Məhkəmə qərarları › İş №2(102)-2596/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2596/2020

22.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2596/2020 22.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, iddiaçı “xxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(106)-723/2019 nömrəli qətnaməsindən iddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi X2 və vəkili X3 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 3690,46 ABŞ dolları əsas, 2313,42 ABŞ dolları faiz, 1254,75 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 7258,63 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(020)-159/2018 saylı qətnaməsi ilə (hakim R.V.Nurullayev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3690,46 ABŞ dolları əsas, 2313,42 ABŞ dolları faiz və 100 ABŞ dolları cərimə, cəmi 6103,88 ABŞ dolları məbləğində kre dit borcun Azərbaycan manatına ekvivalenti və 20 manat dövlət rüsumunun alınıb iddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” ASC-yə ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(106)-723/2019 nömrəli qətnaməsi ilə (hakimlər M.K.Həsənov - sədrlik edən və məruzəçi, İ.Q.Həsənov və Z.A.Zeynalov) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Beyləqan Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(020)-159/2018 nömrəli qətnaməsi iddiaçının xeyrinə cavabdehlərdən faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, iddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulan faiz borcunun məbləğinin ödəniş vaxtı Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ dollarına münasibətdə müəyyən etd iyi məzənnə üzrə Azərbaycan manatı ilə hesablanmaqla 1303,94 ABŞ dolları müəyyən edilməsi, Beyləqan Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(020)-159/2018 nömrəli qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi X2 və vəkili X1 şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(106)-723/2019 nömrəli qətnaməsinin faiz borcunun 1303,94 ABŞ dolları məbləğində müəyyən edilməsi hissəsində ləğv olunması və faiz borcunun ilkin iddia tələbləri olan 2313,12 ABŞ dolları məbləğində müəyyən edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla ə saslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmişdir. Cavabdeh qrafik üzrə ödənişlərdə gecikdirmə hallarına yol vermiş və bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq gecikdirilən ödəniş məbləğinə ikiqat faiz hesablanmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh1 məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, iddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin nümayəndəsi, digər Cavabdeh2 isə məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, “xxxxxxxxx” ASC və Cavabdeh1 arasında bağlanılmış xx xxxxxxxx 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi ilə bank tərəfindən borcluya 18 ay müddətinə, illik 28 faiz olmaqla 5800 ABŞ dolları məbləğində kredit verilmiş, həmin tarixli 470002945/ZM nömrəli Zaminlik müqaviləsi ilə Cavabdeh2 borc alanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxxxxxx 2014-cü i l tarixli Kassa məxaric orderindən görünür ki, Cavabdeh1 5800 ABŞ dolları məbləğində pulu bankın kassasından qəbul etmişdir. Bundan sonra “xxxxxxxxx” ASC və Cavabdeh1 arasında bağlanmış Kredit müqaviləsinə xx xxxx 2015-ci il tarixli Əlavə sazişlə kreditor “xxxxxxxxx” ASC-nin borcalan Cavabdeh1 verdiyi kreditin qalıq məbləği 4490 ABŞ dolları müəyyən olunmuş, kreditin müddəti isə xx xxxxxxx 2016-cı il tarixədək uzadılmışdır. Eyni tarixdə imzalanmış Zaminlik müqaviləsinə Əlavə Sazişlə Cavabdeh2 zaminliyi də xx xxxxxxx 2016-cı il tarixədək uzadılmışdır. Lakin Cavabdeh1 tərəfindən müqavilə üzrə öhdəliklər vaxtında və lazımi qaydada yerinə yetirilməmiş və onun banka borcu yaranmışdır. Hazırki kassasiya şikayətində iddiaçı tələbinin faizə münasibətdə qismən təmin olunmasını mübahisələndirmiş və kredit üçün hesablanmış faizin təqdim etdiyi maliyyə arayışına əsasən xx xxxxxxx 2017-ci il tarixə müəyyən olunmuş məbləğdə tutulmasını xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz borcunun düzgünlüyünü yoxlamaq məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin xx xxxxxx 2019-cu il tarixli, 27154 nömrəli rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarışlardan və “xxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə xx xxxx 2015-ci il tarixli, ********* nömrəli əlavə saziş müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilə müddətinə, yəni xx xxxxxxx 2016-cı il tarixə banka olan borcu əs as borc üzrə - 3692,73 ABŞ dolları, faiz borcu üzrə - 1303,94 ABŞ dolları müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin m üəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ i olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəala rının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.... Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizləri n), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan maddi hüquq normalarına uyğun olaraq cavabdehdən tutulmalı olan faiz borcunu müqavilə müddətinin bitdiyi xx xxxxxxx 2016-cı il tarixə müəyyən etmişdir. Belə ki, müqavilə müddəti bitdikdən sonra kreditdən istifadəyə görə faizlərin tutulması üçün əsaslar iş materiallarında mövcud deyildir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qrafik üzrə ödənişlərdə gecikdirmə hallarına yol verdiyinə görə sanksiya qismində gecikdirilən ödəniş məbləğinə ikiqat faizin hesablanmasın a dair kassasiya şikayətinin dəlili əsassızdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən öhdəliklərini vaxtında və lazımi qaydada icra etməməsi ilə əlaqədar cərimə tələb olunmuş və həmin tələb qismən təmin olunmuşdur. Cərimə ilə yanaşı, faizin ikiqat hesablanmasına dair iddia tələbinin hüquqi əsası mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnamə sinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” ASC və vəkili X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(106)-723/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: imza var imzalar var

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar