Məhkəmə qərarları › İş №2(102)-26/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-26/2020

02.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-26/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı X1, vəkili Əliyev Samir Sahib oğlunun, Cavabdeh vəkili X8 oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-8253/2019 nömrəli qətnaməsindən iddiaçı X2 və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsin in (hakim E.Mehdiyev) xx.xx.2019-cu il tarixli 2(004)2452/2019 nömrəli qətnaməsi ilə iddiaçı X1 Cavabdeh qarşı “alimentin və əlavə xərclərin artırılması, yaranmış borcun tutulması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şirinov, T.Səmədov, E.Kazımov) xx.xx.2019-cu il tarixli 2(103)-8253/2019 nömrəli qətnaməsi ilə iddiaçı X2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-2452/2019 nömrəli qətnaməsinin iddia tələblərinin 9000 manatın tutulmamasına dair hissədə ləğv edilməsi, həmin tələblə bağlı iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməsi və Cavabdeh 9000 manatın alınaraq iddiaçı X3 v erilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı X2 və Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən ayrı-ayrılıqda kasasiya şikayəti vermişlər. İşin halları: İddiaçı X2 Cavabdeh qarşı “alimentin və əlavə xərclərin artırılması, yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin və əlavə xərclərin miqdarının dəyişdirilərək qızı X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 1000 manat alimentin, 1000 manat müalicə xərclərinə görə əlavə xərclərin və 1000 manat xüsusi keyfiyyətli qida rejiminin təmin olunması üçün əlavə xərcin tutulması, cavabdehin məhkəmə iclaslarını qəsdən, əsassız olaraq yubatması nəticəsində qətnamənin gec qüvvəyə minməsinə görə cavabdehdən ümumilikdə 9000 manat məbləğində pulun tutulması, Cavabdeh təqsiri üzündən 15 ildir ödəmədiyi aliment, müalicə xərclərinə, xüsusi qida xərclərinə görə ödəmədiyi-icra orqanının hesablamasına görə 18918.61 manat məbləğində pulun ötürülmüş 2951 gün üçün dəbbə pulu olaraq müəyyən olunan 55803.41 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətlərinin dəlilləri və tərəflərin izahatları: İddiaçı X2 və vəkili Əliyev Samir Sahib oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2 019-cu il tarixli 2(103)-8253/2019 nömrəli qətnaməsi iddianın təmin edilməyən hissəsində əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır, tətbiq edilməli olmayan hüquq norması tətbiq edilmişdir. İddiaçı cavabdehin təqsiri üzündən illərlə ödənilməmiş, icra orqanının hesabalamasına görə 18910.61 manat borcun ötürülmüş hər gün üçün dəbbə pulunun miqdarının müəyyən edilməsi barədə məlumatı iddia ərizəsinə əlavə etmişdir. Lakin apelyasiya məhkəməsi nə icra orqanının borcların miqdarı barədə hesablama sənədini, nə də iddiaçının dəbbə pulu barədə məlumatını nəzərə almamış, nəticədə dəbbə pulu barədə tələbi təmin etməmişdir. İşin hallarından görünür ki, cavabdeh qəsdlə, şəxsi qərəzi ilə prosessual hüquqlarından sui-istifadə edərək və məhkəmə proseslərini əsassız olar aq yubatması nəticəsində aliment öhdəliklərinin icrasını 10 ay yubadıb və məhkəmə qətnaməsi 10 ay gec qüvvəyə minərək icraya yönəldilmişdir. Bu səbəbdən cavabdehin bu qanunsuz hərəkətlərinə görə 10 ayın aliment və müalicə xərcləri ödənilməlidir. Qətnamə 10 ay gec qanuni qüvvəsini aldığına görə hər ay 900 manat artırılan və iddiaçıya ödənilməli olan aliment və əlavə xərclərin 10 pulu, ümumilikdə 9000 manat cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Bundan əlavə, Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilməli, uşağın yetkinlik yaşına çatanadək saxlanmasına görə hər ay üçün 1000 manat aliment, 1000 manat müalicə xərclərinə görə əlavə xərclər və 1000 manat xüsusi qidanın təmin olunması üçün əlavə xərc cavabdehdən tutulmalıdır. Gö stərilənlərə əsasən onlar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-8253/2019 saylı qətnaməsinin iddianın təmin edilmədiyi hissədə ləğv edilərək iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh və vəkili Cəbrayılova Xatirə Sərdar qızı kasasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv edib iddia tələbinin 9000 manatın tutulmasının təmin olunması hissəsini təmin etməsinin əsası kimi qeyd etmişdir ki, həmin mülki işə baxılarkən prosessual hüquqlarından sui-istifadə etdiyinə və məhkəmə prosesini ləngitdiyinə görə Yasamal rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə Cavabdeh 1000 manat cərimə edilmişdir. B u isə iddiaçının üçüncü, yəni həmin işə baxılmasının cavabdehin təqsiri üzündən yubadılmış 10 ay müddət üçün də Yasamal rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin, müalicə xərci və xüsusi qidalanmaya görə ödənilməli pul vəsaitinin tutulmasına dair tələbinin tam əsaslı olmasına dəlalət edir. Məhkəmənin istinad etdiyi bu əsas və gəldiyi nəticə tamamilə qeyriqanuni olduğu üçün məhkəmə gəldiyi nəticəni heç bir hüquq normaları ilə əsaslandıra bilməmişdir. Göstərilənlərə əsasən onlar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-8253/2019 saylı qətnaməsinin qismən ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazı mi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 və vəkili Əliyev Samir Sahib oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən onların şikayətinin təmin edilməsini, cavabdehin kasasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili X8 oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən onların şikayətinin təmin edilməsini, iddiaçının kasasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı hazırkı ərizəsində üç müstəqil tələb irəli sürmüşdür: birinci tələb- Yasamal Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2001-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay üçün sabit pul məbləğində müəyyən olunmuş 500 manat alimentin, 200 manat xəstəliklərin müalicəsinin aparılması və 200 manat xüsusi qida ilə təmin olunması üçün müəyyən olunmuş məbləğin artırılması; ikinci tələb- əvvəllər müəyyən olunmuş alimentin ödənilməməsinə görə 55803,41 manat peniyanın tutulması; üçüncü tələb- alimentin artırılmasına dair ərizəsi üzrə işə baxılmasının cavabdeh tərəfindən qəsdən yubadılmasına görə qətnamənin gec qüvvəyə minməsi səbəbindən həmin dövr üçün 9000 manatın tutulması. Birinc i tələblə bağlı apelyasiya kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, davam edən münasibətlərdə, o cümlədən də alimentin tutulması, eləcə də onun məbləğinin artırılması və ya azaldılması ilə bağlı tələblərlə məhkəməyə yenidən müraciət edilməsi yolverilən olsa da, lakin bunun təmini üçün yeni əsasların olması şərtdir. İddiaçı birinci tələblə bağlı belə əsaslar təqdim etməmişdir. İkinci tələblə bağlı apelyasiya kollegiyası qeyd etmişdir ki, ikinci tələbində olduğu kimi, iddiaçı ikinci tələbini də yetərincə əsaslandıra bilməmişdir, səbəbdən də rayon məhkəməsinin ikinci tələblə bağlı gəldiyi nəticə də əsaslıdır. Üçüncü tələblə bağlı apelyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçının alimentin və sair xərclərin artırılmasına dair ərizə ilə Yasamal Ray on Məhkəməsinə 2017-ci ilin yanvar ayında müraciət etməsi, həmin iş üzrə onun iddia tələblərinə əsasən alimentin artırılaraq 500 manat, müalicə xərclərinin artırılaraq 200 manat və xüsusi qidalanma üçün vəsaitin artırılaraq 200 manat müəyyən edilməsinə dair Yasamal Rayon Məhkəməsinin qətnaməsinin xx.xx.2017-ci il tarixdə qəbul olunması, həmin qətnamənin xx.xx.2018-ci il tarixdə qüvvəyə minməsi və xx.xx.2018-ci il tarixdə icraya yönəldilməsi işin mübahisəsiz halıdır. Həmçinin də müəyyən olunmuşdur ki, həmin mülki işə baxılarkən prosessual hüquqlarından sui istifadə etdiyinə və məhkəmə prosesini ləngitdiyinə görə Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə Cavabdeh 1000 manat cərimə edilmiş, cavabdehin həmin qərardaddan verdiyi şikayətlər Bakı Apellyasiya Məhkəməsinin x x.xx.2017-ci il tarixli qərardadı, Ali Məhkəmənin isə xx.xx.2017-ci il qərarı ilə təmin edilmədən saxlanılmış, bununla da Cavabdeh həmin işə vaxtında baxılmasını qərəzli olaraq ləngitməsi təsdiq olunmuşdur. Bu isə iddiaçının üçüncü, yəni həmin işə baxılmasının cavabdehin təqsiri üzündən yubadılmış 10 ay müddət üçün də Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin, müalicə xərci və xüsusi qidalanmaya görə ödənilməli pul vəsaitinin tutulmasına dair tələbinin tam əsaslı olmasına dəlalət edir. Çünki qüvvədə olan məhkəmə qətnaməsi ilə iddiaçının ərizəsinə əsasən müəyyən olunmuş pul vəsaitlərinə iddiaçının ehtiyacının olduğu təsdiq olunmuşdur, demək ki, həm də bu ehtiyacı ərizə verdiyi andan yaranmışdır. Lakin məhz cavabdehin təqsiri ucbatından ərizə verdiyi andan həmin ərizə ilə bağlı qəbul olunmuş məhkəmə qətnaməsinin qüvvəyə minməsi və icraya yönəldiyi tarix arasındakı müddət üçün iddiaçı qanuna əsasən ona ödənilməli olan vəsaiti almaqdan əsassız olaraq məhrum olmuşdur. Belə olan halda aydın olur ki, iddiaçı bu tələbini yetərincə əsaslandırmış və məhkəməyə buna dair mübahisəsiz olan sübutlar təqdim etmiş, lakin rayon məhkəməsi iddiaçının bu tələbini “əsaslandırılmaması və sübut təqdim olunmaması”na görə rədd edərkən, səhvə yol vermiş və bu hissədə düzgün olmayan qətnamə qəbul etmişdir. Kasasiya kollegiyası apellyasiya kollegiyasının iddia tələbinin təmin edilmiş hissəsi ilə bağlı mövqeyi ilə razılaşmır və qeyd edir ki, iş materiallarından görünür ki, cavabdeh Yusibov X7 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə mülk i işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə vəsatətlə məhkəmə prosesini ləngitmək məqsədilə müraciət etməsinə görə 1000 manat cərimə olunmuş, həmin tarixdə onun qeyd edilən vəsatəti təmin edilməmiş, xx.xx.2017-ci il tarixdə isə Yasamal Rayon Məhkəməsi tərəfindən həmin zaman tərəflər arasında olan mülki mübahisə üzrə məhkəmə qətnaməsi qəbul edilmişdir. Bundan sonrakı mərhələlərdə cavabdeh prosessual hüquqlarından istifadə edərək cərimə olunması barədə məhkəmə qərardadından ötürülmüş müddətin bərpası barədə ərizə ilə birgə şikayət vermiş, birinci instansiya məhkəməsi müddətin ötürülməsini üzrlü hesab edib cərimə qərardadından verilmiş şikayəti baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərmiş, apelyasiya məhkəməsinin qəbul etdiyi qərardadla razılaşmayan cavabdeh prosessual qan unvericiliyin tələblərinə uyğun kasasiya şikayəti ilə müraciət etmişdir. Cərimə tətbiq olunması barədə qərardad qüvvəyə mindikdən sonra isə cavabdeh ilə birgə iddiaçı da prosessual hüquqlarından istifadə edərək birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədən apelyasiya və kasasiya şikayətləri ilə müvafiq məhkəmələrə müraciət etmişlər. Buradan da görünür ki, təkcə cavabdeh məhkəmə qətnaməsinin qüvvəyə minib icraya yönəldilməsini ləngitməmiş, həmçinin iddiaçı da cavabdeh kimi prosessual hüquqlarından istifadə edərək apelyasiya və kasasiya şikayətləri ilə müvafiq məhkəmə instansiyalarına müraciət edərək Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin kasasiya baxışından sonra qüvvəyə minib icraya yönəldilməsində iştirak etmişdir. Həmçinin kasasiya kollegiyası apelya siya kollegiyasının qəbul etdiyi qətnamə üzrə kasasiya yoxlamasını həyata keçirərkən müəyyən etmişdir ki, apelyasiya kollegiyası iddia tələbinin təmin etdiyi hissəsi üzrə hər hansı hüquq normasına əsaslanmamış, yalnız iddiaçının bu tələbini yetərincə əsaslandırmasını və məhkəməyə buna dair mübahisəsiz olan sübutlar təqdim etməsini qeyd edərək, iddia tələbinin bu hissədə əsaslı olmasını göstərmişdir. Beləliklə, apelyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin etdiyi hissəsi üzrə tam, hərtərəfli araşdırma aparmamış, iş materiallarında olan sübutlara iddia tələbinin təmin edilmiş hissəsi üzrə düzgün hüquqi qiymət verməmiş, həmin hissə üzrə mülahizə yürütməklə, yəni hər hansı hüquq normasına istinad etməyərək maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermiş, ədalətli məhkəm ə araşdırması hüququnu təmin etməmişdir. Beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi vasitəsi kimi qəbul olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəfləri n təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddə sinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kassasiya kollegiyası hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi ”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Sübutlar düzgün qiymətləndirildikdən sonra uşaqların saxlanması üçün alimentin tutulmasına da hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qə tnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv ed ib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kasasiya kollegiyası iddiaçının kasasiya şikayətinin dəlillərinə münasibətdə hesab edir ki, iddiaçı kasasiya şi kayətində iddia tələbinin bütün hissələrinin təmin edilməli olduğunu, apelyasiya məhkəməsinin maddi hüquq normalarını və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyini vurğulasa da, kasasiya yoxlaması zamanı iddianın təmin edilməyən hissələri ilə bağlı apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Odur ki, iddiaçının kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi üçün əsas deyildir. Cavabdehin kasasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, cavabdehin kasasiya şikayətində qeyd etdiyi kimi, kasasiya yoxlaması zamanı da müəyyən edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin etdiyi hissəsi ilə bağlı hər hansı hüquq normasına istinad etməmişdir. Odur ki, iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, həmin hissə üzrə işə mahiyəti üzrə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməsi üçün iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməli və mülki iş həmin hissədə yeni apelyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələ rini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)8253/2019 nömrəli qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilsin və mülki iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılsın, qalan hissədə qətnamə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar