Məhkəmə qərarları › İş №2(102)-2590/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2590/2020

07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2590/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka predmetinin ilkin satış (likvid) qiyməti) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xnömrəli iş üzrə xx xxxxxxxx 2019cu il tarixli qətnaməsindən iddiaçı İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx xxxxxx 2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 120 ay müddətə 50.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Eyni zamanda İddiaçı QSC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli zaminlik müqavilələri ilə borclunun xətt müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına təminat verilmişdir. Bundan əlavə, xx xxxxxx 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 Göyçay rayonu Potu kəndində xüsusi mülkiyyətində olan 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evini ipoteka ilə yüklü edərək İddiaçı QSC-nin tələb hüququna təminat vermişdir. Müqavilədə ipoteka predmetinin qiyməti 16.478,70 manat məbləğində qiymətləndirilmişdir. Kredit xətti müqaviləsi üzrə İddiaçı QSC ilə Cavabdeh1arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli kredit razılaşmasına əsasən, bank tərəfindən Cavabdeh1 aylıq 2,0833 % hesablanmaqla, 36 aylıq müddətə 30.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Buna baxmayaraq Cavabdeh1 borcunu qrafik üzrə qaytarmayaraq öhdəiliyin icrasını gecikdirmişdir. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları

2. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə xsaylı kredit razılaşması üzrə 11984 ABŞ dolları 45 sent əsas, 8084 ABŞ dolları 29 sent faiz, 11593 ABŞ dolları 36 sent cərimə olmaqla, cəmi 31662 ABŞ dolları 10 sent borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Göyçay rayonu Potu kəndində xüsusi mülkiyyətdə olan 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, 31662 ABŞ dolları 10 sent borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqın ın tutulması, hərracdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması, Cavabdeh1 mülkiyyətində olan Göyçay rayonu Potu kəndində xüsusi mülkiyyətdə olan 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması, ipoteka predmetinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar borcun ödənilməsi üçün tədbir görməmiş, kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməmişlər.

5. Birinci instansiya məhkəməsi ipoteka predmetinin bazar qiymətinin müəyyən edilməsi üçün ekspertiza təyin etmişdir. “xxxx” MMC-nin xx.xx.2018-ci il tarixli hesabatı ilə ipoteka predmetinin bazar qiyməti 35.000 manat müəyyən edilmişdir.

6. Göyçay Rayon Məhkəməsinin (hakim Z.Quliyev) xx xxxxxx 2018-ci il tarixli, x nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx xxxxxx 2013-cü il tarixli saylı kredit razılaşmasına əsasən əsas borca görə 11984 (on bir min doqquz yüz səksən dörd) ABŞ dolları 45 (qırx beş) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 m üştərək qaydada tutulub İddiaçı QSC-yə ödənilməsi, xx xxxxxx 2013-cü il tarixli xsaylı kredit razılaşmasına əsasən 8084 (səkkiz min səksən dörd) ABŞ dolları 29 (iyirmi doqquz) sent faiz, 1000 (bir min) ABŞ dolları cərimə olmaqla, cəmi 9084 (doqquz min səksən dörd) ABŞ dolları 29 (iyirmi doqquz) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı Cavabdeh1 tutulub İddiaçı QSC-yə ödəniməsi, tələb ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Göyçay rayonu Potu kəndində xüsusi mülkiyyətdə olan 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 35.000 (otuz beş min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satıl dıqdan 1 ay ərzində torpaq sahəsi və fərdi yaşayış evi boşaldılması, əldə edilən vəsaitdən 21068 ABŞ dolları (iyirmi bir min altmış səkkiz) ABŞ dolları 74 (yetmiş dörd) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı və həmçinin məhkəməyə müraciət etmək üçün xərcin cavabdehlərə aid hissəsi 20 (iyirmi) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı İddiaçı QSC-yə ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 10 (on) manatı İddiaçı QSC-yə aid edilməsi, 20 (iyirmi) manatı müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulub İddiaçı QSC-yə ödənilməsi, iş üz rə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödəniməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir.

7. Məhkəmə iddianı qismən təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, cavabdehlər öhdəliklərinin icrasını gecikdirmişlər və iddiaçının təmin edilmiş tələbləri müqavilə öhdəliklərinə dair normalar çərçivəsində əsaslıdır.

8. Apelyasiya instansiyası məhkəməsindəki icraat

9. İpoteka predmetinin real bazar qiymətinin müəyyənləşdirilməsi üçün apelyasiya instansiyası məhkəməsində də ekspertinə təyin edilmişdir. “xxxx” Hüquq və Qiymətləndirmə şirkətinin xx.xx.2019-cu il tarixli hesabatı i lə ipoteka predmetinin bazar dəyəri 55.000 manat müəyyən edilmişdir.

10. Şəki Apellyasiya Məhkəməsinin (hakimlər A.Mahmudov (sərlik edən və məruzəçi), E.Hüseynov və M.Vəzirov) xx xxxxxxxx 2019-cu il tarixli, 2(107)-934/19 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli, № x nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi, xx xxxxxx 2013-cü il tarixli xsaylı kredit razılaşmasına əsasən əsas borc üzrə 11984 (on bir min doqquz yüz səksən dörd) ABŞ dolları 45 (qırx beş) sent, faiz borcu üzrə 7549 (yeddi min beş yüz qırx doqquz) ABŞ dolları 01 (bir) sent, cərimə borcu üzrə 200 (iki yüz) ABŞ dolları olmaqla, cəmi 19.733.46 (on d oqquz min yeddi yüz otuz üç dollar 46 sent) məbləğində pul qətnamə icra olunan günə manata məzənnəsi üzrə, dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tutma kredit üzrə öhdəliklərin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan və qiymətləndirici tərəfindən 55.000 manat məbləğində qiymətləndirilmiş Göyçay rayonu Potu kəndində xüsusi mülkiyyətdə olan 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlak açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıx ıldıqdan sonra ümumilikdə 19.733.46 (on doqquz min yeddi yüz otuz üç dollar 46 sent) məbləğində pul qətnamə icra olunan günə manata məzənnəsi üzrə, dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının ödənilməsi təmin edilməsi, əmlakın satışından əldə olunmuş məbləğ bütün xərclər çıxıldıqdan sonra qalan vəsait mülkiyyətçi Cavabdeh1 qaytarılması, ipoteka predmeti olan Göyçay rayonu Potu kəndində xüsusi mülkiyyətdə olan 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 yaşayış sahəsini bir ay ərzində könüllü olaraq tərk etmədiyi halda məcburi qaydada çıxar ılması, ev və torpaq sahəsi boşaldılması, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin Cavabdeh1 münasibətdə qalan hissədə, habelə iddianın cavabdehlər (zaminlər) Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməməsi qət edilmişdir.

11. Apelyasiya instansiyası məhkəməsi də iddianın həllinə müqavilə öhdəliklərinə dair normalar çərçivəsində yanaşmış, lakin ipoteka predmetinin ilkin satış qiymətini dəyişdirərkən özünün əldə etdiyi qiymətləndirmə hesabatı üzrə bazar dəyərini əsas götürmüşdür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

12. Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı kassasiya şikay əti verərək qətnamənin qismən - x.m, ümumi 42.4 kv.m yaşayış, 64.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 55.000 manat müəyyən edilməsi hissəsində ləğv olunması və iş həmin hissədə yeni apelyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

14. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan apelyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış ipoteka müqaviləsində qarşılıqlı razılığa əsasən müəyyən edilmiş qiyməti, həmin qiymətlə ekspertiza rəyləri ilə ipoteka müqavilələrində göstərilmiş qiymətlər arasında kifayət qədər böyük fərqin olmasını nəzərə almamış, bu uyğunsuzluğun aradan qaldırılması və iş üzrə əmlakların hazırki tarixə olan real bazar dəyərinin müəyyən edilməsi üçün təkrar əmtəəşünaslıq ekspertizası təyin etməmişdi r. Belə ki, ipoteka müqaviləsi bağlanarkən əmlakın dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 16.478 manat müəyyən edilmiş, “xxxx” MMC tərəfindən verilmiş rəydə əmlakın qiyməti 35.000 manat müəyyən edilmiş və daha sonra “xxxx” MMC tərəfindən verilmiş rəydə isə əmlakın dəyəri 55.000 manat dəyərində olması göstərilmişdir. Əgər həqiqətən də həmin əmlakın qiyməti sonuncu rəydə qeyd edildiyi kimi 55.000 manat təşkil etsəydi, o zaman Cavabdeh1 həmin əmlakın qiymətinin 16.478 manat olması barədə razılığa gəlməzdi. İddiaçı tərəfindən apelyasiya instansiyası məhkəməsinə təkrar ekspertizanın keçirilməsi barədə vəsatət verilməsinə baxmayaraq və cavabdehin həmin vəsatətin təmin olunması məsələsinə etiraz etməməsinə baxmayaraq, məhkəmə vəsatəti təmin etməmiş və işi tam araşdırmamışdır.

15. Kassasiya ş ikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

17. Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

19. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

20. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.

21. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

22. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında”Azərbaycan Respublikasının Qanunu:

23. Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyər inin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

24. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixli, 01 nömrəli Qərardadı:

25. Bənd

11. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir.

26. Bənd 21....kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-c ü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edib-etməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğun u aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Bu yanaşma “İpoteka haqqında” Qanunun 54-cü maddəsinin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tələbindən də irəli gəlir. A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

29. Hazırkı kassasiya şikayətində qətnamə ipoteka predmetinin ilkin satış qiyməti hissəsində mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır.

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zər urətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasına dair mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norması düzgün tətbiq olunmamışdır.

32. Belə ki, hazırkı iş üzrə ipoteka predmetinin dəyərinə dair iş materiallarında müxtəlif məlumatlar mövcuddur. Predmetin qiyməti tərəflərin bağladıqları ipoteka müqaviləsində 16.478,70 manat olaraq razılaşdı rılmış, birinci instansiya məhkəməsində aparılan qiymətləndirmə ilə 35.000 manat, apelyasiya instansiyası məhkəməsində keçirilmiş qiymətləndirmə ilə 55.000 manat müəyyən edilmişdir.

33. Buna baxmayaraq apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini ən yuxarı olan məbləğdə - 55.000 manat müəyyən etmişdir. Halbuki, həmin predmetin bazar dəyəri deyil, likvid dəyəri müəyyən olunmalı idi. Likvid dəyər isə bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Yəni, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir (§20).

34. Beləliklə, kollegiya hesab edir ki, apelyasiya insta nsiyası məhkəməsi tərəfindən yuxarıda qeyd edilən məbləğlər arasındakı ciddi fərq nəzərə alınmadığı, ekspertiza təyin edilərkən predmetin bazar dəyəri ilə yanaşı likvid dəyəri aydınlaşdırılmadığı və məhz likvid dəyər əsas götürülmədiyi üçün “İpoteka haqqında”Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsi düzgün tətbiq edilməmişdir.

35. Ona görə də kassiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə ləğv edilərək, iş həmin hissədə yeni apelyasiya baxışına göndərilməlidir.

36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC-nin kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xnömrəli iş üzrə xx xxx xxxxx 2019cu il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar