Məhkəmə qərarları › İş №2(102)-2603/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2603/2021

31.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2603/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı XXXın cavabdehlər Cavabdeh1 XXXə, Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 29 saylı Notariat Kontoruna, Bakı şəhəri 12 saylı Notariat Kontoruna, Bakı şəhəri 3 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “vəsiyyətnamənin, vəsiyyətnamə üzrə şəhadətnamənin, alqı-satqı müqaviləsinin etibarsız sayılması, çıxarışın ləğv edilməsi, qohumluq faktının təsdiq edilməsi, miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakın faktiki qəbul edilməsi ilə bağlı ötürülm üş 3 aylıq müddətin bərpa edilməsi və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququ, mirasın qəbul edilməsi, mülkiyyətin müdafiəsi, müqavilənin etibarsızlığı, daşınmaz əmlakın dövlət reyestrində olan qeydin prezumpsiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili X2, Cavabdeh1 XXXin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2020-ci il tarixli, 2(103)5800/2020 nömrəli qətnaməsindən iddiaçı XXX və Cavabdeh1 XXX tərəfindən ayrıayrılıqda verilmiş kassasi ya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1saylı mənzili xüsusi mülkiyyət kimi X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X10 26 oktyabr 2014-cü il tarixdə Bakı şəhərində ölmüşdür. X13 Respublikasının vətəndaşı olmaqla, iddiasına görə X5 beşinci növbədə vərəsəsidir. Bakı şəhəri Nəsimi rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor X4 rayon prokurorluğu tərəfindən ünvan 1 ünvanda yaşayan 1931-ci il təvəllüdlü X5 26 oktyabr 2014-cü il tarixdə yaşadığı mənzildə ölməsi faktı ilə əlaqədar araşdırması aparılan 338-C14 saylı material üzrə bir sıra əşyaları, o cümlədən X8 məxsus mənzilin 4 ədəd açarlarını Bakı şəhər MKTD-nin 2 saylı MKTB-nin 70 saylı MK İS-in sahə idarəçisi X11, Gürcüstan Səfirliyi DİN-in nümayəndəsi XXXun, Nəsimi rayon prokurorunun köməkçisi X6 iştirakları ilə X5 qohumu, Gürcüstan Respublikasının vətəndaşı XXXa təhvil verilmiş və bu barədə 04 noyabr 2014-cü il tarixdə akt tərtib edilmişdir. Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 10 mart 2015-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, ərizəçi Cavabdeh1y XXXin mərhum X5 vəsiyyət üzrə vərəsəsi kimi tanınması faktının müəyyən edilməsi qət edilmişdir. Bakı şəhəri 12 saylı notariat kontorunun notariusu tərəfindən vermiş 07 may 2015-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 mart 2015-ci il tarixli 10 aprel 2015-ci il tarixdə qanuni qüvvəyə minmiş qətnaməsi əsasında 26 oktyabr 2014-cü il tarixdə vəfat etmiş X5 vərəsəsi Cavabdeh1y XXXdir və o, miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən əmlakın ünvan 1saylı mənzili olması göstərmişdir. ünvan 1saylı mənzili xüsusi mülkiyyət kimi Cavabdeh1y XXXin adına 12 may 2015ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 15 may 2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh1y XXX mülkiyyətində olan ünvan 1saylı mənzilini 120000 manata Cavabdeh2 satmış və mənzil üzərində sonuncunun mülkiyyət hüquqları 19 may 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 noyabr 2016-cı il tarixli qərardadı ilə ərizəçi Cavabdeh1y XXXin maraqlı şəxs Bakı şəhər Notariat Kontoruna və qeyrisinə qarşı “vəsiyyət üzrə vərəsə kimi tanın ma” tələbinə dair ərizəsinin baxılmamış saxlanılması və onun müvafiq iddia ərizəsi ilə ümumi əsaslarla aidiyyəti üzrə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. İş materiallarında olan X5 adından tərtib olunmuş 16 aprel 2014-cü il tarixli ərizəyə əsasən sonuncu öz mənzilini Cavabdeh1y XXXə vəsiyyət etmişdir. Ərizənin X5 diktəsi ilə tanışı (qadın cinsli) tərəfindən tərtib olunması göstərilsə də, ərizənin kim tərəfindən tərtib olunması (soyadı, adı, atasının adı, pasport/şəxsiyyət vəsiqəsinin verilmə tarixi, seriyası və nömrəsi, ünvanı) qeyd edilməmişdir. Ərizədə 3 imza mövcuddur, bunlardan biri XXXnin soyadının qarşısında, digər iki imza isə şahid kimi qeyd edilən şəxslərin soyadları qarşısında icra edilmişdir. İş üzrə keçirilmiş məh kəmə-xətşünaslıq ekspertizasının 08 oktyabr 2019-cu il tarixli rəyinə əsasən ekspertizaya təqdim olunmuş X5 adından olan 16 aprel 2014-cü il tarixli vəsiyyətnamədə “XXX” sözünün önündəki imza – X10 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı XXX cavabdehlər Cavabdeh1 XXXə, Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 29 saylı Notariat Kontoruna, Bakı şəhəri 12 saylı Notariat Kontoruna, Bakı şəhəri 3 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 adından Cavabdeh1 XXXin adına tərtib edilmiş vəsiyyətnamənin, Cavabdeh1 XXX ilə Cavabdeh2 arasında 3 saylı Notariat Kontorunda bağlanmış 15 may 2015-ci il tarixli 4Ə179-01-70 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ünvan 1saylı mənzilinə verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 ailə üzvləri ilə birlikdə və eləcə də, burada yaşayan digər şəxslərin ünvan 1saylı mənzilindən çıxarılaraq, həmin yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi, iddiaçının 26 oktyabr 2014-cü il tarixdə vəfat etmiş X10 ilə qohumluq faktının təsdiq edilməsi, X5 ünvan 1saylı 3 otaqlı miras mənzilin qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakın faktiki qəbul edilməsi ilə bağlı ötürülmüş 3 aylıq müddətin bərpa edilməsi və onun adına Bakı şəhəri 29 saylı Notariat Kontoru tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Gürcüstan Respublikasının vətəndaşı olmaqla, ünvan 1 saylı mənzilin mülkiyyətçisi, 26 oktyabr 2014-cü il tarixdə vəfat etmiş X1 üzrə vərəsəsidir. Belə ki, iddiaçının anası XXX və X5 atası dayı qızı, bibi oğlu, iddiaçı ilə mərhum isə dayı qızının qızı və bibi oğlunun oğludurlar. İddiaçı 23 aprel 2015-ci il tarixdə Bakı şəhəri 29 saylı Notariat Kontoruna X5 vərəsəsi kimi tanınması və müvafiq olaraq qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi məqsədi ilə müraciət etmiş, Notariat Kontoru 24 aprel 2015-ci il tarixli 62 saylı məktubu ilə imtina verərək bildirmişdir ki, onun miras qoyanla qohumluq m ünasibətlərini təsdiq edən sənədləri təqdim edə bilmədiyi və mirasın qəbulu üçün 3 aylıq müddət buraxıldığı üçün mirasın qəbulu barədə ərizəsini qəbul edə bilməzlər. Buna baxmayaraq Cavabdeh1 XXX adlı vətəndaş Notariat Kontoruna müraciət edərək, vəsiyyətnamə üzrə vərəsə kimi tanınmaq barədə ərizə vermiş, həmin vəsiyyətnamə notariat qaydada təsdiq olunmuş, saxta imza edilmiş, yalan şahid ifadələrinə əsasən məhkəmə mübahisəsi açmış, nəticədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 mart 2015-ci il tarixli qətnaməsi ilə vəsiyyət üzrə vərəsə kimi tanınması faktı müəyyən olunmuşdur. İddiaçı X5 ölümündən Gürcüstan Respublikası Səfirliyinin Azərbaycan Respublikasındakı Konsulluğundan xəbər tutmuş, Azərbaycan Respublikasına gəldikdən sonra Bakı şəhəri Nəsimi rayon Prokurorluğuna, Bakı şəhəri Nəsim i RPİ-nin əməkdaşlarının iştirakı ilə ünvan 2 saylı mənzilinin açarları ona təhvil verilmişdir. 05 may 2015-ci il tarixdə saat 21.00-22.00 radələrində ünvan 2 saylı mənzilinə sahə müvəkkili XXX adlı polis əməkdaşı gəlib, burada qalan xarici vətəndaş XXXinin (iddiaçının bacısı oğludur) sənədlərini yoxlamış və getmişdir. Daha sonra isə XXXinin dediyinə görə 2 nəfər polis əməkdaşı gəlib onu PB-yə dəvət etmiş, XXXi qapını açarla bağlayıb bölməyə getmiş və 1 saatdan sonra qayıdarkən mənzilin açarlarının dəyişdirildiyini və başqa adamların mənzilə daxil olduğunun şahidi olmuşdur. Həmin vaxt o, 102 Xidmətinə məlumat vermiş, lakin bütün bunların heç bir nəticəsi olmamışdır. Cavabdeh1 XXX ünvan 3mənzildə formal qeydiyyatda alınmış, Cavabdeh2 isə tüfeyli həyat keçirən, Polis Bölmələrinin ətrafında evlərin girişlərində gecələyən Cavabdeh1 XXXdən vasitə kimi istifadə edərək, mübahisələndirilən evi ələ keçirmək üçün məhkəməyə şahidlər gətirmiş, Cavabdeh1 XXXin adından X7 adına etibarnamə verilməsinə nail olmuş və sonda mübahisələndirilən mənzili ələ keçirərək mülkiyyətçinin hüquqlarını əldə etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli, 2(006)-58/2020 nömrəli qətnaməsi ilə (hakim C.T.Tağıyev) iddia qismən təmin edilmiş, X5 adından Cavabdeh1y XXXin adına tərtib edilmiş 16 aprel 2014-cü il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, iddia qalan hissələrdə təmin edilməməsi, iddiaçı XXXın vərəsəlik hüquqlarının pozulması bağlı Cavabdeh1y XXXə qarşı vurulmuş ziyan barədə iddia qaldırmaq hüququnun olması izah edilməsi qət edilmişdir. Birinci instansiya m əhkəməsi hesab etmişdir ki, X5 adından Cavabdeh1 XXXin adına tərtib edilmiş vəsiyyətnamə qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən hüquqi qüvvəli sənəd kimi qiymətləndirilə bilməz və həmin vəsiyyətnamənin etibarsızlığına dair iddianın dəlili əsaslı olduğu üçün təmin edilməlidir. Bununla belə, məhkəmə işin araşdırılmış halları və təqdim edilmiş sübutlar əsasında iddiaçının onun 26 oktyabr 2014-cü il tarixdə vəfat etmiş X10 ilə qohumluq faktının təsdiq edilməsi, 5-ci növbədə qanun üzrə onun vərəsəsi kimi tanınmasının müəyyən edilməsinə, mərhumədən miras qalmış ünvan 2 saylı 3 otaqlı miras mənzilin qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakın faktiki qəbul edilməsi ilə bağlı ötürülmüş 3 aylıq müddətin bərpa edilməsinə dair iddialarının dəlilləri ilə razılaşsa da, h esab etmişdir ki, mübahisəli mənzilin hazırki mülkiyyətçisi vicdanlı əldə edən statusuna malik olmaqla, Cavabdeh1 XXX ilə Cavabdeh2 arasında Bakı şəhəri 3 saylı Notariat Kontorunda bağlanmış 15 may 2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığına dair iddiaçının məhkəməyə müraciət müddətinin ötürülməsi baxımından onun vərəsəlik hüquqlarının reallaşdırılmasına hüquqi əsas yaratmır. Belə ki, iddiaçı mübahisələndirdiyi əqd barədə ona məlum olduğu vaxtdan etibarən mülki qanunvericiliyin tələblərinə əsasən 1 il müddətində mübahisələndirmək hüququndan istifadə etməmiş, bu müddətin də tam üzrsüz səbəblərdən olmasını (ötürməsini) isə əsaslandıra bilməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmiş dir. Cavabdeh2 vicdanlı əldə edən olmamasına dair iddiaçı tərəfin irəli sürdüyü dəlillər, həmçinin şahid X12 ifadəsi, yəni, həmin cavabdehin polis işçisi olaraq tüfeyli həyat keçirən, Polis Bölmələrinin ətrafında, evlərin girişlərində gecələyən Cavabdeh1 XXXdən vasitə kimi istifadə etməsi, mübahisələndirilən evi ələ keçirmək üçün məhkəməyə şahidlər gətirərək, onun adından da X7 adına etibarnamə verilməsinə nail olması və sonda mübahisələndirilən mənzili ələ keçirərək mülkiyyətçinin hüquqlarını əldə etməsi heç bir mötəbər və tutarlı sübut növləri ilə öz təsdiqini tapmamış, əksinə işin araşdırılmış halları və tədqiq edilmiş sübutlarla təkzib edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı XXX apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 fevral 20 20-ci il tarixli, 2(006)-58/2020 nömrəli qətnaməsinin qismən, iddianın təmin edilməyən hissəsində ləğv olunması və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Həmçinin Cavabdeh1y XXX apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli, 2(006)-58/2020 nömrəli qətnaməsinin qismən, iddianın təmin olunan hissəsində ləğv olunması və iddianın həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2020-ci il tarixli, 2(103)-5800/2020 nömrəli qətnaməsi ilə (hakim A.V.Tanrıverdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Səmədovdan və İ.S.Şirinovdan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli, 2(006)-58/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi imzanın X8 aid olmamasına dair ekspert rəyinə əsaslanmaqda haqlı olmuşdur. Belə ki, cavabdeh apellyasiya şikayətində ekspert rəyinin mötəbərliyini şübhə altına alsa da, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. X5 7-8 il əvvəl sağlam vəziyyətdə imzaladığı 3 ədəd imzası olan sənədə əsasən tədqiqat aparılması, hər hansı sərbəst nümunəyə istinad olunmaması və onun vəsiyyətnaməni imzalayarkən yaşlı və yataq xəstəsi olmasının ekspert tərəfindən nəzərə alınmamasına dair cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə q eyd etmişdir ki, hazırki iş üzrə doğruluğu mübahisələndirilən imzanı icra edən şəxs vəfat etdiyindən, ondan yazı nümunəsinin alınması qeyri-mümkündür və onun əvvəllər başqa məqsədlər üçün icra edilmiş yazı nümunəsindən (şəxsiyyət vəsiqəsinin surəti, pasportun surəti, fərdi uçot kartoçkasının surəti) istifadə edilərək tədqiqat aparılmışdır. Eyni zamanda, ekspert rəyi ilə ziddiyyət təşkil edən və ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal aşkar edilmədiyindən, ona sübut kimi istinad edilməsi qanunidir. Belə olan halda, cavabdehin ekspert rəyini şübhə altına alan dəlilləri mülahizə xarakteri daşıyır və əsaslı hesab edilə bilməz. Beləliklə, vəsiyyətnamənin mülkiyyətçi olan X10 tərəfindən verilməməsi sübutlarla təsdiq olunduğundan həmin vəsiyyətnamə hüquqi qüvvəli sənəd hesab edi lə bilməz. Odur ki, vəsiyyətnamənin etibarsız sayılması barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquq verən məhkəmə iddia tələbinin iddiaçının onun 26 oktyabr 2014-cü il tarixdə vəfat etmiş X10 ilə qohumluq faktının təsdiq edilməsi, 5-ci növbədə qanun üzrə onun vərəsəsi kimi tanınmasının müəyyən edilməsinə, mərhumədən miras qalmış ünvan 2 saylı 3 otaqlı miras mənzilin qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakın faktiki qəbul edilməsi ilə bağlı ötürülmüş 3 aylıq müddətin bərpa edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı qanun üzrə vərəsə olduğuna görə, mübahisəli mənzilə onun hüquqları tanına bilər, lakin Cavabdeh2 həmin mənzilə mülkiyyət hüququnun mövcudluğuna münasibətdə vicdanlı olduğundan, vərəsəlik hüququnun reallaşdırılmasına hüquqi əsas mövcud deyildir. İddiaçı mübahisələndirdiyi əqd barədə ona məlum olduğu vaxtdan etibarən mülki qanunvericiliyin tələblərinə əsasən onun 1 il müddətində mübahisələndirmək hüququndan istifadə etməmiş, bu müddətin də tam üzrsüz səbəblərdən olmasını (ötürməsini) isə əsaslandıra bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin razılaşmışdır ki, Cavabdeh2 sözügedən mənzili alarkən Cavabdeh1 XXXin həmin mənzilə mülkiyyət hüququnun qanuni olub-olmamasını müəyyən edə bilməzdi və bu səbəbdən də o, vicdanlı alıcı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı XXX kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2020-ci il tarixli, 2(103)-5800/2020 nömrəli qətnaməsinin qismən, apellyasiya şikayətinin təmin edilməyən hissəsində ləğv olunması və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə istinad edilərək onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddia 8 tələbdən ibarət olsa da, məhkəmələr yalnız tələblərdən birini təmin etmişlər. Halbuki mübahisələndirilən ev mərhumun qanun üzrə vərəsəsinə 04 noyabr 2014-cü il tarixdə təhvil verilmişdir. Məhkəmə qalan tələbləri rədd edərkən həm iddia müddə tinin ötürülməsinə, həm də Cavabdeh2 vicdanlı alıcı olması faktına istinad etmişdir. Halbuki, tərəf iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə təqdim etməmişdir. Bundan başqa iddiaçı məhkəmələrdə Cavabdeh2 qarşı alqı-satqı müqaviləsi mübahisələndirmiş və müddət buraxılmamışdır. Bundan başqa Cavabdeh2 vicdanlı alıcı olmasına dair məhkəmənin qənaəti qətnamədə göstərdiyi işin halları ilə uzlaşmır. Belə ki, məhkəməyə Cavabdeh1 şəxsiyyətini səciyyənləndirən hallar bu işlərin Cavabdeh2 tərəfindən həyata keçirildiyinə heç bir şübhə yaratmır. Cavabdeh2 özünün məhkəmələrdə gəlib iştirak etməməsi, 05 may 2015-ci il tarixdə baş vermiş hadisələr isə Cavabdeh2 polislərlə bir işləməsini sübut edir. Alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 120000 manat pul ödəməsi isə ancaq sənədlərdə öz ə ksini tapmış, həmin pul məbləği sonuncuya verilməmişdir. Həmçinin Cavabdeh1y XXX kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2020-ci il tarixli, 2(103)-5800/2020 nömrəli qətnaməsinin ləğv olunması və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddia qismən təmin edilərkən, yalnız Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 oktyabr 2019-cu il tarixli rəyinə istinad edilmişdir. Halbuki, həmin rəyin obyektiv keçirilməsi üçün tələb olunan X5 imza nümunələri və ya imzası olan digər sənədlər ekspertizaya təqdim edilməmiş, təkrar ekspe rtiza keçirilməsi barədə cavabdehin yazılı vəsatəti isə məhkəmə tərəfindən əsassız olaraq təmin edilməmişdir. Məhkəmə ekspert rəyini işdə olan digər sübutlarla qiymətləndirmədən iddianın həmin hissədə təmin olunması barədə səhv nəticəyə gəlmişdir. Bundan başqa, iddiaçı XXX 2000-ci ildən XXX XXXnin vəfat etdiyi 26 oktyabr 2014cü ilədək olan müddətdə bir dəfə olsun Azərbaycan Respublikasında, eləcə də Bakı şəhərində olmamışdır. Onun mərhum ilə hər hansı formada qohumluq əlaqələrinin olması, iddiaçıdan başqa, XXX XXXnin digər vərəsələrinin mövcud olması öz təsdiqini tapmamış, ümumiyyətlə isə XXXın belə bir iddiaları qaldırmaq üçün subyektiv hüququ olmamışdır. Həmçinin, iddiaçı hazırki iddia tələbini irəli sürmək üçün qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Gürcüstan Respublikasın ın vətəndaşı XXXı hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki, XXX mübahisəli mənzil üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, mənzilin mülkiyyətçisi tərəfindən onunla müvafiq hər hansı müqavilə bağlanmamış, yaxud alqı-satqı müqaviləsi və ya vəsiyyətnamə üzrə tərəf deyildir. Onun mərhumun vərəsəsi olması üçün Mülki Məcəllənin 1159-cu maddəsində nəzərdə tutulan birinci, ikinci, üçüncü və dördüncü növbədə, ondan əvvəlki vərəsələrinin olmaması və ya həmin vərəsələrin hamısının həyatda olmamaları barədə sübutlar məhkəməyə təqdim edilməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh1y XXX iddiaçının kassasiya şikayətinə etiraz edərək, həmin şik ayətin dəlillərinin əsassız olmasını qeyd etmiş və təmin edilməməsini xahiş etmişdir. Kassasiya şikayətlərinə digər tərəflərin yazılı etirazları daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı XXXın vəkili X3 tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsi, cavabdehin kassasiya şikayətinin dəlillərinin isə əsassız olduğu üçün rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1y XXXin vəkili Vəkil kassasiya şikayətinin təmin olunmasını, iddiaçının kassasiya şikayətinin isə rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sü rməyən üçüncü şəxslər Bakı şəhəri 29 saylı Notariat Kontorunun, Bakı şəhəri 12 saylı Notariat Kontorunun, Bakı şəhəri 3 saylı Notariat Kontorunun və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin nümayəndələri və vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitus iyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 29-cu maddəsinin Vİİ bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, b u hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə da ir etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibars ız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1159.1.1-ci maddəsinə əsasən xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu beşinci növbədə vərəsədirlər. 1243.1-ci maddəsinə əsasən miras ı istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında gös tərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsız lığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı r. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelly asiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun o laraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddia bir neçə tələbdən ibarət olmuş və birinci instansiya məhkəməsi tələblərdən yalnız birini Cavabdeh1y XXXin adına tərtib edilən vəsiyyətnamənin etibarsız hesab olunmasını təmin etməklə qalan tələbləri rədd etmiş və mövqeyini 2 halla əsaslandırmışdır: 1. iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür;

2. Cavabdeh2 mübahisələndirilən miras əmlakın vicdanlı sahibidir. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi iddiaçının qalan tələblərini müzakirə etmədən yuxarıda qeyd olunan əsaslarla rədd edilməli olmasına dair qənaətə gəlməklə prosessual hüquq normalarını pozmuşdur. Belə ki, nəzərə alınmalıdır ki, iddiaçı onunla X10 arasında qohumluq münasibətlərində olması faktının müəyyən olunması tələbini irəli sürmüş və həmin tələbinin sübutu qismində Gürcüstan Respublikasından aldığı arxiv sənədlərini iddia ərizəsinə əlavə etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin tələbə ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Halbuki, iddiaçının mirasqoyanla qohumluq münasibətlərində olması, onun mərhumun vərəsəsi olması və mirası qəbul etmə faktının müəyyən edilməsi son nəticədə iddiaçının digər tələbləri: vəsiyyətnamənin və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və həmin tələblərdən doğan tələbləri irəli sürməyə subyektiv hüquqa malik olub-olmamasının müəyyən edilməsi üçün zəruridir. Məhkəmələr isə qeyd olunan tələblərə hüquqi qiymət vermədən bilavasitə vəsiyyətnamənin və alqı-satqı müqaviləsinin etibarsızlığı tələblərini qiymətləndirmiş və faktiki olaraq ziddiyyətli nəticəyə gəlmişlər ki, bu hüquqi-müəyyənlik prinsipinə ziddir. Bu səbəbdən məhkəmə kollegiyasının qənaətinə görə ilk olaraq iddiaçının mərhum X10 arasında qohumluq münasibətlərində olması faktının müəyyən edilməsi tələbinə Azərbaycan Respublikası MPM-in 307.2.1 və 308-ci maddələrinin tələblərinə əsasən məhkəmədə baxılmalı olması məsələsinə hüquqi qiymət verilməli, nəticəsində asılı olaraq iddiaçının mərhumun 5-ci növbədə vərəsəsi olması və mirası qəbul etməsi məsələləri araşdırılmaqla, iddiaçının həmin tələbləri üzrə nəticəyə gəlinməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkəmələrin iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə dair qənaətləri maddi hüquq norm alarına uyğun olmamışdır. İlk olaraq qeyd olunmalıdır ki, mübahisələndirilən əqdlər üzrə müddətlər qanunvericiliklə iddia müddəti kimi deyil, kəsici müddətlər kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2021-ci il 02 aprel tarixli Qərarlarında izah etmişdir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirdikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçir ilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Mübahisələndirmənin qaydasını izah edən Konstitusiya Məhkəməsi göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mübahisələndirilən müqavilənin saxta sənədlər əsasında bağlandığını və bu səbəbdən, onun əhəmiyyətsiz olmasını iddia etmişdir. Belə olan halda izah olunmalıdır ki, Mülki Məcəllənin 354.1-ci maddəsində qeyd olunan müddət əqdin əhəmiyyətsiz olması üçün deyil, onun nəticəsində əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması üçün müəyyən olunmuşdur. Digər tərəfdən məhkəmələr müddəti təbiq edərkən hesab etmişlər ki, iddiaçı mübahisələndirilən əmlakın Cavabdeh1 XXXin adına qeydiyyatdan keçməsi və sonradan alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 17 iyun 2016-cı il tarixli məktubundan bilmiş və hazırki iddianı 15 yanvar 2018-ci ildə verməklə 1 illik müddəti ötürmüşdür. Halbuki iş materiallarından müəyyən olunur ki, id diaçı tərəfindən hələ 2015-ci ilin iyun ayında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 mart 2015-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti həmin Məhkəmənin 10 iyun 2015-ci il tarixli qərardadı ilə geri qaytarılsa da, Bakı Apellyasiya Məhkəməsinin 23 iyul 2015-ci il tarixli qərardadı ilə qətnamədən apellyasiya şikayəti verilməsi mümkün hesab olunmuşdur. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 18 fevral 2016-cı il tarixli qərardadı ilə XXXın ərizəsi təmin edilərək, Bakı şəhəri, Nizami küçəsi, 131 saylı evin 18 saylı mənzilin üzərinə həbs qoyulmuşdur. Göründüyü kimi, iddiaçı mübahisələndirilən əmlaka dair cavabdehlərin hüquqlarını azı 18 fevral 2016-cı il tarixdən, yəni alqı-satqı müqaviləsi bağlanıldıqdan sonra 1 illik müddət ötürülmədən mübahisələndirmi şdir. Nəhayət məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi zəruri araşdırma aparmadan Cavabdeh2 mübahisələndirilən daşınmaz əmlakın vicdanlı alıcısı olması qənaətinə gəlmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddiaçı cavabdehlərin hər ikisinin əlbir olaraq miras əmlakı ələ keçirdiklərini iddia etməklə, əmlakın hazırki mülkiyyətçisinin vicdanlı sahib olmamasına dair dəlillər irəli sürmüşdür. Apellyasiya instansiyası məhkəməsi isə mövqeyini yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd etdiyi halla bağlı dəlilləri ətraflı araşdırılmalı, o cümlədən iddiaçının qohumunun 05 may 2015-ci il tarixdə mübahisələndirilən mənzildən çıxarılmasında və cavabdehin ailəsi ilə birlik də mənzilə köçürülməsində Bakı şəhəri Nəsimi RPİ-nin polis əməkdaşlarının iştiraklarının olmasının müəyyən edilməsi üçün müvafiq sorğuların verilməsi müzakirə edilməli, Cavabdeh1y XXXin mənzil üzərində hüquqları qeydə alındığı 12 may 2015-ci il tarixdə qısa müddət sonra - 15 may 2015-ci il tarixdə Cavabdeh2 ilə alqı-satqı müqaviləsinin bağlanmasının vicdanlıq prinsipinə uyğun mümkünlüyü məsələsinə hüquqi qiymət verilməlidir. Belə ki, Mülki Məcəllənin dispozisiyasından da görünür ki, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna təşkil edir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və m üəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı XXX və Cavabdeh1 XXX tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya M əhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2020-ci il tarixli, 2(103)-5800/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar