ABŞ dolları, xx.xx.2022-ci il tarixə (maliyyə arayışı tarixinə, müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla) əsas borca görə 9940,69 ABŞ dolları, faiz borcuna görə 4952,40 ABŞ dolları borcunun olması və “Toyota Prado” minik markalı 2006-cı il buraxılışlı normal vəziyyətdə saxlanmış, istifadəyə yararlı avtomobilin real bazar qiyməti təxminən 12 000 manat, likvid qiyməti 11 000 manat müəyyən olunmuşdur.
15. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(001)-2346/2022 nömrəli iş üzrə 29 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 xx.xx.2014 -cü il tarixli 1513 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 7482,69 ABŞ dollarının ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumuna görə 172 manatın ləğv prosesindəki İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh2 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manatın dövlət nəfinə tutulması, Cavabdeh2 mülkiyyətində olan “Toyota Prado” minik markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 11 000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin qətnamə ilə müəyyən olunan borcun və məhkəmə xərclərinin ödənilməsinə yönəldilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh2l a bağlanan xx.xx.2014-cü il tarixli 1513 saylı kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanın təsiri çərçivəsinə düşsə də, Fərmanın qüvvəyə mindiyi tarixə borcalanın əsas borcunun restrukturizasiya edilməsi üçün iddiaçı cavabdehlə istinad olunan Fərmanın tələblərinə əsasən, güzəştli kredit müqaviləsinin bağlanması üçün heç bir tədbir görməmişdir.
17. Hazırkı mülki iş üzrə keçirilən əmtəəşünaslıq ekspertizası nəticəsində ipoteka predmetinin likvid qiyməti müəyyən edildiyindən ipoteka predmetinin ilkin satış qiyməti də bu rəy ilə müəyyən olunan ipoteka predmetinin likvid qiymətinə (11 000 manat) əsasən təyin edilməlidir.
18. Məhkəmə iddiaçının ipoteka predmetinin sa tışı nəticəsində əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etmədikdə əksik qalan borc məbləğinin borcalandan tutulması tələbi ilə bağlı qeyd edir ki, bu tələb “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri ilə müəyyən edilmiş qaydada həyata keçirilməli olduğundan iddia ərizəsi bu hissədə də təmin edilməməlidir. iddiaçının faiz və cərimə tələbi ilə bağlı qeyd edir ki, vaxtında öz hüquqlarından istifadə edib borcalanla güzəştli kredit müqaviləsi bağlamayan iddiaçının hazırda borcalana qarşı faiz və cərimə tələbi irəli sürməsi hüquqdan sui-istifadə olduğundan iddia tələbləri bu hissədə təmin edilə bilməz.
19. Məhkəmə iddiaçının zaminlərə qarşı tələbi ilə bağlı qeyd edib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0. maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xita m verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstəril mədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
20. Azərbaycan Respublikası MM-nin 367-ci maddəsinin tələblərinə əsasən müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva etməli və zaminlik müqaviləsi zaminliyin verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilməlidir. Tərəflər arasında bağlanmış müqavilələr üzrə zaminlik konkret müddət təyin edilmədən verildiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində (xx.xx.2018-ci il tarixinədək) iddiaçı zaminlərə qarşı iddia irəli sürmədiyindən zaminliyə xitam verilmişdir. On a görə də məhkəmə iddiaçının zaminlərə qarşı tələblərini əsassız hesab edib təmin etmir.
21. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 319.1-ci, 385.1-ci, 425.1-ci, 439.1-ci, 439.2-ci, 439.7-ci, 442-ci, “İpoteka haqqında” Qanunun 34-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayətini iddiaçı məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, Cavabdeh2 verilən kreditin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dai rəsinə düşmədiyini, məhkəmələrin restrukturizasiya olunmayan kreditlərlə bağlı bankların üzərinə müvafiq vəzifəni qoymaq səlahiyyətlərinin olmadığını nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır.
24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-6255/22 nömrəli iş üzrə 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Vahid Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh3 və Cavabdeh1 Əzizbala oğluna münasibətdə təmin etməməkdə haqlı olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğ vi üçün əsas deyildir. İddiaçı təşkilat Cavabdeh2 faiz, vaxtı keçmiş faiz və cərimə borcu tələb etsə də, işin hallarından aydın olur ki, Cavabdeh2 kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və ona 4981,80 manat kompensasiya verilmişdir. Bu hal isə, adı çəkilən şəxslə yeni müqavilə bağlanılıb-bağlanılmamasından asılı olmayaraq, ondan ancaq əsas borc məbləğinin tələb edilə bilinməsinə imkan verir.
26. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.1, 385, 386.1, 442, 448.1, 470.1, 470.0.4, 560.2 və 560.3.3-cü maddələrinə və “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında”Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
28. Kassasiya şikayətiapellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən ç əkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. Maddə 440.4. Borclunun ödəniş müddəti çatmış bütün borcunun ödənilməsi üçün yetərli olmayan ödənişləri hesabına birinci növbədə məhkəmə xərcləri, sonra əsas icra (borc) və nəhayət, faizlər ödənilir.
32. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür
33. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
34. Maddə
470. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
35. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Mülki Prosessual Məcəllə
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan is tifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamas ına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hə dləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, a pelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Kassasiya kollegiyası qeyd edir ki, İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması barədədir. Cavabdeh2 kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və ona 4981,80 manat kompensasiy a verilmişdir. Bu hal isə, adı çəkilən şəxslə yeni müqavilə bağlanılıb-bağlanılmamasından asılı olmayaraq, ondan ancaq əsas borc məbləğinin tələb edilə bilinməsinə imkan verir.
49. Məhkəmə kollegiyası qeyd edir ki, zaminə qarşı tələb barədə məhkəmələrin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına uyğun olmuş, məhkəmə hazırki iş üzrə Ali Məhkəmənin əvvəlki qərarında şərh edilən göstərişlərə əməl edərək, iş üzrə düzgün nəticəyə gəlmişdir.
50. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddə ti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
51. Qanunvericilik zaminlik müqaviləsinə xitam verilməsinin üç halını müəyyən etmişdir. Hazırki iş üzrə bu hallardan biri zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddətinin qurtarması, digəri isə zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürməməsidir.
52. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə də tərəflər arasında bağlanmış müqavilələr üzrə zaminlik konkret müddət təyin edilmədən verildiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin e tdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində (xx.xx.2018-ci il tarixinədək) iddiaçı zaminlərə qarşı iddia irəli sürmədiyindən zaminliyə xitam verilmişdir.
53. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilini – zaminin kredit müqaviləsi üzrə borc tam ödənilənə qədər məsuliyyət daşımalı olması – əsaslı saymır. Belə ki, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kr edit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur.
54. Qeyd edilənlərə əsasən Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi baxımından, birinci instansiya məhkəməsinin qətnaməsini iddianın zaminə qarşı təmin edilməyən hissəsində dəyişdirmədən saxlayan apellyasiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur.
55. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qə rara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6255/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.