Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2596/2021 07.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və X şəhəri 2 saylı notariat kontorunun xüsusi notariusu X13 qarşı “alğı-satqı müqaviləsinin, müqaviləyə dəyişiklik edilməsinə dair sazişin və daşınmaz əmlaklarla bağlı dövlət reyestrində aparılmış qeydin ləğv olunması” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı müqaviləsinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh1 vəkili X7 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7638/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Milli Depozit Mərkəzi tərəfindən verilmiş, 23.10.2012-ci il tarixli, ********* nömrəli depo hesabından çıxarışdan görünür ki, Cavabdeh2-nin nizamnamə kapitalının miqdarı 868 904,00 manat təşkil edir, sənədsiz adi adlı səhmlərinin, qiymətli kağızlarının ümumi miqdarı 434 452 ədəddir. Bir qiymətli kağızın nominal dəyəri 2,00 AZN-dir. Cavabdeh2 üzrə İddiaçı1 1 900 ədəd qiymətli kağızın, İddiaçı2 6900 ədəd qiymətli kağızın sahibidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, X şəhəri, X prospekti 65 ünvanında yerləşən ümumi sahəsi 37550.2 kv.m, torpaq sahəsi 16.2196 ha olan istehsal təyinatlı əmlak kompleksi kimi müəssisə Cavabdeh2-nin adına daşınmaz əmlakın dövlət reyestrində 14.02.2013-cü ildə qeydiyyata alınmışdır. 06 iyun 2013-cü il tarixli, reyestrdə Ə/02-649 № ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, 16.2196 ha torpaq sahəsində yerləşən, X şəhəri, X prospekti 65 ünvanındakı əmlak kompleksi kimi müəssisənin, ümumi sahəsi 5866,7 kvadrat metr olan “E” qeyriyaşayış binası “4 saylı istehsalat binası” (istehsalat) və onun yerləşdiyi 1.6778 ha torpaq sahəsi istisna olmaqla, yerdə qalan ümumi sahəsi 31.683.50 kv.metr olan bütün qeyri-yaşayış binalarını və onların yerləşdikləri 14.5418 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən Cavabdeh1 satılmışdır. Satıcı qeyri-yaşayış binasını 401.000 manata satmış, alıcı isə həmin qiymətə almışdır. 31 avqust 2013-cü il tarixli (qeyri-yaşayış binası alqı-satqı müqaviləsində dəyişiklik edilməsi barədə) sazişin surətindən görünür ki, tərəflər arasında bağlanmış 06.06.2013-cü il tarixli, 4Ə-02649 reyestr nömrəli müqavilənin dördüncü bəndinin “satıcı qeyri-yaşayış binasını və torpaq sahəsini-qeyri-yaşayış binasını 2 142,00 manata, 14.5418 ha torpaq sahəsini isə 398 858 manata olmaqla-cəmi 401 000 manata satdı. Alıcı isə həmin qiymətə aldı.” redaksiyada verilməsi barədə müqavilə bağlamışlar. Azərbayc an Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, X şəhəri, X prospekti 65 ünvanında yerləşən ümumi sahəsi 31683,5 kv.m, torpaq sahəsi 14,5418 ha olan istehsal təyinatlı əmlak kompleksi kimi müəssisə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 03.10.2013-cü ildə qeydə alınmışdır. Yerdə qalan 1,6778 ha torpaq sahəsi üzərində Cavabdeh2-nin mülkiyyət hüququ 03 oktyabr 2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. 02 fevral 2012-ci il tarixli kredit müqaviləsinə əsasən, “xxxx” İKB tərəfindən Cavabdeh2-yə 36 ay müddətinə illik 15%-lə 3.000.000 manat məbləğində kredit pul vəsaiti verilmiş, kreditin təminatı kimi bağlanmış girov müqaviləsinə görə Cavabdeh2-nin 87.6% səhmlərinin sahibi olan “xxxx” MMC-nin 380520 ədəd səhmi, həmçinin “xxxx” MMC-nin 83 adda 86 ədəddən ibarət əsas vəsaitləri avadanlıqlar, maşın və mexanizmlər girov qoyulmuşdur. “xxxx” MMC-nin nizamnaməsinin surətinə görə Nizamnamə 19 may 2011-ci ildə, №********** nömrə ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamenti Kommersiya X17 Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdı “xxxx” MMC-nin nizamnaməsinə dəyişikliklərə görə həmin dəyişikliklər 07 dekabr 2012-ci ildə, №********** nömrə ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamenti Kommersiya X17 Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Cavabdeh2-nin nizamnaməsinin s urətinə görə Nizamnamə 30 may 2012-ci ildə, № ********** nömrə ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamenti Kommersiya X17 Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Bakı Vergilər Departamentindən Cavabdeh2-nin 06 iyun 2013-cü il tarixə və 31.08.2013-cü il tarixə xalis aktivlərinin dəyəri barədə sənədlərdən görünür ki, Cavabdeh2-nin 06 31.08.2013-cü il tarixə olan aktivlərinin balans dəyəri 3129033,86 manat, 01.01.2014-cü il tarixə qalıq dəyəri 1188216,43 manatdır. 28.11.2014-cü il tarixli, X şəhər notariusu tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, ünvan 4də 4Ə/02-649 №-li reyestrlə təsdiq edilmiş müqavilə ilə Cavabdeh2-in mülkiyyətində olan 16,2196 ha torpaq sahəsində yerləşən, X şəhəri, X prospekti 65 ünvandakı əmlak kompleksi kimi müəssisənin ümumi sahəsi 5866.7 kvadrat metr olan “E” qeyri-yaşayış binası “4 saylı istehsalat binası” və onun yerləşdiyi 1,6778 ha torpaq sahəsi istisna olmaqla, qalan ümumi sahəsi 31683,50 kv.metr olan bütün qeyri-yaşayış binaları və onların yerləşdikləri 14,5418 ha torpaq sahəsi (cizgi planı müqaviləyə əlavə olunmuşdur) X X küçəsi, məhəllə 1902, ev 5-də yaşayan Cavabdeh1 401000.00 manata satılmışdır. Müqavilə bağlanan zaman tərəflərin hüquq qabiliyyəti müəyyən edilmiş, müqavilənin bağlanması üçün səlahiyyətləri yoxlanılmışdır. Belə ki, “xxxx” ASC-nin 11 saylı Ərazi Vergilər İdarəsində 30.05.2012 tarixdə ********** № ilə qeydiyyata alınmış nizamnaməsinə əsasən cəmiyyətin aktivində olan əmlakın 50 (əlli) %-dən çoxuna sərəncam vermək barədə q ərar qəbul etmək hüququ ümumi yığıncağın, 50 (əlli) %-dən 10 (on) %-dək direktorlar şurasının, 10 (on) %-də az hissəsinə sərəncam vermək barədə qərar qəbul etmək hüququ baş direktorun səlahiyyətinə aiddir. Cavabdeh2-nin baş direktorunun imzaladığı 13.05.2013-cü il tarixli 09/64 №-li arayışda göstərilir ki, cəmiyyətin ümumi aktivinin dəyəri 6416900.00 manat satılan əmlakın dəyəri 251700.00 manatdır. Beləliklə satılan əmlakın dəyəri ümumi aktivin dəyərinin 3,92 %-nə bərabərdir. Direktorlar (Müşahidə) Şurasının əmlaka sərəncam verilməsi barədə 27.03.2013-cü il tarixli qərarı notariat kontorunda saxlanılan alqı-satqı işinə əlavə edilmişdir. Əməliyyatı cəmiyyətin adından baş direktor A.Hüseynov aparmışdır. Notariat əməliyyatı yalnız baş direktorun qərarı ilə aparılmalı olduğu halda, əlavə olara q Şuranın da razılığı alınmışdır. 24 iyul 2014-cü il tarixli Cavabdeh2-nin Səhmdarlarının ümumi yığıncağının protokolunun surətindən görünür ki, “xxxx” İKB-yə olan borcun qaytarılması ilə əlaqədar Səhmdar Cəmiyyətin balansında olan torpaq sahəsinin bir hissəsinin satılması müzakirə edilmiş və səsə qoyulmuş, lehinə 392167 səhm səs vermişdir. Nəticədə Səhmdar Cəmiyyətin balansında olan torpaq sahəsinin bir hissəsinin satılmasına nəzarət Müşahidə Şurasının sədri Elşən Babayevə tapşırılmışdır. Cavabdeh2-nin Müşahidə Şurasının 27.03.2013-cü il tarixli qərarı ilə Cavabdeh2-nin xüsusi mülkiyyətində olan torpaq sahəsindən 16778,0 kv.m saxlanılmaqla, qalan sahəsinin və onun üzərindəki tikili və qurğuların satılmasına razılıq verilməsi, alqı-satqı əməliyyatları ilə bağlı müvafiq sənədlərin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Yevlax Ərazi İdarəsinə təqdim edilməsinin təmin edilməsi Baş direktora tapşırılmışdır. 13 may 2013-cü ildə Baş direktor A.B.Hüseynov ünvan 5 ünvanlanmış məktubda 13.05.2013-cü il tarixə Cavabdeh2-nin aktivlərinin dəyəri 6 416 900 manat, Cavabdeh2 Müşahidə Şurasının 27.03.2013-cü il tarixli qərarına əsasən müəssisənin mülkiyyətindəki 16.778 ha torpaq sahəsindən satılmalı olan 14.5418 ha torpaq sahəsinin və onun üzərindəki tikili və qurğuların dəyəri isə 251 700 manat olması bildirilmişdir. Bundan sonra 06.06.2013 tarixdə 4Ə/02-649 №-li reyestrlə təsdiq edilmiş müqavilə ilə Cavabdeh2in mülkiyyətində olan 16,2196 ha torpaq sahəsində yerləşən, X şəhəri, X prospekti 65 ünvandakı əmlak kompleksi kimi müəssisənin ümumi sahəsi 5866.7 kvadrat metr olan “E” qeyri-ya şayış binası “4 saylı istehsalat binası” (İstehsalat) və onun yerləşdiyi 1,6778 ha torpaq sahəsi istisna olmaqla, yerdə qalan ümumi sahəsi 31683,50 kv.metr olan bütün qeyri-yaşayış binaları və onların yerləşdikləri 14,5418 ha torpaq sahəsi X X küçəsi, məhəllə 1902, ev 5-də yaşayan Cavabdeh1 401000.00 (dörd yüz bir min) manata satılmışdır. Həmin məbləğ Cavabdeh1 tərəfindən ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat (1-ci iş üzrə) İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X şəhəri 2 saylı Notariat kontorunun xüsusi notariusu X13, üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin, bu müqaviləyə dəyişiklik edilməsi barədə sazişin etibarsız hesab olunması və həmin daşınmaz əm laklarla bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış və X şəhəri 2 saylı Notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiqlənmiş 06 iyun 2013-cü il tarixli, AN-İ ******* saylı X şəhəri, X prospekti 65 ünvanında yerləşən ümumi sahəsi 5866,7 kv. metr olan “E” qeyri yaşayış binası “4 saylı istehsalat binası” (istehsalat) və onların yerləşdiyi 1,6778 ha torpaq sahəsi istisna olmaqla, yerdə qalan ümumi sahəsi 31683,50 kv. metr olan bütün qeyri yaşayış binalarının və onların yerləşdikləri 14,5418 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilənin və bu müqaviləyə dəyişiklik edilməsi barədə 31 avqust 2013-cü il tarixli sazişin etibarsız hesab edilməsi və həmin daşınmaz əmlaklarla bağlı dövlət reyestrində Cavabdeh1 adına aparılmış qeydin ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. 16 yanvar 2015-ci il tarixli məhkəmə baxışı iclasında Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. 26 yanvar 2015-ci il tarixli məhkəmə baxışı iclasında “xxxx” X8 ASC-i iddiaçının tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin (hakim Abbas Əliyev) 2(005)-352/2015 saylı 26 yanvar 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və X şəhəri 2 saylı notariat kontorunun xüsusi notariusu X13, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin, bu müqaviləyə dəyişiklik edilməsi barədə sazişin etibarsız hesab olunması və həmin daşınmaz əmlaklarla bağlı dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi tələbinə dair iddia tələbi rədd edilmişdir. Məhkəmə baxışında X şəhər notariusuna sorğu edilmiş və 4Ə-02-649 reyestr nömrəli, 06.06.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətləri tələb olunmuş və həmin sənədlər tərəflərin iştirakı ilə tədqiq edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, 26 mart 2012-ci il tarixli Cavabdeh2-nin X9 Yığıncağının protokolu ilə Səhmdar Cəmiyyə tin Baş Direktoru vəzifəsinə X10 təyin edilmiş, həmin protokola əsasən 27 mart 2012-ci il tarixdən ştat cədvəlinə əsasən X3 baş direktor vəzifəsinə keçirilməsinə dair əmr verilmişdir. Cavabdeh2ASC-nin Müşahidə Şurasının 27.03.2013-cü il tarixli qərarı ilə Cavabdeh2nin xüsusi mülkiyyətində olan torpaq sahəsindən 16778,0 kv.m saxlanılmaqla, qalan sahəsinin və onun üzərindəki tikili və qurğuların satılmasına razılıq verilməsi, alqı-satqı əməliyyatları ilə bağlı müvafiq sənədlərin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Yevlax Ərazi İdarəsinə təqdim edilməsinin təmin edilməsi Baş direktora tapşırılmışdır. 13 may 2013-cü ildə Baş direktor A.B.Hüseynov ünvan 5 ünvanlanmış məktubda 13.05.2013-cü il tarixə Cavabdeh2-nin aktivlərinin dəyəri 6 416 900 manat, Cavabdeh2 Müşahidə Şurasının 27.03.201 3-cü il tarixli qərarına əsasən müəssisənin mülkiyyətindəki 16.778 ha torpaq sahəsindən satılmalı olan 14.5418 ha torpaq sahəsinin və onun üzərindəki tikili və qurğuların dəyəri isə 251 700 manat olması bildirilmişdir. Bundan sonra 06.06.2013 tarixdə 4Ə/02-649 №-li reyestrlə təsdiq edilmiş müqavilə ilə Cavabdeh2in mülkiyyətində olan 16,2196 ha torpaq sahəsində yerləşən, X şəhəri, X prospekti 65 ünvandakı əmlak kompleksi kimi müəssisənin ümumi sahəsi 5866.7 kvadrat metr olan “E” qeyri-yaşayış binası “4 saylı istehsalat binası” (İstehsalat) və onun yerləşdiyi 1,6778 ha torpaq sahəsi istisna olmaqla, yerdə qalan ümumi sahəsi 31683,50 kv. metr olan bütün qeyri-yaşayış binaları və onların yerləşdikləri 14,5418 ha torpaq sahəsi X X küçəsi, məhəllə 1902, ev 5-də yaşayan Cavabdeh1 401000.00 (dörd yüz bir min) manata satılmışdır. Həmin məbləğ Cavabdeh1 tərəfindən ödənilmişdir. Məhkəmə baxışı zamanı eyni zamanda Bakı Vergilər Departamentinə sorğu edilmiş və Cavabdeh2-nin 06 iyun. 2013-cü il tarixə və 31.08.2013-cü il tarixə xalis aktivlərinin dəyəri barədə məlumatlar tələb olunmuş və həmin sənədlər tərəflərin iştirakı ilə tədqiq edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh2-nin 06 31.08.2013-cü il tarixə olan aktivlərinin balans dəyəri 3129033,86 manat, 01.01.2014-cü il tarixə qalıq dəyəri 11188216,43 manatdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 26 mart 2012-ci il tarixli Cavabdeh2nin X9 Yığıncağının protokolu ilə Səhmdar Cəmiyyətin Baş Direktoru vəzifəsinə X10 təyin edilmiş, həmin protokola əsasən 27 mart 2012-ci il tarixdən ştat cədvəlinə əsasən X3 ba ş direktor vəzifəsinə keçirilməsinə dair əmr verilmişdir Cavabdeh2-nin Müşahidə Şurasının 27.03.2013-cü il tarixli qərarı ilə Cavabdeh2-nin xüsusi mülkiyyətində olan torpaq sahəsindən 16778,0 kv.m saxlanılmaqla, qalan sahəsinin və onun üzərindəki tikili və qurğuların satılmasına razılıq verilməsi, alqı-satqı əməliyyatları ilə bağlı müvafiq sənədlərin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Yevlax Ərazi İdarəsinə təqdim edilməsinin təmin edilməsi Baş direktora tapşırılmışdır. ünvan 4də 4Ə/02-649 №-li reyestrlə təsdiq edilmiş müqavilə ilə Cavabdeh2-in mülkiyyətində olan 16,2196 ha torpaq sahəsində yerləşən, X şəhəri, X prospekti 65 ünvandakı əmlak kompleksi kimi müəssisənin ümumi sahəsi 5866.7 kvadrat metr olan “E” qeyri-yaşayış binası “4 saylı istehsalat binası” (İstehsalat) və onun yerl əşdiyi 1,6778 ha torpaq sahəsi istisna olmaqla, yerdə qalan ümumi sahəsi 31683.50 kv. metr olan bütün qeyri-yaşayış binaları və onların yerləşdikləri 14,5418 ha torpaq sahəsi X X küçəsi, məhəllə 1902, ev 5-də yaşayan Cavabdeh1 401.000 (dörd yüz bir min) manata satılmışdır. Sözügedən məbləğ Cavabdeh1 tərəfindən tam olaraq ödənilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi, yəni yuxarıda qeyd edilən daşınmaz əmlaklar satılarkən səhmdarlara heç bir məlumatın verilməməsinə, ümumi yığıncağın çağırılmamasına və alqı-satqı məsələsinin ümumi yığıncaqda müzakirə edilməməsinə, adı çəkilən daşınmaz əmlakların dəyərinin Cavabdeh2-nin xalis aktivlərinin dəyərinin 25 %-dən artıq olmasına dair iddiaları məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla tam təkzib olunmuşdur. Məhkəmə hesab etmişdi r ki, X şəhər xüsusi notariusunun 06.06.2013 tarixdə 4Ə/02-649 №-li reyestrlə təsdiq etdiyi müqavilə ilə Cavabdeh2-in mülkiyyətində olan 16,2196 ha torpaq sahəsində yerləşən, X şəhəri, X prospekti 65 ünvandakı əmlak kompleksi kimi müəssisənin ümumi sahəsi 5866.7 kvadrat metr olan “E” qeyri-yaşayış binası “4 saylı istehsalat binası” (İstehsalat) və onun yerləşdiyi 1,6778 ha torpaq sahəsi istisna olmaqla, yerdə qalan ümumi sahəsi 31683,50 kv. metr olan bütün qeyri-yaşayış binaları və onların yerləşdikləri 14,5418 ha torpaq sahəsi X X küçəsi, məhəllə 1902, ev 5-də yaşayan Cavabdeh1 Səhmdar Cəmiyyətin Baş X1 tərəfindən 401000.00 (dörd yüz bir min) manata satılmasına dair müqavilə, eləcədə 31 avqust 2013-cü ildə qeyri-yaşayış binası alqı-satqı müqaviləsində dəyişiklik edilməsi barədə saziş bağl anan zaman 26 mart 2012-ci il tarixli Cavabdeh2-nin X9 Yığıncağının protokolu ilə Səhmdar Cəmiyyətin Baş Direktoru vəzifəsinə X10 təyin edilmiş, həmin protokola əsasən 27 mart 2012-ci il tarixdən ştat cədvəlinə əsasən X3 baş direktor vəzifəsinə keçirilmişdir. Eyni zamanda, Cavabdeh2-nin Müşahidə Şurasının 27.03.2013-cü il tarixli qərarı ilə Cavabdeh2-nin xüsusi mülkiyyətində olan torpaq sahəsindən 16778,0 kv.m saxlanılmaqla, qalan sahəsinin və onun üzərindəki tikili və qurğuların satılmasına razılıq verilmiş, alqı-satqı əməliyyatları ilə bağlı müvafiq sənədlərin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Yevlax Ərazi İdarəsinə təqdim edilməsinin təmin edilməsi məhz Baş direktor X4 tapşırılmışdır. Bundan başqa alqı-satqı müqaviləsi bağlanan zaman cəmiyyətin ümumi aktivinin dəyəri 6416900.00 manat satılan əmlakın dəyəri 251700.00 manat olmuşdur. Beləliklə, satılan əmlakın dəyəri ümumi aktivin dəyərinin 3,92 %-nə bərabər olmuşdur. Göründüyü kimi, İddiaçı1 tərəfindən mübahisələndirilən alqı-satqı-müqaviləsi və saziş imzalanan zaman yalnız baş direktor səlahiyyətli olduğu halda, əlavə olaraq Cəmiyyətin Müşahidə Şurası tərəfindən də qərar qəbul edilmişdir. Eyni zamanda Müşahidə Şurası tərəfindən qəbul edilmiş həmin qərar 24 iyul 2014-cü il tarixli Cavabdeh2-nin Səhmdarlarının ümumi yığıncağının protokolu ilə “xxxx” İKB-yə olan borcun qaytarılması ilə bağlı müzakirədə təsdiqlənmişdir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, İddiaçı1 iddia tələbinin təmin olunması üçün əsas ola biləcək hər hansı bir sübut məhkəməyə tə qdim edə bilməmiş, əksinə iddiaçı tərəfindən iddia tələbində qeyd olunan hallar məhkəmə araşdırması zamanı cavabdehlər tərəfindən təqdim olunmuş sübutlarla tam təkzib olunmuşdur. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 78.1, 80, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Nərimanov rayon Məhkəməsinin 2(005)-352/2015 saylı 26 yanvar 2015-ci il tarixli qətnaməsindən İddiaçı1, 3-cü şəxslər “xxxx” X8 və X21 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsində icraat (2-ci iş üzrə) İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2-yə, X şəhəri 2 saylı notariat kontorunun xüsusi notariusu X13 qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabd eh2 ilə Cavabdeh1 arasında bağlanmış və X şəhəri 2 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 06 iyun 2013-cü il tarixli, X şəhəri, X prospekti 65 ünvanındakı ümumi sahəsi 5866,7 kvadrat metr olan “E” qeyri yaşayış binası “4 saylı istehsalat binası” (istehsalat) və onun yerləşdiyi 1,6778 ha torpaq sahəsi istisna olmaqla, yerdə qalan ümumi sahəsi 31683,50 kvadrat metr olan bütün qeyri-yaşayış binalarına və onların yerləşdikləri 14,5418 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilənin və bu müqaviləyə dəyişiklik edilməsi barədə 31 avqust 2013-cü il tarixli sazişin etibarsız hesab edilməsi və həmin daşınmaz əmlaklarla bağlı dövlət reyestrində Cavabdeh1 adına aparılmış qeydin ləğv edilməsini xahiş etmişdir. İddiaçı2 cavabdehlər Cavabdeh2 və “xxxx” MMC-yə qarşı 24 i yul 2014-cü il tarixli, 1 nömrəli protokolun etibarsız hesab edilməsi və qəbul edilmiş qərarların qanunsuz sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2-nin Səhmdarlarının Ümumi yığıncağının 24 iyul 2014-cü il tarixli, 1 saylı protokolunun etibarsız hesab edilməsi və qəbul edilmiş qərarların qanunsuz sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Nərimanov rayon məhkəməsinin 12 may 2015-ci il tarixli qərardadı ilə İddiaçı2 hər iki iddia tələbi baxılması üçün bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin (hakim Kəmalə Əmirxanova) 29 may 2015-ci il tarixli 2(005)-16/2015 saylı qətnaməsinə əsasən İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti, “xxxx” MMC və X şəhəri 2 saylı notariat kontorunun xü susi notariusu X13, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin, bu müqaviləyə dəyişiklik edilməsi barədə sazişin, 24 iyul 2014-cü il tarixli, 1 nömrəli protokolun və qəbul edilmiş qərarların etibarsız hesab olunması və həmin daşınmaz əmlaklarla bağlı dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilmişdir ki, 26 mart 2012-ci il tarixli Cavabdeh2-nin X9 Yığıncağının protokolu ilə Səhmdar Cəmiyyətin Baş Direktoru vəzifəsinə X10 təyin edilmiş, həmin protokola əsasən 27 mart 2012-ci il tarixdən ştat cədvəlinə əsasən X3 baş direktor vəzifəsinə keçirilməsinə dair əmr ve rilmişdir. Cavabdeh2-nin Müşahidə Şurasının 27.03.2013-cü il tarixli qərarı ilə Cavabdeh2-nin xüsusi mülkiyyətində olan torpaq sahəsindən 16778,0 kv.m saxlanılmaqla, qalan sahəsinin və onun üzərindəki tikili və qurğuların satılmasına razılıq verilməsi, alqı-satqı əməliyyatları ilə bağlı müvafiq sənədlərin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Yevlax Ərazi İdarəsinə təqdim edilməsinin təmin edilməsi Baş direktora tapşırılmışdır. 13 may 2013-cü ildə Baş direktor A.B.Hüseynov ünvan 5 ünvanlanmış məktubda 13.05.2013-cü il tarixə Cavabdeh2-nin aktivlərinin dəyəri 6 416 900 manat, Cavabdeh2 Müşahidə Şurasının 27.03.2013-cü il tarixli qərarına əsasən müəssisənin mülkiyyətindəki 16.778 ha torpaq sahəsindən satılmalı olan 14.5418 ha torpaq sahəsinin və onun üzərindəki tikili və qurğuların dəyə ri isə 251.700 manat olması bildirilmişdir. Bundan sonra 06.06.2013 tarixdə 4Ə/02-649 №-li reyestrlə təsdiq edilmiş müqavilə ilə Cavabdeh2-in mülkiyyətində olan 16,2196 ha torpaq sahəsində yerləşən, X şəhəri, X prospekti 65 ünvandakı əmlak kompleksi kimi müəssisənin ümumi sahəsi 5866.7 kvadrat metr olan “E” qeyri-yaşayış binası “4 saylı istehsalat binası” (İstehsalat) və onun yerləşdiyi 1,6778 ha torpaq sahəsi istisna olmaqla, yerdə qalan ümumi sahəsi 31683,50 kv. metr olan bütün qeyri-yaşayış binaları və onların yerləşdikləri 14,5418 ha torpaq sahəsi X X küçəsi, məhəllə 1902, ev 5-də yaşayan Cavabdeh1 401000.00 (dörd yüz bir min) manata satılmışdır. Həmin məbləğ Cavabdeh1 tərəfindən ödənilmişdir. Məhkəmə hesab etmişdir ki, X şəhər xüsusi notariusunun 06.06.2013 tarixdə 4Ə/02-649 nömrəli r eyestrlə təsdiq etdiyi müqavilə ilə Cavabdeh2-ın mülkiyyətində olan 16,2196 ha torpaq sahəsində yerləşən, X şəhəri, X prospekti 65 ünvandakı əmlak kompleksi kimi müəssisənin ümumi sahəsi 5866.7 kvadrat metr olan “E” qeyri-yaşayış binası “4 saylı istehsalat binası” (İstehsalat) və onun yerləşdiyi 1.6778 ha torpaq sahəsi istisna olmaqla, yerdə qalan ümumi sahəsi 31683.50 kv. metr olan bütün qeyri-yaşayış binaları və onların yerləşdikləri 14.5418 ha torpaq sahəsi X X küçəsi, məhəllə 1902, ev 5-də yaşayan Cavabdeh1 Səhmdar Cəmiyyətin Baş X2 tərəfindən 401000.00 (dörd yüz bir min) manata satılmasına dair müqavilə, eləcədə 31 avqust 2013-cü ildə qeyri-yaşayış binası alqı-satqı müqaviləsində dəyişiklik edilməsi barədə saziş bağlanan zaman artıq X10 26 marı 2012-ci il tarixli Cavabdeh2-nin X9 Yığı ncağının protokolu ilə Səhmdar Cəmiyyətin Baş Direktoru vəzifəsinə təyin edilmiş, həmin protokola əsasən 27 mart 2012-ci il tarixdən ştat cədvəlinə əsasən baş direktor vəzifəsinə keçirilmişdir. Eyni zamanda. Cavabdeh2-nin Müşahidə Şurasının 27.03.2013-cü il tarixli qərarı ilə “Cavabdeh2’ ASC-nin xüsusi mülkiyyətində olan torpaq sahəsindən 16778,0 kv.m saxlanılmaqla, qalan sahəsinin və onun üzərindəki tikili və qurğuların satılmasına razılıq verilmiş, alqı-satqı əməliyyatları ilə bağlı müvafiq sənədlərin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Yevlax Ərazi İdarəsinə təqdim edilməsinin təmin edilməsi məhz Baş direktor X4 tapşırılmışdır. Bundan başqa alqı-satqı müqaviləsi bağlanan zaman cəmiyyətin ümumi aktivinin dəyəri 6416900.00 manat satılan əmlakın dəyəri 251700.00 manat olmuşdur. Belə liklə satılan əmlakın dəyəri ümumi aktivin dəyərinin 3,92 %-nə bərabər olmuşdur. Göründüyü kimi, İddiaçı2 tərəfindən mübahisələndirilən alqı-satqı-müqaviləsi və saziş imzalanan zaman yalnız baş direktor səlahiyyətli olduğu halda, əlavə olaraq Cəmiyyətin Müşahidə Şurası tərəfindən də qərar qəbul edilmişdir. Eyni zamanda Müşahidə Şurası tərəfindən qəbul edilmiş həmin qərar 24 iyul 2014-cü il tarixli Cavabdeh2-nin Səhmdarlarının ümumi yığıncağının protokolu ilə “xxxx” İKB-yə olan borcun qaytarılması ilə bağlı müzakirədə təsdiqlənmişdir. Məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında əsas səhmdar “xxxx” MMC tərəfindən təsdiq edilmiş Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi yığıncağının 24 iyul 2014cü il tarixli, 1 №-li protokolunun etibarsız hesab edilməsi və qəbul edilmiş qərarla rın qanunsuz sayılması barədə iddiaçının dəlilləri öz təsdiqini tapmadı. Araşdırma zamanı ümumi yığıncağın mülki qanunvericiliyin tələblərinə uyğun keçirildiyi müəyyən edildi. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı2 iddia tələblərinin təmin olunması üçün əsas ola biləcək hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmiş, əksinə iddiaçı tərəfindən iddia tələbində qeyd olunan hallar məhkəmə araşdırması zamanı cavabdehlər tərəfindən təqdim olunmuş sübutlarla tam təkzib olunmuşdur. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-1.1, 107-1.3, 107-1, 107-1.8, 107-5.1, 107-5.2-107-5.4, 107-6.1, 107-6.2-ci maddələrinə istinadən əsaslandırmışdır. Nərimanov rayon Məhkəməsinin 2(005)-16/2015 saylı, 29 may 2015-ci il tari xli qətnaməsindən İddiaçı2, müstəqil tələblər irəli sürməyən 3-cü şəxslər X21 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Apelyasiya instansiyası məhkəməsindəki 1-ci icraat Bakı Apellyasiya məhkəməsində apellyasiya şikayətlərinə baxılan zaman Cavabdeh1 nümayəndəsi M.Mustafayevin vəsatəti üzrə hər iki mülki işin bir icraatda birləşdirilməsi xahiş olunmuş, məhkəmə kollegiyasının qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Cəmilə Səfiyeva - sədrlik edən və məruzəçi, Vüqar Həsənov və Namiq Cəfərov) 18 dekabr 2015-ci il tarixli qətnaməsi ilə Nərimanov rayon Məhkəməsinin 2(005)-352/2015 saylı 26 yanvar 2015-ci il tarixli qətna məsindən İddiaçı1, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər “xxxx” X8 və X21 tərəfindən və eyni zamanda Nərimanov rayon Məhkəməsinin 2(005)-16/2015 saylı, 29 may 2015-ci il tarixli qətnaməsindən İddiaçı2 və X21 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin, hər iki qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki,iddiaçının iddia ərizəsində qeyd etdiyi, yəni yuxarıda qeyd edilən daşınmaz əmlaklar satılarkən səhmdarlara heç bir məlumatın verilməməsinə, ümumi yığıncağın çağırılmamasına və alqı-satqı məsələsinin ümumi yığıncaqda müzakirə edilməməsinə, adı çəkilən daşınmaz əmlakların dəyəri Cavabdeh2-nin xalis aktivlərinin dəyərinin 25 %-dən artıq olmasına dair iddiaları məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla tam t əkzib olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.3-cü maddəsinə əsasən açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir. Cavabdeh2-nin 30 may 2012-ci ildə, № ********** nömrə ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamenti Kommersiya X17 Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış Nizamnaməsinin (üçüncü redaksiyada) Direktorlar Şurasının səlahiyyətləri, hüquq və vəzifələrinə dair 7-ci maddəsinin 16-cı bəndində sazişin həcmi və ya sazişin predmetini təşkil edən əmlakın dəyəri cəmiyyətin nizamnamə kapitalının 10 (on) faizind ən və aktivlərinin 50 (əlli) faizinə qədər olan hallarda, daşınmaz və daşınan əmlakını girov qoymaq, icarəyə vermək satmaq, dəyişdirmək, balansdan balansa vermək və ya digər formalarda özgəninkiləşdirmək haqqında qərarların qəbul edilməsi qeyd edilmişdir. Eyni zamanda həmin Nizamnamənin cəmiyyətin Baş Direktorunun səlahiyyətləri, hüquq və vəzifələrinə dair 8-ci maddənin 13-cü bəndində qeyd edilir ki, bir il ərzində həcmi və ya dəyəri cəmiyyətin nizamnamə kapitalının 10 (on) faizinə qədər olan hallarda, kredit zaminlik, icarə barədə müqavilə bağlamaq olar. Məhkəmə hesab etmişdir ki, X şəhər xüsusi notariusunun 06.06.2013 tarixdə 4Ə/02-649 № li reyestrlə təsdiq etdiyi müqavilə ilə Cavabdeh2-in mülkiyyətində olan 16,2196 ha torpaq sahəsində yerləşən, X şəhəri, X prospekti 65 ünvandakı əmlak k ompleksi kimi müəssisənin ümumi sahəsi 5866.7 kvadrat metr olan “E” qeyri-yaşayış binası “4 saylı istehsalat binası” (İstehsalat) və onun yerləşdiyi 1,6778 ha torpaq sahəsi istisna olmaqla, yerdə qalan ümumi sahəsi 31683,50 kv. metr olan bütün qeyri-yaşayış binaları və onların yerləşdikləri 14,5418 ha torpaq sahəsi X X küçəsi, məhəllə 1902, ev 5-də yaşayan Cavabdeh1 Səhmdar Cəmiyyətin Baş X1 tərəfindən 401000.00 (dörd yüz bir min) manata satılmasına dair müqavilə, eləcədə 31 avqust 2013-cü ildə qeyri-yaşayış binası alqı-satqı müqaviləsində dəyişiklik edilməsi barədə saziş bağlanan zaman 26 mart 2012-ci il tarixli Cavabdeh2-nin X9 Yığıncağının protokolu ilə Səhmdar Cəmiyyətin Baş Direktoru vəzifəsinə X10 təyin edilmiş, həmin protokola əsasən 27 mart 2012-ci il tarixdən ştat cədvəlinə əsasən X3 baş direktor vəzifəsinə keçirilmişdir. Eyni zamanda, Cavabdeh2ASC-nin Müşahidə Şurasının 27.03.2013-cü il tarixli qərarı ilə Cavabdeh2-nin xüsusi mülkiyyətində olan torpaq sahəsindən 16778,0 kv.m saxlanılmaqla, qalan sahəsinin və onun üzərindəki tikili və qurğuların satılmasına razılıq verilmiş, alqı-satqı əməliyyatları ilə bağlı müvafiq sənədlərin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Yevlax Ərazi İdarəsinə təqdim edilməsinin təmin edilməsi məhz Baş direktor X4 tapşırılmışdır. Bundan başqa alqı-satqı müqaviləsi bağlanan zaman cəmiyyətin ümumi aktivinin dəyəri 6416900.00 manat satılan əmlakın dəyəri 251700.00 manat olmuşdur. Beləliklə, satılan əmlakın dəyəri ümumi aktivin dəyərinin 3,92 %-nə bərabər olmuşdur. Göründüyü kimi, İddiaçı1 tərəfindən mübahisələndirilən alqı-satqı-müqavi ləsi və saziş imzalanan zaman yalnız baş direktor səlahiyyətli olduğu halda, əlavə olaraq Cəmiyyətin Müşahidə Şurası tərəfindən də qərar qəbul edilmişdir. Eyni zamanda Müşahidə Şurası tərəfindən qəbul edilmiş həmin qərar 24 iyul 2014-cü il tarixli Cavabdeh2-nin Səhmdarlarının ümumi yığıncağının protokolu ilə “xxxx” İKB-yə olan borcun qaytarılması ilə bağlı müzakirədə təsdiqlənmişdir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, İddiaçı1 iddia tələbinin təmin olunması üçün əsas ola biləcək hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmiş, əksinə iddiaçı tərəfindən iddia tələbində qeyd olunan hallar məhkəmə araşdırması zamanı cavabdehlər tərəfindən təqdim olunmuş sübutlarla tam təkzib olunmuşdur. İddiaçı2 iddia tələbi üzrə təqdim edilmiş sübutlar İddiaçı1 təqdim etdiyi sübutlar olduğundan kollegiya hesab edir ki, həmin sübutların yenidən qeyd edilməsinə zərurət yoxdur. Eyni zamanda, kollegiya qeyd edir ki, İddiaçı2 ilkin iddia tələbinin rədd edilməsi üçün əsaslar digər məhkəmə qətnaməsi ilə İddiaçı1 iddia tələbin üzrə məhkəmənin müəyyən etdiyi əsaslar olduğundan bunun da yenidən təkrarlanmasına zərurət yoxdur. Məhkəmə həmçinin, hesab etmişdir ki, məhkəmə iclasında mübahisələndirilən əqdlərin, yəni alqı-satqı müqaviləsinin, müqaviləyə dəyişiklik edilməsinə dair sazişin qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanıldığı, bu zaman hər hansı qanun pozuntusuna yol verilmədiyi müəyyən edildi. Qeyd ediln əqdlərin etibarsız hesab edilməsi üçün əsas müəyyən edilmədi. Bundan başqa, digər iddia tələbini rədd edərkən hesa b etmişdir ki, məhkəmə iclasında əsas səhmdar «xxxx» MMC tərəfindən təsdiq edilmiş Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi yığıncağının 24 iyul 2014-cü il tarixli, 1 №li protokolunun etibarsız hesab edilməsi və qəbul edilmiş qərarların qanunsuz sayılması barədə iddiaçının dəlilləri öz təsdiqini tapmamış, ümumi yığıncağın mülki qanunvericiliyin tələblərinə uyğun keçirildiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə qeyd edilənlər əsasında hər iki iddia tələblərinin rədd edilməsi barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçıların və 3-cü şəxsləri apellyasiya şikayətlərinə hüquqi qiymət verərək qeyd etmişdir ki, apellyasiya şikayətlərinin dəlilləri mahiyyətcə eyni olub, şikayətlərin dəlilləri formal mülahizələr üzərində qurulmuşdur. Apellyasiya şikayətlərinin dəlilləri elə iddia ərizələrinin dəlillərindən ibarət olmuşdur və birinci instansiya məhkəməsi tərəfindən buna düzgün hüquqi qiymət verilmişdir. Satılan əmlakların dəyərindən ucuz satılması barədə şikayətin dəlillərinə münasibətdə qeyd edilmişdir ki, müqavilə tərəflərin sərbəst iradə ifadəsinə, razılaşmalarına əsasən bağlanmışdır. Cəmiyyətin xalis aktivlərinin dəyəri barədə isə göründüyü kimi kollegiyanın sorğusu əsasında Cavabdeh2 tərəfindən verilmiş 17 noyabr 2015-ci il tarixli 09/132 saylı arayışda 06.06.2013-cü il tarixə cəmiyyətin xalis aktivlərin dəyəri, mənfəəti olmadığı müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qətnamə qanuni və əsaslı old uğundan onun ləğvi üçün MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin hər iki qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X21 və “xxxx” İKB ASC ayrıayrılıqda kassasiya şikayətləri verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)7291/2015 nömrəli iş üzrə 18 dekabr 2015-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər. Kassasiya instansiyası məhkəməsindəki 1-ci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Ə.Nurməmmədov - sədrlik edən və məruzəçi, Ə.Əhmədov və Ə.Rüstəmov) 15 iyul 2016-cı il tarixli, 2(102)-2822/2016 saylı qərarı i lə iddiaçı tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X21 və “xxxx” X8 Açıq Səhmdar Cəmiyyətinin ayrı-ayrılıqda vermiş olduqları kassasiya şikayətləri qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7291/2015 nömrəli iş üzrə 18 dekabr 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3 və 217.4-cü maddələrinin tələblərinə riayət etməmiş, tərəflərin təqdim etdikləri və məhkəmənin təşəbbüsü ilə əldə olunmuş sübutlara tam, hərtərəfli və obyektiv baxmamış, məhkəmə icraatı iş üzrə həqiqətin müəyyən olunmasını təmin etməm iş, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul olunmuşdur. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2-nin baş direktoru Ağabəy Hüseynovla Cavabdeh1 arasında bağlanmaqla X şəhər xüsusi notariusu tərəfindən təsdiqlənmiş 06 iyun 2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqısına dair müqaviləni və həmin müqaviləyə edilmiş 31 avqust 2013-cü il tarixli düzəlişi İddiaçı1 və İddiaçı2 iddia ərizələrində, sonradan isə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər “xxxx” X8 və X21 ilə birlikdə apellyasiya şikayətlərində həmin müqavilənin xüsusi əhəmiyyətli və aidiyyətı olan şəxslə bağlanan əqdə aid olması, müqavilənin bağlanılması barədə qərarın yalnız səhmdarların ümumi yığıncağında qəbul edilməli və bu barədə məlumatın açıqlanmalı olması əsasları ilə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 93.3-cü və müqavilə bağlanan vaxt qüvvədə olmuş 93.4-cü maddələri) mübahisələndirmiş, işə baxan apellyasiya instansiyası məhkəməsi ASC-nin binalarının yerləşdyi torpaq sahəsini özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin normativ qiymətlərinə, ASC-nin Nizamnaməsinin qanunvericiliyin tələblərinə zidd müddəalarına və cəmiyyətin xalis aktivlərinin dəyərinə deyil, ümumi aktivlərin dəyərinə əsaslanmaqla müqavilənin xüsusi əhəmiyyətli əqdə aid olmaması qənaətinə gəlsə də, müqavilənin aidiyyətı olan şəxslə bağlanan əqd olması barədə iddiaçı tərəfin dəlillərinə hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisənin predmeti ola alqı-satqı müqaviləsinin məblə ğinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun dəqiq müəyyən edilməsi mübahisənin qanuni və əsaslı həllində, iş üzrə həqiqətin müəyyən edilməsində mühüm əhəmiyyət kəsb edir. Bu məsələnin həlli məqsədilə tərəflərin vəsatət vermələri iş materiallarında görünməsə də, Cavabdeh2-yə məxsus olan X şəhəri, X prospekti 65 ünvanında yerləşən ümumi sahəsi 31683,50 kv. metr olan qeyri yaşayış binaları və onların yerləşdikləri 14,5418 ha torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanan vaxta real bazar dəyərinin müəyyən olunması üçün işə birinci instansiyada baxan məhkəmələr ekspertiza təyin etməmiş, apellyasiya instansiyası məhkəməsi də bu məsələni diqqətdən qaçırmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olu nan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Cavabdeh2-nin Müşahidə Şurasının “X şəhəri, X prospekti 65 ünvanında yerləşən və Cavabdeh2-nin xüsusi mülkiyyətində olan torpaq sahəsindən 16778 kv. metr saxlanılmaqla, qalan sahəsinin və onun üzərindəki tikili və qurğuların satılmasına razılıq verilməsi barədə” 27 iyul 2013-cü il tarixli qərarında aidiyyəti şəxslə bağlanan əqdə hər hansı razılıq verilibverilməməsi öz əksini tapmamışdır. Həmin qərar yalnız ASC-nin əmlakının satılması barədədir, qərarda aidiyyəti şəxslə bağlanan əqd haqqında heç bir müddəa yoxdur və əmlakın kimə satılması göstərilməmişdir. Halbuki, yuxarıda göstərilən qanunvericilik aktının tələblərinə əsasən aidiyyatı şəxslə bağlanan əqdin dəyəri cəmiyy ətin aktivlərinin 5 faizindən artıq olmadıqda, həmin əqdin bağlanması üçün cəmiyyətin müşahidə şurasının qərarı əsasında razılıq verilməsi lazımdır. İşə baxan məhkəmələr Cavabdeh1 Cavabdeh2-yə aidiyyəti olan şəxs olub-olmaması, ASC-nin baş direktorunun onunla 06 iyun 2013-cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi bağlamaq səlahiyyətinə malik olub-olmamasını, həmin müqavilənin səhmdarların ümumi yığıncağının, yaxud ASC-nin Müşahidə Şurasının qərarı ilə bağlanmalı olmasını aydınlaşdırıb hüquqi qiymət verməmişdir. İş materiallarından daha sonra görünür ki, iddiaçılar və üçüncü şəxslər “xxxx İKB” ASC mübahisələndirilən əqdin dəyərinin Cavabdeh2-nin xalis aktivlərinin 25 faizindən artıq olduğunu və bu səbəbdən Mülki Məcəllənin 99.3-cü maddəsinin tələblərinə uyğun olaraq bu əqdin ba ğlanması barədə qərarın ümumi yığıncaqda müzakirə edilməli olduğunu irəli sürmüş, işə baxan məhkəmələr Cavabdeh2-nin ünvan 5 ünvanlanmış 13 may 2013-cü il tarixli məktubuna, ünvan 7üsusi notariusu Nidayət Rzayev tərəfindən Nərimanov rayon məhkəməsinə ünvanlanmış 919 saylı 28 noyabr 2014-cü il tarixli məktuba və Cavabdeh2-nin Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış 17 noyabr 2015-ci il tarixli məktubuna istinad edərək, mübahisələndirilən əqdin bağlandığı zaman cəmiyyətin ümumi aktivlərinin dəyərinin ******* manat, satılan torpaq sahəsi və üzərindəki tikililərin dəyərinin isə 251700 manat, yəni ümumi aktivlərin dəyərinin 3,92 faizinə bərabər olması, belə olan halda isə mübahisələndirilən əqdin bağlanmasının ASC-nin baş direktorunun səlahiyyəti daxilində olması qənaətinə gəlmişdir. Lakin Azə rbaycan Respublikası Mülki Məcəlləsinin 99.3-cü maddəsinə görə açıq səhmdar cəmiyyətinin ümumi aktivlərinin deyil, xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab olunur. Həmçinin xüsusi əhəmyyətli əqdin məbləği alqı-satqı müqaviləsində göstərilən dəyərlə müəyyənləşdirilməlidir. Mülki Məcəllənin 99.3-cü maddəsində göstərilmişdir ki, açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır. Xalis aktiv dedikdə isə Cəmiyyətin ümumi aktivləri ilə ümumi passivləri arasındakı fərq nəzərdə tutulur. Azərbaycan Resp ublikası Nazirlər Kabinetinin 30 avqust 2010-cu il tarixli, 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Emitentin istiqraz buraxılışının maksimal həcminə dair tələblər haqqında” Qaydaların 1.3-cü bəndinə görə, xalis aktivlər (kapital) bütün öhdəliklər çıxıldıqdan sonra emitentin aktivlərinin qalıq dəyəridir. Həmçinin, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 06 mart 2000-ci il tarixli 36 saylı əmri ilə təsdiq edilmiş “X12 xalis aktivlərinin qiymətləndirilməsi qaydaları haqqında” Əsasnamənin 2-ci bəndində də xalis aktivlərin anlayışı verilmiş və aktivlərlə passivlər arasındakı fərq məbləğinin xalis aktiv olduğu göstərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası səhvə yol verərək mübahisənin predmeti olan alqı-satqı müqaviləsinin xüsusi əhəmiyyətli əqd olmaması barədə qənaətə gələrk ən Cavabdeh2-nin xalis aktivlərinin deyil, ümumi aktivlərinin dəyərinin 25 faizinə münasibətdə müqaviləyə qiymət vermişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə yenidən baxılan zaman göstərilən səhv aradan qaldırılmalı, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamenti tərfindən təqdim edilmiş sənədlərə əsasən Cavabdeh2-nin xalis aktivlərinin dəyəri müəyyən edilməklə mübahisənin predmeti olan alqı-satqı müqaviləsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası qərarını MPM-nin 14.1, 77.1, 372.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki 2-ci icraat Bu apellyasiya baxışında qətnamə ilə maraqlarına toxunulduğunu iddia edən M.Bayramov da apellyasiya şikayəti vermiş, rayon məhkəməsinin 29.05.2015-ci il tarix li qətnaməsinin ləğv edilməsini, iş materiallarında olan və əlavə edilmiş sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. M.Bayramov iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İlham Əsədov - sədrlik edən və məruzəçi, A.İmanov və F.Talışinski) 2(103)-7867/2016 saylı 23.11.2016-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-16/2015 saylı 29 may 2015-ci il tarixli qətnaməsindən İddiaçı2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X21 və X5 tərəfindən verilmiş apellyasiya şikayətləri və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-352/2015 saylı 26 yanvar 2015-ci il tarixli qətnaməsindən İddiaçı1, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sür məyən üçüncü şəxslər “xxxx” İKB və X21 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, qətnamələr dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, apellyasiya şikayətləri təmin edilməməli iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Üçüncü şəxslər X21, X5 və “xxxx” İKB ASC-ti tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7867/2016 saylı 23.11.2016cı il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsini xahiş edilmişdir. Kassasiya instansiyası məhkəməsindəki 2-ci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Q.Əsgərov sədrlik edən və məruzəçi, Ə.Şadiyev və İ.Xələfov) 2(102)-3806/2017 saylı 19 iyul 2017-ci il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş və mülki iş baxılması üçün yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmənin əsaslandırmasına görə Mülki Məcəllənin 99.3-cü maddəsində göstərilmişdir ki, açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır. Xalis aktiv dedikdə isə Cəmiyyətin ümumi aktivləri ilə ümumi passivləri arasındakı fərq nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2010-cu il tarixli, 158 nömrəl i qərarı ilə təsdiq edilmiş “Emitentin istiqraz buraxılışının maksimal həcminə dair tələblər haqqında” Qaydaların 1.3-cü bəndinə görə, xalis aktivlər (kapital) bütün öhdəliklər çıxıldıqdan sonra emitentin aktivlərinin qalıq dəyəridir. Həmçinin, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 06 mart 2000-ci il tarixli 36 saylı əmri ilə təsdiq edilmiş “X12 xalis aktivlərinin qiymətləndirilməsi qaydaları haqqında” Əsasnamənin 2-ci bəndində də xalis aktivlərin anlayışı verilmiş və aktivlərlə passivlər arasındakı fərq məbləğinin xalis aktiv olduğu göstərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası səhvə yol verərək mübahisənin predmeti olan alqı-satqı müqaviləsinin xüsusi əhəmiyyətli əqd olmaması barədə qənaətə gələrkən Cavabdeh2-nin xalis aktivlərinin deyil, ümumi aktivlərinin dəyəri nin 25 faizinə münasibətdə müqaviləyə qiymət vermişdir. İşin materiallarından görünür ki, Cavabdeh2-nin vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin əlavə məlumatlarına əsasən xalis aktivlərin balans dəyəri 2013-cü ildə 868.904 manat, 2014-cü ildə 868.904 manat təşkil edibdir (11 saylı Ərazi Vergi Departamentinin 31.08.2015-ci il tarixli, **********099100 saylı məktubu). Məhkəmə kollegiyası əvvəlki qərarında bununla bağlı hesab etmişdir ki, işə yenidən baxılan zaman göstərilən səhv aradan qaldırılmalı, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamenti tərfindən təqdim edilmiş sənədlərə əsasən Cavabdeh2-nin xalis aktivlərinin dəyəri müəyyən edilməklə mübahisənin predmeti olan alqı-satqı müqaviləsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegi yası hesab etmişdir ki, yeni apellyasiya baxışı zamanı apellyasiya məhkəməsi MM-in 99.3-cü maddəsini səhv təfsir etmiş, mübahisələndirilən alqı-satqı müqaviləsinin xüsusi əhəmiyyətli əqd olmamasına dair gəldiyi nəticəni ümumi aktivlərin dəyərindən çıxış etməklə əsaslandırmağa çalışmışdır. Halbuki, əmlakın həqiqi qiymətindən bir neçə dəfə aşağı satılması faktı nəzərə alınmasa və sadalanan rəqəmlərdən çıxış edilsə belə, 401.000 manatın 868.904 manatın 46,2 faizini təşkil etdiyi görünür. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən alqı-satqı müqaviləsi xüsusi əhəmiyyətli əqd olması ilə bağlı istinad etdiyi maddi hüquq normasının tələbinə uyğun düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, apellyasiya instans iyası məhkəməsinin xüsusi əhəmiyyətli əqdi bağlanmasının səlahiyyətli müstəsna səlahiyyət və yalnız səhmdarların ümumi yığıncağına məxsus olmasına dair sadalanan maddi hüquq normalarını tələblərinə əsasən mübahisələndirilən alqı-satqı müqaviləsini Cavabdeh2-nin icra orqanı – Baş direktoru (Ağabək Hüseynov) tərəfindən bağlanmasının qanuniliyinə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh2-nin Baş Direktorunun Cəmiyyətin ümumi aktivinin dəyərini müəyyənləşdirmək səlahiyyətlərinin Azərbaycan Respublikasının MM-nin 107.1.4 və 99.2-ci maddələrinin tələblərinə uyğun olub-olmamasına hüquqi qiymət verməmiş, onun tərəfindən işin materiallarında olan notariat kontoruna ünvanladığı 13.05.2013-cü il tarixli məktubun hazı rki iş üzrə mötəbər sübut kimi qiymətləndirilməsinə əsasların olub-olmamasına hüquqi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107.1 və 107.1.4-cü maddələrinə əsasən cəmiyyətin illik hesabatlarını, mühasibat balanslarını, mənfəət və zərər hesablarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aid olan məsələlərdən biridir. Həmin Məcəllənin 99.1-ci maddəsinə görə açıq səhmdar cəmiyyəti illik hesabatını və mühasibat balansını hamının tanış olması üçün hər il dərc etməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə koll egiyası həmçinin hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin qərarında qeyd edilmiş “xxxx” İKB-nin Cavabdeh2-yə və qeyrilərinə qarşı eyni məzmunlu, habelə alqı-satqının predmeti olmuş əmlakın qiymətləndirilməsi barədə X şəhər məhkəməsində ayrıca iddia qaldıraraq, həmin iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə Cavabdeh2-nin Tamirlan Əsədullayevə satdığı qeyri-yaşayış binalarının və binaların yerləşdiyi torpaq sahəsinin real bazar qiymətinin ******* manat olması müəyyən edilməsinə də hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası qətnaməsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsindəki 3-ci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Xumar Mərdanova - sədrlik edən və məruzəçi, E.Həsənov və F.Babayev) 2(103)-7638/2020 saylı 19.11.2020-ci il tarixli qərardadı ilə İddiaçı2 Cavabdeh1 və qeyrilərinə qarşı “alğı-satqı müqaviləsinin ləğv olunamsı və s” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 may 2015-ci il tarixli qətnaməsi, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2-yə, X şəhəri 2 saylı notariat kontorunun xüsusi notariusu X13 qarşı Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış və X şəhəri 2 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 06 iyun 2013-cü il tarixli, X şəhəri, X prospekti 65 ünvanındakı ümumi sahəsi 5866,7 kvadrat metr olan “E” qeyri yaşayış binası “4 saylı istehsalat binası” (istehsalat) və onun yerləşdiyi 1,6778 ha torpaq sahəsi istisna olmaqla, yerdə qalan ümumi sahəsi 31683,50 kvadrat metr olan bütün qeyri- yaşayış binalarına və onların yerləşdikləri 14,5418 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilənin və bu müqaviləyə dəyişiklik edilməsi barədə 31 avqust 2013-cü il tarixli sazişin etibarsız hesab edilməsi və həmin daşınmaz əmlaklarla bağlı dövlət reyestrində Cavabdeh1 adına aparılmış qeydin ləğv edilməsi hissəsində ləğv edilmiş, iddia tələbinə həmin hissədə xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2020-ci il tarixli 2(103)7638/2020 saylı qərardadı ilə İddiaçı1 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “alğı-satqı müqaviləsinin, müqaviləyə dəyişiklik edilməsinə dair sazişin və daşınmaz əmlaklarla bağlı dövlət reyestrində aparılmış qeydin ləğv olunması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 yanvar 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. Hər iki xitam qərardadı onunla əsaslandırılmışdır ki, qeyd edilən tələblər üzrə eyni tərəflər arasında və eyni əsaslarla qanuni qüvvəyə minmiş X Şəhər Məhkəməsinin 28.10.2016-cı il tarixli 2(051)-36/2016 saylı qətnaməsi mövcuddur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Xumar Mərdanova - sədrlik edən və məruzəçi, E.Həsənov və F.Babayev) 2(103)-7638/2020 saylı 19.11.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 may 2015-ci il tarixli 2(005)-16/2015 saylı qətnaməsindən İddiaçı2 və üçüncü şəxslər T.Axundov və M.Bayramov tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 may 2015-ci il tarixli 2( 005)-16/2015 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi yığıncağının 24 iyun 2014-cü il tarixli, 1 №-li protokolu etibarsız hesab edilmiş, onun əsasında qəbul edilmiş qərarlar qanunsuz hesab edilmişdir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, X şəhəri, X prospekti 65 ünvanında yerləşən ümumi sahəsi 37550.2 kv.m, torpaq sahəsi 16.2196 ha olan istehsal təyinatlı əmlak kompleksi kimi müəssisə Cavabdeh2-nin adına daşınmaz əmlakın dövlət reyestrində 14.02.20 13-cü ildə qeydiyyata alınmışdır. 06 iyun 2013-cü il tarixli, reyestrdə Ə/02-649 № ilə qeyd edilmiş daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, 16.2196 ha torpaq sahəsində yerləşən, X şəhəri, X prospekti 65 ünvanındakı əmlak kompleksi kimi müəssisənin, ümumi sahəsi 5866,7 kvadrat metr olan “E” qeyriyaşayış binası “4 saylı istehsalat binası” (istehsalat) və onun yerləşdiyi 1.6778 ha torpaq sahəsi istisna olmaqla, yerdə qalan ümumi sahəsi 31 683.50 kv.metr olan bütün qeyri-yaşayış binalarını və onların yerləşdikləri 14.5418 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən Cavabdeh1 satılmışdır. Satıcı qeyri-yaşayış binasını 401.000 manata satmış, alıcı isə həmin qiymətə almışdır. 31 avqust 2013-cü il tarixli (qeyri-yaşayış binası alqı-satqı müqaviləsində dəyişiklik edilməsi barədə) sazişin su rətindən görünür ki, tərəflər arasında bağlanmış 06.06.2013-cü il tarixli, 4Ə-02-649 reyestr nömrəli müqavilənin dördüncü bəndinin “satıcı qeyri-yaşayış binasını və torpaq sahəsini-qeyriyaşayış binasını 2 142,00 manata, 14.5418 ha torpaq sahəsini isə 398 858 manata olmaqla-cəmi 401 000 manata satdı. Alcı isə həmin qiymətə aldı.” redaksiyada verilməsi barədə müqavilə bağlamışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, X şəhəri, X prospekti 65 ünvanında yerləşən ümumi sahəsi 31683,5 kv.m, torpaq sahəsi 14,5418 ha olan istehsal təyinatlı əmlak kompleksi kimi müəssisə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 03.10.2013-cü ildə qeydə alınmışdır. 02 fevral 2012-ci il tarixli kredit müqaviləsinə əsasən, “xxxx” İKB tərəfindən Cavabdeh2yə 36 ay müddətinə illik 15%-lə 3.000.000 manat məbləğində kredit pul vəsaiti verilmiş, kreditin təminatı kimi bağlanmış girov müqaviləsinə görə Cavabdeh2-nin 87.6% səhmlərinin sahibi olan “xxxx” MMC-nin 380520 ədəd səhmi, həmçinin “xxxx” MMC-nin 83 adda 86 ədəddən ibarət əsas vəsaitləri avadanlıqlar, maşın və mexanizmlər girov qoyulmuşdur. 24 iyun 2014-cü il tarixli Cavabdeh2-nin səhmdarlarının ümumi yığıncağının protokolunun surətindən görünür ki, “xxxx” İKB-yə olan borcun qaytarılması ilə əlaqədar səhmdar cəmiyyətinin balansında olan torpaq sahəsinin bir hissəsinin satılması müzakirə edilmiş və səsə qoyulmuşdur. Lehinə 392167 səhm səs vermişdir. Nəticədə səhmda r cəmiyyətinin balansında olan torpaq sahəsinin bir hissəsinin satılmasına nəzarət müşahidə şurasının sədri Elşən Babayevə tapşırılmışdır. X Şəhər Məhkəməsinin 28.10.2016-cı il tarixli 2(051)-36/2016 saylı qətnaməsinin surətindən görünürki, iddiaçı “xxxx” İKB ASC-nin cavabdehlər Cavabdeh2-yə, Cavabdeh1, X şəhəri 2 saylı Notariat Kontorunun xüsusi notariusu X14, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxslər Azərbaycan Respublikası Vergilər Nazirliyi və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə və X15 qarşı “alqı-satqı müqaviləsinin, müqaviləyə dəyişiklik edilməsi barədə sazişin etibarsız hesab edilməsi və daşınmaz əmlaklarla bağlı dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, əldən çıxmış faydanın, real zərərin, hüquqi yardı m xərclərinin və dövlət rüsumunun tutulması” tələbinə dair iddiası üzrə mülki iş üzrə iddia qismən təmin edilərək Cavabdeh2 tərəfindən ünvan 10 ünvanda yerləşən ümumi sahəsi 31,68350 kvadrat metr olan qeyri-yaşayış binaları və onların yerləşdikləri 14,5418 ha torpaq sahəsinin Cavabdeh1 satilmasına dair X şəhəri 2 saylı Notariat Kontorunun xüsusi notariusu X22 tərəfindən təsdiq edilmiş 06.06.2013-cü il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi və bu müqaviləyə dəyişiklik edilməsi barədə 31 avqust 2013-cü il tarixli sazişin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının ləğv edilməsi, 06.06.2013-cü il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinə əsasən 401.000 manat məbləğ ində pulun Cavabdeh2-dən alınaraq, Cavabdeh1 qaytarılması, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh2-dən və Cavabdeh1 müştərək qaydada alınaraq “xxxx” İKB ASC-yə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09.10.2019-cu il tarixli qərarında göstərilmişdir ki, X Şəhər Məhkəməsinin 28.10.2016-cı il tarixli 2(051)-36/2016 saylı qətnaməsi Şəki Apellyasiya Məhkəməsinin 14 mart 2017-ci il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 iyul 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. T.Əsədulayevin şikayəti üzrə konstitusiya işinin icraatına isə xitam verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi yığıncağının 24 iyun 2014-cü il tarixli, 1 №-li protokoluna münasibətdə rədd edərkən bir sıra halları araşdırmamışdır. Belə ki, X Şəhər Məhkəməsinin qanuni qüvvəsini almış 28.10.2016-cı il tarixli 2(051)-36/2016 saylı qətnaməsi ilə 06.06.2013-cü il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi və bu müqaviləyə dəyişiklik edilməsi barədə 31 avqust 2013-cü il tarixli saziş etibarsız hesab edildiyindən və həmin alqı-satqı müqaviləsinə əsasən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edildiyindən, həmin əqd hüquqi nəticələr yaratmamışdır. Belə olan halda hüquqi nəticələr yaratmayan əqdin əsasında qəbul edilmiş Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi yığınca ğının 24 iyun 2014-cü il tarixli, 1 №-li protokolu etibarsız hesab edilməli və onun əsasında qəbul edilmiş qərarlar qanunsuz hesab edilməlidir. Məhkəmə kollegiyası qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.4, MPM-nin 82.3, 217.3, 217.4-cü maddələrinə istinadən əsaslandırmışdır. Qətnamədən Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilərək Bakı Apellyasiya Məhkəməsi mülki Kollegiyasının 19 noyabr 2020-ci il tarixli 2(103)-7638/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, keçirilmiş məhkəmə iclaslarında 07 yanvar 2013-cü il tari xdə Cavabdeh2-nin baş direktoru A.B.Hüseynov tərəfindən təsdiq edilmiş və iştirakçılar tərəfindən imzalanmış Akt, Cavabdeh2-nin baş direktoru A.B.Hüseynov ilə S.X.Mehtiyev arasında bağlanmış 11 yanvar 2013-cü il tarixli, № 01 saylı Podrat müqaviləsi və 31.05.2013-cü il tarixdə Cavabdeh2-nin baş direktoru A.B.Hüseynov tərəfindən təsdiq edilmiş və iştirakçılar tərəfindən imzalanmış Akt sübut kimi qiymətləndirilməmiş və onlara qanunvericiliyin tələb etdiyi tərzdə münasibət bildirilməmişdir. 07 yanvar 2013-cü il tarixli AKT-ın tərtibi ilə, Cavabdeh2-yə məxsus bina və tikililərin (1№-İi sexin binası-inventar №-si 1, 2№-li sexin binası -inventar №-si 2, 3 №-li sexin binası -inventar №-si 3, 15 №-li sexin binası -inventar №-si 4, 1 №-li qazanxana binası inventar N°- si 6, 2 №-li qazanxana binas ı - inventar №-si 7, 11 №-İi istehsal binası -inventar №-si 8, Qaraj binası -inventar №-si 9) sökülməsi məqsədə uyğun hesab edilmişdir. Cavabdeh2-nin baş direktoru A.B.Hüseynov ilə S.X.Mehtiyev arasında bağlanmış 11 yanvar 2013-cü il tarixli, № 01 saylı Podrat müqaviləsinə əsasən, Sifarişçi -”Cavabdeh2” ASC istifadəyə yararsız istehsal tikililərinin (1 №-li sexin binası -inventar №-si 1, 2 №-li sexin binası - inventar №-si 2, 3 №-li sexin binası -inventar №-si 3,15 №-li sexin binası -inventar №-si 4, 1 №-li qazanxana binası inventar №-si 6, 2 №-li qazanxana binası - inventar №-si 7, 11 №-li istehsal binası-inventar №-si 8, Qaraj binası -inventar №-si 9, 3 №-li anbar binası -inventar nömrəsi 10, Nasos binası inventar №-si 16, Kompressor stansiyası -inventar №-si 19) sökülməsini İcraçıya sif ariş vermişdir. 31.05.2013-cü il tarixdə tərtib edilmiş AKT-dan görünür ki, Cavabdeh2-nin ərazisindəki boş, yararsız binalar 2013-cü ilin yanvar ayının 10-dan may ayının 30-dək olan dövrdə sökülmüş və həmin binaların ümumi olaraq balans dəyəri 959360.52 manat və ümumi qalıq dəyəri isə 358299.99 manat olmuşdur. İşə tam hüquqlu məhkəmə kimi baxmalı olan apellyasiya məhkəməsi sübutların qiymətləndirlməsinə dair Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərini də nəzərə almamışdır. Həmin maddəyə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Əvvəlki məhkəmə proseslərində “xxxx” İKB ASC onunla Cavabdeh2 ar asında bağlanmış 02,02.2012-ci il tarixli kredit müqaviləsinin mövcudluğuna istinad edərək, Cavabdeh2-nin bağladığı əqdi mübahisələndirmişdir. Halbuki, qeyd edilən alqı-satqı müqaviləsi müstəqil sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxsin bağladığı əqd olmaqla, “xxxx” İKB ASC-yə heç bir aidiyyətı yoxdur. Belə ki, “xxxx” İKB ASC tərəfindən verilən kreditin təminatı kimi “xxxx” MMC-yə məxsus avadanlıqlar girov götürülmüşdür, girov götürülən əşyaların dəyəri verilən kredit məbləğinin təminatı üçün yetərli olmuşdur və bu hal iddiaçı “xxxx” İKB ASC tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası tərəfindən səhmdarların ümumi yığıncağının protokolunun etibarsız hesab edilməsini tənzimləyən maddi hüquq normalarının olmaması əsası ilə hazırkı mübahisəyə qanunun analogiyasına əsa sən Mülki Məcəllənin əqdin etibarsızlığı ilə bağlı məsələləri tənzimləyən normalarını tətbiq etməklə qiymət verilməsi özü-özlüyündə maddi hüquq normalarının tətbiqinin pozulması ilə müşayiət olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən “Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).” Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən isə, “Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəs idir.” Hazırkı halda isə, məhkəmənin ümumi yığıncağının protokolunun etibarsızlığı məsələsinə maddi hüquq norması kimi Mülki Məcəllənin 324.1-ci maddəsini tətbiq etməsi həm yuxarıda istinad edilən Mülki Məcəllənin 11.1-ci maddəsinə, həm də “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə zidd olmuşdur. Qeyd edilən maddəyə əsasən, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Səhmdar cəmiyyətdə idarəetmə, Mülki Məcəllənin bəzi imperativ tələbləri ilə yanaşı cəmiyyətin nizamnaməsi ilə tənzimlənir. Ümumi yığıncağının 24 iyun 2014-cü il tarixli, 1 №-li protokolunun etibarsız hesab edilməsi barədə tələbi müzakirə edərkən məhkəmə ilk növb ədə həmin tənzimləmə bazasından çıxış etməli olduğu halda, heç bir əsas olmadan həmin münasibətlərə “əqdlərdən” irəli gələn münasibətlərə dair normanı tətbiq etməsi maddi hüquq normasının düzgün tətbiq edilmədiyinə dəlalət edir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 vəkili X16 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkə mə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araş dırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7-ci maddəsinə əsasən apelyasiya ins tansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarını n pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 maraqlarına toxunan hissədə yəni, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi yığıncağının 24 iyun 2014-cü il tarixli, 1 №-li protokolunun və qərarın ASC-nin torpaq sahələrinin satılmasına razılıq verilməsinə dair hissəsində yoxlanılır. Protokolda və qərarda həll edilən digər məsələlər yalnız Cavabdeh2-nin səhmdarlarına aid olduğundan bu kassasiya baxışının predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi yığıncağının 24 iyun 2014-cü il tarixli, 1 №-li protokolunun və qərarın ASC-nin torpaq sahələrinin satılmasına razılıq verilməsinə dair hissəsinin etibarsız hesab edilməsi zamanı mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, X Şəhər Məhkəməsinin qanuni qüvvəsini almış 28.10.2016-cı il tarixli 2(051)-36/2016 saylı qətnaməsi ilə 06.06.2013-cü il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi və bu müqaviləyə dəyişiklik edilməsi barədə 31 avqust 2013-cü il tarixli saziş etibarsız hesab edildiyindən və həmin alqı-satqı müqaviləsinə əsasən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edildiyindən, həmin əqd hüquqi nəticələr yaratmamışdır. Belə olan halda, artıq etibarsız hesab edilmiş əqdin bağlanmasına sonradan razılıq verilməsi hissəsində Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi yığıncağının 24 iyun 2014-cü il tarixli, 1 №-li protokolu da hər hansı hüquqi nəticə yaratmadığından etibarsızdır. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassatorun əsas dəlilləri X Şəhər Məhkəməsinin qanuni qüvvəsini almış 28.10.2016-cı il tarixli 2(051)-36/2016 saylı qətnaməsi ilə həll edilmiş məsələlərə, yəni əqdin etibarsız hesab edilməsinə aid olmaqla, hazırki məhkəmə baxışının predmetinə aid olmadığından məhkəmə kollegiyası həmin dəlillər üzrə araş dırma aparılmır. Məhkəmə kollegiyası tərəfindən səhmdarların ümumi yığıncağının protokolunun etibarsız hesab edilməsini tənzimləyən maddi hüquq normalarının olmaması əsası ilə hazırkı mübahisəyə qanunun analogiyasına əsasən Mülki Məcəllənin əqdin etibarsızlığı ilə bağlı məsələləri tənzimləyən normalarını tətbiq etməklə qiymət verilməsi özü-özlüyündə maddi hüquq normalarının tətbiqinin pozulması ilə müşayiət olunmuşdur. Səhmdarların ümumi yığıncağının protokolunun etibarsız hesab edilməsini tənzimləyən maddi hüquq normalarının olmaması əsası ilə hazırkı mübahisəyə qanunun analogiyasına əsasən Mülki Məcəllənin əqdin etibarsızlığı ilə bağlı məsələləri tənzimləyən normalarını tətbiq etməklə qiymət verilməsinin düzgün olmaması barədə kassasiya şikayətinin dəlilləri də əsassızdır. Azərbaycan Res publikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən “Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).” Hazırkı halda isə, məhkəmənin ümumi yığıncağının protokolunun etibarsızlığı məsələsinə maddi hüquq norması kimi Mülki Məcəllənin əqdlərin etibarsız hesab edilməsi barədə normaların tətbiqi kassatorun qeyd etdiyi kimi Mülki Məcəllənin 11.1-ci maddəsinə, həm də “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə zidd deyildir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7638/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsi Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi yığıncağının 24 iyun 2014-cü il tarixli, 1 №-li protokolunun və qərarın ASC-nin torpaq sahələrinin s atılmasına razılıq verilməsinə dair hissəsinin etibarsız hesab edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.