Məhkəmə qərarları › İş №2(102)-26/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-26/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-26/2021 18.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” BOKT QSC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (keçmiş adı “xxxx” ASC) və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X1, Cavabdeh3 vəkili X4, "Cavabdeh1" MMC–nin nümayəndəsi X2, cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini n nümayəndəsi X3 və vəkili X5 iştirkı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-890/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” BOKT QSC, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı “xxxx” BOKT QSC cavabdehlər Cavabdeh1 MMC-yə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (keçmiş adı “xxxx” ASC) və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən iddiaçının xeyrinə 3.388.993 manat əsas və 1.095.582,58 manat faiz borcu olmaqla, cəmi 4.484.575,58 manat məbləğində kredit bo rcu və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahdili yolu, 9-cu km., 10 ünvanda yerləşən, ümumi sahəsi 1602,3 kv.m, torpaq sahəsi 1,99342 ha olan əmlak kompleksinə (“Qızıl Balıq” X9) tutmanın yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməklə əmlak kompleksinin açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh1 MMC və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutularaq “xxxx” BOKT QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İşin mübahisə edilməyən hallarınd an görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx xxxxx 2011-ci il tarixli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 MMC-yə 36 ay müddətinə, illik 16% hesablanmaqla 5.770.000 manat məbləğində kredit verilmişdir.

3. Həmçinin o da mübahisə edilmir ki, kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə “xxxx” ASC arasında xx xxxxx 2011-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin “xxxx” ASC borclu Cavabdeh1 MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır.

4. Eyni zamanda işin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx xxxxx 2011-ci il tarixli kredit müqaviləsinə xx xxxxx 2014cü il tarixli 1 saylı əlavə bağlanmış və əlavəyə əsasən kredit müqaviləsi ilə verilmiş kreditin qalıq məbləğinin qaytarılması müddəti 36 ay uzadılmaqla, kredit vəsaitindən istifadə müddətinin xx xxxxx 2017-ci il tarixdə bitməsi razılaşdırılmışdır.

5. Bundan başqa o da mübahisə edilmir ki, kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh3 arasında xx xxxxxx 2015-ci il tarixli, sonrakı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahdili yolu, 9-cu km., 10 ünvanda yerləşən, ümumi sahəsi 1602,3 kv.m, orpaq sahəsi 1,99342 ha olan əmlak kompleksi (“Qızıl Balıq” X9) ipoteka ilə yüklü edilmişdir.

6. Bununla yanaşı işin mübahisə edilməyən hallarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli sərə ncamının icrası ilə əlaqədar “xxxx” QSC tərəfindən İddiaçı ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil - təsliminə dair akta əsasən Cavabdeh1 MMC-nin borcuüzrə tələb hüququ “xxxx“QSC-yə keçmişdir.

7. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli rəyində göstərilmişdir ki, xx xxxxx 2011-ci il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 MMC-nin müqavilə müddətinin bitdiyi xx xxxxx 2017-ci il tarixə əsas borc 2618098,05 manat, faiz borcu 965174,24 manat təşkil edir. xx xxxxx 2014-cü il tarixli İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 1 saylı əlavəyə görə xx xxxxx 2011ci il tarixli kredit müqaviləsinin müddəti xx xxxxx 2017-ci il tarixədək uzadılmışdır. Lakin iş materiallarında 01 saylı əlavə təqdim olunmamışdır. 0 1 saylı əlavə mövcud olmadığı təqdirdə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən xx xxxxx 2014-cü il tarixdən (kredit müqaviləsinin bitdiyi tarixdən) etibarən əsas kredit borc üzrə öhdəliyin yerinə yetirilmədiyinə görə faiz borcu 5% dərəcəsi ilə hesablanmalıdır. Bu halda Cavabdeh1 MMC-nin müqavilə müddətinin bitdiyi xx xxxxx 2017-ci il tarixə əsas borc 2295404,07 manat, faiz borcu 219473,37 manat təşkil edir.

8. İddiaçı bildirir ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx xxxxx 2011-ci il tarixli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 MMC-yə “xxxx” ASC və digər müəssisələrin sifarişi ilə ölkəyə yol tikintisi üçün zəruri olan texnikanın gətirilməsi üçün 36 ay müddətinə, illik 16% hesablanmaql a 5.770.000 manat məbləğində kredit xətti açılmışdır. xx xxxxx 2014-cü il tarixdə kredit müqaviləsinə 1 saylı əlavə bağlanmış və əlavəyə əsasən müqavilənin müddəti 36 ay uzadılmaqla, kredit vəsaitindən istifadə müddətinin xx xxxxx 2017-ci il tarixdə bitməsi razılaşdırılmışdır. Öhdəliyin icrasını təmin etmək üçün İddiaçı ASC ilə Cavabdeh3 arasında xx xxxxxx 2015ci il tarixli, sonrakı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahdili yolu, 9cu km., 10 ünvanda yerləşən, ümumi sahəsi 1602,3 kv.m, orpaq sahəsi 1,99342 ha olan əmlak kompleksi (“Qızıl Balıq” X9) ipoteka ilə yüklü edilmişdir. Həmçinin öhdəliyin icrasını təmin etmək məqsədi ilə İddiaçı ASC ilə “xxxx” ASC arasında xx xxxxx 2011-ci il tarixli z aminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin “xxxx” ASC borclu Cavabdeh1 MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin bank qarşısında götürülən öhdəliklər tam yerinə yetirilməmiş, cavabdehin banka ******* manat əsas, 1095582.58 manat faiz borcu olmaqla, ümumilikdə 4484575.58 manat məbləğində borcu yaranmışdır. Həm borcluya, həm də zamin və ipoteka qoyana borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıqlar olunsa da, öhdəliklər yerinə yetirilməmiş və buna görə də tutmanın ipoteka predmetinə yönəldilməsi üçün əsas yaranmışdır.

9. Cavabdeh “Cavabdeh1“ MMC-nin nümayəndəsi bildirir ki, xx xxxxx 2011-ci il tarixli kredit müqaviləsinin 36 aylıq müddəti başa çatdıqdan sonra qeyri-qanuni olaraq xx xxxxx 2014-cü il tarixli 1 saylı əlavə ba ğlanmış və bununla da kredit müqaviləsinin müddəti yenidən 36 ay müddətinə uzadılmışdır. Götürülmüş kredit təyinatı üzrə xərclənərək texnikalar alınaraq ölkəyə gətirilmiş, lakin sifarişçi olan “xxxx” ASC texnikanın pulunu ödəmədiyindən kredit borcu yaranmışdır. Bundan əlavə iddia tələbində göstərilən borc düzgün hesablanmamışdır.

10. Cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi bildirir ki, xx xxxxx 2011-ci il tarixli zaminlik müqaviləsində zaminliyin verilmə müddəti müəyyən edilməmişdir. Zaminlik müqaviləsinin 3.3-cü bəndində zaminlik müqaviləsinin qüvvədə qalma əsası kimi göstərilən zaminliklə təmin edilmiş öhdəlik borclu tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə kreditorun tələbi ilə həmin öhdəlik zamin tərəfindən müddətinə icra edilməsi zamin liyin verilmə müddətinin təyin olunması kimi qəbul oluna bilməz. Əksinə həmin müddət qeyri-müəyyən halla bağlanmışdır ki, həmin halın, yəni müqavilənin icrasının nə vaxt həyata keçiriləcəyi aydın deyildir. Bundan başqa zaminin razılığı olmadan öhdəlik dəyişdirilmiş və belə dəyişdirilmə onun məsuliyyətinin artmasına və digər əlverişsiz nəticələrə səbəb olmuşdur. Bu isə zaminliyə xitam verilməsi üçün qanunda göstərilən əsaslardan biridir.

11. Cavabdeh3 bildirir ki, iddiaçının iddia etdiyi məbləğ həddindən artıq şişirdilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxxxx 2019-cu il tarixli 2(001)-111/2019 saylı qətnaməsi ilə (hakim F.Qasımov) iddia qismən təmin edilərək, 2295404,07 manat məbləğində pul vəsaitinin Cavabdeh1ndən və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən müştərək qaydada tutularaq “xxxx” X17 X12 Cəmiyyətinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan-ZirəŞahdili yolu, 9-cu km., 10 ünvanda yerləşən, ümumi sahəsi 1602,3 kv.m, topraq sahəsi 1,99342 ha olan əmlak kompleksinə (“Qızıl Balıq” X9) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin ******* manat müəyyən edilməklə açıq hərracdan satılması və evin satışından əldə edilmiş vəsait hesabına 2295404,07 manat məbləğində borcun ödənilməsi, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahdili yolu, 9-cu km., 10 ünvanda yerləşən, ümumi sahəsi 1602,3 kv.m, torpaq sahəsi 1,99342 ha olan əmlak kompleksinə (“Qızıl Balıq” X9) tutma yönəldikdən və satıldıqdan sonra həmin əmlakın boşaldılması, satışdan əldə olunan vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə qalıq məbləğin Cavabdeh1ndən və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ümumi qaydada tutulması, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 15 manat məbləğində pul vəsaitinin Cavabdeh1ndən və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən müştərək qaydada tutularaq “xxxx” X17 X12 Cəmiyyətinə ödənilməsi, məhkəmə mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin 100 manat məbləğində hissəsinin müştərək qaydada Cavabdeh1ndən və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən, 100 manat məbləğində hissəsinin “xxxx” X17 X12 Cə miyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, məhkəmə - qiymətləndirmə ekspertizasının keçirilməsinə xərclənmiş 364 manat məbləğində pul vəsaitinin 182 manat məbləğində hissəsinin müştərək qaydada Cavabdeh1ndən və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən, 182 manat məbləğində hissəsi isə “xxxx” X17 X12 Cəmiyyətindən tutularaq “xxxx” MMC-nin hesabına keçirilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddia ərizəsində öhdəliklərin yerinə yetirilmədiyinə görə faiz borcunun 5% dərəcəsi ilə ödənilməsi tələb olunmamışdır.

14. Bundan başqa kredit müqaviləsinə 1 saylı əlavədə xx xxxxx 2014-cü il tarixdən sonra faizlərin hesablanması əksini tapmadığından, müq avilədə faizlərin həmin tarixə kimi hesablanması qeyd olunduğundan yalnız ekspert rəyində aparılmış bütün ödənişlər nəzərə alınmaqla müqavilə müddəti üçün hesablanmış 2295404.07 manat məbləğində əsas borc Cavabdeh1 MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.

15. Həmçinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi zaminlik müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürdüyünə görə məhkəmə hesab etmişdir ki, ona münasibətdə də iddia qismən təçmin edilməlidir.

16. Bununla yanaşı ipoteka xx xxxxxx 2015-ci il tarixli, sonrakı ipoteka müqaviləsi ilə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan-ZirəŞahdili yolu, 9-cu km., 10 ünvanda yerləşən, ümumi sahəsi 1602,3 kv.m, orpaq sahəsi 1,99342 ha olan əmlak kompleksi (“Qızıl Balıq” X9) ipoteka ilə yüklü edildiyindən tutma ipoteka predmetinə yönəldilməlidir.

17. Eyni zamanda “xxxx 2” MMC-nin xx xxxxxx 2018-ci il tarixli rəyində ipoteka predmetinin rəyin verildiyi tarixə bazar dəyəri ******* manat göstərildiyindən ipoteka predmetinin ilkin satış qiyməti ******* manat müəyyən edilməlidir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1, 427.3, 442.1, 470.1, 739, “İpoteka haqqında” Qanunun 33, 39.3, 59.3 vı 59.4-cü, Mülki Prossesual Məcəllənin 119.1, 216-220-ci, 227, 358-360-cı və 362-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı “xxxx” BOKT QSC və cavabdehlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Cavabde h3 apellyasiya şikayəti vermişlər.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-890/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov-sədrlik edən və məruzəçi, E.Nəbiyev və A.Hüseyn) İddiaçı “xxxx” BOKT QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-111/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin qismən, yəni faiz borcunun tutulması barədə tələblərin rədd edilməsi hissəsində və cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə aid hissədə ləğv edilməsi, 96 5174,24 manat məbləğində faiz borcunun Cavabdeh1 MMC-dən tutularaq iddiaçı “xxxx” BOKT QSC-yə ödənilməsi, iddia tələblərinin cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə aid hissədə rədd edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

21. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, əsas kredit borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olsa da, faiz borcuna aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə səhvdir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavə ilə xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-yə verilmiş kredit və saitinin qalıq hissəsinin müddəti 36 ay müddətinə uzadılmış və yeni ödəmə müddətinin son tarixi xx.xx.2017-ci il təyin edilmişdir. Kredit müqaviləsinin 21.1-ci bəndində isə göstərilmişdir ki, tərəflərin qarşılıqlı razılığı əsasında müqavilə şəklində bu müqaviləyə dəyişikliklər və əlavələr oluna bilər. Müqavilələr imzalandığı gündən bu müqavilənin tərkib hissəsi hesab edilir. Bu baxımdan kollegiya qeyd edir ki, əlavədə göstərilən müddət bitənə kimi tərəflər arasında bağlanmış kredit müqaviləsinin digər şərtləri, o cümlədən faiz dərəcəsinə aid şərtlər olduğu kimi qalmışdır. Ona görə də iddiaçı faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır.

22. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin iddia tələbi tam təmin edilə bilməz. Belə ki, Məhkəmə Ekspertizası Mərkəz inin xx xxxx 2019-cu il tarixli 30468 №-li rəyinə əsasən “Cavabdeh1“ MMC-nin müqavilə müddətinin bitdiyi xx xxxxx 2017-ci il tarixə faiz borcu 965.174,24 manat təşkil edir. Ona görə də kollegiya hesab etmişdir ki, 965.174,24 manat faiz borcu Cavabdeh1 MMC-dən tutularaq iddiaçı “xxxx” BOKT QSC-yə ödənilməlidir.

23. Eyni zamanda cavabdeh “Cavabdeh1“MMC kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ipoteka predmeti olan əmlak kompleksinə yönəldilməsi və satışdan sonra həmin əmlak kompleksinin boşaldılmasını tələb etməkdə haqlıdır və məhkəmə bu hissələrdə də düzgün nəticəyə gəlmişdir.

24. Həmçinin kollegiya hesab etmişdir ki, cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə aid hissədə iddia rədd edil məlidir. Belə ki, Mülki Məcəllənin 477.0 və 477.0.1 ci maddələrinin tələblərinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrini əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb o lan hallara kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Mülk Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası isə kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütö vlükdə xitam verilir. Hazırkı işdə də qeyd olunan hallar mövcuddur. Belə ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx xxxxx 2011-ci il tarixli kredit müqaviləsinə xx xxxxx 2014-cü il tarixli 1 saylı əlavə bağlanılan vaxt zamin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin razılığı alınmamışdır. Eyni zamanda xx xxxxx 2014-cü il tarixli 1 saylı əlavənin bağlanması ilə kreditin qaytarılması müddəti 36 ay uzadılmışdır. Bu hal isə zaminin məsuliyyətinin artmasına səbəb olmuşdur.

25. Bundan başqa Cavabdeh3 apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, borcun şişirdilməsi ilə bağlı dəlillər əsaslandırılmayıb cavabdeh borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilki n sübutları təqdim etməmişdir. Bundan başqa yuxarıda da qeyd olunduğu kimi birinci instansiya məhkəməsində iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxx 2019-cu il tarixli 30468 saylı rəy verilmişdir. Həmçinin iş materiallarından görünür ki, məhkəmə bildirişləri Cavabdeh3 rəsmi qeydiyyat ünvanına göndərilmiş və sonuncu da məhkəmə iclaslarının yeri və vaxtı barədə kifayət qədər məlumatlı olmuşdur. Belə ki, məhkəmə iclasında şəxsən iştirak etməsə də, Cavabdeh3 iddia tələbinə etiraz etmiş (cild 1, i/v 236- 237) və iş üzrə ekspertizanın keçirilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişdir (cild 2, i/v 122-124).

26. Eyni zamanda Cavabdeh1 MMC-nin dəlillərinə dair kollegiya qeyd emişdir ki, borcun hansı səbəbdən ödənilməməsi mübahi sənin həllinə təsir etmir. Belə ki, Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan başqa xx xxxxx 2014-cü il tarixli 1 saylı əlavə tərəflərin qarşılıqlı razılığı ilə bağlanmış və Cavabdeh1 MMC tərəfindən əlavəni onun direktoru imzalamış və MMC-nin möhürü ilə təsdiq olunmuşdur. Borcun düzgün hesablanmadığına dair dəlillər isə əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı “xxxx” BOKT QSC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi ni və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli rəyi ilə faiz borcu düzgün hesablanmamışdır.

29. Bundan başqa xx xxxxx 2014-cü il tarixli əlavə razılaşma ilə yalnız ktedit müqaviləsinin müddəti 36 ay uzadılmış, digər şərtlərə isə toxunulmamışdır. Müqavilənin müddətinin uzadılması isə zaminin vəziyyətinin hər hansı bir formada pisləşməsinə dəlalət edə bilməz.

30. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zamin “xxxx” ASC (hazırki Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə mübahisə predmeti olan kredit müqaviləsi üzrə zaminliyə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Hazırda həmin qətnamə qüvvədədir. Apelyasiya instansiyası məhkəməsi qeyd edilən qətnaməyə hüquqi qiymət verməmişdir.

32. Bundan başqa xx xxxxx 2014-cü il tarixli 1 saylı əlavədə xx.xx.2014-cü ildən sonra faiz hesablanması əksini tapmamış və müqavilədə həmin tarixə kimi faiz hesablanması qeyd olunmamışdır. Ona görə də apelyasiya instansiyası məhkəməsi bu hissədə əsassız nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarş ı etirazın dəlilləri

33. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

34. İddiaçının vəkili apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi.

35. Cavabdeh3 vəkili X10 apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi.

36. Cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi X6 və vəkili X11 məhkəmə iclasında kassasiya şikayətinin təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasınıı xah iş etdilər. 37. “Cavabdeh1“ MMC–nin nümayəndəsi X7 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Kassasiya baxışının hədləri

38. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

39. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

40. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya ins tansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəlləsi

42. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)

43. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)

44. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2)

45. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. (maddə 470.1)

46. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. (maddə 471)

47. Borc lu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (maddə 472.1)

48. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (maddə 472.2)

49. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (maddə 472.3)

50. Zaminliyin təmin etdiyi öhdəliyə x itam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. (maddə 477.0.1) Mülki Prosessual Məcəllə

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

53. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)

54. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)

55. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)

56. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (maddə 385.1.4)

57. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)

58. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi faiz borcunun tutulması və zaminliyə xitam verilməsi hissələrində qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır. (53-54)

60. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, əsas kredit borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsa slı olsa da, faiz borcuna aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun deyildir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1 saylı əlavə ilə xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-yə verilmiş kredit vəsaitinin qalıq hissəsinin müddəti 36 ay müddətinə uzadılmış və yeni ödəmə müddətinin son tarixi xx.xx.2017-ci il təyin edilmişdir. Kredit müqaviləsinin 21.1-ci bəndində isə göstərilmişdir ki, tərəflərin qarşılıqlı razılığı əsasında müqavilə şəklində bu müqaviləyə dəyişikliklər və əlavələr oluna bilər. Müqavilələr imzalandığı gündən bu müqavilənin tərkib hissəsi hesab edilir. Bu baxımdan kollegiya qeyd edir ki, əlavədə göstərilən müddət bitənə kimi tərəflər arasınd a bağlanmış kredit müqaviləsinin digər şərtləri, o cümlədən faiz dərəcəsinə aid şərtlər olduğu kimi qalmışdır. Ona görə də iddiaçı faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır.

61. Halbuki iş materiallarından görünür ki, xx xxxxx 2014-cü il tarixli 1 saylı əlavə razılaşma ilə xx.xx.2011-ci il tarixli kredit müqaviləsinin müddətinin uzadılması deyil, həmin kredit müqaviləsi əsasında verilmiş kreditin qalıq məbləğinin qaytarılması müddətinin uzadılması razılaşdırılmışdır.

62. Bundan başqa zaminliyə xitam verilməsi ilə bağlı da apelyasiya instansiyası məhkəməsi xx xxxxx 2014-cü il tarixli 1 saylı əlavə razılaşmanı xx.xx.2011-ci il tarixli kredit müqaviləsinin müddətinin uzadılması kimi qiymətləndirərək zaminin razılığının alınmaması əsası ilə zaminliyə xitam verilməsi ilə bağlı qətnamə q əbul etmişdir.

63. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi xx xxxxx 2014-cü il tarixli əlavə razılaşmaya düzgün hüquqi qiymət verməmişdir. Belə ki, məzmunundan görünür ki, xx xxxxx 2014-cü il tarixli əlavə razılaşma xx.xx.2011-ci il tarixli kredit müqaviləsinin müddətinin eyni şərtlərlə, eyni faiz dərəcəsi ilə uzadılması barədə deyil, həmin kredit müqaviləsi əsasında verilmiş kreditin qalıq məbləğinin qaytarılması müddətinin uzadılması barədədir. Ona görə də işə yeni apelyasiya baxışinda baxan məhkəmə kollegiyası bu razılaşmanın məzmununun və mahiyyətinin nədən ibarət olduğunu araşdırmalı, araşdırılmış hallara müvafiq olaraq xx.xx.2011-ci il tarixli kredit müqaviləsinin müddəti bitdikdən sonra qeyd edilən müqavilədə göstərilən dərəcədə faiz borcunun tutulubtutulmaması və zaminliyə xitam verilməsi üçün əsasların olub-olmaması məsələsinə hüquqi qiymət verməlidir.

64. Bununla yanaşı iş materiallarından görünür ki, Zamin “xxxx” ASC (hazırki Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə mübahisə predmeti olan kredit müqaviləsi üzrə zaminliyə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

65. Apelyasiya instansiyası məhkəməsi qeyd edilən qətnaməyə də hüquqi qiymət vermədən zaminliyə xitam verilməsi nəticəsinə gəlmişdir.

66. Ona görə də zaminliyə xitam verilməsi məsələsi həll edilərkən qeyd edilən qətnaməyə də hüquqi qiymət verilməlidir.

67. Qətnamənin qalan hissələrinə münasibətdə məhkəmə kollegiyası h esab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissələrdə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

68. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması və zaminliyə xitam verilməsi hissələrində qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır.

69. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə “maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

70. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” BOKT QSC-nin, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-890/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi faiz borcunun tutulması və zaminliyə xitam verilməsi hissələrində ləğv edilsin. İş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar