Məhkəmə qərarları › İş №2(102)-2601/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2601/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2601/2021 20.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: "ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi" Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Qədirova Vəfa İdris qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8059/2020 nömrəli iş üzrə 11 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 20 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 02 oktyabr 2014-cü il tarixli, 1396/14 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 120 ay müddətinə, illik 10% faiz ödəmək şərtilə 327400 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə alıcı-ipoteka qoyan Cavabdeh və satıcı X1 arasında bağlanmış 02.10.2014-cü il tarixli, 1396/14 saylı alqı-satqı və ipoteka müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 188,7 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini alıcıipoteka qoyanın mülkiyyətinə vermiş; satış qiyməti 377400 manat olan mənzilin dəyəri kreditor - ipoteka saxlayan tərəfindən 02.10.2014-cü il tarixdə bağlanmış 1396/14 saylı kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. İşdə olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh banka 27.02.2020-ci il tarixə 281.239,30 manat əsas kredit borcu, 122.876,02 manat faiz borcu, 30.259,57 manat cərimə borcu, cəmi 434.374,89 manat məbləğində borcu vardır. «xxxx» MMC tərəfindən verilmiş 25 iyun 2019-cu il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A, C bloku, qapı 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hazır ki dövrə olan bazar dəyəri 450.000 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17497 saylı, 25 oktyabr 2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və 02 oktyabr 2014-cü il tarixli, 1396/14 №-li kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 19.07.2018-ci il tarixə (iddia tarixinə) İddiaçı ASC-nə olan borcu 358.961,12 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 281.239,30 manat, faiz borcu üzrə 77.721,82 manat. Ekspert tədqiqatının dəyəri 200 (iki yüz) manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/889 saylı, 04 may 2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyin ə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və 02 oktyabr 2014-cü il tarixli, 1396/14 №-li kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-nə olan borcu 27 fevral 2020-ci il tarixə 404.115,66 manat (əsas borc üzrə - 281.239,30 manat, faiz borcu üzrə - 122.876,36 manat), 04 may 2020-ci il tarixə 409.349,83 manat (əsas borc üzrə 281.239,30 manat, faiz borcu üzrə 128.110,53 manat) müəyyən edilir. Ekspert tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair və iddiaçı Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC- nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “hesablanmış faiz və cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh arasında bağlanmış 1396/14 nömrəli 02.10.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 10 faizlə, 120 ay müddətinə 327400 AZN kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi kreditorla Cavabdeh arasında 02.10.2014-cü il tarixli, 1396/14 nömrəli qeyri-yaşayış sahəsinin alqısatqı və ipoteka müqaviləsi bağlanmışdır. İpoteka predmeti qismində Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 188,7 kv.m-dən ibarət olan qeyriyaşayış sahəsi çıxış edi r. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Həmçinin, kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı nə qədər səy göstərsə də, cavabdeh öz öhdəliyini bugünədək yerinə yetirməmişdir. Yuxarıda adı çəkilən 1396/14 nömrəli, 02.10.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh əsas borc üzrə 281239,30 AZN, faiz borcu üzrə 77721,80 AZN, cərimə borcu üzrə 26312,67 AZN, cəmi 385273,77 AZN borcu mövcuddur. Cavabdehə göndərilmiş ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş 13.07.2018-ci tarixində müvafiq qeydiyyat orqanında qeydiyyatda n keçirilmişdir. Göstərilənlərə əsasən Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 281239,30 AZN, faiz borcu üzrə 77721,80 AZN, cərimə borcu üzrə 26312,67 AZN, cəmi 385273,77 AZN kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 AZN dövlət rüsumunun, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 188,7 kv.m-dən ibarət olan qeyriyaşayış sahəsinə yönəldilməsi, ipoteka predmetinə ilkin satış qiyməti müəyyən edilməklə onun açıq hərracdan satılması, əmlak satıldıqdan sonra onun 1 ay ərzində boşaldılması, satışdan əldə olunan vəsaitin qeyd edilən kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməsi, əmlakın satışından əldə olunmuş pul borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tu tulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 281.239,30 AZN, faiz borcu üzrə 122.876,02 AZN, cərimə borcu üzrə 30.259,57 AZN, cəmi 434.374,89 AZN kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 AZN dövlət rüsumunun, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 188,7 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmetinə ilkin satış qiyməti müəyyən edilməklə onun açıq hərracdan satılması, əmlak satıldıqdan sonra onun 1 ay ərzində boşaldılması, satışdan əldə olunan vəsaitin qeyd edilən kredit müqaviləsi üzrə borcun ödənilməsinə y önəldilməsi, əmlakın satışından əldə olunmuş pul borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada icra edilməsi, ipoteka predmeti olan qeyri-yaşayış sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin sahənin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “hesablanmış faiz və cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 1396/14 nömrəli, 02.10.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh illik 10 faiz olmaqla 120 ay müddətinə 327.400 AZN kredit verilmişdir. İlk öncə kredit müqaviləsi üzrə öhdəliklər Cavabdeh tərəfindən vaxtında icra olunmuşdur. Lakin 2016-cı ildən biznes fəaliyyətində müəyyən çətinliklər yaranmış, manatın dollara münasibətdə məzənnəsinin aşağı düşməsi bu çətinlikləri birdaha ağırlaşdırmışdır, aylıq ödənişlərin və faiz ödənişlərinin ödənilməsində müvafiq çətinliklər olmuşdur. Hazırki vəziyyətdə tərəflər arasında bağlanmış müqavilənin müddəti başa çatmamışdır. 2016-cı ildən bu günkü tarixə qədər alınmış kredit üzrə faizlərin şişirdilməsi və faiz borclarının artımı müflisləşmə şəraitində həmin məbləğlərin ödənilməsini imkansız edir. Hazırki çətin vəziyyətdə cavabdeh şəraitin dəyişməsini və digər halları nəzərə almaqla həmin dövr ərzində hesablanmış faiz borcu üzrə 77721 AZN, cərimə borcu üzrə 2 6 312 AZN borcun silinməsini qəbul etməlidir. Eyni zamanda ödənişlərlə bağlı silinmələr düzgün aparılmadığından əsas borc məbləği də, faizlər də, cərimələr də şişirdilmiş formada təqdim olunur. Göstərilənlərə əsasən 1396/14 nömrəli, 02.10.2014-cü il tarixli kredit müqaviləsinə əsasən hesablanmış faiz borcu üzrə 77721 manat və cərimə borcu üzrə 23.312 manatın silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov, iş № 2(006)-160/2020) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması”na dair iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 281.239,30 (iki yüz səksən bir min iki yüz otuz doqquz mana t, otuz qəpik) manat əsas, 122.876,02 (bir yüz iyirmi iki min səkkiz yüz yetmiş altı manat, iki qəpik) manat faiz borcu, 1000 (bir min) manat cərimə borcu, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 405.145,32 (dörd yüz beş min yüz qırx beş manat, otuz iki qəpik) manat məbləğində pulun alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutma ipotekaya qoyulmuş Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 188,7 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 450.000 (dörd yüz əlli min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə olan kredit borcunun öd ənilməsi qət edilmiş, əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda isə artıq qalan pul vəsaiti müvafiq olaraq Cavabdeh qaytarılması, hərracdan əldə olunacaq vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh tutulması, ipoteka predmeti satıldıqdan bir ay sonra boşaldılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddiaçı Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “hesablanmış faiz və cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Məhkəmə xərcləri iddiaçı Cavabdeh aid edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan va xtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtini pozmuşdur. Ona görə də borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər ilə birlikdə iddiaçıya ödəməlidir. Öhdəlik icra edilmədiyindən borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqaviləsinin şərtlərinə müvafiq qaydada ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 188,7 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə yönəldilməli, həmin əmlak açıq hərraca çıxarılaraq satılmalı, ilkin satış qiyməti 450.000 manat məbləğində müəyyən edilməli, satışdan əldə olunan vəsaitdən iddiaçıya olan borc ödənilm əli, tələbin ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar olaraq əmlak hərracda satıldıqdan 1 ay sonra boşaldılmalıdır. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıq olduğu təqdirdə, artıq məbləğ Cavabdeh qaytarılmalıdır. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli 2(006)-160/2020 saylı qətnaməsinin qismən ləğv olunmasını, ilkin satış qiymətinin yenidən müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.İmanov sədrliyi və məruzəsi ilə, hakimlər Q.Əsgərov və V.Sadıqovdan ibarət tərkibdə, iş № 2(103)-8059/2018) iddiaçı Ləğv prose sində olan İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-160/2020 saylı 31 avqust 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, dəbbə pulu tərəflərin azad iradəsi əsasında bağlanmış müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi əsasında borclunun kreditora ödənilməli olan pul məbləği olmaqla öhdəliklərinin icrasının təmin edilməsinin üsullarından biridir. Belə ki, yaranmış öhdəliyin icrasının təmin edilməsi, həmin öhdəliklərin icrasının təmin edilməsi forması kimi çıxış edir. Bu da borclunun kreditor qarşısında götürmüş olduğu öhdəlikdən yayınmaması üçün əhəmiyyətlidir. Amma müəyyən edi lmiş dəbbə pulu götürülmüş öhdəliyə münasib olmaqla öhdəliyin gələcəkdə də icrasına əhəmiyyətli dərəcədə maneə yaratmamalıdır. Dəbbə pulu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı olsa da, borclunun hüquq və mənafelərinə zidd olaraq tənasübsüz surətdə yüksək həddə müəyyənləşdirilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı Ləğv prosesində olan İddiaçı ASC (vəkil Qədirova Vəfa İdris qızı) kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2020-ci il tarixli 2(103)-8059/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən maddi hüq uq normaları pozulmuşdur. Belə ki, məhkəmə qətnamədə əmlakların hərracda ilkin satış qiymətini müəyyən edərkən sözügedən qeyri-yaşayış sahəsinin likvid qiymətini deyil, bazar dəyərini nəzərə almışdır. Bu isə Qanuna zidd və qətnamənin maddi hüquq normalarının pozulması ilə çıxarılması deməkdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Qədirova Vəfa İdris qızı kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh tərəf hər han sı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki halla rının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız iddiaçı kassasiya şikayəti vermiş, qətnamənin tam ləğv olunması xahiş olunsa da dəlilləri iddianın təmin olunmayan hissəsinə və ilkin satış qiymətinin düzgün müəyyən olunmamasına yönəlmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun yoxlanır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş g örməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.1-ci maddəsində göstərilir ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1.1.-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “İpoteka haqqında” Azər baycan Respublikası Qanunu 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.9-ci maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 33-cü maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödəni lməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.3.1-ci maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. 59.4-ci maddəsinə əsasən bu Qanunun 59.3 -cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutl arla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 188,7 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 450.000 manat m əbləğində müəyyən edilməsi hissəsində qanuni və əsaslı deyildir. Belə ki, apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən əmlakın likvid dəyərini deyil «xxxx» MMC tərəfindən verilmiş 25 iyun 2019-cu il tarixli qiymətləndirmə hesabatında göstərilən qiyməti əsas götürmüşdür. Halbuki “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli Azərbaycan Res publikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Həmçinin həmin Qərardadda qeyd edilmişdir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun b azar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Məlumdur ki, “Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özü-özlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərində ndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A, C bloku, qapı 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilki n satış qiymətinin 450000 manat məbləğində müəyyən edilməsi hissəsində qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Məhkəmə kollegiyası digər hissələrdə kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv və dəyişdirilməsi əsasları kimi qəbul etmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8059/2020 nömrəli iş üzrə 11 noyabr 2020-ci il tarixli qətnaməsi «həmin əmlakın ilkin satış qiyməti 450.000 (dörd yüz əlli min) manat məbləğində müəyyən e dilməsi» hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar