Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2593/2022 23.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ № 2(102)-2593/2022 (Açar sözlər: fərdi yaşayış evinə istifadə hüququnun tanınması, evə köçürülmə, maddi hüquq normasının tətbiqinin əsaslandırılmaması) Bakı şəhəri, 23 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlundan (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “evdən istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhk əməsinin Mülki kollegiyasının 12 avqust 2020-ci il tarixli, 2(107)-1307/2020 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X6 (bundan sonra “iddiaçı”) X2 ilə 19 iyul 2005-ci il tarixdə rəsmi nikaha daxil olub. İddiaçı ailə qurduğu vaxt ərinin valideynlərinə məxsus evə köçüb. Birgə nikahdan üç uşaqları var. Uşaqlar yetkinlik yaşına çatmayıblar. 2011-ci ildə Balakən rayonunda baş verən zəlzələ nəticəsində iddiaçını köçdüyü ev dağılıb, həmin evin əvəzinə dövlət tərəfindən 2 otaqlı ev verilib.
2. Həmin ev (Balakən şəhəri, Səməd Vurğun küçəsi, 19) Cavabdeh (bundan sonra “cavabdeh”) adına tam, evin yerləşdiyi 0,0730 ha torpaq sahəsi isə cavabdeh və iddiaç ını əri də daxil olmaqla 5 nəfərin adına ümumi birgə mülkiyyət hüququ ilə xx.xx.2017-c ildə qeydə alınıb. ind.
3. Cavabdeh iddiaçının qayınanasıdır. İddiaçının əri X2 06 noyabr 2019-cı ildə ölüb.
4. Mübahisə ünvan 1-a iddiaçının istifadə hüququnun yaranması və həmin evə köçürülmə barədə yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi (sonradan tələbin həcminin artırmaqla) ilə Balakən Ryaon Məhkəməsinə müraciət edərək, onun cavabdehə məxsus ünvan 1-a istifadə hüququnun yaranması və üç uşağı ilə birgə həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda göstərilən faktiki əsaslarından çıxış edərək tələbini onunla əsaslandırmışdır ki, 2011-ci ildə Balakən rayonunda baş verən zəlzələ zamanı dağılan evin əvəzində dövlət tərəfindən verilən 2 otaqlı evi sonradan birlikdə əlavə artırmalar edərək, 5 otalı evə çevirmişlər. Həmin evə yalnız qaynanası öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır.
7. İddiaçının 2019-cu ilin noyabr ayında əri özünü asaraq intihar etmişdir. Bundan sonra iddiaçının qayınanası ilə münasibətləri daha da pisləşməyə başlamış, 2019-cu ilin dekabr ayında qaynanası iddiaçını və uşaqlarını evdən zorla çıxarmışdır. İddiaçı hazırda Balakən rayonu, Hənifə kəndində yerləşən ata evində yaşayır, atası da 2019-cu ilin iyun ayında vəfat etmişdir. 3 otaqlı həmin evdə iddiaçı anası və qardaşının 4 nəfərdən ibarət ailəsi çox çətin şəraitdə yaşayırlar.
8. İddiaçı heç bir yerdə işləmir və əlavə heç bir qazançı yoxdur. Buna görə də iddiaçının özünə öz vəsai ti hesabına mənzil əldə etmək imkanı yoxdur. Bundan başqa, iddiaçı həmin evin yaxşılaşdırılmasında öz vəsaiti ilə iştirak etmişdir.
9. İddiaçı dəfələrlə gəlin köçdüyü və yaşadığı evə qayıdıb orada yaşamağa cəhd etsə də, cavabdeh onu evə buraxmamışdır. İddiaçı və uşaqları öz iradələrindən asılı olmayaraq evdən istifadə edə bilmirlər.
10. Tərəflər arasında mübahisəli hüquq münaisbəti 2005-ci ildə yarandılğından və həmin vaxt qeyd edilən ev cavabdehin adına mülkiyyət hüququ ilə qeydə alınmadığından mübahisəyə qanunun analogiyası 01 oktyabr 2009-cu ilədək qüvvəd olmuş Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir.
11. İddiaçı tələbinin hüquqi əsası kimi 01 oktyabr 2009-cu ilədək qüvvəd olmuş Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrinə istinad etmişdir.
12. Cavabdeh iddiaya etiraz edib. Etirazın dəlilləri: - mübahisədə adı keçən ev 27 noyabr 2017-ci il tarixli çıxarışa əsasən cavabdehə məxsusdur. İddiaçı həmin evdə qeydiyyatda deyil; - iddiaçı ailədə mütəmadi münaqişə yaradıb, həm də iddia ərizəsində heç yerdə işləməməsini göstərib. Bu da göstərir ki, iddiaçı münaqişəli əmlaka vəsait xərcləməzdi və onun buna imkanı yox idi; - iddiaçının ərinin intihar etməsində də iddiaçının hərəkətləri səbəb olmuşdur; - Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına görə 01 sentyabr 2000-ci ildən sonra yaşayış sahəsindən istifadə edilməsi ilə bağlı yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinə uyğun həll edilməlidir. Bu səbəbdən də iddia əsassızdır.
13. Balakən Rayon Məhkəməsinin 2(019)-207/2020 nömrəli, 04 may 2020-ci il tarixli qə tnaməsi ilə iddia təmin edilmiş, İddiaçı və uşaqları; 29 yanvar 2005-ci il təvəllüdlü X3, 13 mart 2006-cı il təvəllüdlü X7 və 15 sentyabr 2009-cu il təvəllüdlü X1 ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus olan fərdi yaşayış evindən istifadə hüquqlarının müəyyən olunması və İddiaçı uşaqları; X3, X7 və X4 ilə birlikdə Cavabdeh məxsus həmin fərdi yaşayış evinə köçürülməsi, Cavabdeh 10 manat məbləğində dövlət rüsumunun alınaraq, İddiaçı ödənilməsi qət edilmişdir. (hakim Zamin Tahirov)
14. Birinci instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, iddiaçı cavabdehin oğlu xxx 2005-ci il tarixdə rəsmi nikahla evlənmişdir. Həmin nikahdan iddiaçının 2005-ci il təvəllüdlü X3, 2006-cı il təvəllüdlü X7 və 2009-cu il təvəllüdlü X4 adlı üç uşağı var. İddiaçı ailə qurduqdan sonra ərini n valideynlərinə məxsus yaşayış evinə köçərək onlarla birlikdə orada yaşamış, 2011-ci ildə Balakən rayonunda baş verən zəlzələ zamanı evləri dağıldığı üçün dövlət onlara 2 otaqlı ev tikmişdir. Sonradan onlar birlikdə həmin evdə əlavə artırmalar edərək, 5 otağa çevirmişlər. Həmin evə iddiaçının qayınanası olan cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır. İddiaçının uşaqları: xx.xx.2005-ci il təvəllüdlü X3, xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X1 qeydiyyatda olduqları yer və daimi yaşayış yeri ünvan 2 ünvanında yerləşən cavabdehə məxsus fərdi yaşayış evidir. İddiaçı və onun uşaqları iradələrindən asılı olmayaraq, həmin evdən istifadə edə bilmirlər, cavabdeh tərəfindən onların həmin evə köçürülməsinə və həmin evdən istifadə etməsinə maneəl ər yaradılır, həmçinin mübahisəli ev yaşayış üçün yararlıdır.
15. Birinci instansiyası məhkəməsi qeyd olunanlara əsasən hesab edib ki, iddiaçı cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə cavabdehin razılığı ilə 2005-ci ildə cavabdehin oğlu xxx nikahını rəsmiləşdirərək gəlin köçərək, cavabdehn ailə üzvü olduğundan və cavabdehlərlə birlikdə yaşayıb ümumi təsərrüfat apardığından, iddiaçı mübahisəli evə dair 2005-cı ildən cavabdehlə birlikdə faktiki sahiblik və istifadəni həyata keçirdiyindən, iddiaçının yetkinlik yaşına çatmayan uşaqları həmin evdə doğulduqlarından və orada yaşadıqlarından, iddiaçının və onun uşaqlarının qeydiyyatda olduqları yer və daimi yaşayış yeri ünvan 1 ünvanında yerləşən cavabdehə məxsus fərdi yaşayış evi olduğundan, iddiaçının uşaqları ilə həmin ev dən istifadə hüququ müəyyən olunmalı və onlar yaşamaq üçün həmin evə köçürülməlidir.
16. Birinci instansiyası məhkəməsi hesab edib ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri 2005-cı ildə yarandığından və həmin vaxt mübahisəli ünvan 3 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinə cavabdehlərin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadığından (Cavabdeh 2011-ci ildə Balakən rayonunda baş verən zəlzələ zamanı evləri dağıldığı üçün dövlət tərəfindən tikilmiş həmin evə mülkiyyət hüququ yalnız xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır) mübahisəyə qanunun analogiyası üzrə 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin normalarının tətbiq edilməsi zəruridir.
17. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 27.1, 27.2, 27.3-cü, Mənzil Məcəl ləsinin (1982-ci il) 53, 54, 123-cü, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2, 3 və 5-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslnadırıb ki, iddiaçı 2005-ci ildən mübahisəli evə heç bir qeyd-şərt göstərilmədən evə faktik mülkiyyət hüquqları əsasında sahiblik və ondan istifadə edən cavabdehlərin razılığı ilə köçürüldüyündən və həmin şəxslərlə və orada yaşayan digər şəxslərlə birlikdə ümumi təsərrüfatı aparmaqla orada yaşadığından, iddiaçının uşaqları sözügedən evdə doğulub orada yaşadığından, iddiaçının və onun uşaqlarının qeydiyyatda olduğu və daimi yaşadığı ünvan mübahisəli ev olduğundan iddiaçı uşaqları ilə həmin evdən istifadə və yaşamaq hüququ əldə etmişlər.
18. Birinci instansiya məhkəməsi iddiaçının iradəsinin ziddinə olaraq, onun və uşaqlarının mübahis əli evdən istifadə hüquqlarına maneələrin yaradılmasını onların Azərbaycan Respublikası Konstitusiyasının 43 və İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 8-ci maddəsi ilə təsbit olunmuş mənzil hüquqlarının pozulması kimi qiymətləndirib.
19. Birinci instansiya məhkəməsi cavabdehin iddia tələbinə etirazının dəlillərini – iddiaçının oğlunu ər kimi tanımaması, ona hörmət qoymaması, ərinə qarşı müntəzəm saymamazlıqlar edərək, onu ölüm həddinə çatdırması, oğlunun onun hərəkətlərinə tab gətirməyərək, 2019-cu ilin noyabr ayında özünü asaraq intihar etməsi, iddiaçının həm də ona bir qaynana kimi hörmət etməməsi, heç nədən evdə mübahisə edərək, uşaqları da özü ilə aparıb ata evində qalaraq, onları əsəbləşdirməsi, bu minvalla ərinin ölümünə səbəb olması, iddiaçının nəvələr inə də psixi təsir edərək, onları onunla pis rəftara sövq etməsi – əsasszl sayıb və göstərib ki, cavabdeh iddianın təmin olunmaması zərurəti ilə bağlı birbaşa faktoloji və hüquqi bağlılıqda olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş və bununla da iddianın əsassız olmasını sübut edə bilməmişdir. Halbuki MPMnin 77.1-ci maddəsinə əsasən iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür.
20. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırmaq üçün Mənzil Məcəlləsinin (1982-ci il) 53, 54, 123-cü maddələri ilə yanaşı, yeni Mənzil Məclləsinin 30.1, 30.2 və 30.4cü maddələri ilə əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd ed ilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlillərinə uyğun əsaslandırılmışdır. (hazırki qərarın 12-ci bəndi)
23. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1307/2020 nömrəli, 12 avqust 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli, 2(019)-207/2020 nömrəli qətnaməsini dəyişdirilmədən saxlamışdır. (hakimlər Ələddin Məcidov (məruzəçi və sədrlik edən) Mahir Əsədli, Ayaz Mahmudov)
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi və tətbiq etydiyi maddi hüquq normaları ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayə tinin dəlilləri
25. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsini qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, məhkəmə işin faktiki hallarını düzgün araşdırmamış, həmçinin maddi hüquq normalarını da düzgün tətbiq etməyərək 2013-cü il tarixdə inşa edilmiş fərdi yaşayış evinə münasibətlərin 2005-ci ildə yaranması nəticəsinə gəlmiş və həmin dövr üçün qüvvədə olan yəni 01 oktyabr 2009-cu ilə kimi qüvvədə olan Mənzil Məcəlləsinin 53-54 və 123-cü maddələrini tətbiq etmişdir. Lakin iddiaçının və onun ailə üzvlərinin köçürülməsi və istifadə hüququnun tanınması qət edilən fərdi yaşayış evi 2013-cü il tarixdə inşa edildiyindən hazırkı hüquq münasibətlərinə 01 oktyabr 2009-cu ilə kimi qüvvədə olan Mənzil Məcəlləsinin 53-54 və 123-cü maddələrini tətbiq etmək düzgün deyil; b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri
27. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilə n hüquq Mənzil Məcəlləsi (1982-ci il) Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Hə ddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı - 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarix ədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı dır Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəti cələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
32. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrinə istinad etsə də, iddiaçının 2005-ci ildə köçdüyü evin hüquqi statusunu (mülkiyyətdə və ya dövlət mənzil fondunda olması, özbaşına tikili olması və s.) müəyyən etməmişdir. İddiaçının 2005-ci ildə köçdüyü evin hüquqi statusunu müəyyən etmədən də mübahisəyə köhnə Mənzil Məcəlləsinin qeyd edilən normalarının tətbiqini əsaslı saymaq olmaz. Məhz evin statusu müəyyən edilməklə, mübahisənin Mülki Məcəllənin 228-ci maddəsi və ya köhnə Mənzil Məcəlləsinin normaları baxımından həll edilməsi məsələsinə qiymət vermək olar. Üstəlik, birinci instansiya məhkəməsinin özünün də istinad etdiyi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarında belə nəticəyə gəlinib ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşdən də görünür ki, mübahisəli hüquq münasibəti 2005-ci ildən yaranıb.
33. Bundan başqa, birinci instansiya məhkəməsi iddianı təmin edərkən, köhnə Mənzil Məclləsinin normaları ilə yanaşı, yeni Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-ci maddələrin də istinad etmiş, eyni zamanda həmin maddələri də iddianın təmin edilməsi baxımından əsas götürüb-götürmədiyini qətnamədə əsaslandırmamışdır. Ümumiyyətlə, yeni Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-ci maddələrinə nəyə görə istinad edilməsi qətnamədən görünmür. Halbuki qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştir ak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. (Mülki Prosessual Məcəllə, 218.1. 220.4-cü maddələr)
34. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən edilmiş hallarına görə iddiaçı 2005-ci ilə ilkin olaraq ərinin valideynlərinə məxsus evə (həmin evin hüquqi statusu yuxarıda qeyd edildiyi kimi müəyyən edilməyib) köçüb, ev zəlzələ nəticəsində dağılıb, həmin evin əvəzində dövlət tərəfindən verilən ev 2017-ci ildə cavabdehin adına qeydə alınıb. Belə olan halda, iddiaçının 2005-ci ilə köçdüyü evin hüquqi statusu müəyyən edilməklə, iddianın əsaslılığına Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X.Məmmədovanın şikayəti üzrə Azə rbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il 2014-cü il tarixli Qərarının kontekstində də qiymət verilməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 iyul 2014-cü il 2014-cü il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.
35. Cavabdeh hüquq münasibətinə tətbiq edilən maddi hüquq normaları ilə razılaşmadığını apellyasiya şikayətində xüsusi olaraq göstərsə də, apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə heç bir qiymət verməmiş, eyni səhvi təkrar etmişdir. Baxmayaraq ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. (MPM, 372.7-ci maddə).
36. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsi tələb edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlilləri müzakirə etməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin də tələblərini pozmuşdur.
37. Apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)
38. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarında qətnamənin əsaslılığı ilə bağlı qeyd edilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 40. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
41. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsini əsaslı hesab etmir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tələbinin məqsələrdindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır. Məhkəmə aktlarının əsaslandırılmı ş olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Həm də məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
43. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, bunun nəticəsi olaraq tərəfləri n hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
44. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 avqust 2020-ci il tarixli, 2(107)-1307/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.