Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5776/2022 22.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Üçüncü şəxs LPO Maraqlı şəxs ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2nə qarşı (LPO Maraqlı şəxs ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “X9 protokolunun etibarsız hesab edilməsi” tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1933/2022 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 fevral 2017-ci il tarixli, 2(006)-99/2017 saylı qətnaməsi ilə iddiaçı Maraqlı şəxs ASC-nin cavabdehlər İddiaçı və X10 qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 300.000 manat əsas borc, 12.422 manat faiz borcu, 1.000 manat cərimə borcu, cəmi 3.3.422 (üç yüz on üç min dörd yüz iyirmi iki) manat məbləğində pul cavabdeh İddiaçı alınaraq iddiaçı Maraqlı şəxs ASC-yə ödənilməsi, tələb ipoteka ilə yüklü edilmiş cavabdeh X7 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0.29574 ha torpaq sahəsində yerləşən 251 A nömrəli, 15 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində 178.18 kv.m ümumi, 100.16 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 3 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzil ilkin satış qiyməti 340.000 (üç yüz qırx min) manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılması, həmin mənzilin satışından əldə olunan vəsaitdən cəmi 313.422 (üç yüz on üç min dörd yüz iyirmi iki) manat məbləğində pul Maraqlı şəxs ASC-yə ödənilməsi, qalan məbləğ X10 verilməsi, mənzilin satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda borcun ödənilməyən digər hissəsi cavabdeh İddiaçı alınaraq iddiaçı Maraqlı şəxs ASC-yə ödənilməsi, ipoteka predmeti olan qeyd olunan mənzilə tutma yönəldikdən və mənzil satıldıqdan sonra 1 ay ərzində cavabdeh X7 həmin mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməklə X14 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2018-ci il tarixli, 2(103)-9265/2018 saylı qətnaməsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 fevral 2017-ci il tarixli, 2(006)-99/2017 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilən apellyasiya şikayət təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-99 saylı iş üzrə 02 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamənin icrası çərçivəsində ipoteka predmetinin hərracdan satışı sifariş olunmuşdur. “X3” MMC-nin xx.xx.2018-ci il tarixli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin xx/xx-327810/14 saylı xx.xx.2017-ci il tarixli sifariş məktubunda Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0.29574 ha torpaq sahəsində yerləşən 251a nömrəli, 15 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində 178.18 kv.m ümumi sahəsi olan 4 otaqlı 3 nömrəli mənzilinin dəyəri 340.000 (üç yüz qırx min) manat olmaqla xx.xx.2018-ci il tarixində, saat 11:00-da ünvan 1 ünvanında açıq hərracın keçirilməsi göstərilmişdir. Hərracının keçirilməsinə dair “Kaspi” qəzetində xx.xx.2018-ci il tarixində elan dərc edilmişdir. Hərracdakı iştirak üçün beh məbləği 14450 manat təşkil edir. “X3” MMC-nin xx.xx.2018-ci il tarixli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin xx/xx-327810/14 saylı xx.xx.2017-ci il tarixli sifariş məktubunda Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0.29574 ha torpaq sahəsində yerləşən 251a nömrəli, 15 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində 178.18 kv.m ümumi sahəsi olan 4 otaqlı 3 nömrəli mənzilinin dəyəri 340.000 (üç yüz qırx min) manat olmaqla xx.xx.2018-ci il tarixində, saat 11:00-da ünvan 1 ünvanında açıq hərracın keçirilməsi qeyd edilmişdir. Hərracının keçirilməsinə dair “Kaspi” qəzetində xx.xx.2018-ci il tarixində elan dərc edilmişdir. Hərracdakı iştirak üçün beh məbləği 17000 manat təşkil edir. 0.29574 ha torpaq sahəsində yerləşən 251 A nömrəli, 15 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində 178.18 kv.m ümumi sahəsi olan 4 otaqlı 3 nömrəli mənzilin xx.xx.2018-ci və xx.xx.2018-ci il tarixdə hərraca çıxarılması barədə məlumatlar “Kaspi” qəzetinin 17 yanvar, 27 fevral 2018-ci ilə aid olan 009 və 038 nömrəli buraxılışlarında dərc edilmişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)-99/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsinin və Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin xx/xx-327810/14 saylı xx.xx.2017-ci il tarixli məktubunun icrasına əsasən ilkin hərrac qiyməti 340.000 (üç yüz qırx min) manat olan X10 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0.29574 ha torpaq sahəsində yerləşən 251a nömrəli, 15 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində 178.18 kv.m ümumi sahəsi olan 4 otaqlı 3 nömrəli mənzil 216.750 manata (alıcı) LPO Maraqlı şəxs ASC-nin nümayəndəsi X13 əldə etmişdir. X10 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0.29574 ha torpaq sahəsində yerləşən 251A nömrəli, 15 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində 178.18 kv.m ümumi sahəsi olan 4 otaqlı 3 nömrəli mənzili hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə xx.xx.2018-ci il tarixli müqavilə ilə «X3» MMC tərəfindən LPO Maraqlı şəxs ASC-nin nümayəndəsi X8 216750,00 manata satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən verilmiş 19 sentyabr 2020-ci il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, ev 251A, 3 nömrəli mənzil ləğv prosesində olan Maraqlı şəxs ASC-nin mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 (əvvəlki adı “X3” MMC) tərəfindən keçirilmiş hərracın yekunlarına dair Y-590 saylı protokolun və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə 15 dekabr 2014-cü il tarixdə Maraqlı şəxs ASC ilə 96/0-AZN saylı kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən bank İddiaçı 12 ay müddətinə illik 15% lə 300.000 ( üç yüz min) manat məbləğində kredit vermişdir. Həmin tarixdə X14 ilə Maraqlı şəxs ASC arasında SPİ2 96/06 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən X10 məxsus olan ünvan 2 ünvanında yerləşən 4 otaqlı, 100.16 kv.m yaşayış, 178.18 kv.m ümumi sahədən ibarət 3 saylı mənzil ipoteka qoymuşdur. Qeyd olunan əmlak Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin dövlət reyestrində qeydə alınmışdır. Maraqlı şəxs ASC Nəsimi Rayon Məhkəməsinə kredit borcunu ödənilməsinə dair iddia ərizəsi ilə müraciət etmiş, Nəsimi rayon məhkəməsinin 02 fevral 2017-ci il tarixli 2(006)-99/2017 saylı qətnaməsi ilə xx.xx.2014-cü il tarixli 96/0-AZN saylı kredit müqaviləsi üzrə 300.000 (üç yüz min) manat əsas borc, 12.422 (on iki min dörd yüz iyirmi iki) manat faiz borcu, 1000 (min) manat cərimə borcu, cəmi 313.422 (üç yüz on üç min dörd yüz iyirmi iki) manatın cavabdeh İddiaçı alınaraq iddiaçı Maraqlı şəxs ASC-yə ödənilməsi, tələbin ipoteka ilə yüklü edilmiş X10 məxsus olan ünvan 2 ünvanında yerləşən 4 otaqlı, 100.16 kv.m yaşayış, 178.18 kv.m ümumi sahədən ibarət 3 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 340.000(üç yüz qırx min) manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən cəmi 313.422 manat iddiaçı Maraqlı şəxs ASC-yə ödənilməsi, qalan məbləğin X10 verilməsi qət edilmişdir. Qətnamə icra olunması üçün Cavabdeh2nə həvalə edilmişdir. “X3” MMC Cavabdeh2 sifarişi əsasən 19 aprel 2018-ci il tarixdə Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)- 99/2017 saylı icra vərəqəsinə əsasən hərrac keçirmişdir. Hərracda yuxarıda göstərilən əmlakın son satış qiyməti 216.750 (iki yüz on alti min yeddi yüz əlli) manat məbləğində göstərilmişdir. Alıcı qismində isə ləğv prosesində olan Maraqlı şəxs ASC göstərilmişdir. Ancaq “X3” MMC hərracı keçirərkən ona heç bir bildiriş göndərməmiş, onun xəbəri olmadan ipoteka ilə yüklü edilmiş X11 mülkiyətidə olan Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, ev 251 A, 3 saylı mənzili 216.750 manata Maraqlı şəxs ASC-yə satmışdır. Bu da onu göstərir ki, “X3” MMC İpoteka haqqında Azərbaycan Respublikasının Qanununu pozmuşdur. Bundan əlavə X9 48/1 nömrəli 19 aprel 2018-ci il tarixli protokolda qeyd olunmuşdur ki, alıcı Ləğv prosesində olan Maraqlı şəxs ASC-nin **********817 saylı xx.xx.2018-ci il tarixli etibarnamə əsasında X13 təmsil etmişdir. Maraqlı şəxs ASC ilə hərrac keçirən təşkilat əlbir olaraq qanunsuzluğa yol vermişdir. “X3” MMC tərəfindən X9 Protokol tərəflərə göndərilməli olsa belə, bu barədə iddiaçıya məlumat verilməmiş və göndərilməmişdir. Bu da onları mülkiyyətçiyə və əsas borclu olaraq ona qarşı qərəzli mövqe tutduğuna dəlalət edir. Bakı Apellyasiya məhkəməsində mülki işə 12 sentyabr 2018-ci ili tarixində baxılmış iş üzrə qətnamə çıxamışdır. Göstərilənlərin nəzərə alınması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi yazılı etiraz və iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbi tam əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, iddiaçı iddia tələbində keçirilən hərrac prosesləri barədə məlumatlı olmadığı qeyd eləmişdir. İlkin hərrac barədə 17 yanvar 2018ci il tarixli 03/02 saylı bildiriş və təkrar hərrac barədə 27 fevral 2018-ci il tarixli 03/02-1 saylı bildiriş İddiaçı qeydiyyatda olduğu ünvana göndərilmişdir. Həmçinin hərrac prosesləri barədə Kaspi qəzetində də xx.xx.2018- ci il tarixində və xx.xx.2018-ci il tarixində müvafiq elanlar dərc edilmişdir. İddiaçının iddia tələbi irəli sürmək üçün subyektiv hüququ da yoxdur. İddia müddətinin tətbiqi barədə ərizədə göstərilmişdir ki, 48/1 saylı protokol və müqavilə xx.xx.2018-ci il tarixdə imzalanmışdır, lakin iddiaçı müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə 3 il sonra (qanunvericiliklə nəzərdə tutulmuş 1 il müddəti ötürməklə) müraciət etmişdir. İddia tələbinə iddia müddəti tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 26 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərrac keçirilən zaman onun proseslərdən məlumatı olmaması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, hərracın keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş qaydada baş tutmuşdur. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş, məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Cavabdeh1 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliyi tələblərinə zidd hallar baş verməmiş, qanunvericiliyin tələblərinə uyğun baş tutmuşdur. İddia tələbində göstərilən hallar hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yaratmır. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiq edilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəf qanunvericilikdə nəzərdə tutulmuş bir il ərzində əqdi mübahisələndirmək hüququnu itirmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2, 416.1, 416.2, 354.2, 375.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217-ci maddələrinə, “İpoteka haqqında” Qanuna istinadla əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsində birinci icraat: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərrac keçirilərkən iddiaçının xəbəri olmamış, hərracın keçirilməsi barədə bildiriş iddiaçıya göndərilməmişdir. X9 48/1 nömrəli 19 aprel 2018-ci il tarixli protokolda qeyd olunmuşdur ki, alıcı ləğv prosesində olan Maraqlı şəxs ASC-nin etibarnamə əsasında X13 təmsil etmişdir. Halbuki, 19 aprel 2018-ci il tarixli müqavilədə ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi qeyd olunmuşdur. Bundan əlavə cavabdeh tərəf ona bildirişlərin göndərilməsini bildirsə də, həmin bildirişlərin kim tərəfindən alınması barədə məhkəməyə sənəd təqdim edə bilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-9663/2021 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1933/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, X10 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0.29574 ha torpaq sahəsində yerləşən 251a nömrəli, 15 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində 178.18 kv.m ümumi sahəsi olan 4 otaqlı 3 nömrəli mənzilin satılması ilə bağlı keçirilmiş hərrac, həmin X9 xx.xx.2018-ci il tarixli, 48/1 nömrəli protokol və xx.xx.2018-ci il tarixli «X3» MMC-nin direktoru Y.N.Əliyev şəxsində bir tərəfdən və Ləğv prosesində olan "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi X6 şəxsində Ləğv prosesində olan Maraqlı şəxs ASC-nin müvafiq məktubuna əsasən bağlanmış və Ləğv prosesində olan "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi X13 tərəfindən imzalamış alğı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Məhkəmə kollegiyasının mövqeyinə görə qanunvericiliyin normaların tələbləri baxımından hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməli, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməlidir. Lakin qeyd olunan bildirişlərin İddiaçı ünvanına göndərilməsi eləcə də İddiaçı həmin bildirişləri alması işin faktiki halları ilə müəyyən edilmir. Digər tərəfdən məhkəmə kollegiyası onuda göstərmişdir ki, hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə xx.xx.2018-ci il tarixli müqavilə düzgün olaraq bağlanmamışdır. Belə ki, həmin müqavilədən görünür ki, müqavilə «X3» MMCnin direktoru Y.N.Əliyev şəxsində bir tərəfdən və Ləğv prosesində olan "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi X6 şəxsində Ləğv prosesində olan Maraqlı şəxs ASC-nin müvafiq məktubuna əsasən bağlanmışdır. Müqaviləni isə Ləğv prosesində olan "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi X13 imzalamışdır. Göründüyü kimi tələbkar Ləğv prosesində olan Maraqlı şəxs ASC olsa da, müqavilədə bir yerdə Ləğv prosesində olan "xxxx" ASC, sonda isə Ləğv prosesində olan "xxxx" ASC qeyd edilmişdir. Məhkəmə kolllegiyası birinci instansiya məhkəməsinin iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə nəticəsinə münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Hazırki iş üzrə də iddiaçı mübahisələndirilən hərracın keçirilməsindən məlumatı olmaması yuxarıda göstərilənlərə əsasən öz təsdiqini tapdığından hazırki iş üzrə iddia müddəti ötürülməmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat; Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 9663/2021 nömrəli qətnaməsindən cavabdeh və 3-cü şəxs ayrı-ayrılıqda kassasiya şiakyəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2601/2022 nömrəli, 08 iyun 2022-ci il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-9663/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiya məhkəməsinin mövqeyinə görə, “Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də 30 dekabr 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində təşkilatçının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməsi qeyd olunmaqla, elanların verilməsi müddətlərinə və s. dair müddəalar əks etdirilmiş, 43-cü və 44-cü maddələrində isə müvafiq olaraq hərracın baş tutmamış hesab edilməsinin və onun etibarsız sayılmasının nəticələri göstərilmişdir (bu Qanun 09 iyul 2005-ci il tarixdə qüvvəyə minmişdir)… bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.”Göstərilənləri nəzərə alaraq Kollegiya hesab etmişdir ki, iddiaçının hərrac barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmaması barədə mövqe əsaslı sayıla bilməz. Hazırkı işdə hərrac təşkilatçısı “X3” MMC ilə alıcı LPO Maraqlı şəxs ASC arasında X9 xx.xx.2018-ci il tarixli protokolun tərtib və imzalarla təsdiq edilməsi mübahisəsiz haldır. O da müəyyən edilmişdir ki, həmin protokol əsasında bağlanmış alğı-satqı müqaviləsində əmlakı 216.750 manata LPO Maraqlı şəxs ASC-nin aldığı qeyd olunmaqla, müqaviləni hərrac protokoluna LPO Maraqlı şəxs ASC-nin nümayəndəsi kimi imza atmış şəxs - Ramiq Rəhimli imzalamışdır. Belə olan halda müqavilənin mətnində iki yerdə başqa bankların adının yazılmış olması hərracın yekunlarına dair protokolun və onun əsasında bağlanan müqavilənin bağlanmamış sayılması və ya etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Çünki, müqavilənin etibarsızlığı bu səbəblə mübahisələndirildikdə məhkəmə məsələyə formal mülahizələrlə yanaşmamalı, istinad olunan nöqsanın həqiqətən də əqdin bağlanmamış və ya etibarsız sayılmasına səbəb olub-olmadığına mülki qanunvericiliyin aşağıdakı normaları əsasında hüquqi qiymət verməlidir. Hazırkı işdə isə apellyasiya məhkəməsi müqaviləni başqa bankların da adları yazıldığına görə qanunsuz sayarkən qeyd olunan qaydaları müzakirə etməmiş, işin müəyyən edilmiş faktiki halları nəzərə alınmaqla bu normaların mübahisəyə tətbiqi imkanlarını yoxlamamışdır. Apellyasiya instansiyası məhkəməsində təkrar baxış (hazırki icraat) Proses iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi verilmiş apelyasiya şikayətini müdafiə etdiyini, hal hazırda bank qarşısında öhtəliyini tam icra etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs LPO Maraqlı şəxs ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə etiraz etmədiyini, iddiaçı bank qarşısında olan öhdəliyini tam icra etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən, nümayəndələrinin iştiraklarını təmin etmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. “Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılı 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
Azərbaycan Respublikasının“İpoteka haqqında” Qanunu
42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları Cavabdeh1” Məhdud Məsuliyyətli Cəmiyyəti (əvvəlki adı “X3” MMC) tərəfindən keçirilmiş hərracın yekunlarına dair protokolun və alğı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı hissədə düzgün araşdırmışdır. Belə ki, hərrac barədə tərəfin məlumatlandırılması qaydası “İpoteka haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 42.1-ci maddəsinə görə, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldıgı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş gündərir. Göründüyü kimi qanunda məcburi qayda kimi bildirişin sifarişli poçt məktubu ilə göndərilməsi və kütləvi informasiya vasitələrində, habelə hərrac təşkilatçısının rəsmi internet saytında elanın dərc olunması nəzərdə tutulmuşdur. İşə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hərracın keçirilməsi barədə iddiaçının ünvanına bildirişlər göndərilmiş lakin bildiriş “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Bundan başqa, hərracın keçirilməsi barədə kütləvi informasiya vasitələrində müvafiq elanlar verilmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də 30 dekabr 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42- ci maddəsində təşkilatçının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməsi qeyd olunmaqla, elanların verilməsi müddətlərinə və s. dair müddəalar əks etdirilmiş, 43-cü və 44-cü maddələrində isə müvafiq olaraq hərracın baş tutmamış hesab edilməsinin və onun etibarsız sayılmasının nəticələri göstərilmişdir (bu Qanun 09 iyul 2005-ci il tarixdə qüvvəyə minmişdir)… bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Göstərilənləri nəzərə alaraq Kollegiya hesab edir ki, iddiaçının hərrac barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmaması barədə apellyasiya şikayətinin dəlili əsasü sayıla bilməz. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin qeyd edir ki, hərracın yekunu üzrə hüquqi nəticə yaradan akt bu barədə yazılı şəkildə tərtiblənmiş və təsdiqlənmiş protokoldur. Məlum oldugu kimi, hərracın nəticələri haqqında protokol müqavilə qüvvəsinə malikdir. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə bağlana bilər. Sadə yazılı müqavilə mıvafiq qaydada imzalandığı andan barlanmış sayılır. Hazırki işdə hərrac təşkilatçısı “X4” MMC ilə alıcı LPO Maraqlı şəxs ASC arasında X9 xx.xx.2018-ci il tarixli protokolun tərtib və imzalarla təsdiq edilməsi mübahisəsiz haldır. O da müəyyən edilmişdir ki, həmin protokol əsasında bağlanmış alğı-satqı mıqaviləsində əmlakı 216.750 manata LPO Maraqlı şəxs ASC-nin aldığı qeyd olunmaqla, müqaviləni hərrac protokoluna LPO Maraqlı şəxs ASC-nin nümayəndəsi kimi imza atmış şəxs - Ramiq Rəhimli imzalamışdır. Belə olan halda müqavilənin mətnində iki yerdə başqa bankların adının yazılmış olması hərracın yekunlarına dair protokolun və onun əsasında baglanan müqavilənin baglanmamış sayılması və ya etibarsız hesab edilməsi üçün əsas ola bilməz çünki, müqavilənin etibarsızlığı bu səbəblə mübahisələndirildikdə məhkəmə məsələyə formal mülahizələrlə yanaşmamalı, istinad olunan nöqsanın həqiqətən də əqdin baglanmamış və ya etibarsız sayılmasına səbəb olub-olmadığına mülki qanunvericiliyin bununla bağlı normaları əsasında hüquqi qiymət verməlidir. Belə ki, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) zəruridir. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə baglanmış sayılır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də aglabatan mühakimə əsasında müəyyənlədirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Tərəflər müqavilənin bütün mühüm hərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə baglanmış sayılır (MM-nin 324.4., 324.5, 324.6, 405.1) Bundan əlavə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üçtünlü verilməlidir Əqd baglanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir (MM-nin 357. 404.1-404.4,) Beləliklə də,məhkəmə kollegiyası göstərilən maddi hüquq normalarının tələbləri baxımından işdəki məlumat və sübutlarün düzgün qiymətləndirilməsinə əsasən birinci instansiya məhkəməsinin qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılması ilə razılaşır. Lakin məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1” Məhdud Məsuliyyətli Cəmiyyəti (əvvəlki adı “X4” MMC) tərəfindən keçirilmiş hərracın yekunlarına dair protokolun və alğı-satqı müqaviləsinin etibarsızlığına dair tələbinin hüquqi əsasları ilə bağlı dəlillər əsassız olsa da, yeni apellyasiya baxışı zamanı cavabdeh tərəf mübahisələndirilən sənədlərin etibarsızlığı ilə bağlı qaldırılmış iddianın artıq əhəmiyyətsiz olmasını bildirərək kollegiya tərəflər arasında xx.xx.2022-ci il tarixdə barışıq sazişinin bağlanmasını bildirmiş və təqdim etmişlər. Başqa sözlə, məhkəmə kollegiyasının iclasında tərəflər artıq tələblə bağlı mübahisələrinin qalmadığını bildirərək, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0.29574 ha torpaq sahəsində yerləşən 251a nömrəli, 15 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində 178.18 kv.m ümumi sahəsi olan 4 otaqlı 3 nömrəli mənzilin əvvəlki sahibinə qaytarılmasını məhkəmədən xahiş etmişdirlər. Təqdim edilən sazişin şərtlərinə əsasən iddiaçı tərəfindən qətnamə qəbul edildikdən sonra 173.300 manat məbləğində ödəniş icra edildiyi üçün hazırda qətnamə üzrə qalıq borcu ödənilmişdir. Buna görə də cavabehlər və 3-cü şəxs mübahisələndirilən protokol və alqı-satqı müqaviləsinin ləğv edilməsinə etiraz etmirlər. LPO Maraqlı şəxs ASC tərəfindən kollegiya təqdim edilmiş xx.xx.2022-ci il tarixli **********161 saylı məktubdan da görünür ki, Nəsimi rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra İddiaçı tərəfindən könüllü olaraq 173.300 manat ödəniş icra edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə 163.339 manat birdəfəlik ödəniş edərək qətnamə üzrə qalıq borcunu tam ödəmişdir. Məktub müəllifi göstərilənlərin nəzərə alınmasını xahiş edir. Təqdim edilən məktub xx.xx.2022-ci il tarixli barışıq sazişinin məzmununda göstərilənlərin təsdiqi olsa da, məhkəmə kollegiyası tərəfindən qeyd edilən barışıq sazişi Cavabdeh2 tərəfindən imzalanmadığı üçün qəbul edilməmişdir. Həmçinin də məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə son verilməsi halı olsa da, bu saziş ipoteka predmeti olan X21 ogluna məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küəsi,ev 251A ünvanında yerləşən 4 otaqlı, 100.16 kv.m yaşayış, 178.18 kv.m ümumi sahədən ibarət 3 saylı mənzilin həm yüklülükdən azad edilməsinə, həm də hərrac nəticəsində mülkiyyətçi olmuş şəxsin adına verilən Çıxarışın ləğv edilməsinə də əsas ola bilməz. Məhkəmə bu nəticəyə gələrkən prosessual qənaət prinsipini, yəni, tərəflər arasında uzün müddət gedən məhkəmə çəkişmələrinə qarşılıqlı anlaşma nəticəsində son verilməsini, iddiaçının tələbində hərracın yekunlarına dair protokolun və alğı-satqı müqaviləsinin qanunsuzluğu mübahisələndirsə də, hərrac qalibinin mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğvini tələb etməməsini, ödəniş etməklə qarşı tərəflə aralarında sözügedən protokolun və alğı-satqı mıqaviləsinin artıq hüquqi əhəmiyyət kəsb etmədiyi halda, buna dair qətnamə qüvvəyə mindikdən sonra yenidən mənzilə alınmış yeni çıxarışın ləğvi barədə iddia icraatının başlanmasının qarşısının alınmalı olmasını nəzərə almışdır. Məhkəmə kollegiya daha sonra hesab edir ki, iddiaçı tələbində hərracın yekunlarına dair protokolun və alğı-satqı müqaviləsinin etibarsız sayılmasını tələb etsə də, hazırda şəraitin dəyişməsi, yəni, iddiaçı tərəfindən qətnamə qəbul edildikdən sonra 173.300 manat məbləğində ödəniş icra edildiyi üçün hazırda qətnamə üzrə qalıq borcu ödənilməsi faktı olduğuna görə mübahisələndirilən sənədlərin etibarsızlığına dair deyil, ləğvinə dair qətnamə qəbul etməlidir. Belə ki, məhkəmə kollegiyası bu qənaətə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsini rəhbər tutur. Həmin normaya əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür Cavabdeh tərəf qeyd edilən sənədlərin ləğv edilməsinə etiraz etməmiş, bunu həmin sənədlərin hazırki dönəmdə artıq heç bir hüquqi əhəmiyyət kəsb etməməsi ilə əsaslandırmışlar. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, hərracın yekunlargna dair protokolun və alğı-satqı müqaviləsinin etibarsızlığı tələbi olsa da. mübahisəni iddia tələblərindən kənara çıxaraq həmin sənədlərin artıq heç bir hüquqi əhəmiyyət kəsb etmədiyi üçün ləğv edilməsi ilə yolu ilə həllini məqbul və ədalətli sayır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarında göstərilmişdir ki, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, yuxarıda sadalanan işin halları üzrə hərracın yekunlarına dair protokolun və alğı-satqı müqaviləsi artıq heç bir hüquqi əhəmiyyət kəsb etmədiyindən ləğv edilməli olduğundan X12 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0.29574 ha torpaq sahəsində yerləşən 251a nömrəli, 15 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində 178.18 kv.m ümumi sahəsi olan 4 otaqlı 3 nömrəli mənzil ipoteka yüklüyündə qalmasına da heç bir hüquqi zərurət yoxdur. Məhkəmə kollegiyası bu qənaətini mülkiyyət hüquqlarının Azərbaycan Respublikasının qanunvericiliyi ilə tanınması və qorunması baxımından əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən maddələrə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.(13-cü maddə) Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(29-cu maddə) «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il taixli qərarı) Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X15rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1” Məhdud Məsuliyyətli Cəmiyyəti (əvvəlki adı “X5” MMC) tərəfindən keçirilmiş hərracın yekunlarına dair protokolun, alğı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsi göstərilən prinsiplərə və tərəflərin mənafeyinə tam uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1933/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. X12 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0.29574 ha torpaq sahəsində yerləşən 251a nömrəli, 15 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində 178.18 kv.m ümumi sahəsi olan 4 otaqlı 3 nömrəli mənzilin satılması ilə bağlı keçirilmiş hərrac, həmin X9 xx.xx.2018-ci il tarixli, 48/1 nömrəli protokol və xx.xx.2018-ci il tarixli «X3» MMC-nin direktoru Y.N.Əliyev şəxsində bir tərəfdən və Ləğv prosesində olan "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi X6 şəxsində Ləğv prosesində olan Maraqlı şəxs ASC-nin müvafiq məktubuna əsasən bağlanmış və Ləğv prosesində olan "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi X13 tərəfindən imzalamış alğı-satqı müqaviləsi ləğv edilsin. X10 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0.29574 ha torpaq sahəsində yerləşən 251a nömrəli, 15 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində 178.18 kv.m ümumi sahəsi olan 4 otaqlı 3 nömrəli mənzil ipoteka yüklüyündən azad edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən verilmiş 19 sentyabr 2020-ci il tarixli, ********** nömrəli çıxarış ləğv edilsin. Apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xumar Mərdanova Hakimlər Elnur Həsənov Vahid Sadıqov