Məhkəmə qərarları › İş №2(102)-259/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-259/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-259/2024 17.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlərin müqavilə öhdəliklərindən əmələ gələn borclarının məcburi tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: işçi tərəfindən işəgötürənə vurulan ziyanın ödənilməsi, iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *1 iyun 2*23-cü il tarixli, 2(1*5)867/2*23 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı1 *1 iyun 1991-ci il tarixli Təsis müqaviləsi ilə "xxxx" Səhmdar Cəmiyyəti tərəfindən təsis olunmuşdur. Həmin müqaviləyə əsasən Təsisçi İddiaçı1 normal fəaliyyət göstərməsi üçün hər cür maddi və mənəvi, yardım göstərməyi öhdəsinə götürür və Kiçik Müəssisəsinin normal fəaliyyət göstərməsi üçün Nizamnamə fonduna 287936** manat məbləğində əmlak, o cümlədən 7****** manat məbləğində pul vəsaiti köçürür. Həmin müqavilə "xxxx" Səhmdar Cəmiyyətinin adından prezident X4, İddiaçı1 adından direktor Cavabdeh2 tərəfindən imzalanmışdır. 2. "xxxx" Səhmdar Cəmiyy ətinin adından prezident X4 və İddiaçı1 adından direktor Cavabdeh2 arasında *1 iyun 1995-ci il tarixdə yeni Təsis müqaviləsi imzalanmış və həmin müqavilənin şərtlərində həmçinin göstərilmişdir ki, Təsisçi İddiaçı1 normal fəaliyyət göstərməsi üçün Nizamnamə fonduna 287936** manat məbləğində əmlak, o cümlədən 7****** manat məbləğində pul vəsaiti köçürür. 3. "xxxx" Səhmdar Cəmiyyətinin rəhbəri Q.O.Kərimov tərəfindən *2 iyun 1997-ci il tarixli Fərdi əmək müqaviləsi ilə Cavabdeh2 İddiaçı1 direktoru, 12 iyun 1997-ci il tarixli Fərdi əmək müqaviləsi ilə isə Cavabdeh1 - Kiçik Müəssisəsinin direktor müavini kimi işə qəbul edilmişlər.

4. Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü, sərbəst auditor X3, "xxxx" Səhmdar Cəmiyyəti ilə bağlanmış *5 iyun 2*21-ci il tarixli 281 saylı auditor xidməti müqaviləsinə uyğun olaraq, Cəmiyyətin təsis etdiyi “Termoplast“ X2 kapitalına qoyduğu əmlak və pul vəsaitinin düzgünlüyünün müəyyənləşdirilməsi və müqavilə öhdəliklərinin yerinə yetirilməsini dəqiqləşdirmək məqsədi ilə Cəmiyyətdə audit yoxlaması aparmış və 21 iyun 2*21-ci il tarixli Akt tərtib olunmuşdur. Həmin Akta görə audit yoxlaması nəticəsində müəyyən edildi ki, İddiaçı1 kiçik müəssisənin *1 yanvar 1999-cu il tarixə olan müəssisənin balansında nizamnamə kapitalı 47386***,** manat məbləğində olmuşdur. Balansa əsasən həmin tarixə müəssisənin 54653***,** manat məbləğində əsas vəsaiti. 2**82***,** manat məbləğində mal-material qalığı olmuşdur. Müəssisənin direktoru Cavabdeh2 yoxlamada iştirak etməkdən imtina etməsi və 2**4-cü il tarixədək olan dövrün sənədlərinin olmaması səbəbindən müəs sisənin ləğv edilməsi tarixinə olan aktivləri və passivləri barədə dəqiq məlumat əldə edilmədi. "xxxx" Səhmdar Cəmiyyətinin İddiaçı1 Nizamnamə fonduna ilkin olaraq qoyduğu vəsaitdən əlavə, sonrakı dövrlərdə qoyduğu pul vəsaitlərinin və əsas vəsaitlərin məbləği müəyyənləşdirilmədi. İddiaçı1 maliyyə təsərrüfat fəaliyyətinin nəticələri illərlə bəlli olmadığı üçün, təsisçiyə verilməli olan dividentin məbləğini dəqiqləşdirmək mümkün olmadı və işin araşdırılması üçün Məhkəmə və Hüquq-Mühafizə Orqanlarına müraciət olunması tövsiyə edilmişdir.

5. Sumqayıt Şəhər Məhkəməsinin 24 dekabr 2*21-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" QSC-nin iddiası təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada müqavilə öhdəliklərindən əmələ gələn borcların – 48**** manat pulun tutularaq iddiaçı ya ödənilməsi qət edilmişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *6 may 2*22-ci il tarixli qərardadı ilə, iddiaçı "xxxx" QSC-nin iddiadan imtina barədə ərizəsi təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 24 dekabr 2*21-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi üzrə icraata xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin müqavilə öhdəliklərindən əmələ gələn borclarının - 48**** manat pulun, 73* manat dövlət rüsumunun, 4** manat mediasiya xərcinin və 2** manat məhkəmə ekspertiza xə rclərinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" SC-i *3 iyun 1991-ci il tarixdə Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin Qərarı ilə İddiaçı1 təsis etmiş, 23 avqust 1994-cü ildə həmin müəssisə qeydiyyatdan keçmişdir. Müəssisənin fəaliyyəti üçün təsis müqaviləsinə əsasən zəruri olan əmlak və maliyyə vəsaiti ayırır. Cavabdeh2 ayda 14** manat maaşla müəssisənin direktoru təyin edilmiş və onunla imzalanmış təsis müqaviləsinə əsasən (həmin zamankı pulla) 287936** manat əmlak, o cümlədən 7****** manat pul vəsaiti müəssisənin hesabına keçirilmişdir. Cavabdeh2 qardaşı Cavabdeh1 ayda 12** manat maaşla müəssisənin direktor müavini təyin edilmişdir. Onlarla qanunvericiliyə uyğun qay dada əmək müqaviləsi və maddi məsuliyyət haqqında müqavilə bağlanılmışdır. 2*21-ci il mart ayında İdarə Heyətinin iclasında Maliyyə Nazirliyinin tələbi ilə təsisatlar haqqında məlumat hazırlanma zərurəti ilə Nəzarət Təftiş şöbəsinin rəisi Əli Qəhrəmanova tapşırıq verilmişdir ki, İddiaçı1 KM-nin fəaliyyəti barədə məlumat əldə etsin. Cavabdeh2 və Cavabdeh1 "xxxx" SC-nin işçiləri olsalar da, İdarə Heyətinin iclaslarına gəlməmiş və hesabat verməmişlər. Əli Qəhrəmanov 19 aprel 2*21-ci ildə təqdimatla müəssisənin fəaliyyətinin dayandığı və Cavabdeh2 da məsuliyyətdən yayındığını diqqətə çatdırmışdır. Bununla bağlı cavabdehlərə xəbərdarlıqlar edilmişdir. Müəssisənin fəaliyyətini təhlil edilib qiymətləndirilməsi üçün Azərbaycan Respublikası Auditorlar Palatasının auditoru Elxan Bənnayevlə müqavilə bağlanılmış və Auditorun Aktı ilə müəyyən olunmuşdur ki, 1991-92-ci illərdə ilkin təsis payı 287936** manat olmaqla 1999-cu ilin *1 yanvar tarixinə Nizamnamə kapitalı 47386*** manat olmuş, 54653*** manat məbləğində əsas vəsait, 2**82*** manat mal-material olmuş, sonradan ödədikləri 2****** manat və 5****** manat pul vəsaiti əmlak olaraq verdikləri materiallar 11****** manat dəyərində mal materiallar, Təsis müqaviləsinə əsasən hər ilin yekununa görə əldə olan mənfəətdən 15% divident, beləliklə, onlara bəlli olan material və pul qiymətliləri bu günə olan reallıqla 48**** manat olaraq ödənilmişdir. "xxxx" SC cavabdehləri məsuliyyətə cəlb eləmək və öhdəliklərini ödətmək üçün Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, həmin məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və Ədliyy ə Nazirliyinin Məhkəmə X1 13 dekabr 2*21-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, təqdim edilmiş "xxxx" SC-i ilə İddiaçı1 KM-i arasında bağlanmış *1 iyun 1991-ci il tarixli Təsis müqaviləsinə əsasən "xxxx" SC-i tərəfindən İddiaçı1 KM-nin nizamnamə fonduna 287936** rubl (manat) məbləğində əmlak şəklində, o cümlədən 7****** rubl (manat) məbləğində nağd vəsait qoyulmuş və nağd vəsait şəklində qoyulmuş 7****** rubl (manat) məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli 48 saylı “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” Fərmanının 1-ci bəndi, 3-cü bəndi, Azərbaycan Respublikası Prezidentinin *7 fevral 2**5-ci il tarixli 189 saylı “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmanının 1-ci bəndi və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin saytında müəyyənləşdirdiyi istehlak qiymətləri indeksi faizləri nəzərə alınmaqla 17 sentyabr 2*21-cı il tarixə (Ekspertiza təyini haqqında qərardadın tarixi) manat ekvivalenti 678199,2* manat məbləğində müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsi 24 dekabr 2*21-ci il tarixli qətnaməsi ilə ekspert rəyi əsasında "xxxx" SC-nin iddiası təmin edilmiş, cavabdehlər apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsində müəyyən edilmişdir ki, Məhkəməyə İddiaçı1 KM adından və Kommersiya Məhkəməsinə müraciət olunmalıdır. Ona görə də, "xxxx" SC-i tərəfindən ərizə ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, iddiadan imtina barədə ərizə təqdim etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin *6 may 2*22-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Bundan sonra İddiaçı1 KM tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuş, həmin məhkəmənin 3* sentyabr 2*22-ci il tarixli qərardadı ilə iddia ərizəsi iddiaçıya geri qaytarılmış və iddiaçıya izah olunmuşdur ki, həmin cavabdehlərə qarşı vermiş olduğu tələb üzrə aidiyyəti üzrə müvafiq ümumi məhkəməyə müraciət edə bilər.

9. Birinci instansiya məhkəməsində cavabdehlər iddia tələbinə etiraz etmiş, həmçinin məhkəməyə ərizə verərək iddia müddəti ötürüldüyü üçün iddianın rədd edilməsini məhkəmədən xahiş etmişlər. Etiraz belə əsaslandırılmışdır ki, İddiaçı1 KM-nin fəaliyyətinin dayanması barədə ən geci 1996-cı ildən məlumat olmasına baxmayaraq, 27 il sonra məhkəməyə mürac iət olunmuşdur.

10. Sumqayıt Şəhər Məhkəməsinin (hakim G.F.Tağızadə) 26.*1.2*23-ci il tarixli, 2(*6*)-345/2*23 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada müqavilə öhdəliklərindən əmələ gələn borcların - 48**** manatın, 2** manat məhkəmə ekspertiza xərclərinin, iş üzrə ödənilmiş 31 manat dövlət rüsumunun və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 4** manat məbləğində pulun tutularaq İddiaçı1nə ödənilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi cavabdehlərin vəkili və nümayəndəsi tərəfindən verilən iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə qiymət verərək hesab etmişdir ki, hazırki iş üzrə iddia müddətinin tətbiqindən söz gedə bilməz. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmda r Cəmiyyətinin 17 dekabr 2*21-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 27 may 1991-ci il tarixdən "xxxx" Səhmdar Cəmiyyətinin təsis etdiyi İddiaçı1 direktoru təyin edilib. Həmçinin 12 iyun 1997-ci il tarixdən Cavabdeh1 müəssisənin direktor müavini təyin edilib. Cavabdeh2 və Cavabdeh1 işdən çıxmaları barədə heç bir ərizə ilə müraciət etməmişlər. Odur ki, Cavabdeh2 tam maddi məsul şəxs kimi İddiaçı1 KM-nin direktorudur və Cavabdeh1 isə tam maddi məsul şəxs kimi İddiaçı1 KM-nin direktor müavinidir, onlarla bağlanmış əmək müqavilələri indiyə kimi pozulmamışdır. Belə olan halda, iddia tələbinə dair iddia müddətinin tətbiqindən söz gedə bilməz.

12. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin əsaslı olması iş üzrə təyin edilmiş ekspertiza rəyində, öz əksini tapmışdır. Belə ki, Azərbaycan Re spublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 dekabr 2*21-ci il tarixli rəyindən görünür ki, təqdim edilmiş "xxxx" SC-i ilə İddiaçı1 KM arasında bağlanmış *1 iyun 1991-ci il tarixli Təsis Müqaviləsinə əsasən "xxxx" SC-i tərəfindən Termoplast KM-nin nizamnamə fonduna 287936** rubl (manat) məbləğində əmlak şəklində, o cümlədən 7****** rubl (manat) məbləğində nağd vəsait qoyulmuş və nağd vəsait şəklində qoyulmuş 7****** rubl (manat) məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli 48 saylı “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” Fərmanının 1-ci bəndi, 3-cü bəndi, Azərbaycan Respublikası Prezidentinin *7 fevral 2**5-ci il tarixli 189 saylı “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyər inin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmanının 1-ci bəndi və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.stat.gov.az saytında müəyyənləşdirdiyi istehlak qiymətləri indeksi faizləri nəzərə alınmaqla 17 sentyabr 2*21-cı il tarixə (Ekspertiza təyini haqqında qərardadın tarixi) manat ekvivalenti 678199,2* manat məbləğində müəyyən edilmişdir.

13. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 152.1, 157.4, 385.1, 386.1, 442, 445.1, 448.1, 1*91.1, 1*92.1, 1*93.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 26 yanvar 2*23-cü il tarixli, 2(*6*)-345/2*23 nömrəli qətnaməsin in ləğv edilməsi və iddia tələbi üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi, yaxud iddia tələbinin qanunsuz və əsassız olmaqla rədd edilməsi, yaxud da iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakim S.A.Qafarinin sədrliyi və məruzəsi ilə, hakimlər A.A.Mahmudovdan və L.M.Məmmədovadan ibarət tərkibdə) *1 iyun 2*23-cü il tarixli, 2(1*5)-867/2*23 nömrəli qətnaməsi ilə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 26 yanvar 2*23-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlər in müqavilə öhdəliklərindən əmələ gələn borclarının məcburi tutulması” barədə iddia tələbi rədd edilmişdir.

16. Apellyasiya instansiya məhkəməsi mövqeyini belə əsaslandırmişdır ki, baxılan iş üzrə iddia tələbi cavabdehlərin müqavilə öhdəliklərindən əmələ gələn borclarının məcburi tutulması barədədir. İddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 1*-cu maddəsinin “ç” bəndi, 191, 193, 194, 199-cu maddələri təşkil edir.

17. İlk növbədə qeyd olunmalıdır ki, əmək sahəsində işəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyəti üzrə münasibətlər əmək münasibətləri ilə sıx bağlı olduğuna görə onlar əmək qanunvericiliyi ilə tənzimlənir.

18. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, *3 iyun 1991-ci il tarixli Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin qərarı ilə "xxxx" Səh mdar Cəmiyyəti İddiaçı1 təsis edilmiş, 23 avqust 1994-cü ildə 15334 saylı qeydiyyatla Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Dövlət qeydiyyatından keçmişdir. Cavabdeh2 həmin müəssisənin direktoru, qardaşı Cavabdeh1 müəssisənin direktor müavini təyin edilmişlər. İddiaçı cavabdehlərin müqavilə üzrə üzərlərinə götürdüyü öhdəlikləri icra etmədiklərini əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

19. Cavabdehlərin iddiaçıya ziyan vurması və ziyanın vurulmasında təqsirli olması işin halları ilə müəyyən edilsə də, iddiaçı həmin zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə Əmək Məcəlləsinin 296.5-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürməklə müraciət etmişdir. Tərəflər arasında əmək münasibətlərinə 19 aprel 2*21-ci il tarixdən xitam veri lmiş və bundan sonra 21 iyun 2*21-ci il tarixdə müəssisədə audit yoxlaması aparılmış, iddiaçının məhkəməyə müraciət etmək hüququ pozuntunun aşkar edildiyi 21 iyun 2*21-ci il tarixdən yaranmış, lakin iddiaçı 21 iyun 2*22-ci il tarixə qədər müraciət etməli olduğu halda, 31 oktyabr 2*22-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

20. Bu baxımdan apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia tələbi müddətin ötürülməsi əsası ilə təmin edilə bilməz.

21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 375.2, 38*.1-ci maddələri, Əmək Məcəlləsinin 1*-cu maddəsinin “ç” bəndi, 191.1, 193.1, 194.1, 199, 296.5-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

22. İddiaçı1 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *1 iyun 2*23-cü il tarixli, 2(1*5)-867/2*23 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 38*.1, 425-ci maddələri, Əmək Məcəlləsinin 1*-cu maddəsinin “ç” bəndi, 191, 193, 194, 199 və 296.5-ci maddələri, Mülki Prosessual Məcəllənin 9.1, 14.1, 217.1, 217.3, 217.4, 218.1-ci maddələri pozulmuşdur. Belə ki, məhkəmə cavabdehlərin vicdansızcasına hərəkət edərək müəssisəyə qarşı faktiki cinayətlər etmələrini nəzərə almamışdır. Cavabdehlərlə müəssisə arasında əmək münasibətlərinə xitam verilmədiyi üçün bu cür münasibətlərə iddia müddətl əri tətbiq oluna bilməz. Belə ki, "xxxx" QSC üzrə *6 may 2*22-ci il tarixli Əmrə əsasən "xxxx" SC-yə məxsus İddiaçı1 KM-nin direktoru Cavabdeh2 ilə bağlanmış əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə öhdəliklərini yerinə yetirmədiyinə və bundan başqa indiyə qədər məsuliyyətdən yayındığı üçün Cavabdeh2 *6 may 2*22-ci il tarixdən tutduğu direktor vəzifəsindən azad edilmişdir. Cavabdeh2 tutduğu direktor vəzifəsindən kənarlaşdırılsa da, onunla bağlanmış əmək müqaviləsi və tam maddi məsuliyyət barədə müqavilələr və müqavilə üzrə öhdəlikləri məhkəmə prosesi başa çatana qədər öz hüquqi qüvvəsini saxlamışdır. Cavabdeh1 isə heç vəzifədən də azad olunmamışdır. Beləliklə də, onlarla bağlanmış əmək müqaviləsi son haqq-hesab və yekun balansı tərtib olunana kimi həmin hissələrdə öz qüv vəsini saxlamışdır.

24. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 1*.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

25. Cavabdehlərin adından nümayəndəsi, vəkili Heydərov Aslan Nazim oğlu kassasiya şikayətinə etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

26. Etiraz belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə düzgün qərar qəbul etsə də, qətnamənin əsaslandırmasında maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, mübahisəyə tətbiq edilməli olmayan hüquq normalarını tətbiq etmişdir. Keçmiş iddiadan imtina edən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti hazırki İddiaçı1 yeganə təsisçisidir və Kiçik Müəssisəni n nizamnamə kapitalında 1**% paya sahibdir. Yəni, hazırki iddiaçı ilə keçmiş iddiaçı eyni tərəfdir. Hazırki iddiaçının iddia tələbinin eyni predmet və eyni əsasa malik olması isə işin mübahisəsiz halıdır. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etdiyindən və iddia ərizəsinə etirazda, həmçinin apellyasiya şikayətində həmin dəlillərə münasibət bildirilmişdir. Kassasiya baxışının hədləri:

27. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

28. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

29. Azərbaycan Respublikası Mülki Məcəlləsin in: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 38*.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müdd ətinin axımı kəsilir.

30. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191-ci maddəsinin 2-ci hissəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 194-cü maddəsinin 1-ci hissəsinə ə sasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 296-cı maddəsinin 5-ci hissəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. 31. “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2**1-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsa slandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qaba qcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 4*7.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarına və cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

35. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda iddia müddətinin tətbiqi üçün cavabdehlərlə əmək münasibətlərinin xitam verilib-verilməməsi əhəmiyyət kəsb etmir. Belə ki, həm Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə, həm də Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin (hazırki halda işəgötürən) hüquqlarının və qanuni mənafelərinin pozulduğu bildiyi və ya bilməli olduğu, ziyanın vurulmasını aşkar etdiyi gündən hesablanır. Hazırki işdə isə iddiaçı iddia etdiyi ziyanın mövcudluğundan azı 21 iyun 2*21-ci il tarixdən (müəssisədə audit keçirildiyi tarixdən) bilmiş və iddia müddəti məhz həmin tarixdən hesablanmalıdır.

36. İddiaçının təsisçisi olan "xxxx" Səhmdar Cəmiyyətinin eyni tələblə əvvəl məhkəməyə müraciət etməsi iddia müddətinin axımının kəsilməsi üçün əsas ola bilməz. Belə ki, qeyd olunan Səhmdar Cəmiyyəti iddiaçı Kiçik Müəssisəsinin təsisçisi olsa da, onlar müxtəlif hüquqi şəxslərdir və hər biri hüquqlarının müdafiəsi üçün müstəqil olaraq məhkəməyə müraciət etməlidir. Odur ki, təsisçinin məhkəməyə müraciət etməsi Mülki Məcəllənin 38*.1-ci maddəsinin mənasına görə iddiaçı tərəfindən “müəyyənləşdirilm iş qaydada iddia irəli sürülmə” kimi qiymətləndirilə bilməz.

37. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəf kassasiya şikayətinə etirazda apellyasiya məhkəməsinin qətnaməsinin əsaslandırılmasından narazılığını bildirsə də, iş materiallarından görünür ki, cavabdehlərin adından nümayəndələri, vəkil Heydərov Aslan Nazim oğlu birinci instansiya məhkəməsinə verdiyi ərizədə iddia müddətinin keçməsinə istinad etməklə, iddianın rədd edilməsini xahiş etmişdir.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qət namə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *1 iyun 2*23-cü il tarixli, 2(1*5)-867/2*23 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar