Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-26/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: LPO İddiaçı1 ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" MMC və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-26/22 (Açar sözlər: apellyasiyanın qeyri-mümkünlüyü barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: LPO İddiaçı1 ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2 021-ci il tarixli, 2(103)7836/2021 saylı qərardadından işdə iştirak etməyə cəlb edilməyən Ələskərova Əsmət Alay qızının kassasiya şikayəti üzrə işə 11 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı LPO İddiaçı1 ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra iddiaçı) məhkəmədə cavabdehlər "xxxx" MMC və X1 (bundan sonra cavabdehlər) qarşı iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada əsas borca görə 6.093.375,75 manat, faiz borcuna görə 257.275,82 manat, hesablanmış dəbbə puluna görə 680.971,69 manat, cəmi 7.031.623,26 manat kredit borcunun tutulub iddiaçıya ödənilməsi, tutmanın "xxxx" MMC məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şosesi, 28-ci km-də yerləşən 3 saylı qeyri-yaşayış binasına (istehsal texniki komplektləşdirmə idarəsinə) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Eyni zamanda, Azərbaycan Respublikası Mərkəzi Bankı məhkəmədə "xxxx" MMC qarşı iddia qaldıraraq, İddiaçı1 ASC Mərkəzi Bank qarşısında 03 avqust 2010-cu il tarixli kredit müqaviləsi üzrə 8.600 manat əsas, 94.600 manat faiz borcu, 03 avqust 2010-cu il tarixli kredit müqaviləsi üzrə 13.000.000 manat əsas, 242.666,66 manat faiz borcu, cəmi 21.600.000 manat əsas, 337.266,66 manat faiz borcunun ödənilməsi üçün tutmanın "xxxx" MMC məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şosesi, 28-ci km-d ə yerləşən 3 saylı qeyri-yaşayış binasına (istehsal texniki komplektləşdirmə idarəsinə) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına Mərkəzi Banka olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xətai rayon məhkəməsinin 20 fevral 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim N.Ə.Misirzadə) LPO İddiaçı1 ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası qismən, Azərbaycan Respublikası Mərkəzi Bankın iddiası tam təmin edilib. İddiaçı LPO İddiaçı1 ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və işdə iştirak etməyə cəlb edilməyən Əsmət Ələskərova ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri veriblər. Apellyasiya inst ansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2021-ci il tarixli qərardadı ilə (hakimlər N.Ş.Cəfərov sədrlik edən və məruzəçi, X.Ə.Sarıyev və İ.Ə.Kərimli) işdə iştirak etməyə cəlb edilməyən Əsmət Ələskərovanın iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Əsmət Ələskərova birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək hüququna malik deyil. Belə ki, o işdə iştirak edən şəxs deyil və Mülki Prosessual Məcəllənin 357.2-ci maddəsinə görə o, aşağıda göstərilən hallardan biri olduqda qətnamədən apellyasiya şikayəti verə bilər: birincisi, qətnam ə onun hüququna toxunsun; ikincisi, qətnamə onun vəzifəsinə toxunsun. Hazırki işdə, qeyd olunan hallardan heç biri mövcud deyil. Əsmət Ələskərova iş üzrə cavabdeh "xxxx" MMC təsisçisi Cavabdeh2la nikahdadır. Eyni zamanda, Vidadi Ələskərov sözügedən kredit və ipoteka münasibətinin tərəfi deyil. Kredit alan və ipoteka qoyan cavabdeh "xxxx" MMC-dir. İpoteka predmeti olan daşınmaz əşya isə məhz "xxxx" MMC mülkiyyətindədir və sonuncu üzərində mülkiyyət hüququ Vidadi Ələskərovla (MMC təsisçisi) Əsmət Ələskərova (apellyasiya şikayəti verən şəxs) nikahda olduğu zaman yaranıb. Lakin, bu hal Əsmət Ələskərovanın iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək hüququnu yaratmır. Belə ki, nikah iki fiziki şəxs arasında ittifaqdır, bu ittifaqın hüquqi şəxsin mülkiyyət ində olan əmlaka aidiyyəti yoxdur, yalnız təsis payı istisnadır. Hüquqi şəxs iştirak etdiyi hüquq münasibətinin (mülkiyyət münasibəti, öhdəlik münasibəti və s.) müstəqil subyektidir. Ona görə də işdə iştirak etməyə cəlb edilməyən Əsmət Ələskərovanın apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 43.1-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İşdə iştirak etməyə cəlb edilməyən Əsmət Ələskərova kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməsi üçün maraqlarına toxunan şəxs kimi tanınmasına dair yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qərardad qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı LPO İddiaçı1 ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəfa Qədirova kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı Azərbayca n Respublikası Mərkəzi Bankı, işdə iştirak etməyə cəlb edilməyən Əsmət Ələskərova, vəkili Vəkil1, cavabdeh "xxxx" MMC və cavabdeh Vidadi Ələskərov məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Həmin Məcəllənin 52.1-ci maddəsində göstərilir ki, hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlaklarla cavabdehdir. Həmin Məcəllənin 52.2-ci maddəsinə görə, bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxsl ər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsində göstərilir ki, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 366.1 və 366.2-ci maddələrinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaş dırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və ap ellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunduğundan, qərardadın əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İşdə işdə iştirak etməyə cəlb edilməyən Əsmət Ələskərova kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, onun birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi üçün prosessual əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli qətnaməsi ilə LPO İddiaçı1 ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddi ası qismən, Azərbaycan Respublikası Mərkəzi Bankın iddiası tam təmin edilərək, "xxxx" MMC və Vidadi Ələskərovdan müştərək qaydada 05 iyun 2013-cü il tarixli kredit müqaviləsi üzrə 1.536.207,99 manat əsas, 64.862,11 manat faiz borcu, 6.000 manat dəbbə pulu olmaqla, cəmi 1.601.070,10 manat kredit borcunun tutulub İddiaçı1 ASC ödənilməsi, tutmanın "xxxx" MMC məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şosesi, 28-ci km-də yerləşən 3 saylı qeyri-yaşayış binasına (istehsal texniki komplektləşdirmə idarəsinə) yönəldilməsi, habelə "xxxx" ASC ilə Mərkəzi Bank arasında bağlanmış 03 avqust 2010-cu il tarixli kredit müqaviləsi üzrə 8.600.000 manat əsas, 94.600 manat faiz borcunun, həmçinin 03 avqust 2010-cu il tarixli kredit müqaviləsi üzrə 13.000.000 manat əsas, 242.666,66 manat faiz borcu olmaqla, bütövlükdə 21.600.000 manat əsas, 337.266,66 manat faiz borcunun ödənilməsi üçün tutmanın "xxxx" MMC məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şosesi, 28-ci km-də yerləşən 3 saylı qeyri-yaşayış binasına (istehsal texniki komplektləşdirmə idarəsinə) yönəldilməsi, həmin qeyri-yaşayış binasının ilkin satış qiymətinin 360.000 manat müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitdən əvvəlcə Mərkəzi Bankın qeyd olunan kredit borcunun, sonra isə LPO İddiaçı1 ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun göstərilən kredit borcunun ödənilməsi və qalan hissədə sonuncunun iddia tələblərinin rədd edilməsi qət edilib. Apellyasiya instansiyası məhkəməsi, işin hallarını nəzərə alıb, yuxarıda sadalanan maddələrin tələblərini əsas tutub qeyd etmişdir ki, Əsmət Ələskərova birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək hüququna malik deyil. Belə ki, əvvəla o, işdə iştirak edən şəxs olmayıb. Digər tərəfdən, Mülki Prosessual Məcəllənin 357.1 və 357.2-ci maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellysiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Sadalanan maddələrin mənasına görə, yalnız aşağıda göstərilən hallardan biri olduqda Əsmət Ələskərovanın birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək hüquq əmələ gəlmiş olur. Birincisi, qətnamə onun hüququna toxunsun; İkincisi, qətnamə onun vəzifəsinə toxunsun. Hazırki işdə, qeyd olunan hallardan heç biri mövcud deyil. Çünki, Əsmət Ələskərova iş üzrə cavabdeh "xxxx" MMC təsisçisi Vidadi Ələskərovla nikahda olsa da, sonuncu sözügedən kredit və ipoteka müqavilələrinin tərəfi olmayıb. Bilavasitə krediti alan və ipoteka qoyan cavabdeh "xxxx" MMC olub. İpoteka predmeti olan sözügedən daşınmaz əşya isə Vidadi Ələskərovun deyil, "xxxx" MMC mülkiyyətində olub. Belə olan halda, birinci instansiya məhkəməsinin qətnaməsinin Əsmət Ələskərovanın qanunla qorunan hər hansı hüququna toxunması və ya həmin qətnamə ilə onun üzərinə hər hansı vəzifə qoyul ması mülki iş materialları ilə təsdiq olunmur. Daha sonra, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin hallarına görə "xxxx" MMC üzərində mülkiyyət hüququ Vidadi Ələskərovla (MMC təsisçisi) Əsmət Ələskərovanın (apellyasiya şikayəti verən şəxs) nikahda olduqları zaman yaranmış olsa da, bu hal da Əsmət Ələskərovanın iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək hüququnu yaratmır. Belə ki, nikah iki fiziki şəxs arasında ittifaqdır, bu ittifaqın hüquqi şəxsin mülkiyyətində olan əmlaka aidiyyəti yoxdur, yalnız təsis payı istisna olunur. Hüquqi şəxs iştirak etdiyi hüquq münasibətinin (mülkiyyət münasibəti, öhdəlik münasibəti və s.) müstəqil subyektidir. Mülki Məcəllənin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlə t qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Həmin Məcəllənin 52.1-ci maddəsində göstərilir ki, hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlaklarla cavabdehdir. Həmin Məcəllənin 52.2-ci maddəsinə görə, bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələbləri baxımından haqlı olaraq qeyd e tmişdir ki, hüquqi şəxsin əmlakı ilə bağlı mübahisənin olması təsisçinin arvadının məhkəmə prosesinə cəlb edilməsi üçün əsas ola bilməz. Əks yanaşma o, mənanı verəcək ki, hüquqi şəxslərin iştirak etdiyi əmlak mübahisələri ilə bağlı bütün mülki işlərdə, xüsusilə kommersiya mübahisələrində hüquqi şəxslərin təsisçilərinin arvadları prosesə üçüncü şəxs kimi cəlb olunmalıdırlar. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi, Əsmət Ələskərovanın apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayıb belə qənaətə gəlmişdir ki, Əsmət Ələskərovanın sözügedən qətnamədən apellyasiya şikayəti verməsi üçün prosessual əsaslar olmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 aprel 2021ci il tarixli qərardadı ilə həmin qətnamənin Əsmət Ələskərovanın hüquq və maraqlarına toxunması və onun apellyasiya şikayəti vermək hüququna malik olması, habelə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2021-ci il tarixli qərardadı ilə Əsmət Ələskərovanın apellyasiya şikayəti üzrə apellyasiyanın mümkün hesab olunması qənaətinə gəlinməsi, apellyasiya baxışı zamanı apellyasiyanın qeyri-mümkün hesab edilməsi nəticəsinə gəlməyə mane olmur. Belə ki, Mülki Prosessual Məcəllənin 366.1 və 366.2-ci maddələrinin mənasına görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiyanın mümkünlüyünü şərtləndirən belə prosessua l əsaslara apellyasiya şikayətinin bu şikayəti vermək hüququna malik olmayan şəxslər tərəfindən verilməsi də daxildir. Mülki prosessual qanunvericiliyə görə, işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların mövcud olub-olmaması iki mərhələdə yoxlanılır: birincisi, apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsi tərəfindən (MPM-nin 364-cü maddəsi). İkincisi, apellyasiya şikayəti apellyasiya instansiyası məhkəməsinə daxil olduqdan sonra bu məhkəmə tərəfindən (MPM-nin 366-cı maddəsi). Göründüyü kimi, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, apellyasiya icraatı mərhələsində də qəbul olunmamış hesab edilə bilər. Burada apellyasiyanın qəbul olunmamış hesab edilməsi onun qeyri-mümkünlüyünü ehtiva edir. Apellyasiyanın mümkünlüyü üçün əsasların olmam ası dedikdə- işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların mövcud olmaması başa düşülür. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, Əsmət Ələskərovanın birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığından, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətini qəbul olunmamış hesab etməklə düzgün nəticəyə gəlib, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib. Ona görə də kassasiya instansiyası məhkəməsi, Əsmət Ələskərovanın kassasiya şikayətinin dəlilləri üzrə əlavə araşdırma aparmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İşdə iştirak etməyə cəlb edilməyən Ələskərova Əsmət Alay qızının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2021-ci il tarixli, 2(103)-7836/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-26/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-26/2022
11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver