Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-260/2019 17.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-***/2019 Bakı şəhəri 17 yanvar 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh və vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.08.2018-ci il tarixli, 2(103)2883/2018 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər S.Hacıyev, R.Eyvazov, F.Talışinski) 07.03.2018-ci il tarixli, 2(103)-2883/2018 nömrəli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-4031/2017 saylı iş üzrə 15 noyabr 2017-ci il tarixli qətnaməsinin iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh 06.08.2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.03.2018-ci il tarixli, 2(103)-2883/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər S.Hacıyev, R.Eyvazov, F.Talışinski) 31.08.2018-ci il tarixli, 2(103)-2883/2018 nömrəli qərardadı ilə Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.03.2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti geri qayta rılmışdır. Cavabdeh və vəkili Vəkil1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.08.2018-ci il tarixli qərardadından kassasiya şikayəti vermişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Cavabdeh və onun ailə üzvləri qeydiyyatda olduğu ünvanda yaşamır. Məhkəmə qətnaməsi isə cavabdehin kirayədə yaşadığı ünvana deyil, qeydiyyatda olduğu ünvana göndərilmiş, məhkəmə qərardadında qeyd edilmiş olan tarixdə nə cavabdehə, nə də onun ailə üzvlərinə rəsmi qaydada təqdim edilməmişdir. Qeyd edilən məhkəmə qətnaməsi cavabdehə 11 iyun 2018-ci il tarixdə apelyasiya instansiyası məhkəməsinə yazılı müraciətindən sonra təqdim edilmişdir. Poçt xəbərnaməsindəki imza da cavabdehə məxsus deyildir. Lakin apellyasiya instansiyası məhkəməsi bu halları nəzərə almamış, maddi və prosessual hüququ normalarını pozmaqla əsassız olaraq kassasiya şikayətini geri qaytarmışdır. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.08.2018-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçı “xxxx” ASC məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında i ştirak edən iddiaçı Cavabdeh və vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 31.08.2018-ci il tarixli qərardadı ilə Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.03.2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətini (kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildiyinə görə) geri qaytararkən haqlı olmuş, prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respu blikası MPM-in 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-in 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası MPM-in 130.3-cü maddəsinə əsasən isə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları v erən şəxsə qaytarılır. Azərbaycan Respublikası MPM-in 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.03.2018-ci il tarixli qətnaməsinin surətini 29.03.2018-ci il tarixdə poçt xəbərnaməsinə imza etməklə rəsmi qaydada şəxsən almışdır (iş v. 85). Kassasiya şikayətini isə 06.08.2018-ci il tarixində tərtib edib həmin tarixdə Bakı Apellyasiya Məhkəməsinə təqdim etmişdir. Buraxılmış prosessual müddətin bərpası barədə ərizəsini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Kassasiya kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sayır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual qanunun tələblərinə uyğun çıxarıldığına görə dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM- in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.08.2018-ci il tarixli, 2(103)-****/2018 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova
Məhkəmə qərarları › İş №2(102)-260/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-260/2019
17.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver