Məhkəmə qərarları › İş №2(102)-2590/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2590/2021

31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2590/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “əsas borc, faiz borcu və dəbbə pulunun ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6851/2020 nömrəli iş üzrə 07 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayəti üzrə işə 31 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 29.04.2014-cü il tarixli 118/2 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə mənzilin təmiri məqsədilə 24 ay müddətinə illik 8 faiz ödənilməsi şərti ilə 40000 (qırx min) manat məbləğində kredit verilmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi tərəfindən Cavabdeh ünvanlanmış 12.02.2018-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. Ləğv prosesində olan QSC “Bank Standard” KB tərəfindən verilmiş 25.04.2018-ci il tarixli maliyyə arayışından g örünür ki, borclu Cavabdeh 118/2 saylı kredit müqaviləsi üzrə banka 39200 (otuz doqquz min iki yüz) manat məbləğində əsas borc, 5755.23 (beş min yeddi yüz əlli beş manat, iyirmi üç qəpik) manat məbləğində müqavilə müddəti üçün faiz borcu, 3.941.80 (üç min doqquz yüz qırx bir manat, səksə qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği (5%), ümumilikdə isə 48.897.03 (qırx səkkiz min səkkiz yüz doxsan yeddi manat, üç qəpik) manat məbləğində borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Açıq S əhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 aprel 2014-cü il tarixli, 118/2 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 39.200 (otuz doqquz min iki yüz) manat əsas borcu, müqavilə müddəti bitən tarixi 5755.23 (beş min yeddi yüz əlli beş) manat 23 qəpik faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği (5%) 3941.80 (üç min doqquz yüz qırx bir) manat 80 qəpik, cəmi 48.897.03 (qırx səkkiz min səkkiz yüz doxsan yeddi) manat 03 qəpik, habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15489 saylı, 30 avqust 2019-cu il tarixli məhk əmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən 29.04.2016-cı il tarixə Cavabdeh Banka olan borcunun əsas borc üzrə 39682,65 manat, faiz borcu üzrə 0,00 manat olması müəyyən edilmişdir. 29.04.2016-cı il tarixdən sonra cavabdehin 900 manat etdiyi ödəniş nəzərə alınarsa, əsas borcunun məbləği 38782,65 manatdır. Ekspert tədqiqatının dəyəri 145 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3699 saylı, 11 mart 2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən 29.04.2016-cı il tarixə Cavabdeh Banka olan borcunun əsas borc üzrə 39682,65 manat, faiz borcu üzrə 0,00 manat olması müəyyən edilmişdir. 29.04.2016-cı il tarixdən sonra cavabdehin 900 manat etdiyi ödəniş nəzərə alınarsa, əsas borcunun məbləği 38782,65 manatdır. Ekspert tədqiqatının dəyəri 150 manat təşkil etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Ramin Xəlilov) 2(006)-76/2020 saylı, 12 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehdən 38.782,65 (otuz səkkiz min yeddi yüz səksən iki manat, altmış beş qəpik) manat əsas borc, 3941,80 (üç min doqquz yüz qırx bir manat, səksən qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği (5%) məbləği olmaqla, cəmi 42724,45 (qırx iki min yeddi yüz iyirmi dörd manat, qırx beş qəpik) manat və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, «xxxx» QSC ilə Cavabdeh arasında bağlanmış 29.04.2014-cü il tarixli 118/2 nömrəli kredit müqav iləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 8 faiz ödənilməsi şərti ilə 40000 (qırx min) manat məbləğində kredit verilmiş, cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka 39.200 (otuz doqquz min iki yüz) manat əsas borcu, müqavilə müddəti bitən tarixi 5755.23 (beş min yeddi yüz əlli beş) manat 23 qəpik faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği (5%) 3941.80 (üç min doqquz yüz qırx bir) manat 80 qəpik, cəmi 48 897.03 (qırx səkkiz min səkkiz yüz doxsan yeddi) manat 03 qəpik kredit borcu yaranmışdır. 29.04.2016-cı il tarixdən sonra cavabdeh 900 manat məbləğində ödəniş etmişdir. Tərəflər arasında müqavilə əsasında borc münasibətləri yaranmış, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Məhkəmə hesab edir ki, borcverən, yən i iddiaçı hazırki iddia tələbi ilə çıxış etməkdə haqlıdır. Məhkəmə iddianın qismən təmin edilməsini iş üzrə verilmiş ekspert rəylərində faiz borcu məbləğinin 0 (sıfır) manata bərabər olması və əsas borcun bir hissəsinin (900 manat) ödənilməsi ilə əsaslandırmışdır. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 449.1, 739cu maddələrinə istinad edərək əsaslandırmışdır. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verib birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol verildiyini bildirmiş, bu səbəbdən, rayon məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verib biri nci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol verildiyini bildirmiş, eyni zamanda, iddiaçı bankın filialında müdir işlədiyini, 6048 manat əmək haqqını ala bilmədiyini, həmin qalıq əmək haqqı ilə banka olan borcunun əvəzlənməsini xahiş etmiş, bu səbəbdən, rayon məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İkram Şirinov - sədrlik edən, məruzəçi, Tofiq Səmədov və Anar Tanrıverdiyev) 07 oktyabr 2020-ci il tarixli, 2(103)-6851/2020 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh tərəfindən ayrılıqda verilmiş ap ellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-76/2020 saylı, 12 iyun 2020-ci il tarixli qətnaməsi onların apellyasiya şikayətlərinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab etmişdir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, rayon məhkəməsi borcun məbləğinin müəyyən edilməsi ilə bağlı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15489 saylı, 30 avqust 2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən 29 aprel 2016-cı il tarixə cavabdehin Banka olan borcunun əsas borc üzrə 39682,65 manat, faiz borcu üzrə 0,00 manat olması müəyyən edilmişdir. 29 aprel 2016-cı il tarixdən sonra cavabdehin 900 manat etdiyi ödəniş nəzərə alınarsa, əsas borcunun məbləği 38782,65 manatdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, rayon məhkəməsi borcun məbləğinin müəyyən edilməsi ilə bağlı ekspert rəyinə əsaslanaraq düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində göstərdiyi “bankın filialında müdir işlədiyi vaxt 6048 manat ala bilmədiyi qalıq əmək haqqı ilə banka olan borcunun əvəzlənməsinə” münasibətdə qeyd et mişdir ki, həmin məsələ “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli qərarına müvafiq qaydada həll edilməlidir. Məhkəmə kollegiyası belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə düzgün qənaətə gəldiyindən, apellyasiya şikayətləri təmin edilməməlidir. İddiaçı və cavabdeh ayrı-ayrılıqda kassasiya şikayətləri verərək Bakı Apellyasiya Məhkə məsi Mülki kollegiyasının 2(103)-6851/2020 nömrəli iş üzrə 07 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilib işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətində qeyd edilənlərə heç bir münasibət bildirilməmiş, işdə olan sübutlara qiymət verilməmiş, bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci 372.6 və 372.7-ci maddələrinin tələblərini pozmuşdur. Apelyasiya şikayətində müvafiq sübutlara da istinad edərək iddiaçının faktiki olaraq cavabdehə borclu olduğunu göstərilmiş, lakin nə birinci instansiya, nə apelyasiya instansiyası məhkəmələri bununla bağlı araşdırma aparmamış, eyni zamanda məhkəmə kollegiyası bu fakta münasibət bildirməmişdir. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh qrafik üzrə ödənişlərdə gecikdirmə hallarına yol vermiş və bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq gecikdirilən ödəniş məbləğinə uyğun faiz hesablanmışdır. Əgər cavabdeh qrafik üzrə ödənişləri gecikdirmədən həyata keçirsəydi o zaman məhkəmənin mövqeyi ilə razılaşmaq olardı. Müştəri tərəfindən ödənilən məbləğlərin əsas və ya faiz borcundan silinməsini Bankın sistemi müəyyən edir və sistem Mərkəzi Bank tərəfindən mütəmadi olaraq yoxlanılır. Ekspert hesablama apararkən səhvə yol vermişdir. Bankın tələblərinin ta mamilə əsaslı olması barədə məhkəməyə kifayət qədər sübutlar, o cümlədən ciddi hesabat sənədi sayılan və mövcud borcun hesablanma qaydasını özündə əks etdirən maliyyə arayışı, hesabdan çıxarış və digər zəruri sənədlər təqdim olunmuş, lakin məhkəmə cavabdeh tərəfindən çıxış edərək təyin edilmiş məhkəmə- mühasibatlıq ekspertizasının rəyinə düzgün hüquqi qiymət verməmiş, bankın tələbini qismən təmin etmişdir. Cavabdehin kassasiya şikayətinə dair yazılı izahatı daxil olmuşdur. Həmin izahatda almadığı bankın əmək haqqı hesabında qalan 6048 manat 74 qəpik, valyuta hesabında olan 75 amerika dolları 65 senti, düzgün hesablanmamış 6 günlük əmək haqqını (aylıq əmək cədvəlində göstərilib) vergilər çıxılmaqla banka olan əsas borcundan çıxılmasını və tətbiq edilmiş 5 faizli cərimənin azaldılması üçün qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüqu q normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya ”şikayətində” işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə”üçün”əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və”yaxud qətnamə” və”qərardadda ifadə”olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə” yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin fa ktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətləri əsasında apellyasiya instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzim ləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərdən əsaslı olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və apellyasiya şikayətinin dəlillərinə ətraflı qiymət verilmişdir. İddiaçının kassasiya şikayətinin dəli lləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə ödənilməli olan borc məbləği müvafiq ekspertiza keçirilməklə müəyyən edilmiş, faiz məbləğləri iddiada göstərilən müddət çərçivəsində ekspert rəyi ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, y əni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, bankın filialında müdir işlədiyi vaxt 6048 manat ala bilmədiyi qalıq əmək haqqı ilə banka olan borcunun əvəzlənməsi tələbi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli qərarına müvafiq qaydada həll edilməlidir. Bu səbəbdən, kassasiya şikayətləri təmin ed ilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. Qərara aldı: İddiaçı QSC və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6851/2020 nömrəli iş üzrə 07 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar