Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2601/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər:kredit müqaviləsi üzrə borcun tutulması 27.07.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 mart 2023-cü il tarixli, 2(103)1747/2023 saylı qətnaməsindən İddiaçı QSC-nin verdiyi kassasiya şikayəti üzrə işə 27 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları "xxxx" ASC (kre dit verən) ilə Cavabdeh (kredit alan) arasında bağlanmış 29 may 2012-ci il tarixli, 133 saylı kredit müqaviləsinə əsasən sonuncuya Bank 14.365 manat kredit vermişdir. Kredit 5 il müddətinə, yəni 29 may 2017-ci il tarixədək verilmiş, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 17 faiz müəyyən edilmişdir. Kreditin qaytarılmasının təminatı kimi tərəflər arasında eyni tarixli və eyni nömrəli ipoteka müqaviləsi bağlanmış və cavabdehə məxsus olan “Seat İbiza” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobil Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daha sonra tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə güzəşt edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı QSC BOKT (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, C avabdeh (bundan sonra cavabdeh) əsas borc üzrə 8.783,88 manat, faiz borcu üzrə 2.250,03 manat olmaqla, cəmi 11.033,91 manat kredit borcunun, həmçinin ödənilmiş 123,10 manat və müvəqqəti təminat tədbiri üçün ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan **-NS-*** dövlət qeydiyyat nişanlı “Seat İbiza” markalı avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borcun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi işin hallarına uyğun əsaslandırılmaql a əlavə olaraq qeyd edilmişdir ki, kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün cavabdehə 14.365 manat kredit verilməsini öhdəsinə götürmüşdür. Cavabdeh bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytamağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı cavabdehin ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. Cavabdehə verilən vəsaitindən istifadə müddəti 36 aydır. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün, götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 19 faizlə ödənilir. Cavabdeh Bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin Banka hazırda olan əsas və faiz borcu cəmi 11.033,91 manat təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Maliyyə arayışından görünür ki, cavabdehin Banka olan əsas borcu 8.783,88 manat, faiz borcu 2.250,03 manat olmaqla, c əmi 11.033,91 manat təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzinin 24 may 2022 -ci il tarixli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tərəflər arasında imzalanmış 29 may 2012-ci il tarixli, 133 saylı kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alınaraq cavabdehin iddiaçıya müqavilə müddətinin sonuna, yəni xx.xx.2017-ci il tarixə olan kredit borcu 29 may 2017-ci il tarixə əsas borcu 9.420 manat, faiz borcu 2.250,03 manat təşkil edir. Bundan başqa, mülki iş materiallarında olan maliyyə arayışı məlumatlarından göründüyü kimi, cavabdehin 29 may 2012-ci il tarixli, 133 saylı kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanının icrası ilə əlaqədar əsas borcun azaldılmasına yönəldilmiş kompensasiyanın məbləği 636,1 2 manat müəyyən edilmişdir. Belə olan halda, cavabdehin 29 may 2012-ci il tarixli, 133 saylı kredit müqaviləsi üzrə əsas borcu 8783,88 manat (9420-636,12) təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2(005)1546/2022 saylı qətnaməsi ilə (hakim S.Ədilova) iddia təmin edilmiş, cavabdehdən əsas borca görə 8.783,88 manat, faiz borcuna görə 2.250,03 manat olmaqla, cəmi 11.033,91 manat kredit borcunun tutulub iddiaçıya ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan xxxx dövlət qeydiyyat nişanlı, “Seat İbiza” markalı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğin cavabdehə qaytarılması, satışdan əldə olun an vəsait qətnamənin icrasına yetərli olmadığı halda qalan məbləğin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı kredit müqaviləsi ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddia ərizəsini, hesabdan çıxarışı və ekspertin rəyini əsas götürərək hesab etmişdir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borc və faiz borcunun tutulması hissəsində əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iddia tələbi üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı hesab etmişdir ki, 29 may 2012-ci il tarixdə, 133 saylı kredit müqaviləsinin təminatı kimi tutulacaq məbləğ cavabdehin mülkiyyətindəki ip oteka predmeti olan avtomobilə yönəldilməli, həmin avtomobil açıq hərracda satılmalı, satışdan əldə ediləcək məbləğ cavabdehin iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməli, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ cavabdehə qaytarılmalı, satışdan əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda qalan məbləğ cavabdehdən tutulmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 279. 298.1, 298.2, 385.1, 442, 443.1, 448.1, 448.2, 462.1, 465.2 və 739.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 107 və 119-cu maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia müddət i tətbiq edilməklə iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən ona məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməmişdir. Belə ki, iddia ərizəsində göstərilən ünvanda yaşamır, həmin mənzil satılıb, daimi yaşayış yeri yoxdur, müxtəlif ünvanlarda müvəqqəti yaşayır. 2015-ci ilədək kredit ödənişlərini yerinə yetirmiş, lakin sonradan maddi vəziyyətinə görə ödəniş edə bilməmişdir. Ona görə də 12 oktyabr 2015-ci il tarixdə avtomobili Bankın adını bilmədiyi əməkdaşının razılığı ilə X1, həmin tarixdə bu barədə etibarnamə vermişdir. Bankın əməkdaşı ona demişdir ki, Banka olan borcu bağlanır. 2015-ci ildən sonra heç bir ödəniş etməmiş, o cümlədən ötən müddətdə Ban k ondan ödəniş tələb etməmişdir. Hesab edir ki, iddia müddəti keçdiyinə görə iddia rədd olunmalıdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 mart 2023-cü il tarixli, 2(103)1747/2023 saylı qətnaməsi ilə (hakimlər N.Cəfərov sədrlik edən, məruzəçi, İ.Şirinov və E.Kazımov) apellysiya şikayəti təmin olunmuş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli qətnaməsi ləğv olunmuş, iddiaçının cavabdehə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiası təmin edilməmişdir. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, Bankla cavabdeh arasında bağlanmış 29 may 2012-ci il tarixli, 133 saylı kredit müqaviləsinə əsasən cavabdehə 14.365 manat kredit verilmişdir. Kredit 5 il müddətinə, yəni 29 may 2017-ci il tarixədək verilmiş, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 17 faiz müəyyən edilmişdir. Kreditin qaytarılmasının təminatı kimi həmin Bankla cavabdeh arasında eyni tarixli və eyni nömrəli ipoteka müqaviləsi bağlanmış, cavabdehə məxsus “Seat İbiza” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobil Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daha sonra tələb hüququ İddiaçı QSC-yə güzəşt edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Kredit müqaviləsinin müddəti 29 may 2017-ci ildə bitdiyinə görə 3 illik iddia müddətinin axımı həmin tarixdən başlayıb və 29 may 2020cu ildə başa çatıb. İddia müddəti ərzində iddia müddətinin axımının kəsilməsi baş verməyib. İddia ərizəsi 02 mart 2022-ci ildə, yəni iddia müddəti bitdikdən 1 il 10 ay sonra verilib. Cavabdeh apellyasiya şikayətində iddia müddətinin tətbiqini xahiş edib. O, birinci instansiya məhkəməsində keçirilən iclasın vaxtı və yeri barədə xəbərdar edilmədiyinə görə iddia müddətinin tətbiqini apellyasiya icraatı zamanı tələb edib. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlillə ri İddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə Mülki Məcəllənin 448-ci maddəsinin tələblərini nəzərə almamış və cavabdehin kredit borcunu qəsdən ödəməsinə hüquqi əsas verərək iddia müddətinə dair ərizəsini əsas götürməklə Mülki Məcəllənin 373.2-ci maddəsini əsas götürərək qətnamə qəbul edilmişdir. Halbuki, tərəflər arasında bağlanmış 08 yanvar 2014cü il tarixli kredit müqaviləsinə əsasən öhdəliyin icra müddəti ilə bağlı şərtlər nəzərdə tutulmuşdur. Həmçinin, cavabdeh ilə b ağlanmış kredit müqaviləsində müqavilənin qüvvədə olma müdddəti və xitamı öz əksini tapmışdır. Orada göstərilir: Bu müqaviləaşağıdakı hallarda xitam olunur: Bu müqavilə üzrə Borcalanın öz üzərinəgötürdüyü öhdəliklər borcalan və ya üçüncü şəxs tərəfindən vaxtında və tam həcmdə yerinə yetirildikdə. İşin faktiki hallarından görünür ki, cavabdeh üzərinə götürdüyü öhdəlikləri qəsdən icra etməmişdir. Belə olan halda hesab edirik ki, məhkəmə tərəfindən mülki qanunvericiliyin tələbləri və müqavilə öhdəlikləri nəzərə alınmadan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tələbləri kobud şəkildə pozularaq qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh kassasiya şikayətinə qarşı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə
442. Öhdəliyin icra edilm əməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 462.1. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 21 7.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsin də nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən ir əli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, məhkəmənin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi iddiaçının bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış 29 may 2012-ci il tarixli, 133 saylı kredit müqaviləsinə əsasən sonuncuya Bank 14.365 manat kredit vermişdir. Kredit 5 il müddətinə, yəni 29 may 2017-ci il tarixədək verilmiş, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 17 faiz müə yyən edilmişdir. Kreditin qaytarılmasının təminatı kimi tərəflər arasında eyni tarixli və eyni nömrəli ipoteka müqaviləsi bağlanmış və cavabdehə məxsus olan “Seat İbiza” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobil Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daha sonra tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə güzəşt edilmişdir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin dəlillərini araşdırıb qeyd etmişdir ki, Bankla cavabdeh arasında bağlanmış 29 may 2012-ci il tarixli, 133 saylı kredit müqaviləsinə əsasən cavabdehə 14.365 manat kredit verilmişdir. Kredit 5 il müddətinə, yəni 29 may 2017-c i il tarixədək verilmiş, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 17 faiz müəyyən edilmişdir. Kreditin qaytarılmasının təminatı kimi həmin Bankla cavabdeh arasında eyni tarixli və eyni nömrəli ipoteka müqaviləsi bağlanmış, cavabdehə məxsus “Seat İbiza” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobil Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daha sonra tələb hüququ İddiaçı QSC-yə güzəşt edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb qeyd etmişdir ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Kredit müqaviləsinin müddəti 29 may 2017-ci ildə bitdiyinə görə 3 illik iddia müddətinin axımı həmin tarixdən başlayıb və 29 may 2020-cu ildə başa çatıb. İddia müddəti ərzində iddia müddətinin axımının kəsilməsi b aş verməyib. İddia ərizəsi 02 mart 2022-ci ildə, yəni iddia müddəti bitdikdən 1 il 10 ay sonra verilib. Cavabdeh apellyasiya şikayətində iddia müddətinin tətbiqini xahiş edib. O, birinci instansiya məhkəməsində keçirilən iclasın vaxtı və yeri barədə xəbərdar edilmədiyinə görə iddia müddətinin tətbiqini apellyasiya icraatı zamanı tələb edib. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı QSC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 mart 2023-cü il tarixli, 2(103)-1747/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.