Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-259/2025 11.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözləri: maddi ziyanın əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1474/2024 nömrəli, 17 sentyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 11 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icra at qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 1(100)17/2023 nömrəli hökmü ilə, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətinə dövlət və yerli özünüidarə oraqnlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
2. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2023-cü il tarixli, 1(104)-493/2023 nömrəli qərarı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)17/2023 saylı, 16 iyun 2023-cü il tarixli hökmündən məhkum edilmiş şəxs Cavabdeh və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlər i təmin edilməmiş və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-17/2023 saylı, 16 iyun 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7000 manat maddi ziyanın və dövlət rüsumu olaraq ödənilmiş 90 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsalandırmışdır ki, cavabdeh ilə əvvəllər tanışlıqları olmayıb, cavabdehi 2020-ci ildən tanımışdır. Belə ki, Şəmkir Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli 2(076)1972/2019 saylı qətnaməsi ilə keçmiş gəlini X1 azyaşlı uşaqları ilə birlikdə onun və ailə üzvlərinin istifadəsində olan Şəmkir rayonu Şiştəpə kəndində yerləşən evinə köçürülməsi qət edilmişdir. Şəmkir rayon İcra və probasiya şöbəsində icra məmuru vəzifəsində işləyən Cavabdeh qətnamənin icra edilməsi görüntüsü yaradaraq 20 avqust 2020-ci il tarixdə onların evinin həyətinə gəlib Xanım İbrahimovanın evə köçməməsi müqabilində kompensasiya ödənişinin verilə biləcəyini deyib həmin məzmunda akt tərtib edərək, onu inandırıb etibarını qazandıqdan sonra kompensasiya ödənişinin müəyyən edilməsinin özünün səlahiyyəti olduğunu, özü tərəfindən sənədləşmə işlərinin aparılacağını, ona kompensasiya ödənişi verildikdən və həmin ödəniş də özü tərəfindən tələbkar Xanım İbrahimovaya ödənildikdən sonra icra işinə öz qərarı ilə xitam verəcəyini bildirmişdir. O da, cavabdehə inanaraq 22 avqust 2020-ci il tarixdə Şəmkir rayon icra və probasiya şöbəsind ə Cavabdeh 7000 manat məbləğində pul vermişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Cavabdeh ondan 7000 manat məbləğində pulu alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ona məxsus 7000 manatı ələ keçirərək ona maddi ziyan vurmuşdur. O, Cavabdeh hərəkətlərindən Şəmkir rayon prokurorluğuna şikayət etmişdir. Cavabdeh ondan başqa şəxslərin də etibarından sui istifadə edərək, aldatma yolu ilə onların əmlakını ələ keçirdiyindən barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmış və o həmin maddələrlə təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb edilmişdir. Bundan sonra Cavabdeh barəsində olan cinayət işinin istintaqı yekunlaşmış və məhkəməyə göndərilm işdir. Məhkəmə hökmü ilə Cavabdeh tərəfindən həqiqətən ona 7000 manat məbləğində maddi ziyan dəymiş olduğu müəyyən edilmişdir. Hazırda cavabdeh cəzasını çəkib qurtarmış və azadlıqdadır. Lakin yenə də, ona vurmuş olduğu maddi ziyanı ödəmir.
5. Şəmkir Rayon Məhkəməsinin 9 aprel 2024-cü il tarixli, 2(076)-679/2024 nömrəli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) iddia təmin edilmişdir.
6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən iddiaçının etibarından suiistifadə etməklə və onu aldatmaqla 2019-2020-ci illərdə ümumilikdə iddiaçının 7000 manat pulunu ələ keçirmişdir. Qeyd olunan hallar Gəncə Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü ilə öz təsdiqini tapmışdır.
7. Məhkəmə nəticəyə gələrkən Azərbaycan Respu blikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1 və 1097.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cəzasını çəkib qurtardıqdan sonra iddiaçıya dəymiş maddi ziyanın onun tərəfindən ödənilib-ödənilməməsi araşdırılmamışdır. Halbuki, cəzasını çəkib qurtardıqdan sonra iddiaçıya 1000 manat məbləğində ödəniş edərək, qalan hissəsinin ödənilm əsi üçün ondan möhlət verilməsini xahiş etmişdir. Qarşı tərəf buna razılıq verdiyini bildirsə də, lakin məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi onun iştirakı olmamasına rəğmən iş üzrə qətnamə qəbul etmişdir ki, bu da iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halların nəzərə alınmasını mümkünsüz etmişdir.
10. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Fikrət Mehiyev) 17 sentyabr 2024-cü il tarixli, 2(104)-1474/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnamasi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd etmişdir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, Cavabdeh apellyasiya şikayətinin dəlillərində işə onun iştirakı olmadan baxıldığını və məhkəmə çəkişməsi prinsipinin pozulduğunu göstərsə də, lakin iş materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı ərizə verərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində aldığı vəsaitin bir qismini iddiaçıya qaytarmış olduğunu bildirsə də, lakin bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh (Vəkil) qətnam ədən kassasiya şikayəti verərək ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
13. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynlik təşkil edərək əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiya məhkəməsi vurulmuş maddi ziyanın həmin tələbin irəli sürülməsindən əvvəl ödənilibödənilməməsi ilə bağlı faktiki halları araşdırmadan qətnamə qəbul edərək cavabdehin maddi vəziyyətini ağırlaşdırmış, iddiaçının əsassız varlanmasına səbəbiyyət verən qətnam qəbul etmişdir. Cavabdeh həmçinin qeyd etmişdir ki, daha əvvəlki məhkəmə iclaslarında iştirak etməməyinin səbəbləri barədə apellyasiya instansiya məhkəməsinə teleqram göndərərək məlumat vermiş, səhhətimin pis olması ilə əlaqədar məh kəmə iclasında iştirak edə bilməyəcəyimi əsaslandıraraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin buna baxmayaraq məhkəmə qeyd edilən məqamları nəzərə almamış iştirakı olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul etmişdir.
14. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci, Mülki Prosessual Məcəllənin 9-cu maddələrinə istinadla əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə
21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzə rdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
17. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyi n normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxd ıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsi ndə nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
25. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
29. Cavabdeh kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
1. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
2. Beləliklə də, məhkəmə kollegiyası kassasiya ş ikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki ko llegiyasının 2(104)-1474/2024 nömrəli iş üzrə 17 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.