Məhkəmə qərarları › İş №2(102)-2597/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2597/2024

03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2597/2024 03.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı işi üzrə QƏRARİ (Açar sözlər: Müqavilədən əmələ gələn öhdəliklər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1822/2024 nömrəli 16 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı və Cavabdeh 07 iyul 2023-cü il tarixdə “KİA Sorento” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin 23500 manat məbləğdə alğı-satqısı barədə razılığa gəlmişlər. Daha sonra 12 saylı notariat ofisində Cavabdeh İddiaçı həmin avtomobilə dair etibarnamə vermişdir.

2. İddiaçı 20 iyul 2023-cü il tarixində həmin avtomobili X5 etibarnamə ilə satmışdır. 25 iyul 2023-cü il tarixdə X2 Kamran Vaqif oğluna zəng edərək bildirmişdir ki, 24 iyul 2023cü il tarixdə avtomobilin mülkiyyətçisi tərəfindən verilən etibarnamə X4 adından etibarnamə üzrə nümayəndəsi Ramil tərəfindən ləğv edilmişdir. X9 maşını geri qaytarmış, ödədiyi pulun əvəzində cavabdehdən başqa avtomobil almışdır. 3. 25 iyul 2023-cü il tarixdə X6 tərəfindən Bakı şəhəri 26 saylı notariat ofisinə verilmiş ərizəyə əsasən, Bakı şəhəri 26 saylı notariat ofisin də X10 7E-4928 reyestr nömrəli etibarnamə vermişdir. Həmin etibarnamənin elektron notariat sistemindən ləğv edilməsini xahiş etmişdir.

4. X3 Respublikasından 2 ədəd “Kia Sarento” və 1 ədəd “Hyundai Sonata” markalı avtomobilləri gətirmək üçün X7 və qardaşı X4 adına keçirərək Azəbaycan Respublikasına gətirmişdir. Daha sonra avtomobillər müxtəlif şəxslərə satılmışdır. X12 2022-ci ilin yanvar ayı Ələkbərov Ramindən 16500 ABŞ dolları borc pul almış, 17000 ABŞ dollarından artıq pul faiz ödəmişdir. X22 faizi şişirdərək 60000 manat borcunun olduğunu deyir. Bu məsələni Ramin mübahisələndirərək onun adına gətirilən avtomobilləri, X8 adına verilən mülki etibarnaməni ləğv etmişdir.

5. X12 2023-cü ilin fevral ayında tanışı Vüqar adlı şəxs Koreya Respublikasından avtomobil gətirməkdən ötrü ondan xahiş e tmişdir. O isə tanışı Ramin Ələkbərovdan xahiş etmişdir. Bundan sonra 1 ədəd avtomobil Ramin Ələkbərovun adına, 2 ədəd avtomobil isə Ramin Ələkbərovun qardaşı Rövşən Ələkbərovun adına gətirilməsi ilə bağlı razılaşdırıldı. Vüqar adlı şəxs Ramin Ələkbərova 3 avtomobilin pulunu ödəmiş, avtomobillərin satılmasını da ona tapşırmışdır. “Kia Sorento” markalı avtomobil 22800 manata Həsən adlı şəxsə, Həsən adlı şəxs isə Kamran adlı şəxsə 23500 manata satıldı. Daha sonra Ramin Ələkbərov sözügedən avtomobillərin pulunun hamısını özü ödəmişdir. Sonradan öyrənmişdir ki, Səbuhi Axundov həmin avtomobilləri başqa şəxslərə bazar qiymətindən aşağı sataraq onlara etibarnamə vermişdir. Bundan sonra Səbuhi Axundovun onun əmlakını aldadaraq aldığını öyrəndiyi zaman özü və qardaşının verdiyi etibarnamələri ləğv etdirmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh 23.500 (iyirmi üç min beş yüz) manat məbləğində pulun və ödənilmiş 161 (yüz altmış bir) manat məbləğində dövlət rüsumun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh mübahisə predmeti olan avtomobili İddiaçı etibarnamə ilə satıb. Lakin sonradan avtomobilin mülkiyyətçisi Ələkbərov Rövşən tərəfindən etibarnamə ləğv edilmişdir. Bu barədə polisə də müraciət edilib. Hal-hazırda etibarnamə ləğv edildiyi üçün tərəfindən avtomobil geri qaytarılmışdır, lakin pul onlara geri qaytarılmamışdır. İddiaçı pulun geri qaytarılmasını istəyir.

8. Xətai Rayon Məhkəməsinin 2(011)-6862/2023 saylı mülki iş üzrə 24 n oyabr 2023cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir.(X23)

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə icraatının ən əsas vəzifəsi həmin iddia tələbinin hüquqi əsasının olub-olmamasının müəyyən edilməsidir. İddia tələbində tərəflər arasında “KİA Sorento” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqı müqavləsi bağlanılmamışdır. Avtomobil cavabdeh tərəfindən etibarnamə ilə iddiaçıya verilmişdir. Belə olan halda iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin müqavilə öhdəlikləri ilə bağlı müddəaları nəzərə alınmalıdır ki, qeyd edilən avtomobil üçün cavabdehə 23.500 manat pul verdiyini sübutetmə yükü iddiaçının, öhdəliyi icra etdiyini sübutetmə yükü isə cavabdehin üzərinə düşür.

10. Cavabdeh iddiaç ının ona 23.500 (iyirmi üç min beş yüz) manat verdiyini etiraf etdiyindən, iddiaçı sübutetmə yükündən azad olunmuş sayılır. Beləliklə, öhdəliyini icra etməyən cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Cavabdehin etibarnamənin ləğv edilməsində birbaşa təqsiri olmasa da, zərərin əvəzini iddiaçıya geri ödəməlidir.

11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13,29-cu; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 139.2, 366.1, 366.2, 366.3, 366.4, 385.1, 385.2, 386.1, 390.1, 390.2, 406.1, 425, 442, 443.1, 448.1, 449.1, 567, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1114.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 52.1, 77.1, 107, 119, 216-220, 360-cı maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S. Əl iyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2006-cı il Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətinin dəlillərinə görə, iddianı qa ldırmış İddiaçı avtomobili özündə saxladığı halda məhkəmədə ondan pul tələb edir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1822/2024 nömrəli mülki iş üzrə 16 aprel 2024-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Xətai Rayon Məhkəməsinin 2(011)-6862/2023 saylı mülki iş üzrə 24 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilmişdir. (X1 (sədrlik edən və məruzəçi), X18 və X19)

15. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin avtomobil üçün vermiş olduğu etibarnamə əslində yalan əqd olaraq əhəmiyyətsizdir. Belə ki, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Hazırkı halda da başqa əqd – pərdələnən əqd tərəflərin əsl niyyəti o lan avtomobilin alğısatqısı barədə əqd olmuşdur. Əqdin əhəmiyyətsiz olduğu faktı mövcud olduğundan, tərəflər arasındakı faktiki münasibətin xarakteri də dəyişir. Yəni, müqavilədən irəli gələn öhdəlik deyil, əsassız varlanma olaraq qeydə alınmalıdır. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

16. Məhkəmə kollegiyası tərəfindən qeyd edilmişdir ki, cavabdehin iddiaçının avtomobili özündə saxladığı halda ondan pul tələb etməsinin düzgün olmadığı barədə şikayət dəlilinə münasibətdə həmin dəlil sübut olunmamaqla yanaşı iddianın rədd edilməsi üçün də əsas ola bilməz, bu halın pul vəsaitinin qaytarılmasına aidiyyatı yoxdur. Avtomobilin həqiqətən iddiaçının sahibliyində olduğu sübuta yetirildiyi təqdirdə belə, tələb irəli sürmək hüququ mülkiyyətçiyə məxsusdur. 1

7. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri normalar baxımından işin halları ilə qismən təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir.

18. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.4, 337.5, 340.2, 1091.1, 1091.2, 1092.1-ci maddələri; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 217.1, 217.3, 384.0.2, 385.1, 386-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normaları tam pozulmuşdur. Cavabdeh qeyd etmişdir ki, o, heç bir pul öhdəliyi daşımamalıdır, pul öhdəliyini etiraf etməmişdir, üzərinə götürməmişdir.

21. Şikayətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 406, 408, 409-cu maddələrinə istinad edilərək, qeyd edilmişdir ki, heç bir müqavilə qəbz olmadığı halda məhkəmə qətnaməsi ilə cavabdehin üzərinə borc öhdəliyi qoyulmuşdur. Eyni zamanda, prosessual hüquq normalarının pozulmasının hüquqi əsası kimi, Mülki Prosessual Məcəllənin 76 və 87-ci maddələrinə istinad edilmişdir.

22. İddiaçı şikayətini Azərbaycan Rerspublikasının Mülki Məcəlləsinin 406, 408, 409cu; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76 və 87-ci maddələrinə istinad edərək əsaslandırmı şdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Cavabdeh Kassasiya şikayətinə qarşı etiraz göndərərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

24. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər;

25. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır;

26. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamı sını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir;

27. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir;

28. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin;

29. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir;

30. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

40. Məhkəmə kolleg iyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellya siya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kas sasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 44. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan f aktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

45. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

46. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

48. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1822/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar