Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4903/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 ASC-yə və qeyrilərinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: hərracın nəticələrinin və onlara dair çıxarışların etibarsız hesab edilməsi, mənzillərin ipoteka ilə girov saxlanılmaqla iddiaçının adına bərpa edilməsi tələbi Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi hakim), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi, Azə rbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh4nə qarşı hərracın nəticələrinin və onlara dair çıxarışların etibarsız hesab edilməsi, mənzillərin ipoteka ilə girov saxlanılmaqla iddiaçının adına bərpa edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)3517/2022 nömrəli, 17 may 2022-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə 24 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5520/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, "xxxx" MMC-dən Cavabdeh1 ASC-ni n xeyrinə xx.xx.2014-cü il tarixli 101/M saylı kredit müqaviləsi üzrə 136038,90 ABŞ dollan əsas borc, 40460,31 ABŞ dolları faiz və 1500,79 ABŞ dolları cərimə borcu, cəmi 178000 ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulması; tutmanın İddiaçı1 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən XXX saylı evin XXX saylı mənzilinə və Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən XXX saylı, 3 mərtəbəli binada, 25,1 kv.m ümumi, 15 kv.m yaşayış sahəsindən ibarət mənzilinə yönəldilməsi; Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Ə hmədbəyov küçəsində yerləşən XXX saylı evin XXX saylı mənzilin ilkin satış qiymətinin 160.000 manat, Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən XXX saylı, 3 mərtəbəli binada, 25,1 kv.m ümumi, 15 kv.m yaşayış sahəsindən ibarət mənzilin ilkin satış qiyməti 75000 manat məbləğində müəyyən edilməklə ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbi realizə edilmiş daşınmaz əmlakların dəyərindən ödənilməsi; borc ödənildikdən sonra yerdə qalan məbləğin müvafiq olaraq ipoteka qoyan İddiaçı1 qaytarılması; Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən XXX saylı evin XXX saylı mənzilinə və Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən XXX saylı, 3 mərtəbəli binada, 25,1 kv.m ümumi, 15 kv.m yaşayış sahəsindən ibarət mənzilinə tutma yönəldikdə və o, açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması; "xxxx" MMC-dən və İddiaçı1 müştərək qaydada "xxxx" MMC-nin xeyrinə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza xərcinin əvəzi kimi 600 manat məbləğində pul tutulması qət olunmuşdur.
2. Qeyd olunan qətnamə icra olunaraq ipoteka ilə yüklü edilmiş əmlak hərracda satışa çıxarılmış və 2-ci hərracdan sonra bank əmlakları əldə etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən XXX saylı evin XXX saylı və Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən XXX saylı, 3 mərtəbəli binada, 25,1 kv.m. ümumi, 15 kv.m. yaşayış sa həsindən ibarət mənzillərin hərracının nəticələrini əks etdirən 25 may 2018-ci il tarixli 68 nömrəli protokolun, 25 may 2018-ci il tarixli əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka obyektinə dair çıxarışların etibarsız hesab edilərək ləğv edilməsi və mənzillərin ipoteka ilə girov saxlanılmaqla iddiaçının adına bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, Cavabdeh1 tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı onlara (ipoteka qoyana) bildiriş göndərilməmişdir. Belə bir pozuntu isə qanuna əsasən ipoteka predmetinə tutmanın yönəldilməsini dayandırmalı və prosedura əməl edildikdən sonra davam edilməli olduğunu göstərir.
5. Cavabdeh4 nüma yəndəsi X3 məhkəmə iclasında iddia ərizəsini əsassız hesab etdiyini bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Eyni zamanda 17 senyabr 2021-ci il tarixli ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçı hərrac təşkilatının qüsurları qismində 25 may 2018-ci il tarixində keçirilən hərracın nəticələrinin ləğv edilməsi əsası kimi ona bildirişlərin vaxtında çatmamasını və müqavilənin qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində imzalanmamasını qeyd etmişdir. Hərracın keçirilmə vaxtı XXX mart 2018-ci il tarix göstərilməklə, ilkin hərrac barədə bildiriş borclu İddiaçı1 icra vərəqəsində qeyd olunan ünvanına göndərilmişdir. Hərrac baş tutmadığından 25 aprel 2018-ci il tarixində ikinci hərrac keçirilmişdir. İkinci hərracın keçirilmə vaxtı göstərilməklə, 28 mart 2018-ci il tari xində 15% endirimlə hərracın keçirilməsi ilə bağlı 04/33-1 və 04/34-1 nömrəli bildiriş borclunun icra vərəqəsində qeyd olunan ünvanına göndərilmişdir. Həmçinin, “Kaspi” qəzetində keçirilən hərraclarla bağlı müvafiq elanlar yerləşdirilmişdir.
6. İş materiallarında olan tərəflərə göndərilmiş açıq hərracın keçirilməsinə dair Cavabdeh4 tərəfindən göndərilmiş 09 fevral 2018-ci il tarixli 04/33 və 04/34, 28 mart 2018ci il tarixli 04/34-1 və 4/33-1 nömrəli bildirişlərdən müəyyən olunur ki, sözügedən əmlakların açıq hərraca çıxarılması, keçiriləcək hərracın yeri və vaxtı, onların satış və beh qiymətləri barədə sifarişçi, tələbkar və borclulara məlumat verilmişdir.
7. İş materiallarında olan “hərracın yekunları barədə” 25 may 2018-ci il tarixli, 68 nömrəli protokoldan və eyni tarixli hərracın yekun ları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən XXX saylı evin XXX saylı mənzilin ilkin satış qiyməti 160.000 manat olmaqla 102 000 manat dəyərində; Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən XXX saylı, 3 mərtəbəli binada, 25,1 kv.m ümumi sahədən ibarət mənzilin ilkin satış qiyməti 75000 manat olmaqla 47 8XXX.5 manat dəyərinə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə satılmışdır.
8. Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 02 dekabr 2021-ci il tarixli, 2(005)-42XXX/2021 nömrəli qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddia tələbi təmin olunmamışdır.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının iddia ərizəsində göstərdiyi, həmçinin onun nümayəndəsinin və vəkilinin məhkəmə prosesində səsləndirdiyi əsaslar hərracın keçirilməsi haqqında protokolun və bundan irəli gələn hüquqi nəticələrin etibarsız sayılması üçün əsas deyildir. Hərracın keçirilməsi ilə bağlı göndərilmiş bildirişlərin iddiaçılar İddiaçı1 və İddiaçı2 şəxsən özü tərəfindən qəbul edilərək bu barədə müvafiq imzanın poçt qəbzlərinə qoyulmaması özlüyündə hərracın keçirilməsinə və bundan irəli gələn hüquqi prosedurların həyata keçirilməsinə maneə deyildir. Belə ki, qanunvericilik hərracı keçirən təşkilatın üzərinə hərracın keçirilməsi barədə bildirişləri borclunun və ya daşınmaz əmlak sahibinin şəxsən özünə çatdırılması kimi bir vəzifə qoymayıb, bildirişlərin həmin şəxsin və ya şəxslərin yaşadığı və ya qeydiyyatda olduğu ünvana göndərilməsi qanunvericliyin sadalanan əsasları baxımından məlumatlandırmanın yerinə yetirilməsi kimi qiymətləndirilir. Qeyd edilməlidir ki, iddiaçılara aid iş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, hərrac təşkilatı tərəfindən onlara haqlı olaraq qeydiyyatda olduqları ünvana bildiriş göndərilmişdir. Bundan başqa, iddiaçılar onlara məxsus əmlakın dəyərindən qat-qat aşağı qiymətə satılmasını iddia edərək, hərracın nəticələrinin etibarsız hesab edilməsini xahiş edirlər. Məhkəmə bununla bağlı qeyd edir ki, girov əmlakların hərraca çıxarılması üçün ilkin satış qiyməti Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5520/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsində öz əksini tapmışdır. Qətnamə icra edildiyi zaman isə əlavə qiymətləndirmə keçirilmədən, məhkəmə tərəfindən müəyyən edilmiş qiymətlə h ərraca çıxarılmışdır. Hərrac keçiriləcəyi yer və tarix barədə iddiaçılara bildiriş göndərilmişdir.
10. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1, 415.2, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1, 36.2 və 42.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən hərracın keçirilməsinə əsas olmuş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)5520/2017 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən apellyasiya şikayəti verilmiş v ə xx.xx.2018-ci il tarixində 2(103)-8986/18 nömrə ilə hakimin icraatına verilmişdir. Hakim tərəfindən işə baxılması xx.xx.2018-ci il tarixə təyin edilmişdir. Bununla əlaqədar cavabdehlərə xx.xx.2018-ci il tarixdə məktub ünvanlanmışdır. Həmin məktubdan sonra cavabdeh Yasamal rayon İcra şöbəsi, hərracın sifarişinin ləğv edilməsi barədə cavabdeh «X2» MMC-yə müraciət etmişdir. Həmçinin hərrac təşkilatının Cavabdeh2nə, həmçinin surəti Cavabdeh1 ASC-yə olan 27 sentyabr 2018-ci il tarixli, 1510 saylı məktubundan görünür ki, qeyd olunan mənzilin satışı dayandırılması və sənədlər toplusunun geri qaytarılması Nərimanov Rayon Məhkəməsində müzakirə edilərək sübut edilsə də, hakim tərəfindən araşdırılmamış və qətnamədə hüquqi qiymətini almamışdır. Ümumiyyətlə bu hala hakim tərəfindən münasibət bildiril məmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, **********24 saylı məktubundan görünür ki, mübahisələndirilən mənzillər xx.xx.2019-cu il tarixdə Cavabdeh1 ASC-nin adına qeydiyyatdan keçmişdir. Əgər hərrac barədə 25 may 2018-ci il tarixli protokol və müqavilə etibarlı olmuşdursa, onda nəyə görə Cavabdeh1 ASC 25 may 2018-ci il tarixdən, xx.xx.2019-cu il tarixə kimi gözləyərək, hərracdan əldə etmiş mənzili öz adına qeydiyyatdan keçirməmişdir. Çünki, cavabdeh bank özü də bilirdi ki, hərracın 28 may 2018-ci il tarixli protokolu və müqaviləsi qanuni deyil, hərrac keçirilməmiş, həmçinin təkrar sifariş ləğv edilmişdir. Bundan əlavə, «X2» MMC-nin açıq hərracın keçirilməsinə dair xx.xx.2018-ci il tarixli 04/33 və 04/34 nömrəli bildirişləri ilə Yasamal rayon İcra şöbəs inin xx.xx.2018-ci il tarixli, 307008/4 nömrəli sifariş məktubu əsasında ipoteka qoyan - X1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən XXX saylı evin XXX saylı mənzilin 160.000 manata və Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən XXX saylı 3 mərtəbəli binada 25,1 m2 ümumi, 15 m2 yaşayış sahəsindən ibarət mənzilin 75.000 manata XXX mart 2018-ci il tarixdə 11:00-da keçiriləcək açıq hərracda satılması qət edilmişdir. Lakin həmin hərrac hərracın iştirakçısı olmadığına görə baş tutmamışdır. Təkrar hərrac 15% endirimli satış qiyməti ilə 28 mart 2018-ci il tarixli, 04/33-1 və 04/34-1 nömrəli bildirişlər ilə 25 aprel 2018ci il tarixə saat 11:00-a keçirilmişdir. Hərracın yekunları barədə 25 may 2018-ci il tarixli, 68 nömrəli proto koldan göründüyü kimi təkrar hərrac da iştirakçı olmadığı səbəbindən baş tutmamışdır. Hərracın yekunları barədə 25 may 2018-ci il tarixli 68 nömrəli protokola əsasən təkrar hərrac da baş tutmadığı üçün ipotekada olan mənzillər: Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən XXX saylı evin XXX saylı mənzili 102000 manata və Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən XXX saylı, 3 mərtəbəli binada, 25,1 m2 ümumi, 15 m2 yaşayış sahəsindən ibarət mənzil isə 478XXX manat Cavabdeh1 ASC-yə satılmışdır. Lakin, bütün bunlar hərracın gedişatının mövcud qanunvericiliyin tələblərinə uyğun aparılmaması ilə həyata keçirilmişdir. Eyni zamanda onlara bildirişlər vaxtında çatdırılmamış, hərracda iştirakları bilərəkdən təmin edilməmişdir. Cavabdeh Yasamal rayon İ cra şöbəsinin 29 iyun 2018-ci il tarixli, xx/xx-2XXX2xx/xx-18932 saylı məktubu ilə mübahisələndirilən mənzillərin satışı sifariş edilmişdir. Lakin, həmin mənzillər xx.xx.2018- ci il tarixli protokol ilə rəsmiləşdirilmişdir. Hərracın sifarişçisi 29 iyun 2018-ci ildə artıq hərracdan satılmış mənzilləri təkrar sifariş verə bilməzdi. Deməli, 29 iyun 2018-ci ildə cavabdeh Yasamal rayon İcra şöbəsinə, həmçinin cavabdeh «X2» MMC-yə məlum idi ki, mənzillər hərracdan satılmayıb. Həmçinin, Cavabdeh1 ASC-də bu barədə məlumatlı idi. Əks təqdirdə, satılmış mənzillərin təkrar sifarişi icra edilməzdi. Cavabdeh Yasamal rayon İcra şöbəsinin 29 iyun 2018-ci il tarixli, xx/xx-2XXX2xx/xx-18932 saylı sifariş məktubunu, həmçinin 06 avqust 2018-ci il tarixli, xx/xx-3XXX2xx/xx-22350 saylı məktubunu Nərimanov Ra yon Məhkəməsinə təqdim etmək mümkün olmamışdır. Çünki, həmin məktublar cavabdeh tərəfindən onlara qəsdən ünvanlanmamışdır. Həmçinin, birinci instansiya məhkəməsində həmin fakt aşkarlandıqdan sonra, məktubun məhkəməyə təqdim edilməsi cavabdehlər tərəfindən təmin edilməmişdir. Ümumiyyətlə, Yasamal rayon İcra şöbəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Hazırda həmin məktubların əldə edilməsi üçün cavabdehə sorğu ünvanlanmışdır. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 17 may 2022-ci il tarixli, 2(103)-3517/2022 nömrəli qətnaməsi ilə (hakimlər – E.Ə.Mehdiyev (sədrlik edən və məruzəçi), X.Ə.Sarıyev və N.Ş.Cəfərov) apellyasiya şikayəti təmin edi lməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2, 416.1, 416.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2, 41.3 və 41.5-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. a)Kassasiya şikayətinin dəlilləri
15. İddiaçılar (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
16. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunlu olub belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına tam və hərtərəfli qiymət vermədən qətnamə qəbul etmişdir. Belə ki, əvvəlki məhkəmə mübahisələri ilə əlaqə dar olaraq qeyd olunan mənzilin satışı dayandırılmış və sənədlər toplusu geri qaytarılmışdır. Bu xüsusat apellyasiya instansiyası məhkəməsi tərəfindən öz həqiqi hüquqi qiymətini almamışdır. Ümumiyyətlə bu hala hakim tərəfindən münasibət bildirilməmişdir. Qətnamədən verilmiş apellyasiya şikayətinin icraata götürülməsi icra işinin dayandırılmasına əsasdır. Bu qanunun imperativ normasıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********24 saylı, 01 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, mübahisələndirilən mənzillər 02 aprel 2019-cu il tarixdə Cavabdeh1 ASC-nin adına qeydiyyatdan keçmişdir. Cavabdeh bank hərracın 28 may 2018-ci il tarixli protokolu və müqaviləsi qanuni olmadığını bildiyindən hərrac keçirilməmiş, həmçinin təkrar sifariş ləğv edilmişdir. Həmçinin, məhkəmə araşd ırmamışdır ki, 27 sentyabr 2018-ci il tarixdə hərrac təşkilatçısı icra işini hərrac keçirilmədən geri qaytarmışdır. Əsas da İcra şöbəsinin 06 avqust 2018-ci il tarixli məktubudur. Hazırki iddiaçılardan biri olan İddiaçı1 bütün cavabdehlərə ünvanlanan və mübahisələndirilən hərraca birbaşa aidiyyatı olan xx.xx.2018-cii l tarixli müraciətiniə heç bir cavab olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iş tirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
19. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
20. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
21. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qan ununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.
22. Maddə 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.
23. Maddə 41.5. Hərrac açıq auksion formasında keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdiklər i sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Madd ə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməli dir.
31. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
33. Əvvəla, kolegiya qeyd edir ki, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Ona görə işin faktiki hallarının ətraflı araşdırılmaması ilə bağlı dəlillər əsaslı deyil.
34. Məhkəmələr müəyyən etmişlər ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5520/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" MMC-dən Cavabdeh1 ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 101/M saylı kredit müqaviləsi üzrə 136038,90 ABŞ dollan əsas borc, 40460,31 ABŞ dolları faiz və 1500,79 ABŞ dolları cərimə borcu, cəmi 178000 ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulması, tutmanın İddiaçı1 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən XXX saylı evin XXX saylı mənzilinə və Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən XXX saylı, 3 mərtəbəli binada, 25,1 kv.m ümumi, 15 kv.m yaşayış sahəsindən ibarət mənzilinə yönəldilməsi; Bakı şəhəri, Y asamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən XXX saylı evin XXX saylı mənzilin ilkin satış qiymətinin 160.000 manat, Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən XXX saylı, 3 mərtəbəli binada, 25,1 kv.m ümumi, 15 kv.m yaşayış sahəsindən ibarət mənzilin ilkin satış qiyməti 75000 manat məbləğində müəyyən edilməklə ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbi realizə edilmiş daşınmaz əmlakların dəyərindən ödənilməsi, borc ödənildikdən sonra yerdə qalan məbləğin müvafiq olaraq ipoteka qoyan İddiaçı1 qaytarılması, Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən XXX saylı evin XXX saylı mənzilinə və Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən XXX saylı, 3 mərtəbəli binada, 25,1 kv.m ümumi, 1 5 kv.m yaşayış sahəsindən ibarət mənzilinə tutma yönəldikdə və o, açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, "xxxx" MMC-dən və İddiaçı1 müştərək qaydada "xxxx" MMC-nin xeyrinə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza xərcinin əvəzi kimi 600 manat məbləğində pul tutulması qət olunmuşdur.
35. Qeyd olunan icra sənədi icra olunması üçün icra qrumuna göndərilmiş və əmlakın açıq hərraca çıxarılmışdır. Açıq hərracın keçirilməsinə dair Cavabdeh4 tərəfindən göndərilmiş 09 fevral 2018-ci il tarixli 04/33 və 04/34, 28 mart 2018-ci il tarixli 04/34-1 və 4/33-1 nömrəli bildirişlərdən müəyyən olunur ki, sözügedən əmlakların açıq hərraca çıxarılması, keçiriləcək hərracın yeri və vaxtı, onların satış və beh qiymətləri barədə sifarişçi, tələbkar və borclulara məlumat verilmiş dir. “Hərracın yekunları barədə” 25 may 2018-ci il tarixli, 68 nömrəli protokoldan və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilə ilə müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən XXX saylı evin XXX saylı mənzilin ilkin satış qiyməti 160.000 manat olmaqla 102 000 manat dəyərində, Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən XXX saylı, 3 mərtəbəli binada, 25,1 kv.m ümumi sahədən ibarət mənzilin ilkin satış qiyməti 75000 manat olmaqla 47 8XXX.5 manat dəyərinə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə satılmışdır.
36. İddiaçıların dəlillərindən biri əmlakların ilkin satış qiymətinin aşağı olması ilə bağlı olmuşdur. Məhkəmələr həmin dəlilə hüquqi qiymət verərək haqlı olara bildirmişlər ki, əmlakların ilkin sa tış qiyməti qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və həmin qətnamədən qıssa müddət sonra isə əmlaklar hərraca çıxarılmışdır. Yəni, həmin müddət ərzində (ilkin satış qiymətinin müəyyən edilməsi və əmlakların hərraca çıxarıması dövründə) əmlakların dəyərində kəskin artım olması halı ilə bağlı məhkəmələrə hərhansı sübut təqdim edilməmişdir.
37. İddiaçıların digər dəlili, hərracların borc tələbinə dair məhkəmə qətnaməsi qanuni qüvvəsini almadan hərraca çıxarılmasının qanunsuz olması ilə bağlı olmuşdur. Bununla bağlı kollegiya ilk növbədə qeyd edir ki, 1-ci instansiya məhkəməsinin vermiş olduğu icra sənədinə sonradan dəyişiklik edilməsi, və yaxud ləğv edilməsinə dair heç bir sübut yoxdur. Həminçinin, iddiaçıların özlərinin deməsinə görə onlar qətnamədən apellyasiya şika yətini hərraclar keçirildikdən və əmlaklar əldə edildikdən sonra vermişlər. Beləki, 09 fevral 2018-ci il tarixli 04/33 və 04/34, 28 mart 2018-ci il tarixli 04/34-1 və 4/33-1 nömrəli bildirişlərlə müəyyən olunur ki, sözügedən əmlakların açıq hərraca çıxarılması həmin tarixlərdə baş tutmuşdur. “Hərracın yekunları barədə” 68 nömrəli protokol 25 may 2018-ci il tarixdə tərtib edilmişdir. İddiaçılar isə özləri təsdiq edirlər ki, xx.xx.2017-ci il tarixli, 2(006)5520/2017 nömrəli qətnaməsindən cavabdeh İddiaçı1 tərəfindən apellyasiya şikayəti xx.xx.2018-ci il tarixdə-yəni artıq hərracın keçirilməsindən və əmlakın satın alınmasından sonra verilmişdir. Ona görə həmin dövrdə artıq keçirilmiş hərracların dayandırılmasından söhbət gedə bilməzdi.
38. Kollegiya qeyd edir ki, bu hal o vaxt keçirilmiş hərr acların ləğvi üçün əsas ola bilərdi ki, sonradan işə baxılarkən icra sənədinin verilməsinə əsas olan qətnaməyə hərracın keçirilməsini istisna edən dəyişikliklər edilmiş olsun. Lakin, iddiaçı tərəf belə bir halın mövcudluğuna dair sübutlar təqdim etməmişdir.
39. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 40. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 20 05-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Qeyd olunan halları nəzərə alan kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qə r a r a a l d ı: Kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3517/2022 nömrəli, 17 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.