Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2601/2022 08.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2nə qarşı (LPO Maraqlı şəxs ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia tələbi barədə iş üzrə QƏRARİ iş № 2(102)-2601/2022 (Açar sözlər: X5 protokolunun etibarsız sayılması tələbi) Bakı şəhəri, 8 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9663/2021 nömrəli, 20 oktyabr 2021-ci il tarixli qətn aməsindən cavabdeh və 3-cü şəxsin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 fevral 2017-ci il tarixli, 2(006)-99/2017 saylı qətnaməsi ilə iddiaçı Maraqlı şəxs ASC-nin cavabdehlər İddiaçı və X6 qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 300.000 manat əsas borc, 12.422 manat faiz borcu, 1.000 manat cərimə borcu, cəmi 3.3.422 (üç yüz on üç min dörd yüz iyirmi iki) manat məbləğində pul cavabdeh İddiaçı alınaraq iddiaçı Maraqlı şəxs ASC-yə ödənilməsi, tələb ipoteka ilə yüklü edilmiş cavabdeh X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsim i rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0.29574 ha torpaq sahəsində yerləşən 251 A nömrəli, 15 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində 178.18 kv.m ümumi, 100.16 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 3 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzil ilkin satış qiyməti 340.000 (üç yüz qırx min) manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılması, həmin mənzilin satışından əldə olunan vəsaitdən cəmi 313.422 (üç yüz on üç min dörd yüz iyirmi iki) manat məbləğində pul Maraqlı şəxs ASC-yə ödənilməsi, qalan məbləğ X6 verilməsi, mənzilin satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda borcun ödənilməyən digər hissəsi cavabdeh İddiaçı alınaraq iddiaçı Maraqlı şəxs ASC-yə ödənilməsi, ipoteka predmeti olan qeyd olunan mənzilə tutma yönəldikdən və mənz il satıldıqdan sonra 1 ay ərzində cavabdeh X3 həmin mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməklə X10 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması qət edilmişdir;
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2018-ci il tarixli, 2(103)-9265/2018 saylı qətnaməsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 fevral 2017-ci il tarixli, 2(006)-99/2017 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilən apellyasiya şikayət təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-99 saylı iş üzrə 02 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır;
3. Həmin qətnamənin icrası çərçivəsində ipoteka predmetinin hərracdan satışı sifariş olunmuşdur. 4. “X1” MMC-nin xx.xx.2018-ci il tarixli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin xx/xx-327810/14 saylı xx.xx.2017-ci il tarixli sifariş məktubunda Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0.29574 ha torpaq sahəsində yerləşən 251a nömrəli, 15 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində 178.18 kv.m ümumi sahəsi olan 4 otaqlı 3 nömrəli mənzilinin dəyəri 340.000 (üç yüz qırx min) manat olmaqla xx.xx.2018-ci il tarixində, saat 11:00-da ünvan 1 ünvanında açıq hərracın keçirilməsi göstərilmişdir. Hərracının keçirilməsinə dair “Kaspi” qəzetdə xx.xx.2018-ci il tarixində elan dərc edilmişdir. Hərracdakı iştirak üçün beh məbləği 14450 manat təşkil edir; 5. “X1” MMC-nin xx.xx.2018-ci il tarixli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən Nəsimi Rayon İcra və Probasiya Şöbə sinin xx/xx-327810/14 saylı xx.xx.2017-ci il tarixli sifariş məktubunda Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0.29574 ha torpaq sahəsində yerləşən 251a nömrəli, 15 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində 178.18 kv.m ümumi sahəsi olan 4 otaqlı 3 nömrəli mənzilinin dəyəri 340.000 (üç yüz qırx min) manat olmaqla xx.xx.2018-ci il tarixində, saat 11:00-da ünvan 1 ünvanında açıq hərracın keçirilməsi qeyd edilmişdir. Hərracının keçirilməsinə dair “Kaspi” qəzetdə xx.xx.2018-ci il tarixində elan dərc edilmişdir. Hərracdakı iştirak üçün beh məbləği 17000 manat təşkil edir; 6. 0.29574 ha torpaq sahəsində yerləşən 251 A nömrəli, 15 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində 178.18 kv.m ümumi sahəsi olan 4 otaqlı 3 nömrəli mənzilin xx.xx.2018-ci və xx.xx.2018-ci il tarixdə hərraca çıxarılması barədə məlumatlar “Kaspi” Qəzetinin 17 yanvar, 27 fevral 2018-ci ilə aid olan 009 və 038 nömrəli buraxılışlarında dərc edilmişdir;
7. Nəsimi rayon Məhkəməsinin 2(006)-99/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsinin və Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin xx/xx-327810/14 saylı xx.xx.2017-ci il tarixli məktubunun icrasına əsasən ilkin hərrac qiyməti 340.000 (üç yüz qırx min) manat olan X6 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0.29574 ha torpaq sahəsində yerləşən 251a nömrəli, 15 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində 178.18 kv.m ümumi sahəsi olan 4 otaqlı 3 nömrəli mənzil 216.750 manata (alıcı) LPO Maraqlı şəxs ASC-nin nümayəndəsi X9 əldə etmişdir;
8. X6 məxsus olan Bakı şəhəri, N əsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0.29574 ha torpaq sahəsində yerləşən 251A nömrəli, 15 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində 178.18 kv.m ümumi sahəsi olan 4 otaqlı 3 nömrəli mənzili hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli müqavilə ilə «X1» MMC tərəfindən LPO Maraqlı şəxs ASC-nin nümayəndəsi X4 216750,00 manata satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 (əvvəlki adı “X1” MMC) tərəfindən keçirilmiş hərracın yekunlarına dair Y-590 saylı protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə 15 de kabr 2014-cü il tarixdə Maraqlı şəxs ASC ilə 96/0-AZN saylı kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən bank İddiaçı 12 ay müddətinə illik 15% lə 300.000 ( üç yüz min) manat məbləğində kredit vermişdir. Həmin tarixdə X10 ilə Maraqlı şəxs ASC arasında SPİ2 96/06 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən X6 məxsus olan ünvan 2 ünvanında yerləşən 4 otaqlı, 100.16 kv.m yaşayış, 178.18 kv.m ümumi sahədən ibarət 3 saylı mənzil ipoteka qoymuşdur. Qeyd olunan əmlak Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin dövlət reyestrində qeydə alınmışdır. Maraqlı şəxs ASC Nəsimi Rayon Məhkəməsinə kredit borcunu ödənilməsinə dair iddia ərizəsi ilə müraciət etmiş, Nəsimi rayon məhkəməsinin 02 fevral 2017-ci il tarixli 2(00 6)-99/2017 saylı qətnaməsi ilə xx.xx.2014-cü il tarixli 96/0-AZN saylı kredit müqaviləsi üzrə 300.000 (üç yüz min) manat əsas borc, 12.422 (on iki min dörd yüz iyirmi iki) manat faiz borcu, 1000 (min) manat cərimə borcu, cəmi 313.422 (üç yüz on üç min dörd yüz iyirmi iki) manatın cavabdeh İddiaçı alınaraq iddiaçı Maraqlı şəxs ASC-yə ödənilməsi, tələbin ipoteka ilə yüklü edilmiş X6 məxsus olan ünvan 2 ünvanında yerləşən 4 otaqlı, 100.16 kv.m yaşayış, 178.18 kv.m ümumi sahədən ibarət 3 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 340.000(üç yüz qırx min) manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən cəmi 313.422 manat iddiaçı Maraqlı şəxs ASC-yə ödənilməsi, qalan məbləğin X6 verilməsi qət edilmişdir. Qətnamə icra olunması üçün Cavabdeh2nə həvalə edilmişdir. “X1” MMC Cavabdeh2 sifarişi əsasən 19 aprel 2018-ci il tarixdə Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)99/2017 saylı icra vərəqəsinə əsasən hərrac keçirmişdir. Hərracda yuxanda göstərilən əmlakın son satış qiyməti 216.750 (iki yüz on alti min yeddi yüz əlli) manat məbləğində göstərilmişdir. Alıcı qismində isə ləğv prosesində olan Maraqlı şəxs ASC göstərilmişdir. Ancaq “X1” MMC hərracı keçirərkən ona heç bir bildiriş göndərməmiş, onun xəbəri olmadan ipoteka ilə yüklü edilmiş X7 mülkiyətidə olan Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, ev 251 A, 3 saylı mənzili 216.750 manata Maraqlı şəxs ASC-yə satmışdır. Bu da onu göstərir ki, “X1” MMC İpoteka haqqında Azərbaycan Respublikasının Qanununu pozmuşdur. Bundan əlavə X5 48/1 nömrəli 19 aprel 2018-ci il tarixli protokolda qeyd olunmuşdur ki, alıcı Ləğv prosesində olan Maraqlı şəxs ASC-nin **********817 saylı xx.xx.2018-ci il tarixli etibarnamə əsasında X9 təmsil etmişdir. Maraqlı şəxs ASC ilə hərrac keçirən təşkilat əlbir olaraq qanunsuzluğa yol vermişdir. “X1” MMC tərəfindən X5 Protokol tərəflərə göndərilməli olsa belə, bu barədə iddiaçıya məlumat verilməmiş və göndərilməmişdir. Bu da onları mülkiyyətçiyə və əsas borclu olaraq ona qarşı qərəzli mövqe tutduğuna dəlalət edir. Bakı Apellyasiya məhkəməsində mülki işə 12 sentyabr 2018-ci ili tarixində baxılmış iş üzrə qətnamə çıxamışdır. Göstərilənlərin nəzərə alınması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi yazılı etiraz və iddia müddətinin tətbiqi bar ədə ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbi tam əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, iddiaçı iddia tələbində keçirilən hərrac prosesləri barədə məlumatlı olmadığı qeyd eləmişdir. İlkin hərrac barədə 17 yanvar 2018ci il tarixli 03/02 saylı bildiriş və təkrar hərrac barədə 27 fevral 2018-ci il tarixli 03/02-1 saylı bildiriş İddiaçı qeydiyyatda olduğu ünvana göndərilmişdir. Həmçinin hərrac prosesləri barədə Kaspi qəzetində də xx.xx.2018-ci il tarixində və xx.xx.2018-ci il tarixində müvafiq elanlar dərc edilmişdir. İddiaçının iddia tələbi irəli sürmək üçün subyektiv hüququ da yoxdur. İddia müddətinin tətbiqi barədə ərizədə göstərilmişdir ki, 48/1 saylı protokol və müqavilə xx.xx.2018-ci il tarixdə imzalanmışdır, lakin iddiaçı müqavilənin etibarsız hesab edilməsi tələbi il ə məhkəməyə 3 il sonra (qanunvericiliklə nəzərdə tutulmuş 1 il müddəti ötürməklə) müraciət etmişdir. İddia tələbinə iddia müddəti tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 26 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim: Aytən Novruzova) iddia rədd edilmişdir.
13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərrac keçirilən zaman onun proseslərdən məlumatı olmaması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, hərracın keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş qaydada baş tutmuşdur. Məhkəmə araşdırı lması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş, məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir.
14. Cavabdeh1 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliyi tələblərinə zidd hallar baş verməmiş, qanunvericiliyin tələblərinə uyğun baş tutmuşdur. İddia tələbində göstərilən hallar hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yaratmır.
15. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiq edilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəf qanunvericilikdə nəzərdə tutulmuş bir il ərzində əqdi mübahisələndirmək hüququnu itirmişdir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2, 416.1, 416.2, 354.2, 375.2, Azər baycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217-ci maddələrinə, “İpoteka haqqında” Qanuna istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı qətnamədən apelyasiya şikayəti vermişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə qətnaməsi obyektiv olaraq çıxarılmamış, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, MPM-nin 88-ci maddəsinə zidd olmaqla qanuni və əsaslı deyildir. Məhkəmə iddianı rədd edərkən mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmamış və tərəflərin mübahisəsini tənzimləyən qanunvericiliyin tələblərinə əməl etməmişdir və nəticədə əsassız, qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır. Bundan əlavə Nəsimi rayon məhkəməsi iş üzrə apellyasiya şikayəti verildiyi halda işi hansı əsasla hərra c mərkəzinə sifariş verilməsi aydın deyil. Bakı Apellyasiya məhkəməsində işə 12 sentyabr 2018-ci il tarixində baxılmış iş üzrə qətnamə çıxamışdır. Bundan əlavə, cavabdeh tərəf ona bildirişlərin göndərilməsini bildirsə də, həmin bildirişlərin kim tərəfindən alınması barədə məhkəməyə sənəd təqdim edə bilməmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ş.Ə. Məhərrəmova (sədrlik edən və məruzəçi), R.M.Həsənov və V.İ.İbayev) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-9663/2021 saylı mülki iş üzrə 20 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilmiş, X8 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Dilar ə Əliyeva küçəsində istifadədə olan 0.29574 ha torpaq sahəsində yerləşən 251a nömrəli, 15 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində 178.18 kv.m ümumi sahəsi olan 4 otaqlı 3 nömrəli mənzilin satılması ilə bağlı keçirilmiş hərrac, həmin X5 xx.xx.2018-ci il tarixli, 48/1 nömrəli protokol və xx.xx.2018-ci il tarixli «X1» MMC-nin direktoru Y.N.Əliyev şəxsində bir tərəfdən və Ləğv prosesində olan "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi X2 şəxsində Ləğv prosesində olan Maraqlı şəxs ASC-nin müvafiq məktubuna əsasən bağlanmış və Ləğv prosesində olan "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi X9 tərəfindən imzalamış alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq qeyd etmişdi r ki, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməli, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməlidir. Bildirişlərin İddiaçı ünvanına göndərilməsi eləcə də onun həmin bildirişləri alması işin faktiki halları ilə müəyyən edilmir. Belə ki, qeyd olunan bildirişlər İddiaçı ünvanı kimi - ünvan 2, mənzil 36A əvəzinə ev 215 A ünvanına göndərilmiş və poçt zərfi bu ünvanda yaşamır qeydi ilə geri qaytarılmışdır.
20. Keçirilmiş hərraclar barədə İddiaçı qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmamış və onun iştirakı olmadan hərrac keçirilmişdir.
21. Digər tərəfdən məhkəmə kollegiyası qeyd etmişdir ki, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli müqavilə düzgün ol araq bağlanmamışdır. Belə ki, həmin müqavilədən görünür ki, müqavilə «X1» MMC-nin direktoru Y.N.Əliyev şəxsində bir tərəfdən və Ləğv prosesində olan "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi X2 şəxsində Ləğv prosesində olan Maraqlı şəxs ASCnin müvafiq məktubuna əsasən bağlanmışdır. Müqaviləni isə Ləğv prosesində olan "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi X9 imzalamışdır. Göründüyü kimi tələbkar Ləğv prosesində olan Maraqlı şəxs ASC olsa da, müqavilədə bir yerdə Ləğv prosesində olan "xxxx" ASC, sonda isə Ləğv prosesində olan "xxxx" ASC qeyd edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, müqavilə qanunveriliciyinin tələblərinə uyğun olaraq bağlanmamışdır.
22. Məhkəmə kolllegiyası birinci instansiya məhkəməsinin iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə nəticəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı mübahisələndirilən hərracın keçirilməsindən məlumatı olmaması yuxarıda göstərilənlərə əsasən öz təsdiqini tapdığından hazırki iş üzrə iddia müddəti ötürülməmişdir.
23. Apellyasiya instansiya məhkəməsi qənaətini Mülki Məcəllənin 319.5, 377.1, 415.2, 416-cı maddələrinə və “İpoteka haqqında” Qanuna istinad edərək əsaslanırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
24. Qətnamədən Cavabdeh1 MMC və 3-cü şəxs Maraqlı şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir.
25. Cavabdeh kassasiya şikayətində İpoteka haqqında Qanunun 42.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, iddiaçıya məhkəmə bildirişləri göndərilmişdir. B ununla da hərrac təşkilatı öz öhdəliyini icra etmişdir. İddiaçı hərrac prosesi ilə bağlı bildirişləri almadığını qeyd eləmişdir, iş üzrə hərrac bildirişləri iddiaçının qeydiyyatda olduğu ünvana göndərilmiş, ünvan tam olmama səbəbindən geri qayıtmışdır. İddiaçının iddia ərizəsində bir halda “Bu ünvanda müvəqqəti olaraq yaşamır”, digər halda “bu ünvanda yaşamır” qeydi ilə geri qayıdan ünvanı qeyd etməsi onu göstərir ki, iddiaçı məktubları bilərəkdən almamışdır ki, sonradan mübahisələndirə bilsin. Sual olunur ki, poçt işçisi haradan bilir ki, cavabdehlər müvəqqəti olaraq bu ünvanda yaşamır. İddiaçı tərəfindən ünvan 4liyasiya şikayəti verərkən həmin qətnamə artıq icra edilmişdi. Yəni, qətnamə məhkəmə tərəfindən icraya yönəldilmiş və icra prosesi tamamlanmışdır. Hərrac keçirilən zaman qüvvədə olan və icraya yönələn həmin qətnamə sonrakı şikayətlərin (apellyasiya, kassasiya) olmasına baxmayaraq qüvvədə qalmışdır. İddiaçının iddia tələbi irəli sürmək üçün subyektiv hüququ da olmamaqdadır. Həmçinin cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə də məhkəməyə təqdim edilmişdir. Belə ki, iddiaçı tərəfindən iddia tələbinin irəli sürülməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Apellyasiya Məhkəməsinin qətnaməsində hərrac yekunları barədə müqavilədə bankın adının yalnış yazılması texniki səhv olmuş, yalnışlıq aradan qaldırılmışdır. 26. 3-cü şəxsin kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası mübahisələndirilən hərrac protokollarının etibarsız olması qənaətinə gəlsə də, əqdlərin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin normalarını birtərə fli tədqiq etmiş, AR MM-nin 354.1 və 354.2-ci maddələrinin tələblərini pozmuşdur. Mübahisələndirilən hərrac protokolları 19 aprel 2018-ci il tarixdə tərtib olunmuş və bu barədə iddiaçının məlumatı olmuşdur. O, məhkəmədə iddianı üç ildən sonra xx.xx.2021-ci il tarixdə qaldırmış, iddia tələbinə iddia müddəti tətbiq edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş j etmiş, Nərimanov rayon məhkəməsi iddia tələbini qəbul etməmiş və xx.xx.2021-ci il tarixdə rədd olunması barədə qətnamə qəbul etmişdir. Düzdür, 354-cü maddədə göstərilən müddət iddia müddəti olmasa da qanunun analogiyasına görə müddətin axımını həmin müddətə də tətbiq etmək olar. Göründüyü kimi, iddiaçı həmin əqdləri mübahisələndirmək üçün qanunla müəyyən olunmuş bir illik müddəti ötürmüşdür. Sözüg edən müddət iddia müddəti olmadığından məhkəmə tərəfin müddətin ötürülməsi barədə ərizə verib-verməməsindən asılı olmayaraq müddətin ötürülməsini nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul etməlidir. İşin bu halları Apellyasiya Kollegiyası tərəfindən nəzərə alınmamış, və nəticədə düzgün olmayan məhkəmə Qərarının qəbul olunmasına səbəb olmuşdur. Hazırda iddiaçının icra sənədi üzrə 28.544,5 AZN borcu qalmaqdadır. İşə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə. 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutma mış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur..
28. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitər əfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
29. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
30. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
31. Maddə
357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.
32. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükd ə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
33. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
34. Maddə 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir.
35. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razıla şma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
36. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər.
37. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.
38. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsm iləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
39. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
40. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
41. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanun
42. Maddə. 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.
43. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
48. Kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Ap ellyasiya məhkəməsi iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı, hərrac barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmamış, onun iştirakı olmadan hərrac keçirilmişdir. Bundan əlavə, tələbkar Ləğv prosesində olan Maraqlı şəxs ASC olsa da, müqavilənin bir yerində LPO "xxxx" ASC, sonda isə LPO "xxxx" ASC qeyd edilmişdir. Bu hal ona dəlalət edir ki, müqavilə qanunveriliciyinin tələblərinə uyğun bağlanmamışdır.
51. Kollegiya aşağıdakılara əsasən həmin mövqelərlə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq qormaları düzgün tətbiq edilməmişdir.
52. Belə ki, hərrac barədə tərəfin məlumatlandırılması qaydası “İpoteka haqqında” Qanunla tənzimlənir. X12 42.1-ci maddəsinə görə, hərracın təşkilatçısı icra məmurundan sif arişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir.
53. Göründüyü kimi qanunda məcburi qayda kimi bildirişin sifarişli poçt məktubu ilə göndərilməsi və kütləvi informasiya vasitələrində, habelə hərrac təşkilatçısının rəsmi internet saytında elanın dərc olunması nəzərdə tutulmuşdur.
54. İşə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, hərracın keçirilməsi barədə iddiaçının ünvanına bildirişlər göndərilmiş, lakin bildiriş “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Bundan başqa hərracın keçirilməsi barədə kütləvi informasiya vasitələrində mevafiq elanlar verilmişdir.
55. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də 30 dekabr 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42ci maddəsində təşkilatçının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməsi qeyd olunmaqla, elanların verilməsi müddətlərinə və s. dair müddəalar əks etdirilmiş, 43-cü və 44-cü maddələrində isə müvafiq olaraq hərracın baş tutmamış hesab edilməsinin və onun etibarsız sayılmasının nəticələri göstərilmişdir (bu Qanun 09 iyul 2005-ci il tarixdə qüvvəyə minmişdir)… bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan t əklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.
56. Göstərilənləri nəzərə alaraq Kollegiya hesab edir ki, iddiaçının hərrac barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmaması barədə mövqe əsaslı sayıla bilməz.
57. Apellyasiya məhkməsinin digər dəlili ilə bağlı qeyd olunmalıdır ki, əvvəla, hərracın yekunu üzrə hüquqi nəticə yaradan akt bu barədə yazılı şəkildə tərtiblənmiş və təsdiqlənmiş protokoldur.
58. Məlum olduğu kimi, hərracın nəticələri haqqında protokol müqavilə qüvvəsinə malikdir (§ 39).
59. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə bağlana bilər. Sadə yazılı müqavilə müvafiq qayd ada imzalandığı andan bağlanmış sayılır (§ 3637).
60. Hazırkı işdə hərrac təşkilatçısı “X1” MMC ilə alıcı LPO Maraqlı şəxs ASC arasında X5 xx.xx.2018-ci il tarixli protokolun tərtib və imzalarla təsdiq edilməsi mübahisəsiz haldır. O da müəyyən edilmişdir ki, həmin protokol əsasında bağlanmış alqısatqı müqaviləsində əmlakı 216.750 manata LPO Maraqlı şəxs ASC-nin aldığı qeyd olunmaqla, müqaviləni hərrac protokoluna LPO Maraqlı şəxs ASC-nin nümayəndəsi kimi imza atmış şəxs - Ramiq Rəhimli imzalamışdır.
61. Belə olan halda müqavilənin mətnində iki yerdə başqa bankların adının yazılmış olması hərracın yekunlarına dair protokolun və onun əsasında bağlanan müqavilənin bağlanmamış sayılması və ya etibarsız hesab edilməsi üçün əsas ola bilməz.
62. Çünki, müqavilənin etibarsızlığı bu səbəblə mübahis ələndirildikdə məhkəmə məsələyə formal mülahizələrlə yanaşmamalı, istinad olunan nöqsanın həqiqətən də əqdin bağlanmamış və ya etibarsız sayılmasına səbəb olub-olmadığına mülki qanunvericiliyin aşağıdakı normaları əsasında hüquqi qiymət verməlidir.
63. Belə ki, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) zəruridir. tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tə ləb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır (§ 28-30, 35).
64. Bundan əlavə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir (§ 32-34).
65. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir (§ 31).
66. Hazırkı işdə isə apellyasiya məhkəməsi müqaviləni başqa bankların d a adları yazıldığına görə qanunsuz sayarkən qeyd olunan qaydaları müzakirə etməmiş, işin müəyyən edilmiş faktiki halları nəzərə alınmaqla bu normaların mübahisəyə tətbiqi imkanlarını yoxlamamışdır.
67. Beləliklə, yuxarıda qeyd edilənlər apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq olunmamasına, işdəki məlumat və sübutların düzgün qiymətləndirilməməsinə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına dəlalət edir (§ 45-46).
68. Ona görə də qətnamə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
69. Göstərilənlərə əsas ən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9663/2021 nömrəli iş üzrə 20 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Zaur Əliyev Abiddin Hüseynov İlqar Xələfov